Məhkəmə qərarları › İş №2(102)-4437/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4437/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4437/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” Şirkətinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.Əsədova) 22 oktya br 2019cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” Şirkətinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi İddiaçı apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi iş ə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İddiaçı cavabdeh “xxxx” Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Şirkəti ilə onun arasında bağlanmış 15 yanvar 2013-cü il tarixli, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməs i tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, “xxxx” Şirkəti (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış 15 yanvar 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 1.2-ci yarımbəndinə əsasən, müqavilən in predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti kimi mühüm şərtlərin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokolunda öz əksini tapır. Həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə “Mətənat A” şirkətinin verdiyi iddia əsasında qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” Şirkətinin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı 15.271,59 (on beş min iki yüz yetmiş bir manat əlli doqquz qəpik) manat məbləğində əsas borcun və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 26,70 (iyirmi altı manat yetmiş qəpik) manat məbləğində hissəsinin iddiaçı “xxxx” Şirkətinə ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi müəyyən edilmişdir. Əvvəla qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki halar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüqu q münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi(qərarı) ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarınd a həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək qeyd edilməlidir ki, Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2015-ci il tarixli qətnaməsi ilə hazırda mübahisələndirilən müqavilənin qanuniliyinə və etibarlılığına faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə ar aşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Bundan başqa iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apelyasiya şikayətində belə bir sübutun təqdim ediləcəyi ilə bağlı hər hansı bir dəlilə istinad etməmişdir. Yəni, müqavilənin etibarsızlığı üçün əsas olan halların nədən ibarət olduğunu göstərmir, eləcə də bu hallar mövcuddursa bunun hansı sübutlarla təsdiq edildiyini açıqlamır. Bununla bağlı, yalnız iddiaçı tərəfin izahatı mövcuddur. İddiaçının izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə etibarsızlığa dair sübut yoxdur. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi müqavilənin etibarsız müqavilə olması həm də inandırıcı və ağlabatan deyildir. Bununla yanaşı işdən görünür ki, mü bahisələndirilən “alq-satqı müqaviləsi” 15.01.2013-cü il tarixdə bağlanmış, həmin müqavilənin etibarsız hesab edilməsinə dair iddia isə 27 avqust 2019-cu il tarixdə verilmiş, yəni müqavilə bağlandığı vaxtdan 6 il, 7 ay sonra qaldırılmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi yazılı ərizə ilə məhkəməyə müraciət edərək Mülki Məcəllənin 354-cü maddəsinə istinad edərək iddia müddəti keçdiyindən iddianın rədd olunmasını xahiş etmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilə r. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi mübahisələndirmə (kəsici) müddəti Mülki Məcəllənin 354.2-ci maddəsində bir il nəzərdə tutulduğundan, iddiaçı isə “alqı-satqı müqaviləsi” bağlandığı vaxtdan 6 il, 7 ay sonra məhkəməyə müraciət etdiyindən qeyd olunan müddəti ötürmüşdür. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət kəsici müddət olduğundan həmin müddətin tətbiq edilməsi üçün ərizə verilməsinə zərurət yoxdur. Çünki, bu müddət kəsici müddət olduğundan onun keçməsi avtomatik olaraq iddianın təmin edilməməsi üçün müstəqil əsasdır. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual h üquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar