Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4433/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4433/23 (Açar sözlər: borc tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1004/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) aldığı 85.000 manat borc pulu xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 85.000 manat pulun və 330 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbinin işin hallarına uyğun əsaslandırmaqla qeyd etmişdir ki, o, tanışı Cavabdeh xx.xx.2022-ci il tarixdə 85.000 manat borc vermiş və onlar bunu notariat qaydada təsdiq etmişlər. Aralarında olan razılığa görə cavabdeh borc u xx.xx.2022-ci il tarixədək ödəməli idi. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina etmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında müqavilə rəsmi qaydada olmuş, qarşı tərəf 85000 manat məbləğində borcu 3 ay müddətdə qaytaracağına söz vermişdir. Artıq bir ilə yaxın vaxt keçmiş, cavabdeh borcu qaytarmamış və qaytarmaq fikridə olmamışdır. Ümumilikdə heç nə qaytarılmamışdır. Bu şəxslərin kifayət qədər səriştələri var. -Avtomobilləri, mülkləri, villaları var, amma heç biri öz adlarına deyildir. Şəxsən o, özü qarşı tərəflə danışmış, gedin nə istəyirsiniz edin demişdir. Cavabdehin qardaşı, saxta etibarnamə hazırladığı üçün məsuliyyətə cəlb olunmuşdur.
5. Zəngilan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(034)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim: Gülsarə İmanova) iddia tələbi təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə notariat qaydada təsdiq edilmiş müqavilə ilə cavabdeh iddiaçıdan 85.000 manat məbləğində borc almış, aralarında olan razılığı görə cavabdeh borcu xx.xx.2022-ci il tarixədək qaytarmalı olduğu halda üzərinə götürdüyü öhdəliyə əməl etməmiş və bu günə kimi iddiaçıya olan borcunu ödəməkdən yayınır.
7. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 445.2.1, 740.1, 740.2, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və onları düzgün tətbiq etməmişdir. Məhkəmə işin mahiyyəti üzrə düzgün nəticəyə gəlməmiş, öz qətnaməsini işin faktiki hallarına uyğun əsaslandıra bilməmişdir. O, əvvəllər İddiaçın tanımamışdır. X2 tanımışdır. X1 Vəliyevanın yaxın qohumudur. O, İddiaçı hər hansı bir pul vəsaiti almamışdır. Vəliyev İlyasın 2 ədəd “Merse des Benz” markalı avtomobili var idi. Dediyinə görə həmin avtomobilləri Almaniyadan gətirmişdir. Ona təklif etmişdir ki, gəl həmin avtomobilləri sataq və pulun sahibkarlıq məqsədi ilə başqa işə qoyaq. O da razılaşdı və həmin avtomobilləri satmaq üçün ona verdi. O da həmin avtomobilləri sataraq İlyas Vəliyevlə birlikdə Abşeron Rayonu, Müşviq qəsəbəsində yerləşən gölün qurudulmasına sərf etdilər. Sonradan Amalya adlı bir xanım ona zəng edərək həmin avtomobillərin ona məxsus olduğunu bildirdi. O isə bunu bilmədiyini qeyd etdi. İlyas ona bunu deməyibdir. Bundan sonra o, həmin avtomobillərin pulunu ondan tələb etdi və təkidlə bildirdi ki, həmin pulları ondan alacaqdır. Pulu ondan almaq məqsədi ilə o, Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etdi. Söhbət zamanı İddiaçı bildirdi ki, o, Almaniyada yaşayır və oradan avtomobillər göndərə bilər. ona bildirmişdir ki, birbaşa onun adına oradan avtomobil göndər burada satsın. O, əvvəlcə razılaşmadı, lakin sonra bildirdi ki, bu şərtlə maşın göndərə bilər ki, bu iki maşının pulunu versin. Ona bildirdi ki, hal-hazırda əlində pul yoxdur. Olan vəsait gölün qurudulmasına sərf edilibdir. Bundan sonra İddiaçı bildirdi ki, notarial qaydada borc müqaviləsi bağlansa ona əlavə olaraq yenə də avtomobil göndərər. O da bu şərtlə razılaşmış və 19 aprel 2017-ci il tarixdə notarial qaydada borc müqaviləsi bağlanmışdır. Həmin dövrdən xx.xx.2022-ci tarixə qədər ondan bir səs çıxmadı və yenidən xx.xx.2022-ci il tarixdə bildirdi ki, o borc müqaviləsinin müddəti bitib yenidən müqavilə bağlamaq lazımdır. O da həmin şərtlə yenidə razılaşmış və yeni bor c müqaviləsi bağlanmışdır. Bir müddət keçəndən sonra məhkəmədən ona bildiriş gəldi. Məhkəmədə İddiaçı tərəfindən ona hər hansı pul vəsaitinin verilmədiyini bildirmişdir. Əlavə olaraq məhkəmədə bildirilmişdir ki, tərəfindən iki ədəd avtomobil İlyasdan alınmışdır və həmin avtomobilləri İddiaçı deyil, İlyas Vəliyev ona vermişdir.
10. Məhkəmə kollegiyası tərəfindən Abşeron rayon 2 saylı Notariat Ofisinə verilmiş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 15 aprel 2022-ci il tarixdə notariat ofisində İddiaçı ilə Cavabdeh arasında təsdiq edilmiş 3M-298 reyestrli kredit müqaviləsi rəsmiləşdirilən zaman verilən borc notariat ofisinin depozit hesabı vasitəsilə verilməmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1004/2023 nömrəli iş üzrə 26 iyul 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən kredit müqaviləsi üzrə borcun cavabdehə verilməsini sübut etmə yükü üzərinə düşən iddiaçı tələb etdiyi xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 85.000 manat məbləğində pulu cavabdehə verdiyini sübut etməli olduğu halda, bunu təsdiq edən hər hansı bir tutarlı sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində cavabdeh bir-birinə zidd ifadələr vermiş, İddiaçı borc almadığı təqdirdə nə səbəbə müqavilənin təsdiqi kimi müqaviləni imzaladığı izah edə bilməmiş və hətta guya sözlərinin təsdiqi olaraq şahid kimi məhkəmə prosesinə gətirəcəyi İlyası məhkəməyə dəvət etməmişdir. Apellyasiya məhkəməsi isə öz qətnaməsində bütün bu halların heç birinə qiymət verməmişdir.
15. Kassator hesab edir ki, Sumqayıt Apellyasiya məhkəməsinin qətnaməsində sübutlara düzgün qiymət verilmədiyindən məhkəmə “iddiaçının iddianı təsdiq edən hər hansı bir tutarlı sübut təqdim etməmişdir.” qənaətinə gəlmişdir. Belə ki, əgər həq iqətən də cavabdehə 85.000 manat məbləğində borc verilməmişdirsə, onda nə səbəbə 2019-cu ilin avqust ayında cavabdeh iddiaçıya həmin borcdan 500 manat qaytarmış və xx.xx.2022-ci il tarixdə birinci müqavilənin müddəti ötdükdən sonra həmin müqavilənin təsdiqi kimi yenidən kredit müqaviləsi bağlamışdır? Eyni zamanda cavabdeh İddiaçı ümumiyyətlə tanımadığını məhkəmə proseslərinin hamısında dəfələrlə qeyd etsə də məhkəmə nə səbəbə cavabdehin tanımadığı və pul almadığı şəxslə 85.000 manat məbləğində borc almasına dair 2 dəfə eyni məzmunlu müqavilə bağlamasına, həmçinin iddiaçıdan deyil, İlyas Vəliyevdən aldığı 2 ədəd avtomobili gah 1999-cu ildə, gah da 2018-2019-cu illərdə aldığını, lakin müqaviləni bundan çox əvvəl, yəni 2017-ci ildə bağlandığını göstərməsinə, iddiaçının ona 30.000 manatlıq 2 avtomobildən əlavə 55.000 manat pul verəcəyinə, daha sonra isə ifadəsini dəyişərək 55.000 manat məbləğində avtomobil ehtiyat hissələri göndərəcəyinə heç bir münasibət bildirməmiş, bu sübutlara qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara m ülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.. Mülki Prosessual Məcəllə
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
23. Maddə 21 7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
27. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlar a istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
31. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hal lar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
32. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, tərəflər arasında eyni məbləğə dair əvvəldə xx.xx.2017-ci ildə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçıdan aldığı 85.000 manat borc pulu 3 ay müddətində borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür.
34. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbini rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə tərəflər arasında bağlanmış 3M-298 reyestrli kredit müqaviləsi rəsmiləşdirilən zaman verilən borc notariat ofisinin depozit hesabı vasitəsilə verilməmişdir.
35. Məhkəmə kollegiyası bununla razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin tanımadığını iddia etdiyi şəxslə 85.000 manat məbləğində borc almasına dair əvvəlki müqavilənin bağlanılmasına aydınlıq gətirilməmiş, 2022-ci il tarixli müqaviləni pulun notariat ofisinin depozit hesabı vasitəsilə verilməməsi səbəbilə rədd edərkən, 2017-ci il tarixli müqavilənin hansı məqsədlə bağlandığını, tərəflər arasında borc və ya digər münasibətlərin (2022-ci ildə bağlanmış müqavilənin 2017-ci ildə bağlanmış müqavilədə qeyd olunan borcun etirafı məqsədilə bağlanılması, bu səbəbdən borcun notariat ofisinin depozit hesabı vasitəsilə verilməsinə ehtiyac olmaması) olubolmadığı aydınlaşdırılmamışdır.
36. Belə ki, cavabdeh apellyasiya instansiya məhkəməsinin iclasındakı izahatında iddiaçı ilə xx.xx.2017-ci il tarixdə notarial qaydada borc müqaviləsi bağlandığını, lakin həmin dövrdən xx.xx.2022-ci il tarixədək ondan bir xəbər çıxmadığını, xx.xx.2022-ci il tarixdə borc müqaviləsinin müddətinin bitdiyini, buna görə də yeni borc müqaviləsi bağlanmasının lazım gəldiyini bildirdiyini, bundan sonra yenidən müqavilə bağladıqlarını bildirmişdir. (i.v.71).
37. Cavabdehin izahatından belə aydın olur ki, iddiaçı ilə bağlanmış 2022-ci il 15 aprel tarixli müqavilə, 2017-ci il 19 aprel tarixli müqavilədə nəzərdə tutulmuş borcun etirafı barədə müqavilə kimi bağlanılmışdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cavabdehin izahatlarının işin halları ilə uyğunluğunu araşd ırmamışdır.
39. Buna görə də göstərilən əsaslara görə kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 26 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
40. İşin qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanla rı aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1004/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.