Məhkəmə qərarları › İş №2(102)-444/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-444/2020

28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-444/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Cavabdeh1 və vəkili Cəbrayılov Mehman Hümsi oğlunun Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli, 2(105)-2232/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Kərimli) iddianın qismən təmin edi lməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24100,40 ABŞ dolları əsas, 4840,54 ABŞ dolları faiz borcu, 697 ABŞ dolları cərimə borcu, cəmi 29637,94 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin 24,60 manat hissəsi və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı «xxxx» BOKT MMC-yə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi,, dalan 2, ev 35də yerləşən 0,0357 ha torpaq sahəsi və onun üzərində yerləşən 163,5 kv.m. ümumi, 94,5 kv.m. yaşayış, 69,0 kv.m. yardımçı sahədən ibarət olan 6 otaqlı fərdi yaşayış evinə yö nəldilməsi, həmin evin 27000 ABŞ dolları ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin «xxxx» BOKT MMC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh1 qaytarılması, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 14 aprel 2015- ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli, 2(105)-2232/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi G.F.Tağızadə, T.O.Quliyev və E.G.Rəhimov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 09 sentyabr 2016-cı il ta rixli 2(012)5201/2016 saylı qətnaməsinin Cavabdeh1 münasibətdə dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24100,40 ABŞ dolları əsas, 4840,54 ABŞ dolları faiz borcu, 697 ABŞ dolları cərimə borcu, cəmi 29637,94 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin 24,60 manat hissəsi və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı «xxxx» BOKT MMC-yə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi,, dalan 2, ev 35-də yerləşən 0,0357 ha torpaq sahəsi və onun üzərində yerləşən 163,5 kv.m. ümumi, 94,5 kv.m. yaşay ış, 69,0 kv.m. yardımçı sahədən ibarət olan 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 95.000 (doxsan beş min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin «xxxx» BOKT MMC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh1 qaytarılması, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 14 aprel 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi,Cavabdeh1 ekspertiza xərci olan 200 (iki yüz) manatın alınıb «*» Məhdud Məsuliyyət Cəmiyyətinin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 22 «*» İKB, KOD 510277, müxbir hesab AZ 98NAB********************, VÖEN **********, SVVİFT BİK NİCBAZ22, h/hesab AZ69NİCB**********0001A40090 saylı hesabına keçirilməsi qət edilmişdir. İşin halları: İddiaçı «xxxx» BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması, müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 aprel 2015-ci il tarixli, Bakul-21821-11212/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədilə 48 ay müddətinə illik 23 % olmaqla 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən yaranmış öhdəliyin təmin üsulu kimi Cavabdeh1 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi,, dalan 2, ev 35- də yerləşən 0,0357 ha torpaq sahəsi və onun üzərində yerləşən 163,5 kv.m. ümumi, 94,5 kv.m. yaşayış, 69,0 kv.m. yardımçı sahədən ibarət olan 6 otaqlı fərdi yaşayış evi 14 aprel 2015-ci il tarixli, Bakul-21821-11212+C**********8 saylı ipoteka müqaviləsinə əsasən iddiaçıya ipoteka qoyulmuşdur. Həmçinin, iddiaçı ilə digər cavabdeh arasında 14 aprel 2015-ci il tarixli, Bakul-21821-11212 saylı zaminlik müqaviləsi bağlanmışdır.Lakin cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin banka 24100,40 ABŞ dolları əsas, 4840,54 ABŞ dolları faiz borcu, 6970 ABŞ dolları cərimə borcu, cəmi 35910,94 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yeni apellyasiya məhkəməsi baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh1 və vəkili Cəbrayılov Mehman Hümsi oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iddia tələbində göstərilən məbləği düzgün hesablamamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozul muş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı «xxxx» BOKT MMC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 aprel 2015-ci il tarixli, Bakul-21821-11212/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədilə 48 ay müddətinə illik 23% olmaqla 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən yaranmış öhdəliyin təmini üsulu kimi cavabdeh Cavabdeh1 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi,, dalan 2, ev 35-də yerləşən 0,0357 ha torpaq sahəsi və onun üzərində yerləşən 163,5 kv.m. ümumi, 94,5 kv.m. yaşayış, 69,0 kv.m. yardımçı sahədən ibarət olan 6 otaqlı fərdi yaşayış evi 14 aprel 2015-ci il tarixli, Bakul-21821-11212+C********* *8 saylı ipoteka müqaviləsinə əsasən iddiaçıya ipoteka qoyulmuşdur. Həmçinin iddiaçı ilə digər cavabdeh arasında 14 aprel 2015-ci il tarixli, Bakul-21821-11212 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin banka 24100,40 ABŞ dolları əsas,4840,54 ABŞ dolları faiz borcu, 6970 ABŞ dolları cərimə borcu, cəmi 35910,94 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İşdə olan 14 aprel 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Abşeron rayonu, Aşagı Güzdək qəsəbəsi,, dalan 2, ev 35-də yerləşən 0,0357 ha torpaq sahəsi və onun üzərində yerləşən 163,5 kv.m. ümumi, 94,5 kv.m. yaşayış, 69,0 kv.m. yardımcı sahədən ibarət olan 6 otaqlı fərdi yaşayış evi iddiaçıya ipoteka qoyulmuşdur. İşə əlavə olan iddia çı ilə digər cavabdeh arasında bağlanmış 14 aprel 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 əsas borclunun öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə onunla birgə məsuliyyət daşıdığını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -739.1-ci madəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) m üqavilə ilə müəyyənləşdirilən,öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddia tələbində göstərilən 6970 ABŞ dolları məbləğində cərimə borcu birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normasına əsasən azaldılaraq 697 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab e tmişdir ki, tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab etmişdir k i, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -269.1-ci maddəsinə görə girov və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. -269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılması, 269.4-cü maddəsinə əsasən isə ipoteka daşınmaz əşyalara, habelə rəsmi qaydada reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudllaşdırılmasıdır. -319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmi şsə ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 15 aprel 2015-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Aşagı Güzdək qəsəbəsi,, dalan 2, ev 35-də yerləşən 0,0357 ha torpaq sahəsi və onun üzərində yerləşən 163,5 kv.m. ümumi, 94,5 kv.m. yaşayış, 69,0 kv.m. yardımçı sahədən ibarət olan 6 otaqlı fərdi yaşayış evi iddiaçı «xxxx» BOKT MMCyə ipoteka qoyulmuşdur. Fərdi yaşayış evini qiyməti 2015-ci il tarixə 27.000 ABŞ dolları qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh iş üzrə birinci instansiya məhkəməsi tərəfindən heç bir ekspertiza keçirilmədən evin ilkin qiymətinin hazırda olan dəyərinin müəyyən edilməməsi barədə gətirdiyi dəlili qəbul edərək qeyd etmişdir ki, iş üzrə keçirilmiş evin qiymətləndirilməsi barədə 07 avqust 2019-cu il tarixli, 096/* saylı qiymətləndiricinin rəyindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi,, dalan 2, ev 35-də yerləşən 0,0357 ha torpaq sahəsi və onun üzərində yerləşən 163,5 kv.m. ümumi, 94,5 kv.m. yaşayış, 69,0 kv.m. yardımçı sahədən ibarət olan 6 otaqlı fərdi yaşayış evinin hazırki dövrə olan orta bazar qiyməti 95.000 manat təşkil edir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbində göstərilən məbləğin düzgün hesablanmadığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Belə ki, tərəflərin özlərinin imzaladığı ödəniş qrafikinə əsasən borc məbləğinin düzgün hesablanmadığı iş materialları ilə təsdiq olunmur. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətləri nə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 se ntyabr 2019-cu il tarixli, 2(105)-2232/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar