Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4437/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlərdən Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh3, vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC –nin Cavabdeh1, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dairmülkiiş üzrə Gəncə Apellyasiya Məhkəməsi MK-nın 23 yanvar 2019-cuiltarixli qərardadından Cavabdeh3 kassasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Kəlbəcər rayon məhkəməsinin 25 avqust 2016- ci il tarixli qətnaməsi ilə (sədrlik edən H.Qəniyev) iddiaçı "xxxx" QSC –nin Cavabdeh1, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dairiddiası rəddedilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2016-cu il tarixli qətnaməsiilə (sədrlikedən Ə.Rüstəmov, hakimlər F.Mehtiyevvə Ş.Rzaquliyev) Kəlbəcər rayon məhkəməsinin 25 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10000,0 (on min) manat əsas borc, 1725,36 (bir min yeddi yüz iyirmi beş manat otuz altı qəpik) manat faiz borcu, 100,0 (bir yüz) manat cərimə olmaqla, ümumilikdə cəmi 11825,36 (on bir min səkkiz yüz iyirmi beş manat otuz altı qəpik) manat borcun tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi,iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qəərardadı ilə (sədrlik edən F.Mehtiyev, hakimlər L.Süleymanov və A.Bayramov) Cavabdeh3 Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 10 noyabr 2016-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh3 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Gəncə Apellyasiya Məh kəməsinin MK-nın 23 yanvar 2019-cu il tarixli qərardadının tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qızma qarşı iddia ərizəsi ilə əməyə müraciət edərək, cavabdehlərdən kredit müqaviləsi üzrə 10000,0 manat əsas borc, 25.36 manat faiz borcu, 2100,0 manat cərimə, cəmi 12825,36 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 5 avqust 2016-cı il tarixli qətnaməsi ilə, iddia tələbinin rədd edilməsi, əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti ve rərək, Kəlbəcər Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli 2-1189 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 10 noyabr 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10000,0 (on min) manat əsas borc, 1725,36 (bir min yeddi yüz iyirmi beş manat otuz altı qəpik) manat faiz borcu, 100,0 (bir yüz) manat cərimə olmaqla, ümumilikdə cəmi 11825,36 (on bir min səkkiz yüz iyirmi beş manat otuz altı qəpik) manat borcun tutu laraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh3 kassasiya şikayəti vermişdir. Həmin şikayət üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, qətnamə 16 noyabr 2016-cı ildə qəbul edildiyi halda kassasiya şikayəti 21 yanvar 2019cu il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər. Qərardadın ləğvini xahiş edən kassatorun dəlili ondan ibarətdir ki, qətnamə ona təqdim edilməmişdir. Qətnamənin təqdim edilməsinə dair iş materiallarına əlavə edilmiş xəbərnamədəki imza ona məxsus deyildir. Həmçinin iş materiallarından və qətnamədən verilmiş kassasiya şikayətinin məzmunundan görünür ki, kassastor isə məhkəmə baxışlarında iştirak etməmiş və qeyd edilən əsasa görə məhkəmə qətnaməsindən məlumatlı olmadığını göstərmişdir. Mülki prosessual qanunvericilik məhkəmə aktlarından şikayət etmək hüququnu şəxsin məhkəməyə çatımlılıq hüququ kimi müəyyən edir və bu hüququn h əyata keçirilməsi üçün üçün konkret müddətlər müəyyən edir. Eyni zamanda qanunverici təsbit edir ki, bu müddətin axımı məhkəmə aktının tərəfə təqdim edildiyi tarixdən başlayır. Göründüyü kimi iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin Cavabdeh3 tərəfindən alınıb-alınmamasının müəyyən edilməsi hazırkı işdə əhəmiyyət kəsb edir və bu hal xüsusi bilik sahəşinə aiddir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı və müvafiq ekspertiza keçirilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim edilməsinə dair xəbərnamədəki imzanın Cavabdeh3 tərəfindən icra edilib- edilmədiyi müəyyən edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası QƏRARA ALDİ: Cavabdeh3 kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi MK-nın 23 yanvar 2019-ci il tarixli qərardadı ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4437/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4437/2019
05.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver