Məhkəmə qərarları › İş №2(102)-443/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-443/2019

11.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-443/2019 11.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 11 yanvar 2019-cu il İş № 2(102)-9036/2018 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkil1 iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9606/2018 nömrəli iş üzrə 06 sentyabr 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.F.Ə mirxanova) 2(005)-466/2018 nömrəli iş üzrə 25 may 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 03.07.2014-cü il tarixli, ZM357-14 nömrəli zaminlik müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və İ.Ş.Vəliyev) 2(103)-9606/2018 nömrəli iş üzrə 06 sentryabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-466/2018 saylı iş üzrə 25 may 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinin ləğv edilm əsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ilə bank arasında 03.07.2014-cü il tarixdə kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən Müşfiq Mustafayevə illik 20 faizlə 48 ay müddətinə 100 000 manat kredit verildiyini, kredit müqaviləsinin təminatı olaraq Müşfiq Mustafayevin mülkiyyətində olan **-UT-*** dövlət nişanlı “Mercedes ACTROS-3332” markalı avtomobilin 03.07.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında girov qoyulduğunu, eyni zamanda onunla bank arasında 03.07.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlandığını, X2 05 dekabr 2014-cü il tarixdə vəfat etdiyini, vəfat etdiyi vaxta qədər onun kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımı qaydada icra etdiyini, zaminlik müqaviləsini bağlayarkən mərhum X2 bank qarşısında yaranan öhdəliyinin icra edilməsi üçün məsuliyyət götürdüyünü, X2 vəfat etmiş olmasının zaminlik müqaviləsinə xitam verilməsi üçün əsas olduğunu, çünkü zamini olduğu şəxs vəfat etdiyi üçün onunla bank arasında heç bir hüquq və öhdəlik qalmadığını, bu səbəblə də banka zaminlik müqaviləsinin ləğv edilməsi barədə bildiriş (pretenziya məktubu) göndərdiyini, pretenziya məktubuna bank tərəfindən heç bir münasibət bildirilmədiyini irəli sürmüş, buna görə də bankla arasında bağlanmış 03.07.2014-cü il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. K ASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9606/2018 nömrəli iş üzrə 06 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına İddiaçı kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kolle giyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı teleqram göndərərək övladının xəstəliyi ilə bağlı işin baxılmasını təxirə salmasını xahiş etsə də, həmin halı təsdiq edən heç bir sübut təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-9606/2018 nömrəli iş üzrə 06 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübut lara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-466/2018 saylı iş üzrə 25 may 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməsi nəticəsinə gəlmişdir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə X3 arasında bağlanmış 03.07.2014-cü il tarixli 357-14 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 48 ay müddətinə illik 20 faiz ödəməsi şərtilə 100 000 manat kredit verilmiş, kredit öhdəliyinin icrasının təmin edilməsi üçün X2 mülkiyyətində olan **-UT-*** dövlət nömrə nişanlı “Mercedes ACTROS-3332” markalı, WDB9301631L024235 şassi nömrəli, 2005-ci il buraxılışlı, ağ rəngli avtomobil ipoteka ilə yüklü edilmiş, eyni zamanda bankla İddiaçı arasında 03.07.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, X3 05 dekabr 2014-cü il tarixdə vəfat etmiş, iddiaçı da məhz bu hala istinad edərək zaminliyinə xitam verilməli olduğu nu (zaminlik müqaviləsinin ləğv edilməli olduğunu) irəli sürmüşdür. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla bağl ı apellyasiya instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; belə ki, zaminin məsuliyyətinin yaranma əsası Mülki Məcəllənin 472.1-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddədə qeyd olunan “borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə” ifadəsi hüquq normasının hipotezasıdır, yəni hüquq normasının elə hissəsidir ki, normanın tətbiqini şərtləndirir; bu h issə mövcud olmadan norma tətbiq edilə bilməz. Odur ki, zaminin kreditor qarşısında məsuliyyətinin yaranması üçün göstərilən hal mütləq mövcud olmalıdır: borclu kreditorun qarşısında öhdəliyini icra etməməli və ya lazımi qaydada icra etməməlidir. İş materiallarından müəyyən edilmişdir ki, kredit alan Müşviq Mustafayev kredit müqaviləsi üzrə hər ay 3177 manat ödəniş həyata keçirməli olduğu halda razılaşdırılmış qrafikə əməl edə bilməmiş, bununla da öhdəliklərini pozmuş, 05 dekabr 2014-cü il tarixdə isə dünyasını dəyişmişdir. Başqa sözlə Müşviq Mustafayev (kredit alan) ölənə kimi, yəni sağ olduğu kredit dövrünə münasibətdə öhdəliyi lazmi qaydada icra etmədiyi üçün zaminin məsuliyyəti yaranmışdır və artıq yaranmış məsuliyyətə əsas borclunun ölümü nəticəsində xitam verilə bilməz. Nəzərə alınma lıdır ki, “icra etməmə” davranışın passiv forması olan hərəkətsizlikdir və əsas borclu vəfat etməmişdən əvvəl bu cür davranışa yol verməklə zaminin məsuliyyətinin yaranmasına yol açmışdır. Bu isə o deməkdir ki, əsas borclu vəfat etdiyi zaman Mülki Məcəllənin 472.1-ci maddəsində qeyd olunan “borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə” məzmunlu hipoteza artıq mövcud olmuş və zaminin kredit verən qarşısında məsuliyyəti yaranmışdır. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin “zaminliyə xitam verilməsi” başlıqlı 477-ci maddəsində, əsas borclunun vəfat etməsinin zaminin öhdəliklərinə xitam verilməsinə əsas təşkil etdiyi nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 27 aprel 2016- cı il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi təmin olunaraq X1 və İddiaçı müştərək qaydada 79 925,10 manat əsas, 9254,40 manat faiz, 5,96 manat cərimə olmaqla cəmi 89 185,46 (səksən doqquz min yüz səksən beş manat qırx altı qəpik) manat kredit borcunun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə verilməsi, ipoteka predmeti olan “Mercedes ACTROS-3332” markalı avtomobilin açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın hərracda ilkin satış qiymətinin 170 000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğin borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin cavabdehlərdən müştə rək qaydada tutularaq banka verilməsi qərara alınmış, Gəncə Apellyasiya Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Şəmkir Rayon Məhkəməsinin qiyabi qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, İddiaçı 79 925,10 (yetmiş doqquz min doqquz yüz iyirmi beş manat on qəpik) manat əsas, 9254,40 (doqquz min iki yüz əlli dörd manat qırx qəpik) manat faiz borcu, 5,96 (beş manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla cəmi 89 185,46 (səksən doqquz min yüz səksən beş manat qırx altı qəpik) manatın və 30 (otuz) manat dövlət rüsumunun alınaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə verilməsi, tutmanın ipoteka predmeti olan X2 adına qeydiyyata alınmış **-UT-*** dövlət nömrə nişanlı “Mercedes ACTROS-3332” mar kalı avtomaşına yönəldilməsi, həmin avtomaşının açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına cavabdehin banka olan 89 185,46 (səksən doqquz min yüz səksən beş manat qırx altı qəpik) manat borcunun və 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın hərracda ilkin satış qiymətinin 170 000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğin borcun ödənilməsi üçün kifayət etmədikdə, qətnamənin ümumi qaydada icra edilməsi qət edilmiş, apellyasiya instansiyasının qətnaməsi Ali Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi ilə qüvvəsində saxlanılmışdır. Həmin məhkəmə aktlarından görünür ki, məhkəmələr X2 vəfat etməsi faktına hüquqi qiymət vermiş və yaranmış kredit öhdəliyindən İddiaçı məsuliyyət daşımalı olduğu qənaətinə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə də razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının hazırda mübahisələndirdiyi zaminlik müqaviləsinə dolayısıyla qiymət verilmiş və tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz” gəldiyi nəticəsi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaf iq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Adıçəkilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9606/2018 nömrəli iş üzrə 06 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9606/2018 nömrəli iş üzrə 06 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar