Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4441/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarı qanuni və əsaslı olmalıdır) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, İddiaçının vəkilləri Vəkil3 və Vəkil2 və cavabdehin vəkili Əliyev Əzizağa Əlibala oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “beh və vurulmuş ziyanın ödənilməsi” tələbi barədə ilkin, Cavabdeh İddiaçı qarşı “beh müqaviləsinin etibarsız sayılması” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-656/ 2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında 28 aprel 2018-ci il tarixdə beh müqaviləsi bağlanmışdır. Həmin müqavilənin bağlanmasına əsas ondan ibarət olmuşdur ki, tərəflər beh alana məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Mahir Qədirov küçəsində istifadədə olan 0,04167 ha torpaq sahəsində yerləşən iki mərtəbəli doqquz otaqlı 209,6 kv.m yaşayış, 514,2 kv.m köməkçi sahədən ibarət 10/8 nömrəli fərdi yaşayış evinin 1.700.000 manata alqı-satqı olunması barədə razılığa gəlmiş, ilkin olaraq beh müqaviləsində nəzərdə tutulan 700.000 manatı beh kimi Cavabdeh verilməsi razılaşdırılmışdır. Mü qavilənin notariusda təsdiq olunması, müqavilədə nəzərdə tutulan məbləğin satıcının adına açılmış notariusun depozit hesabındakı hesabına keçirilməsi, həmin məbləğin götürülməsinə dair kassa məxaric orderinin cavabdehin nümayəndəsi tərəfindən imzalanması, müqavilədə nəzərdə tutulan evin alqı-satqısının həyata keçirilməməsi işin mübahisəsiz hallarıdır. İddiaçı tərəflər arasında bağlanmış beh müqaviləsinə əsaslanaraq hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı behin qaytarılması və vurulmuş ziyanın ödənilməsinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Mahir Qədirov küçəsində yerləşən 10/8 nömrəli fərdi yaşayış evi üçün ödə nilmiş behin iki misli olan 1.400.000 manatın, 54.250 manat məbləğində zərərin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: o, 28 aprel 2018-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Mahir Qədirov küçəsində istifadədə olan 0,04167 ha torpaq sahəsində yerləşən iki mərtəbəli doqquz otaqlı 209,6 kv.m yaşayış, 514,2 kv.m köməkçi sahədən ibarət 10/8 nömrəli fərdi yaşayış evinin alqı-satqı yolu ilə 1.700.000 manata alınması məqsədilə Cavabdeh 700.000 manat məbləğində beh velmişdir. Həmin tarixdə Bakı şəhəri 27 saylı Notariat Kontorunda beh müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı Cavabdeh 6 ay müddətində fərdi yaşayış evinin alqı-satqı müqaviləsi üçün lazımi sənə dləri toplayıb əsas müqavilə rəsmiləşdirildikdə qalan 1.000.000 manat pulu almağı və həmin fərdi yaşayış evini iddiaçının adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməmiş və alqı-satqı müqaviləsi bağlamamışdır. İddiaçı dəfələrlə cavabdehdən alqısatqı müqaviləsini bağlamağı tələb etsə də, cavabdeh öhdəliyini icra etməkdən qərəzli şəkildə yayınmışdır.
4. Cavabdeh İddiaçı qarşı beh müqaviləsinin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh həyat yoldaşı X1 Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, 2016-cı ilin may ayında Bakıda olarkən tanışı İddiaçıla görüşüb ondan 500.000 ABŞ dolları məbləğində borc almışdır. Tərəf lər şərikli bizneslə məşğul olmaq barədə razılığa gəlmişlər. Sonradan problemlər yarandığından tərəflər arasında narazılıq baş vermiş və İddiaçı verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. N.Ocaqverdiyev biznes fəaliyyətində yaranmış çətinliklərlə bağlı pulu qaytara bilmədiyindən tərəflər razılığa gəlmişlər ki, Cavabdeh adına olan ünvan 1 ünvanında yerləşən 20/28 saylı ev borcun təminatı kimi müvəqqəti olaraq İddiaçı adına keçirilsin, bu məqsədlə beh müqaviləsi bağlansın və borc qaytarıldıqdan sonra müqavilə ləğv edilsin. Cavabdeh nümayəndəsi olan N.Ocaqverdiyevin bacısı oğlu Samir Tağıyev 28 aprel 2018-ci il tarixdə İddiaçıla birlikdə 27 saylı Notariat Kontoruna gedərək beh müqaviləsini rəsmiləşdirmişlər. Tərəflər arasında heç bir real alqı-satqı və beh müqaviləsi münasibətləri ya ranmayacağını nəzərə alaraq razılığa gəlinmişdir ki, İddiaçı beh məbləği kimi 700.000 manat məbləği banka köçürür və dərhal həmin məbləği geri alır. Bundan sonra tərəflər müqaviləni imzalayaraq banka gedir, İddiaçı pulu depozit hesabına qoyur və sonra da həmin məbləği geri alır. Samir Tağıyev və nümayəndəsi olduğu şəxslər ümumiyyətlə, beh müqaviləsində göstərilən pul məbləğini almamışlar və əslində beh müqaviləsi borcun qaytarılmasının təminatı kimi formal xarakter daşıyaraq rəsmiləşdirilmişdir. İddiaçıla Cavabdeh əri arasında əslində borc münasibətləri mövcud olmuşdur. Beh müqaviləsi isə borc müqaviləsini pərdələmək və onun icrasını təmin etmək məqsədilə bağlanmışdır. Borc verən yalan əqd bağlamaqla 700.000 manatı notariusun depozit hesabına qoyaraq özü də geri götürüb.
6. Bakı şəhəri Bin əqədi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(001)844/2020 saylı qətnaməsi ilə (hakim.G.Abbasova) İddiaçı Cavabdeh qarşı “beh və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia tələbi qismən təmin edilmiş; Cavabdeh 700.000 (yeddi yüz min) manat pul məbləği tutularaq İddiaçı ödənilməsi, Cavabdeh İddiaçı qarşı “beh müqaviləsinin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 354.2, 385.1, 389.1, 491.1, 491.2, 492.2-ci maddələrinə istinad etmişdir. 8. 1-ci instansiya məhkəməsinin mübahisə ilə balı mövqeyi belə olmuşdur ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri baş tutmuş, müqavilə üzrə beh məbləği qarşı tərəfə ödənilmişdir. Lakin, evin alqı-satqı müqaviləsinin baş tutmaması cavabdehin günahından baş vermədiyi üçün (həmin vaxt evə tutmanın yönəldilməsi barədə məhkəmə qərarı mövcud olmuşdur) verilmiş behin ikiqat qaytarılması üçün əsaslar müəyyən edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı və Cavabdeh oğlu apellyasiya şikayətləri vermişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsi MK-nın 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov, iş No 2(103)656/21 saylı mülki iş) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş; Cavabdeh apellyasiya şikayəti təmin edilmiş; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(001)-844/2020 saylı qətnaməsi qismən, yəni ilk iddianın təmin edilən, qarşılıqlı iddianın isə təmin edilməyən hissələrində ləğv edilmiş; İddiaçı Cavabdeh qarşı behin qaytarılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddiası təmin edilən hissədə də rədd edilmiş; Qarşılıqlı iddia təmin edilmiş; İddiaçı ilə Cavabdeh arasında olan 28 aprel 2018-ci il tarixli beh müqaviləsi etibarsız hesab edilmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi qətnamədə Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarına, Mülki Məcəllənin 340.2. maddəsinə, 337.3. maddələrinə istinad etmişdir.
12. Apelyasiya Məhkəməsinin mübahisə ilə b ağlı mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış beh müqaviləsi yalançı müqavilə olmaqla əhəmiyyətsizdir və bağlandığı andan etibarsızdır.
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddanın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə işə baxarkən iddia tələbinə uyğun iddiaçının ərizəsində göstərdiyi hüquqi əsaslara görə hansı hüquqlarının pozulub-pozulmamasının əsaslarını müəyyən etməmiş, işin faktiki hallarına uyğun hü quq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı Cavabdeh etiraz göndərmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının vəkilləri Vəkil3 və Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. 18. cavabdehin vəkili Əliyev Əzizağa Əlibala oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
20. Maddə. 359.4. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir.
21. Maddə. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
22. Maddə. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə di gər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
23. Maddə. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.
24. Maddə. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
25. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin f orma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
26. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müq avilə azadlığı prinsipindən irəli gəlir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərar ında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
29. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüqu q bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları aşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ape llyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə razıl aşmır.
36. İşin mübahisəsiz halları ondan ibarətdir ki, 28 aprel 2018-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında 1-ciyə mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Mahir Qədirov küçəsindəki 10/8 nömrəli fərdi yaşayış evinin gələcəkdə (6 ay ərzində) alqı-satqı olunması və buna görə beh verilməsinə dair notariatda təsdiq edilmiş müqavilə bağlanmışdır. Həmin müqaviləni Cavabdeh adından səlahiyyətli nümayəndəsi imzalmışdır. Tərəflər evin ümumi dəyərini, verilən behin məbləğini və alqı-satqının həyata keçirilməsi müddətini müəyyən etmişlər. Razılaşdırılmış beh məbləği notariusun depozit hesabına keçirilmişdir. Həmin vəsaitin bankdakı hesabdan müqaviləni imzalayan nümayəndə tərəfindən götürülməsinə dair kassa məxaric orderi mövcuddur. Nümayəndə bu ha lı notariusa yazdığı ərizəsi ilə də təsdiq etmişdir. Həmin sənəddəki imzanın nümayəndəyə məxsus olması halını da cavabdeh mübahisələndirməmişdir.
37. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, yazılı sübutların həqiqiliyi prezumpsiyası var. Hazırkı işdə tərəflər arasında notariat kontorunda təsdiq edilmiş bir beh müqaviləsi var. Cavabdeh müqavilənin əhəmiyyətsiz müqavilə olması barədə bəyanat verməklə həmin müqaviləni, onun şərtlərini qüvvədən sala bilməz. Yazılı sübutun qüvvədən düşməsi üçün onun həqiqiliyini şübhə altına alan mötəbər sübutlar təqdim edilməlidir. Belə sübutlar olmadan müqavilədə yazılan şərtlərin həqiqiliyi presumpsiyası qüvvəsini saxlayır. Özü də nəzərə almaq lazımdır ki, müqavilənin əhəmiyyətsiz olması dəlilini cavabdeh tərəf irəli sürdüyündən həmin sübutları təqdim etmək vəzifəsi onun üzərinə düşür (MPM-nin 14.2. və 77.1. maddələri), iddiaçı bunun əksini sübut etməyə borclu deyil.
38. Eyni zamanda nəzərə almaq lazımdır ki, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır (bu qərarın 27-ci bəndi). Hazırkı işdə iddiaçı müqaviləyə istinad edərək pul tələb edir, cavabdeh isə qərşılıqlı iddia verərək həmin əqdin əhəmiyyətsiz əqd olması tələbini irəli sürür. Yəni hazırkı işdə əhəmiyyətsizliklə bağlı iddia olmasa belə, məhkəmənin həmin əqdin etibarlılığını yoxlamaq onun vəzifəsindən irəli gəlirdi. Konstitusiya Məhkəməsinin Plenumu 27-ci bənddə qeyd olunan qərarında vurğulayır ki, hər hansı əqdə i stinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
39. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
40. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tar ixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
41. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etd iyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yalnız birinci və apellyasiya instansiyası məhkəmələri işin faktiki hallarını müəyyən etmək səlahiyyətinə malikdir.
42. Apelyasiya məhkəməsi özünün gəldiyi nəticələri işin müəyyən edilən faktiki halları, sübutlarla deyil, ehtimallarla əsaslandırmışdır. Beləki, məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçının iradəsini təmsilçi vasitəsilə həyata keçirməsi qanunla qadağan edilməmişdir. Fərdi yaşayış evinin satılmasında qarşılıqlı iddiaçının həqiqi iradə ifadəsi olsaydı, bunu, yəni fərdi yaşayış evinin satılmasına razı olmasını özü şəxsən də notariat orqanına ə rizə verməklə ifadə edə və beh müqaviləsini də özü bağlaya və müqavilədə nəzərdə tutulan beh məbləğini özu ala bilərdi. Lakin beh müqaviləsinin bu qaydada bağlanmaması digər hallar kimi qarşılıqlı iddianın əsaslılığına dəlalət edən amillərdəndir. Çünki həqiqətən qarşılıqlı iddiaçının mübahisəli evi satmaq niyətinin olmaması təkzib olunmur. Mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehlə onun keçmiş əri X2 birgə nikahı dövründə əldə edilmiş, onlar boşandıqdan sonra da əmlak münasibətləri davam etmişdir. Ona görə beh müqaviləsinin cavabdehin keçmiş ərinin borcunun təminatı olaraq bağlanması, yəni yalançı əqd olması dəlili əsaslıdır. Ev almaq istəyən və buna görə 700000 manat beh verən şəxs şəxsən məhkəmə iclasında iştirak edərək buna aydınlıq gətirməli idi. Çünki mülki dövriyyədə evi gör mədən, onun real mövcud olub-olmamasına əmin olmadan, şəraiti ilə maraqlanmadan, orada yaşayanların kimliyini öyrənmədən və s. məsələləri araşdırmadan ona bu yüksək məbləğdə beh verilməsi inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda həmişə baş verən hallara uyğun deyildir. Belə ki, insan elə bir şüurlu varlıqdır ki, o hansısa əşyanı özününkü etmək üçün, başqa sözlə alqı-satqı müqaviləsi əsasında əvəzli olaraq pul verib almaq üçün mütləq onu əvvəlcədən görmək istəyir, ona baxmaq istəyir, onun hansısa problemlərinin olub-olmaması ilə maraqlanır. Çünki insanın həyat tərzi də bunu tələb edir. Lakin İddiaçı bu istəklərin olmaması, yəni qeyd olunanları yoxlamadan həqiqətən ev almaq üçün beh müqaviləsi bağlaması ümumiyyətlə inandırıcı deyildir.
43. Göründüyü kimi məhkəmə bir tərəfdən əqdin n ümayəndə vasitəsi ilə bağlanmasının qanunla qadağan edilmədiyini təsdiq edir, digər tərəfdən bu halın mövcudluğunun cavabdehin əqdi bağlamağa iradə ifadəsi olmaması kimi şərh edir. Hansıki, bu qərarın 19-cu bəndində qeyd edilən normaya görə əqdin təmsilçi vasitəsi ilə bağlanması qanunla təsbit olunmuşdur. Əqdin nümayəndə vasitəsilə bağlanması həmin əqdin bağlanmasına təmsil olunannın iradə ifadəsinin olması demək deyil. Təmsil olunan əqdi bağlamağa iradə ifadəsinin olmaması halını həmin tələbi irəli sürən tərəf sübut etməlidir. Eyni zamanda məhkəmələrdə işlərin nümayəndə və vəkil vasitəsi ilə aparılması halının tərəfin ziyanına şərh edilməsi ümumiyətlə absurddur. İddiaçının almaq istədiyi evə baxış keçirməməsi və maraqlanmaması ilə bağlı qeyd olunanlar isə iş materialları ilə təsdiq olunmu r. Çünki bu halla bağlı heç bir tərəf məhkəmədə fikir bildirməmişlər.
44. Cavabdehin 1-ci instansiya məhkəməsinə təqdim etdiyi sübutlar sırasında əqdi şübhə altına alan heç bir mötəbər məlumat yoxdur. Beləki, nümayəndə 1-ci instansiya məhkəməsində əqdin etibarsız hesab olunması barədə qarşılıqlı iddia tələbi irəli sürüb, ziddiyətli fikirlər bildirərək beh müqaviləsinin mövcud olmadığını, müqaviləni bağlayan nümayəndənin pul almadığını, beh müqaviləsi bağlanmış olsa belə, təmsil etdiyi şəxsin müqavilənin icra edilməməsində günahı olmadığını, çünki evə məhkəmə qərarları ilə tutma yönəldiyini bildirmiş, MM-nin 340.2 maddəsinə istinad edərək əqdin etibarsız hesab olunmasını xahiş etmişdir. Nümayəndə bundan sonra ərizəyə uyğun izahat vermiş, əlavə sübutlar təqdim etməmişdir.
45. İddiaçı tərəf b eh müqaviləsinin bağlanması ilə bağlı notariat işini təqdim etmişdir. Həmin işdə cavabdehin adına evə dair Çıxarışın olması, cavabdehin səlahiyyətli nümayəndəsinin evi satmaq barədə razılığa gəlmələri və ona görə evin üzərində qadağaların olub-olmamasının yoxlanmasına dair ərizəsi, həmin ərizə əsasında evin üzərində məhdudiyyətin olmamasına dair arayış, cavabdehin keçmiş ərindən boşanmasına dair şəhadətnamə, keçmiş ərinin evin satılmasına etirazı olmamasına dair ərizə, evin satılmasına razılıq verməsinə dair Rusiya Federasiyasının Stavropol vilayətindən X3 notariusda təsdiq edilmiq ərizəsi, cavabdehin nümayəndəyə vermiş olduğu etibarnamə, nümayəndənin ərizə yazaraq müqavilədə nəzərdə tutulan 700.000 manat behi almasını təsdiq etməsinə dair ərizəsi, beh verənin həmin məbləği beh alana ver məsini təsdiq edən ərizə, pulun bankın depozit hesabına keçirilməsinə təsdiq edən sənədlər, iştirak edənlərin şəxsiyyətlərini təsdiq edən digər sənədlərp aşkar edilmşdir. 1-ci instansiya məhkəməsi təqdim edilmiş həmin sübutlar əsasnda qətnamə çıxarmışdır.
46. Cavabdeh qətnamədən apelasiya şikayətini qarşılıqlı iddiaya uyğun əsaslandırmışdır. Yenə də, heç bir sübut təqdim etməmiş, həmin icraatda yeganə vəsatəti onunla bağlı olmuşdur ki, cavabdehi müqavilə bağlayarkən təmsil etmiş şəxs məhkəməyə çağırılaraq dindirilsin, çünki o, beh məbləğini almayıb, alsa da onu beh verənə qaytarıb. Cavabdeh niyə bu sübutu 1-ci instansiya məhkəməsinə təqdim etmədiyini əsaslandırmamışdır. Buna baxmayaraq apelyasiya baxışı zamanı cavabdeh həmin şahidin də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir, ha nsıki həmin şahid onun mənafeyini müdafiə etmək üçün çağrılmalı idi.
47. Əksinə məhkəmənin sorğusuna cavab olaraq MuğanBank ASC-nin Binəqədi filialından verilmiş cavab məktubunda 700.000 manat pulun nümayəndə X9 verilməsi təsdiq edilmişdir.
48. Göründüyü kimi apellyasiya icraatında da beh müqaviləsinin etibarlı müqavilə olmasını istisna edən heç bir mötəbər sübut olmadan Apelyasiya Məhkəməsi qarşılıqlı iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
50. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
51. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldı qda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
52. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPMnin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsinin şərh etdiyi hallar məhkəmənin özünün müəyyən etdiyi işin faktiki hallarına uğun gəlmir. Belə ki, yuxarıda sadalan iş materiallarına diqqət yetirdikdə təqdim edilmiş bütün sübutlar ilkin iddia ərizəsində qeyd edilənləri təsdiq edir.
54. Kollegiya qeyd olunanları rəhbər tutaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır. İddiaçı şikayətdə qətnamənin ləğv olunaraq ilk iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, qeyd olunmalıdır ki, işə baxan Apelyasiya Məhkəməsi qarşılıqlı iddianı əsaslı hesab etdiyindən ilk iddianın əsaslılığı (tam əsaslılığ) ilə bağlı dəyərləndirmə aparmamışdır. Ona g örə həmin hallara qiymət verilməsi və bununla bağlı qərar qəbul edilməsi işə mahiyyəti üzrə baxan apelyasiya məhkəməsinin səlahiyyətlərinə aiddir.
55. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya Məhkəməsi mübahisənin həllində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.
56. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-656/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edil