Məhkəmə qərarları › İş №2(102)-4439/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4439/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4439/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul mübahisəsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-354/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə 6900 ABŞ dolları borc pul vermiş, bu barədə cavabdehdən qəbz almışdır. Borcun qaytarılması vaxtından keçmişdir. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6140 ABŞ dolları pulun və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda ümumilikdə 6900 ABŞ dolları pul almışdır. Cavabdeh həmin borc məbləğindən 1290 manatını, yəni 760 ABŞ dollarını ona ödəmişdir. Lakin qalan 6140 ABŞ dolları indiyədək ödənilməmişdir. O. cavabdehdən həmin borcun qaytarılmasını tələb etsə də, sonuncu bundan imtina etmişdir. Bu səbəbdən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli, 2(033)-886/2020 saylı qətnаməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilməmişdir.

5. Məhkəmə iddia tələbini rədd edərkən iddia müddətini tətbiq edərək «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.1, 375.2, 377.1-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Şəki Apelyasiya Məhkəməsi MK-nın 04 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- M.Əsədli (səd rlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov, iş No 2(103)354/21 saylı mülki iş) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş; İş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tаrixli, 2(033)-886/2020 saylı qətnaməsi ləğv edilmiş; İş üzrə yeni qətnamə qəbul edilmiş; İddia tələbi təmin edilmiş; Cаvаbdeh Cavabdeh 6140 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Apelyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.1, 375.2, 377.1, 385.1, 739.1, 740-cı maddələrinə istinad etmişdir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, 1-ci instansiya məhkəməsi iddia müddətini düzgün tətbiq etməmiş dir.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cаvаbdeh Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cаvаbdeh Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: iddiaçı ilə münasibətləri yaxşı olmuşdur. Buna görə onun oğlunun il mərasimində 200 manat maddi yardım, həmçinin yeni doğulmuş övladına görə 50 manat pul vermişdir. Onun tərəfindən verilmiş bu ifadəyə görə qəbul edilmiş məhkəmə qərarı ilə razı deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı və Cavabdeh məhkəmə iclasına vəkilsiz gəlmişlər. Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdikləri üçün məhkəmə iclasında onların izahatları alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə. 373.2 Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

15. Maddə. 377.1 İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

16. Maddə. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 418.1. Maddi və prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiy a instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

25. Belə ki, Apelyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 23.11.2015-ci il tarixdə 6 ay müddətinə qaytarmaq şərti ilə 6900 ABŞ dolları məbbləğində borc vermişdir. Cavabdeh 760 ABŞ dolları pulu qaytarmış və qalan məbləği qaytarmamışdır.

26. Hər iki məhkəmənin işin faktiki halları ilə bağlı gəldiyi qənaət ondan ibarətdir ki, cavabdeh sonuncu dəfə iddiaçıya 2019-cu ilin oktyabr ayında ödəniş etmişdir. Bir dəfə 200 manat və bir dəfə də 50 manat ödəniş etmişdir. Birinci instansiya məhkəməsi həmin ödənişlərin borcun əvəzi olaraq deyil, əvəzsiz olaraq ödənilməsi barədə cavabdehin izahatını əsas tutaraq iddia müddətini tətbiq et dərək iddianı rədd etmiş, Apelyasiya Məhkəməsi isə həmin izahata tənqidi yanaşaraq qaytarılan məbləğin məhz borc məbləği olması kimi dəyərləndirərək həmin hərəkəti iddia müddətini kəsən börcun etirafı kimi qəbul edərək iddianı təmin etmişdir.

27. Elə bu yerdə, məhkəmə kollegiyası qeyd edir ki, 2019-cu ilin oktyabr ayında cavabdeh tərəfindən edilmiş ödənişlərin guya borcun əvəzi olaraq deyil, əvəzsiz olaraq iddiaçıya verilməsi barədə cavabdehin izahatına Apelyasiya Məhkəməsinin tənqidi yanaşması əsaslıdır və işin faktiki hallarına uyğundur.

28. Məhkəmələr müəyyən etmişlər ki, 2019-cu ildə edilmiş ödənişlərdən başqa iddiaçıya digər məbləğlər də qaytarılmışdır. Müəyyən edilən hal ondan ibarətdir ki, cavabdeh borc götürərkən sosial kartını iddiaçıya vermiş və görünür qaytarılan məbləğ həmin ka rtdan çıxarılan məbləğdir. Lakin həmin məbləğin hansı tarixlərdə qaytarılmasını məhkəmələr müəyyən etməmişlər. Hansıüki, həmin tarixlər iddia müddətinin tətbiqində mühüm rol oynayır.

29. Apelyasiya Məhkəməsi kartdan çıxarılan məbləğin hansı tarixlərdə çıxarılmasını müəyyən etmədiyi üçün və sonuncu ödənişin hansı tarixdə edilməsinə diqqət çəkmədiyi üçün iddia müddətinin tətbiqində səhvə yol vermişdir.

30. İşin faktiki halları ilə bağlı Apellyasiya instansiyası məhkəməsinin qənaətinə uyğun dəyərləndirmə aparıldığı təqdirdə hazırkı işdə üç illik iddia müddəti keçmiş olur. Beləki, əvvəlki ödənişlər tərəflərin razılaşdıqları altı ay müddətində aparılmasını qəbul etsək və sonuncu ödənişin tarixi kimi tərəflərin etiraf etdiyi 2019-cu ilin oktyabr ayını götürsək, onda belə qənaət hasil olur ki, so nuncu ödənişlər iddia müddətini kəsən hərəkətlər kimi qiymətləndirilə bilməz. Çünki həmin hərəkətlər iddia müddəti ərzində deyil, həmin müddət başa çatdıqdan sonra baş vermişdir.

31. Beləki, borcun qaytarılması müddəti 2016-cı ilin may ayının 23-də bitirdi. Ödənişlərin 2019-cu ilin oktyabr ayında edilməsi nəzərə alınsa həmin ödənişlərin üç illik müddətin keçməsindən sonra (üç illik müddət 2019-cu ilin may ayının 23-də bitirdi) edilməsi aşkar edilir. Nəzərə almaq lazımdır ki, borcun etirafına dair hərəkətlər iddia müddəti ərzində icra edildikdə Mülki Məcəllənin 380.1. maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq iddia müddətinin axımı kəsilir, müddət keçdikdən sonra edilmiş ödənişlər artıq bitmiş müddəti bərpa edlə bilməz.

32. Apellyasiya Məhkəməsi işə yenidən baxarkən aydınlaşdırması zər uri olan iki hal var; 1-ci hal, cavabdeh borcu aldıqdan sonra etdiyi ödənişlərin nə vaxt kəsilməsi (kart əsasında aparılmış ödənişlərin) və 2-ci hal, həmin ödənişlərdən sonra 2019-cu ilin oktyabr ayında edilmiş ödənişlər arasında nə qədər müddət keçməsi məsələsi. Məhkəmə həmin hallarla bağlı dəyərləndirmə apararaq mübahisəyə düzgün hüquqi qiymət verə bilər.

33. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya Məhkəməsi mübahisənin həllində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.

34. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(107)-354/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar