Məhkəmə qərarları › İş №2(102)-4428/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4428/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4428/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı xxx qızının Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: pul tələbi, cavabdehin etirazının dəlillərinin sübut edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1142/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 05 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh qəbz yazaraq İddiaçı 15000 manat borc almasını və borcu qaytaracağını bişdirmişdir.

2. Mübahisə həmin qəbzdə göstərilən borcun qaytarılması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra “iddiaçı”) Qazax Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh (bundan sonra “cavabdeh”) 15000 manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi uzun illərdir ki, tanıyır münasibətləri həmişə normal olmuşdur. Cavabdeh 2020-ci ilin əvvəllərində iddiaçıya müraciət edərək, pula ehtiyacının olduğunu bildirmiş, 15000 manat məbləğdə pulu borca verməyini iddia çıdan xahiş etmişdir. İddiaçı da 15000 manat pulu cavabdehə borc olaraq vermişdir. Cavabdeh həmin pulu alması ilə bağlı öz xətti və imzası ilə qəbz də yazmışdır.

5. İddiaçı dəfələrlə borcunun qaytarılmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Cavabdeh bir müddət əvvəl lotereyaya qoşularaq, borcunu qaytaracağını bildirsə də, lotereyanın da pulunu ödəməkdən yayınmışdır.

6. İddiaçının cavabdehin ona 15.000 manat məbləğində borcunun olmasını təsdiq edəcək şahidləri də vardır. Hətta həmin şahidlərin içərisində cavabdehin yaxın qohumları da var. Cavabdeh tərəfindən pulun alınması barədə qəbz yazılarkən iddiaçı tərəfindən cavabdehə heç bir hədə qorxu və təsir göstərilməmişdir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 448.1, 448.2 və 739.2-ci maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıdan 3000 manat faizə borc pulu ilk evliliyindən olan arvadının müalicəsi üçün almışdır. Onun iddiaçıya olan borcu iddia ərizəsində göstərilən məbləğdə deyildir. İddia ərizəsinə əlavə olunan qəbzi o, özü yazmışdır. Həmin qəbzdəki imza və xətt ona məxsusdur. Sözügedən qəbzi yazan günü iddiaçı ona işə qayıtması üçün 50 manat yol pulu da vermişdir. İddiaçı həmin qəbzi ona hədə-qorxu gələrək yazdırmışdır. Lakin o, bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Qəbzi yazdıqdan sonra birinci evliliyindən olan arvadı Mətanətə demişdir ki, iddiaçıya 15000 manat borcunun olması barədə qəbz yazmışdır. Hazırda onun iddiaçıya 15000 mana t borcu yoxdur. İddiaçıya olan 3000 manat borcunu hissə-hissə qaytarmağa razıdır.

9. Birinci instansiya məhkəməsində şahid X3 bildirmişdir ki, iddiaçı onun qonşusu, cavabdeh isə qaynıdır. Tərəflərin heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. Cavabdehin iddiaçıya 15.000 manat məbləğində borcunun olması barədə onun da məlumatı olmuşdur. Bunu cavabdehin özü də ona bildirmiş, lakin həmin qəbzi yazanda iddiaçının onu hədələməyi barədə heç nə deməmişdir.

10. Birinci instansiya məhkəməsində şahid X6 bildirmişdir ki, iddiaçı onun qonşusu, cavabdeh isə oğludur. Oğlu iddiaçıdan 3000 manat faizə pul götürmüşdür. Həmin borc 15000 manat olmuşdur. Samir bildirmişdir ki, iddiaçıya 15000 manat borcunun olması barədə qəbz yazıb imzalamışdır. Lakin həmin qəbzi yazanda iddiaçının onu hədələməyi barədə heç nə deməmişdir.

11. Birinci instansiya məhkəməsində şahid X4 bildirmişdir ki, tərəfləri tanıyır. Heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. Cavabdeh onun keçmiş əridir. Evli olan vaxt cavabdeh qonşuları olan iddiaçıya 15000 manat məbləğində borcunun olduğunu demişdir. Hətta cavabdeh iddiaçının evində 15000 manat borcunun olması barədə qəbz də yazdığını ona bildirmişdir. Lakin cavabdeh yalan deyir, həmin pulu onun müalicəsi üçün xərcləməmişdir. Həmin qəbzi yazarkən iddiaçının onu hədələməsi barədə cavabdeh ona heç nə deməmişdir.

12. Birinci instansiya məhkəməsində şahid X2 bildirmişdir ki, iddiaçı onun bacısı, cavabdeh isə qonşusudur. Cavabdeh ehtiyacı olduğu üçün iddiaçıdan 15000 manat pulu borc almışdır. Cavabdeh iddiaçıya olan borcunu qaytarmaq üçün lotereyaya qoşulmuş, lakin lotereya nın da pulunu verməmişdir.

13. Qazax Rayon Məhkəməsinin 2(023)-90/2023 saylı mülki iş üzrə 17 yanvar 2023- cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 15000 (on beş min) manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya verilməsi qət edilmişdir. (hakim Nemət Musayev)

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıdan 15000 manat borc alması öz xətti və imzası ilə yazmış olduğu qəbzlə və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçıya 3000 manat borcunun olmasını bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh 15000 manat borcun olması barədə yazılmış qəbzdəki imzanın və xəttin ona məxsus olmasını, həmin qəbzi özü yazmasını etiraf etmiş, sözügedən qəbzi iddiaçının hədə-qorxusu ilə yazdığını bildirsə də, bununla bağlı hər hansı bir orqana müraciət etməmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə hazırkı halda cavabdehin iddiaçıya 15000 manat borcunun olmamasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş səs yazısından müəyyən olunur ki, iş üzrə şahid qismində dindirilmiş şəxslər bir-biri ilə mübahisə edirlər və həmin mübahisənin nədən ibarət olması məlum deyildir. Beləliklə, cavabdehin təqdim etdiyi səs yazısı iddianın rədd edilməsi üçün əsas ola bilməz.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 329.2, 329.3, 385, 427, 442, 448.1, 529.3, 740.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apelly asiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri belə olub: - qətnamə qanunsuz və əsassız olmaqla yanaşı maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qəbz üzrə və faktiki olaraq borc məbləğinin həcmi və iddiaçı tərəfindən qəbzə qol çəkmədiyi halda hərbçi olduğundan şikayət edərək onun işdən çıxarılması ilə bağlı etdiyi təhdid nəticəsində qəbzə qol çəkməsinə dair səbəbli əlaqəni düzgün qiymətləndirməmişdir; - halbuki, 2010-2018-ci illər üzrə olan dövr ərzində "xxxx" ASC-dən onun əmək haqqı kartı hesabından iddiaçı tərəfindən pul çıxarılaraq, borc tam ödənilmişd ir; - onunla iddiaçı arasında sələm alınması halı araşdırılmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş qəbzin ona edilən psixoloji təzyiq nəticəsində yaranması və onun iddiaçıya həqiqətən də sələm pulu olması ilə onunla aralarında olan borc münasibətinə xitam verilməsi halı araşdırılmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi cavabdehə məxsus plastik kart üzrə 2010cu ildən 2018-ci ilə kimi həyata keçirilmiş bank əməliyyatlarına dair sənədlərin "xxxx" ASCdən götürülməsi barədə 02 may 2023-cü il tarixli qərardad çıxarmışdır. 20. "xxxx" ASC-nin 13 iyun 2023-cü il tarixli məktubuna əsasən qeyd edilən dövr ərzində cavabdehin adına bank əməliyyat sistemində əmək haqqı təyinatlı plastik kart aşkar edilməmişdir.

21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1142/2023 saylı, x x.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 2(023)-90/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ədil Məmmədov (məruzəçi), Rəhman Muradov, Fikrət Mehtiyev)

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işin müəyyən olunan hallara görə cavabdeh iddiaçıdan 2020-ci ildə 15000 manat məbləğində borc pul almış və bununla bağlı öz imzası ilə yazılı qəbz vermişdir. İddiaçı dəfələrlə borcunu tələb etməsinə baxmayaraq, cavabdeh ona olan borcunu qaytarmamışdır.

23. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin 20102018-ci illər üzrə olan dövr ərzində "xxxx" ASC-dən onun əmək haqqı kartı hesabından iddiaçı tərəfindən pul çıxarılaraq, borcun tam ödənilməsi barədə dəlillərinə qiymət verərək göstərmişdir ki, "xxxx" ASC-nin 13 iyun 2023-cü il tarixli məktubuna qeyd edilən dövr ərzində cavabdehin adına bank əməliyyat sistemində əmək haqqı təyinatlı plastik kartın aşkar olunmayıb. Bu da göstərir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yalnız formal xarakter daşıyır.

24. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları fa ktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən bildirmişdir ki, iddiaçı cavabdehə 15000 manat borc vermiş, cavabdeh həmin borcunu qaytarmamışdır. İddiaçının cavabdehə həmin məbləğdə borc verdiyi iş mat eriallarında olan qəbzlərlə öz təsdiqini tapmışdır. Həmin məbləğdə borcun mövcud olması işin faktiki halı kimi müəyyən edildiyindən MPM-in sübutlarla bağlı tələblərinə görə 15000 manat məbləğdə borcunun olmadığını və ya həmin məbləğdə borcu qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür. Cavabdeh isə həmin borcu ona məxsus olan əmək haqqı kartından çıxarılmış vəsaitlər hesabına qaytardığını bildirsə də, məhkəməyə öz izahatından savayı heç bir mötəbər sübut növünü təqdim edə bilməmiş, əksinə, sorğunun nəticəsi ilə cavabdehin adına həmin dövrdə əmək haqqı kartının olmadığı müəyyən edilmişdir. Belə olan halda cavabdehin borcunu ödədiyi barədə onun nümayəndəsinin izahatında göstərdiyi xüsusatları təsdiq edə bilən, əlaqəli başqa sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh bu barədə heç bir mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir.

26. Kollegiya öz mövqeyini əsaslandırarkən 442, 443.1, 445.1, 445.2, 445.2.1, 445.2.2, 739.1-ci Mülki Prosessual Məcəllənin 14.1, 77.1 və 78.1-ci maddələri ilə əsaslandırmışdır. istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a) Kassasiya şikayətinin dəlilləri:

27. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işə yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti belə əsaslandırılıb ki, məhkəmə tərəfindən işdə оlаn səs yаzılаrı öhdəliyin icrа оlunmаsını təsdiq еtdiyi hаldа, оnun nəzərə аlınmаmаsı məhkəmənin səhvə yоl vеrdiyini göstərir. Qеyd оlunаn səs yаzılаrdаn dа görünür ki, həqiqətən tərə flər аrаsındа bоrcun və bоrc üzrə öhdəliyin həcmi tаm müəyyən еdilir. Həmçinin şikаyətdə göstərilən dəlilin, yəni 2010-cu il tаriхdən 2018-ci il tаriхədək оlаn dövür üzrə Kаpitаl bаnkdаn cavabdehin əmək hаqqı hеsаbı üzrə pulun çıхаrılmаsı ilə bаğlı çıхаrış еdilərək həmin dövr ərzində iddiаçının nə qədər pul çıхаrtdığı tаm müəyyən еdiləcəkdir. Cavabdeh hərbçi оlаrаq iddiаçı tərəfindən bаrəsində şikаyət оlunаrаq işdən çıхаrılmа təhlükəsi olmuşdur. Buna görə də iddiаçı tərəfindən psiхolоji təyziqin оlmаsı inаndırıcı оlmаqlа аğlаbаtаndır. Lаkin məhkəmə bu hаllаrın hеç birini аrаşdırmаmışdır. Bu bахımdаn, məhkəmənin gəldiyi nəticə və tətbiq еtdiyi mаddi hüquq nоrmаlаrı düzgün tətbiq еdilməmiş və mаddi hüquq nоrmаlаrı səhv tövsüf еdilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilm iş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə b orcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 529.3. Əgər b orclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsi nə götürür. Maddə

740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbayc an Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiy a baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icr aat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.

35. İddia tələbi borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehin imzaladığı qəbzə istinad etmişdir. Cavabdeh isə qəbzin ona hədə təsiri altında yazdırılmasını, iddiaçıdan əslində 3000 manat borc almasını, aldığı borcu da onun əmək haqqı kartından iddiaçının pul çıxartması yolu qaytarmasını bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə, o cümlədən apellyasiya baxışında sübut edə bilməmiş, əksinə, cavabdehin dəlilləri şahid ifadləri (qəbzin ona hədə təsiri altında yazdırılması) və "xxxx" ASC-nin sorğuya cavab məktubu (əmək haqqı kartından iddiaçının pul çıxartması) ilə təkzib edilmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh kredit müqaviləsi üzrə borcunu tam qaytarmasını, bununla da hazırda borcunun qalmamasını sübut etməli idi. Qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxan məhkəmələrdə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı cavabdehin imzaladığı qəbzlə sübut edə bilsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, təqdim etdiyi səs yazısına isə birinci məhkəməsi qiymət vermişdir.

37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 529.3-cü maddəsi öhdəliyə icra nəticəsində xitam verilməsini nizama salır. Həmin normaya görə borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıq da isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

38. Göründüyü kimi, Mülki Məcəllənin 529.3.-cü maddəsi öhdəliyə icra nəticəsində o zaman xitam verilməsini nəzərdə tutur ki, borc sənədi borcluda olsun. Hazırki iş üzrə isə borc sənədinin borcluda, yəni cavabdehdə olması işə mahiyyəti üzrə baxan məhkəmələrdə müəyyən olunmayıb.

39. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.

40. Məhkəmə kollegiyası cavabdehin kassa siya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, bu dəlillər alınmış pulun qaytarılması barədə işin faktiki halları ilə bağlı olmaqla apellyasiya şikayətinin də dəlilləri olub və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməiyb.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1142/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar