Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4428/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim F.Əfəndiyev) xx.xx.2016-cı il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 020CASA150440002 saylı kredit müqaviləsi və xx.xx.2015-cicil tarixli 020CASA15044002 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2015-ci il tarixli Razılaşmanın ləğv edilməsi, xx.xx.2015-ci il tarixli 020CASA150440002 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 11843.07 ABŞ dolları kreditin əsas məbləği, 1351.08 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları penya olmaqla, cəmi 13224.15 ABŞ dollarının manat ekvivalenti ilə və dövlət rüsumu kimi ödənilmiş 29.38 manat pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ( hakimlər M.Əsədli, Ə.Məcidov, A.Mahmudov) xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, xxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 020CASA150440002 saylı kredit müqaviləsi və xx.xx.2015-cicil tarixli 020CASA15044002 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2015-ci il tarixli Razılaşmanın ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 11843.07 ABŞ dolları əsas borc, 1351.08 ABŞ dolları faiz borcu, 307.92 ABŞ dolları penya borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla, cəmi 13502.07 ABŞ dolları məbləğində vəsaitin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Həsənova Mətanət Rəhim qızı kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi gəldi yi nəticəni apellyatorun faiz borcunun silinməli olduğunu bildirsə də, bunu əsaslandıra bilməməsi, məhkəmə kollegiyasına hər hansı bir mötəbər sübut təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Halbuki cavabdeh hər iki instansiya məhkəməsində faiz və penya borcu məbləğinin çox olmasını mübahisələndirsə də, heç bir instansiya məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişlər. Ona görə də onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabde h1, vəkili Həsənova Mətanət Rəhim qızı, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apellyator faiz borcunun silinməli olduğunu bil dirsə də, bunu əsaslandıra bilməmiş, məhkəmə kollegiyasına hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Bundan əlavə apelyator apelyasiya şikayəti vermək hüququnun olduğunu bəyan etmişdir ki, apelyasiya kollegiyası cavabdehin nəzərinə çatdırmışdır ki, kollegiya onun apelyasiya şikayəti vermək hüququnun olduğunu qəbul etdiyi üçün işi öz icraatına götürmüşdür. Qeyd edilənlərə əsasən apelyasiya kollegiyаsı belə qənaətə gəlmişdir ki, аpelyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, kasasiya yox laması zamanı müəyyən edilir ki, (səh 38) cavabdeh birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq, əsas və faiz borcunu tam qəbul etməsini, penya borcunu isə 50 ABŞ dolları məbləğində qəbul etməsini göstərmişdir. Ümumilikdə kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya k ollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4428/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4428/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver