Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4434/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-180/2023 nömrəl i, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh kassasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı “X3 Azərbaycan” QSC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 9677,02 manat əsas, 602,21 manat faiz, 198,73 manat cərimə borcu olmaqla, cəmi 10.477,96 manat borcun və ödənilmiş 124,77 manat dövlət rüsumunun “X3 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3861/2022 nömrəli iş üzrə 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 7032,34 manat əsas borc, 242,16 manat faiz borcu, 69,94 manat cərimə borcu, cəmi 7344,44 (y eddi min üç yüz qırx dörd manat, qırx dörd qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87,45 (səksən yeddi manat, qırx beş qəpik) manatın iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Almaz Süleymanova) b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
3. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, mühasibatlıq ekspertizası keçirməklə faktiki borcun müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(105)-180/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(060)- 3861/2022 nö mrəli qətnaməsi dəyişdirilmiş, əsas borc üzrə 6790,72 manat, faiz borcu üzrə 109,03 manatın Cavabdeh tutularaq iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli, İlqar Dəmirov) c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
5. İddiaçı və cavabdeh ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(105)-180/2023 nömrəli qətnaməsindən iddiaçı “X3 Azərbaycan” QSC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qeyr i-mümkün hesab edilmiş, kassasiya şikayətlərinin geri qaytarılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
7. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti üzrə qeyd etmişdir ki, kassasiya şikayəti Vəkil2 tərəfindən imzalansa da, sonuncuya belə səlahiyyət verilməsini təsdiq edən etibarnamə kassasiya şikayətinə əlavə olunmamışdır. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. İddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti cəmi 374,75 manat (apellyasiya məhkəməsinin qətnaməsi ilə tutulması rədd olunan məbləğ) təşkil edir ki, MPM-in 402.1-ci maddəsinə əsasən onda n kassasiya şikayəti verilə bilməz.
8. Kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinə münasibətdə isə göstərmişdir ki, şikayət MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Belə ki, kassasiya şikayətində maddi hüquq normalarının pozulması kimi Mülki Məcəllənin 445.1, 448.1, 449.1, 739.2-ci, “Banklar haqqında” Qanunun 1.0.9-cu maddələrinin, prosessual hüquq normalarının pozulması kimi isə Mülki Prosessual Məcəllənin 88, 217.3-cü maddələrinin pozulması qeyd edilmişdir. Bu zaman kassator həmin hüquq normalarının dispozisiyalarını şikayətə köçürmüş, lakin apellyasiya məhkəməsi tərəfindən həmin normaların pozulmasının hazırki işdə konkret nədə ifadə olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmişdir. Cavabdehin dəlilləri işin hallarının süb ut olunmamasından ibarət olmuşdur ki, Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində belə dəlillərə istinad etməyə yol verilmir. Həmçinin, cavabdehin kassasiya şikayətinin nəticə hissəsi qeyri-müəyyən formada “Sumqayıt Apellyasiya məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(105)-180/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi” kimi ifadə edilməklə, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməmiş və nə kimi məhkəmə aktının qəbul edilməsini istədiyi qeyd edilməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-180/2023 nömrəli qərardadı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılmışdır. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli, İlqar Dəmirov)
10. Cavabdeh prosessual müddətin bərpası barədə və yenidən kassasiya şikayəti vermişdir.
11. Müddətin bərpası barədə ərizənin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamədən prosessual müddət daxilində kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qeyd edilən qərardadda göstərilən hallar aradan qaldırılmışdır. Hesab edir ki, prossesual müddət bərpa olunaraq iş baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, yuxarıda qeyd edilən xüsusatlar tam aydınlaşdırılması səbəbi ilə prossesual müddət üzrlü səbəbdən keçmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 2(105)-180/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli, İlqar Rəhimov)
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən ilk dəfə kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilsə də, kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2023cü il tarixli, 2(102)-3372/2023 nömrəli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Qərardadda cavabdehin kassasiya şikayətinə münasibətd ə qeyd edilmişdir ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsinin prоsessual müddətin üzrlü hesab edilməsi barədə cavabdehin dəlillərinə münasibətdə mövqeyi belə olmuşdur ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
15. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdehin kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsi səbəbi ilk dəfə MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamış kassasiya şikayətinin geri qay tarılması olmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi həmin halı üzrlü hesab etməyərək qeyd edir ki, cavabdeh vəkil və nümayəndə tərəfindən təmsil edilmişdir. Bu da cavabdeh tərəfin prosessual qanunvericilik normaları, qanunvericilikdə baş vermiş dəyişikliklər barədə məlumatlı olmasını və kassasiya şikayətinin MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmalı olduğundan məlumatlı olmasını təsdiq edir.
17. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul ol unur. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-in 405-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 128.3, 129.1, 129.2, 130.1, 133.1, 135.5, 135.6, 405.0.1 və 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasi ya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini və kassasiya şikayətinin verilməsinə dair buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Ali Məhkəmənin əvvəlki qərardadında göstərilən hallar aradan qaldırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Ko mmersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.8. “Elektron imza və elektro n sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə
134. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıd akı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir; iddia ərizəsini; qarşılıqlı iddia ərizəsini; iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini; məhkəmə bildirişini; birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; iş üzrə icraatın qurtardığını göstərən qərardadı; məhkəmə əmrini; apellyasiya şikayətinin surətini; kassasiya şikayətinin surətini. Zəruri hallarda məhkəmə işə aid olan digər məhkəmə sənədlərini də rəsmi qaydada verə bilər Maddə 135.1 Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdır ılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbu l edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərilə bağlı belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilməyib.
27. Apellyasiya instansiyası məhkəməsinin prоsessual müddətin üzrlü hesab edilməsi barədə cavabdehin dəlillərinə münasibətdə mövqeyi belə olmuşdur ki, cavabdeh vəkil və nümayəndə tərəfindən təmsil edilmişdir. Bu da cavabdeh tərəfin prosessual qanunvericilik normaları, qanunvericilikdə baş vermiş dəyişikliklər barədə məlumatlı olmasını və kassasiya şikayətinin MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmalı olduğundan məlumatlı olmasını təsdiq edir. Həmçinin müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.
28. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə bağlı əlavə olaraq onu da qeyd edir ki, MPM-in 408.5-ci maddəsinə əsasən həmin Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Bu müddəanın mənasına görə, kassasiya şikayə ti verildiyi anda onun verilməsinə dair prosessual hərəkət bitmiş hesab olunur, onun müvafiq apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi anınadək tamlığı təmin edilməli, kassasiya şikayətinin verilməsi ilə bağlı hər hansı nöqsanlar onun verilməsi üçün nəzərə tutulmuş müddətdə aradan qaldırıla bilər.
29. Ali Məhkəmə tərəfindən kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadın qəbul edilməsi məqamında, həmin kassasiya şikayəti ilə bağlı məhkəmə icraatına yekun vurulur, həmin kassasiya şikayətinin hər hansı prosessual dəyəri sıfıra enir və bundan sonra şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
30. Hazırkı işdə kassator olan cavabdehin peşəkar vəkillə təmsil olunması onun Ali Məhkəməyə müraciət etməyin qaydalarından xəbərsiz olmasını istisna edir.
31. Belə hallarda nəzərə alınmalıdır ki, peşəkar hüquqi yardım göstərən vəkil tərəfindən kassasiya şikayətinin tərtibi zamanı şikayətin forma və məzmun tələbinə riayət edilməməsi, vəkil orderinin əlavə edilməməsi, dövlət rüsumunun ödənilməməsi və yaxud az ödənilməsi, şikayətin imzalanmaması, şikayətin elektron qaydada verilməməsi kimi pozuntular qəbuledilməzdir və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu halların təkrar kassasiya şikayətinin verilməsi zamanı müddətin bərpasını mümkün edən üzrlü səbəb kimi qiymətləndirilməməsi düzgün olmuşdur.
32. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-180/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.