Məhkəmə qərarları › İş №2(102)-444/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-444/2019

28.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-444/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 28 » yanvar 2019-cu il İş № 2(102)-444/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və İbayev Vəfaddin ƏLəm oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 06 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 21 s entyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1875 ABŞ dolları əsas borc və 1322 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 3197 ABŞ dolları məbləğində borcun qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2018-ci il tarixli, 2(103)-1525/2018 saylı qətnaməsi ilə (hakimlər F.Talışinski sədrlik edən, məruzəçi R.Eyvazov və S.Hacıyev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6461/17 saylı işi üzrə 21 sen tyabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilsin və ona qarşı hissədə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “kredit borcu” tələbinə dair iddiası rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1875 ABŞ dolları əsas borcun və 1398 ABŞ dolları faiz borcunun, cəmi 3273 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, iddia tələbi tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının vəkili X8 isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 avqust 2018-ci il tarix li qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 06 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mü bahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsində icraat zamanı 29.01.2018-ci il tarixli sorğuya cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının reyestri xidmətinin 21 fevral 2018-ci il tarixli 05/2-1148-11 məktubuna əsasən müəyyən edilmişdir ki, Cavabdeh1atası X6, anası X7 olan 14.12.1954-cü il təvəllüdlü X8 doğumu 15.12.1954cü ildə, 06.07.1961-ci il təvəllüdlü X9 doğumu 10.07.1961-ci ildə, 01,03.1966-cı ii təvəllüdlü X10 doğumu 11.03.1966-ci ildə, 01,03.1968-ci il təvəllüdlü X11 doğumu 06.05.1968-ci ildə, 19.03.1970-ci il təvəllüdlü X12 doğumu 30.03.1970-ci ildə Masallı rayonunun Mahmudovar icra nümayəndəliyində, 20.12.1952-ci il təvəllüdlü X13 doğum u 16.01,1953-cü ildə Masallı rayonunun Boradigah icra nümavəndəliyində, 03.02.1972-ci il təvəllüdlü x14 doğumu isə 07.02.1972-ci ildə Masallı rayonunun Türkoba icra nümayəndəliyində qeydə alınmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 31.01,2018-ci ilədək olan dövrə aid daxil edilmiş məlumatlar öyrənilərkən 20.03.2017-ci ildə vəfat etmiş X3 ölümünün 27.03.2017-ci il tarixdə, 06.11,2015-ci ildə vəfat etmiş X1 ölümünün 07.11,2015-ci ildə, 06.09.2016-cı ildə vəfat etmiş X4 ölümünün 14.09.2016-cı ildə Masallı rayonunun Türkoba icra nümayəndəliyində qeydə alındığı məlum olmuşdur. Cavabdeh1 16.04.1986-cı ildə Bakı nikah evində 22.07.1961-ci il təvəllüdlü X9 ilə nikahı qeydə alınmışdır. Atası xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh1, anası 22.06.1961 -ci il təvəllüdlü X9 olan 13.04.1987-ci il təvəllüdlü X10 doğumu 29.04.1987-ci ildə, 28.01.1990-cı il təvəllüdlü X5 doğumu 27.02.1990-cı ildə Masallı rayonunun Turkoba İcra nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras ə mlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqd irdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Borclu Cavabdeh1 ölümü Cavabdeh2 məsuliyyətinin mövcudluğuna xitam vermir. Borclu Cavabdeh1 ölümündən sonra hazırkı iş üzrə qətnamənin qəbul edilməsi ona münasibətdə əsaslılığını istisna edir, digər Cavabdeh2 ilə 02.04.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən ona münasibətdə iddianın rədd edilməsi üçün əsaslar mövcud olmasada, Cavabdeh1 münasibətdə isə iddia rədd edilməlidir. Məhkəmə kollegiyası mübahisəli münasibətlərə MM-in 385.1, 386.1, 399, 404, 420.1.5, 420.2, 420.3.2, 420.3.4, 420.3.5, 421.3, 425, 427.3, 439.3, 442, 445.7, 446.3, 448.1, 449.1, 458.1, 460, 462, 465, 470, 471, 472, 476, 527.1, 560.1-560.3, 739, 741, 743, 744; MPM-in14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 38 8, 390-cı maddələrinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh2 kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddi açı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 06 avq ust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar