Məhkəmə qərarları › İş №2(102)-444/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-444/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-444/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)- 1367/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 6272rstBANK/19 saylı Güzəştli Kredit və X1 əsasən cavabdehə istehlak məqsədilə illik 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə, 7639.50 manat məbləğində kredit verilmişdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 6272rstBANK/19 saylı Güzəştli Kredit və X1 əsasən cavabdehdən borclu olduğu 7639.50 manat əsas borc, 43.35 manat faiz borcu olmaqla, ümumilikdə 7682.85 manat məbləğində borcun və məhkəməyə müraciət etmək üç ün ödənilmiş 97.23 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3. "xxxx" KB ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019- cu il tarixli, 6272rstBANK/19 saylı Güzəştli Kredit və X1 görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 7672.74 manat qalıq məbləğini 60 ay müddətinə, (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla, illik 1 faiz ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müə yyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.

4. İddia onunla əsaslandırılmışdır ki, borcalan tərəfindən müqavilə üzrə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirilməmişdir.

5. İmişli Rayon Məhkəməsinin 2(036)764/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: T.Quliyev), iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiasının təmin olunması, Cavabdeh xx.xx.2019-cu il tarixli, 6272rstBANK/19 saylı kredit müqaviləsinə əsasən 7639.50 manat əsas borc, 672.12 manat faiz borcu olmaqla, ümumilikdə 7682.85 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 97.23 manat pul vəsaiti tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmişdir. Kredit müqaviləsinin tələbinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək tərəflərin vəzifəsidir. Bank tərəfindən Cavabdeh dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildiriş göndərilməsinə baxmayaraq, müqavilənin şərtləri sonuncu tərəfindən yerinə yetirilməmiş və öhdəliklər icra edilməmişdir.

7. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə borcun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.

8. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respubilkası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 443, 445, 448 və 462-ci maddələrini tətbiq etmişdir. b ) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh İmişli Rayon Məhkəməsinin 2(036)764/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1367/2023 nömrəli qətnaməsi ilə (T.X.Heydərov (sədrlik edən və məruzəçi), C.F.İmanov və S.İ.Mayılovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apelyasiya şik ayəti təmin edilməsin, İmişli Rayon Məhkəməsinin 2(036)764/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Belə ki, cavabdeh apellyasiya şikayətinin dəlilərində qeyd etmişdir ki, o, iddiaçı ilə kredit müqaviləsi bağlayaraq kredit götürsə də və ödəniş cədvəli üzrə ödənişlərini etmiş lakin birinci instansiya məhkəməsi onun iştirakını təmin etmədən işə baxaraq iddiaçı tərəfindən təqdim olunmuş sübutları əsas götürərək iddia tələbini təmin etmişdir. Halbuki cavabdeh bildirmişdir ki, o ödəniş cədvəli üzrə ödəniş etmiş onun banka olan borcu iddiaçının heçdə göstərdiyi kimi deyildir.

13. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yer inə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Belə ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişlərini vaxtı-vaxtında etdiyini bildirsə də, bu halın təsdiqini tapan hər hansı bir sübut nə birinci instansiya məhkəməsi nədə apellyasiya icraatı zamanı məhkəməyə təqdim etməmişdir.

14. Kollegiya apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbini rəhbər tutaraq, iddiaçı tərəfindən təqdim edilmiş sübutları sübut qismində qəbul edərək heç bir pozuntuya yol verməmişdir. Cavabdeh ödəniş cədvəli üzrə ödənişlərini etdi yini və bu barədə sübutlarının olduğunu apellyasiya şikayətində vurğulasa da o apellyasiya icraatı zamanı iştirak etməyərək heç bir sübut təqdim etməmişdir.

15. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab etmişdir.

16. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respubilkası Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 445.2.1, 445.1, 21, 442, 448.1 və 465.2, 739-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

17. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin xx.xx.2023-c ü il tarixli, 2(106)-1367/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, qeyd olunan halları yenidən araşdırılması üçün mülki işin Gəncə Apelyasiya Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİİcü bəndi,Mülki Məcəllənin 425.1-ci maddəsi və Azərbaycan Respublikası cənab Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanı, MPM-nın 8.1, 88 və 167-ci maddələri pozulmuşdur.

19. Belə ki, Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Belə ki, məhkəmə prosesi zamanı bərabərlik prinsipi pozub. Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin, mülki işin obyektiv və qərəzsiz məhkəmə baxışı təmin edilməyib. Həmin maddədə göstərilir- 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.1. işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir;[216] 167.1.2. tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılma ğa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. Məhkəmə iş barədə mənə bildiriş göndərməyib, məlumat verməyib, qanunun tələblərini pozub. Hesab edir ki, mülki işə obyektiv, qərəzsiz və hərtərəfli məhkəmə baxışı təmin edilməyib.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırki kassasiya şikayətində Cavabdeh tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zə rər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418. 4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “18” “sentyabr” “2023”-cü il tarixli 2(106)-1367/2023 saylı qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar