Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4441/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4441/2022 (Açar sözlər: borc müqaviləsi üzrə borcun tutulması) Bakı şəhəri 21 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1903/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X8 və İddiaçı arasında 3 saylı “Asan xidmət” Mərkəzindəki notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli dəyişmə müqaviləsinə əsasən Cavabdeha Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, ev 8, mənzil 10 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.3 kv/metr olan mənzilini İddiaçı mülkiyyətinə, İddiaçı isə ünvan 2 ünvanında (yeni qaydalarla: AZ 1006, ünvan 3erləşən ümumi sahəsi 51 kv/metr olan 3 otaqlı mənzilini X3 mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Dəyişdirmə müqaviləsinin müddaəlarına əsasən dəyişdirilən əmlakların dəyərləri eynidir və tərəflər bir-birilərinə əlavə pul ödəmirlər. Həmin müqavilə bağlanarkən X6 əri Cavabdeh müvafiq etibarnamə əsasında təmsil etmişdir. 2. 24 iyun 2017-ci il tarixdə İddiaçı (bundan sonra-iddiaçı) tərəfindən Cavabdeh (bundan sonra-cavabdeh) 14.750 ABŞ dolları məbləğində (25.075 manat) pul məbləğinin 24 iyul 2017-ci il tarixədək qaytarmaq şərti ilə borc verilməsi barədə Bakı şəhəri 32 sayı notariat kontorunda kredit müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.750 ABŞ dolları məbləğində pulun və gecikdirilən hər ilə görə borcun 10 faizi məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 24 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən C avabdeh 24 iyul 2017-ci il tarixə kimi qaytarmaq şərti ilə 14.750 ABŞ dolları məbləğində (25.075 manat) borc verməsini, borcun qaytarılmasını dəfələrlə tələb etsə də, cavabdehin borcu qaytarmaqdan imtina etmişdir.
5. Həmin iddia tələbi üzrə cavabdeh iddia tələbinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək 2017-ci ilin may ayında həyat yoldaşı X3 iddiaçı ilə mənzil dəyişmə müqaviləsinin bağlanması barədə razılığa gəlməsini, iddiaçıya məxsus mənzilin 215.000 manat dəyərində, onlara (atasına) məxsus mənzilin isə 130.000 manat dəyərində qiymətləndirmələrini, iddiaçıya məxsus mənzilin "xxxx" ASC-də ipotekada olduğundan mənzilin yüklülükdən azad edilməsi üçün 02 iyun 2017-ci il tarixdə banka əvvəlcə 40.000 ABŞ dolları, sonra isə iddiaçıya 10.000 ABŞ dolları ödəmələrini, lakin iddiaçının həyat yoldaşının onların təklif etdiyi mənzili bəyənmədiyi üçün iddiaçıya başqa mənzil təklif etmələrini və bununla əlaqədar iddiaçının onlardan əlavə olaraq 15.000 ABŞ dolları tələb etməsini və həmin pulu müqavilədən sonra hissə-hissə ödəmək barədə razılaşmalarını, 24 iyun 2017-ci il tarixdə dəyişmə müqaviləsi bağladıqdan sonra iddiaçının xahişi ilə ona 250 ABŞ dolları ödəməsini, qalan borc üzrə iddiaçının xahişi ilə onların arasında mübahisəli borc müqaviləsinin bağlanmasını və həmin məbləği ümumi razılıq əsasında hissə-hissə ödəməsini, bundan sonra dəyişdirilmiş mənzilləri sənədləşdirdikdən sonra uşağının evin yanındakı məktəbdə oxuması ilə əlaqədar iddiaçının həmin mənzildə daha bir il yaşamasını ondan xahiş etməsini, bir müddətdən sonra iddiaçı dəyişmə nəticəsində əldə etdiyi mənzili başqas ından götürdüyü borcun müqabilində ipoteka qoymasını və həmin mənzilin hərracda satılmaq ərəfəsində olmasını, onların tələbi ilə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı və həyat yoldaşı Elza Həsənovanın dəyişmə nəticəsində əldə etdikləri mənzildən çıxarılmaları, iddiaçı və Elza Həsənovanın onun həyat yoldaşı Elnarə Paşayevaya qarşı 80.000 manat məbləğində borcun ödənilməsi barədə qarşılıqlı tələbinin rədd olunmasını, yalnız bundan sonra iddiaçının ona qarşı borcun qaytarılması barədə hazırkı tələbi irəli sürməsini əsas göstərməklə iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-415/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim: Solmaz Mustafayeva) iddia qismən təm in edilərək cavabdehdən iddiaçının xeyrinə 13.950 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbində 14750 ABŞ dolları borcun geri qaytarılmasını tələb etsə də, iş materiallarında olan xx.xx.2017-ci il tarixli mədaxil orderinə əsasən cavabdeh tərəfindən iddiaçıya olan borcun 800 ABŞ dolları hissəsinin qaytarıldığı müəyyən edilir. İddiaçı ödənilən pulun cavabdehlə aralarında olan borc müqaviləsindən irəli gələn öhdəliklə əlaqədar olmadığını bildirsə də, bunu sübut edə bilməmişdir. Buna görə də, 14750 ABŞ dolları borcdan cavabdeh tərəfindən borc üzrə ödənilən 800 ABŞ dolları pul çıxılmaqla, qalan 13950 ABŞ dolları məbləğində pul ödəniş anı nda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh alınaraq İddiaçı verilməlidir.
8. Məhkəmə Cavabdeh etirazınnı 24 iyun 2017-ci il tarixli kredit müqaviləsi üzrə borc verən İddiaçı tərəfindən ona 14750 ABŞ dolları borc verilmədiyi, əslində onunla İddiaçı arasında mənzilləri dəyişmə müqaviləsindən irəli gələn hüquq münasibətləri olduğu və aldığı mənzilin dəyərini tam olaraq İddiaçı ödədiyi barədə dəlilləri ilə bağlı göstərmişdir ki, cavabdeh istinad etdiyi halları təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1712/2019 saylı qətnaməsinə istinad edərək, iddiaçıya qarşı hər hansı öhdəliyinin olm aması ilə bağlı gətirdiyi dəlillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, qeyd edilən məhkəmə qərarına əsasən müəyyən edilir ki, X8 (hazırki iş üzrə cavabdehin həyat yoldaşı) 65000 ABŞ dolları pul vəsaitini (40000 ABŞ dolları ödəməklə evi yüklülükdən azad etmiş, qalan 25000 ABŞ dollarını isə hissə-hissə ödəmişdir) İddiaçı ödəmiş və bununla da xx.xx.2017-ci il tarixli dəyişmə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. Məhkəmə isə cavabdehin istinad etdiyi dəyişmə müqaviləsi üzrə öhdəliklərin icra edilməsini iddiaçının istinad etdiyi kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi kimi qiymətləndirə bilməz.
9. İddia tələbinin gecikdirilən hər ilə görə borcun 10 faizi məbləğində pulun ödənilməsi hissəsinə münasibətdə isə qeyd edilir ki, iddiaçının pul vəsaitinin c avabdeh tərəfindən saxlanması işin mübahisəsiz halı kimi müəyyən edilsə də, iddiaçı həmin pul vəsaitnin saxlanması nəticəsində cavabdehin hansı məbləğdə gəlir, artım, bəhər yaxud sair maddi xeyir əldə etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 390.1, 425.1, 739.1, 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5661/2021 nömrəli, 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və İlham Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının pul tələbi xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsaslanır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 14.750 ABŞ dolları məbləğində borc verir, cavabdeh isə bu pulu xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. Cavabdeh bildirir ki, əslində onunla iddiaçının arasında borc münasibəti olmayıb, mənzilin dəyişdirilməsi barədə müqavilədən əmələ gələn münasibət olub. Lakin cavabdeh kredit müqaviləsinin əhəmiyyətsiz əqd olduğunu təsdiq edən sübut təqdim etməyib və ya kredit müqaviləsinin mübahisələndirilən əqd kimi etibarsız sayılması barədə iddia verməyib. Odur ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etməlidir.
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 14.750 ABŞ dolları məbləğində pulun bir hissəsi – 800 ABŞ dolları qaytarılıb. Ona görə həmin hissədə iddia rədd olunub, rədd edilən hissədə iddiaçı qətnaməni mübahisələndirməyib. Qalan 13.950 ABŞ dollarının qaytarılması sübut olunmur. Belə ki, cavabdeh 13.950 ABŞ dollarının ödənildiyini, iddiaçı isə ödənilmədiyini bildirir. Həmin pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür, lakin cavabdeh bu barədə sübut təqdim edə bilmir. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 442 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 13.950 ABŞ dollarının c avabdehdən alınaraq iddiaçıya verilməsini qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(103)6838/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli (hakimlər – İlqar Xələfov (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Zaur Əliyev) qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
17. Kassasiya instansiya məhkəməsini n mövqeyinə görə, tərəflər arasında eyni gündə - 24 iyun 2017-ci il tarixdə həm dəyişmə müqaviləsi, həm də kredit müqaviləsi bağlanmışdır. İş üzrə mübahisəsiz müəyyən olunmuşdur ki, İddiaçı dəyişmə müqaviləsinin bağlanmasına o şərtlə razılıq vermişdir ki, Cavabdeh tərəfindən ona əlavə pul məbləği ödənilsin. Cavabdeh görə razılaşılmış pul məbləği İddiaçı ödənildikdən sonra o, əlavə olaraq daha 15.000 ABŞ dolları məbləğində ona pul ödənilməsini tələb etmiş və həmin məbləğin 250 ABŞ dollarını verdikdən sonra qalan 14.750 ABŞ dollarını müqavilədən sonra hissə-hissə ödənilməsi barədə razılığa gəlmiş və onların arasında dəyişmə müqaviləsi imzalanmışdır. Lakin İddiaçı xahişi əsasında onların arasında kredit müqaviləsi bağlanmış və kredit müqaviləsində göstərilmiş pul məbləğini qaytarmışdır.
18. M əhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh İddiaçı borcu olduğu vəziyyətdə sonuncunun Cavabdeh borc verməsi inandırıcı görsənmir. İddiaçı dəyişmə müqaviləsindən sonra mənzildə daha bir il yaşamasını xahiş etməsi, dəyişdiyi mənzili adına sənədləşdirib onu başqasından götürdüyü borcun müqabilində ipoteka qoyması, 1 ay müddətinə verdiyi borcu (24 iyun 2017-ci il tarixdə) 3 ilə yaxın müddət keçdikdən sonra (17 iyun 2020-ci il tarixdə) tələb etməsi bağlanmış kredit müqaviləsi əsasında İddiaçı Cavabdeh 14.750 ABŞ dolları verilməsinin həqiqiliyinə olan şübhəni daha da artırır. İddiaçı verdiyi borcu tələb etmək əvəzinə dəyişdiyi mənzili başqasından götürdüyü borca görə ipoteka ilə yüklü etməsi də dəyişmə müqaviləsindən yaranma borcun qaytarılmaması barədə İddiaçı göstərdiklərini şübhə altına al ır.
19. İşdən həmçinin görünür ki, 2019-cu ildə X1 Ədalət Valeh oğlu və X4 qarşı mənzildən çıxarma barədə məhkəmədə iddia qaldırmış, İddiaçı və E.A.Həsənova isə aralarında dəyişmə müqaviləsinin bağlanması zamanı Paşayevlərin onları aldadaraq 80.000 manatdan artıq pul məbləğini onlara verilməməsini əsas göstərməklə həmin məbləğin Paşayevlərdən onların xeyrinə tutulmasına dair qarşılıqlı tələb irəli sürmüşlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə Paşayevlərin iddiası təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Həmin qətnamədən İddiaçı cə E.A.Həsənova apellyasiya şikayəti versələr də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qətna məsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2020-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Yalnız bundan sonra, işdən göründüyü kimi, İddiaçı 17 iyun 2020-ci il tarixdə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə qərarlarından görünür ki, İddiaçı 24 iyun 2017-ci il tarixli kredit müqaviləsində göstərilən borcu deyil, Paşayevlərdən dəyişmə müqaviləsinin bağlanılması ilə əlaqədar aldadılaraq ona verilməmiş 80.000 manatın cavabdehlərdən tutulmasını tələb etmişdir. Kredit müqaviləsində göstərilən 14.750 ABŞ dolların həmin iş üzrə tələb olunan 80.000 manata daxil olması işdən görünmür. Həmin iş üzrə İddiaçı ondan sonra tələb etdiyi 14.750 ABŞ dollarının mövcudluğu barədə susması və həmin məbləği tələb etməməsi anlaşılan deyildir. Əgər göstərilən məbləğ həmin iş üzrə tələb olunan 80.000 manata daxildirsə, onda belə qənaət hasil olur ki, həmin iş üzrə eyni zamanda 14.750 ABŞ dolları məbləğində pul tələbi də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd edilmişdir. Bundan başqa, 24 iyun 2017-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş borc məbləğinin notariat kontorunun depozit hesabına köçürülməsi barədə də işdə hər hansı sübut yoxdur.
21. İşin göstərilən halları Paşayevlərin dəyişmə müqaviləsinin bağlanması ilə əlaqədar İddiaçı ödəməli olduqları 14.750 ABŞ dollarını ona qaytarmaları məsələsi üzrə düzgün nəticəyə gəlmək üçün mühüm ə həmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə kollegiyası tərəfindən həmin hallar ümumiyyətlə nəzərə alınmamış və onlara müvafiq hüquqi qiymət verilməmişdir. İşin göstərilən hallarını nəzərə alınmadan yalnız kredit müqaviləsinin mövcudluğunun və onun Paşayevlər tərəfindən mübahisələndirilməməsinin iddianın təmin edilməsi üçün əsas kimi qəbul edilməsi qanuni və əsaslı sayıla bilməz.
22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 404.1, 404.2, 740.1, 740.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, onun keçmiş mənzilinin bu işlə heç bir əlaqəsi yoxdur. O, mənzili satdıqdan sonra cavabdeh ondan borca pul istəmiş, bu günə kimi borc cavabdeh tərəfindən qaytarılmamışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat kontorunda mənzillərin dəyişdirilməsinə dair müqavilə imzalamışlar. Cavabdeh borc alanda ona demişdir ki, pula çox ehtiyacı var, olub qalan pulun hamısını yığıb vermiş və xahiş etmişdir ki, ona 14750 ABŞ dolları borca pul versin. Sonra o, pulu götürüb Bakı şəhər 32 saylı notariat kontoruna gedib kredit müqaviləsi bağlayaraq pulu notariat kontorunda Eminə vermişdir. Hal-hazırda evi yoxdur. Dəfələrlə Emindən pulunu istəməyinə baxmayaraq, onu aldatdığını, özünün və ailəsinin daha çətin vəziyyətə düşdüyünü gördükdə məhkəməyə müraciət etməli olmuşdur. Ortada imzalı və notarial qaydada təsdiq edilmiş Kredit Müqaviləsi vardır və həmin müqaviləyə əsasən cavabdeh aldığı pulu bu günədək ona qaytarmamışdır.
24. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1903/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilməmişdir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yenidən yoxlayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında eyni gündə, yəni 24 iyun 2017-ci il tarixdə mənzillərin dəyişmə müqaviləsi və 14750 ABŞ dolları barəsində kredit müqaviləsi bağlanmışdır.
26. İşin apellyasiya instansiyasında təkrar baxışı zamanı İddiaçı dəyişmə müqaviləsindən irəli gələn qalıq borcun, yəni 65000 ABŞ dolları məbləğində pulun Cavabdeh tərəfindən tamamilə ödənildiyini qeyd etmiş, hazırda mübahisə predmeti olan kredit müqaviləsi üzrə isə Cavabdeh 14750 ABŞ dolları məbləğində pulun mənzillərin dəyişmə müqaviləsinə aidiyyəti olmayan borc olaraq verdiyini qeyd etmişdir.
27. Lakin, işin hallarına görə Cavabdeh İddiaçı borcu olduğu vəziyyətdə sonuncunun təkrarən Cavabdeh borc verməsi inandırıcı görsənmir.
28. Əksinə, Cavabdeh apellyasiya instansiyasında işin təkrar baxışı zamanı qeyd etmişdir ki, bağlanmış kredit müqaviləsinin predmeti mənzillərin dəyişdirilməsi barədə müqavilədən irəli gələn yekun qalıq borc olan 15.000 ABŞ dolları məbləğində pul olmuşdur. Bu müqavilə bağlanarkən Cavabdeh İddiaçı borc məbləğindən 250 ABŞ dollar ı ödəniş etmiş və qalıq 14.750 ABŞ dolları borca münasibətdə müqavilə bağlanmışdır. Bu pul məbləği də ödənilmişdir.
29. Məhkəmə kollegiyası tərəflərin verdikləri izahatlar üzrə onların mövqelərini işin faktiki halları ilə qarşılıqlı surətdə və müqayisəli şəkildə yoxlayaraq mübahisə ilə bağlı yaranmış daxili inam əsasında hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin mahiyyətini mənzillərin dəyişdirilməsi barədə müqavilədən qalıq borcun (15.000 ABŞ dolları) rəsmiləşdirilməsi təşkil edir.
30. İddiaçı X3 cavabdehlər İddiaçı və X4 qarşı “mənzilin boşaldılması və mənzilin sahibliyə verilməsi” tələbi və İddiaçı və X2 cavabdeh X7 qarşı “pul” tələbinə dair məhkəmə çəkişməsi üzrə qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(009)-171 2/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı X8 65.000 ABŞ dolları pul vəsitini (40.000 ABŞ dolları ödəməklə evi yüklülükdən azad etmiş, qalan 25.000 ABŞ dollarını isə hissə-hissə ödəmişdir) cavabdeh İddiaçı ödəmiş və xx.xx.2017-ci il tarixli dəyişmə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə ünvan 2 ünvanında yerləşən mənzili iddiaçıya təhvil verməyərək müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.
31. Həmçinin bu qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı qarşılıqlı iddiasında mənzili dəyişdirərkən əlavə onlara banka olan borcları ilə birlikdə 65000 ABŞ dolları pul verilmişdir.
32. Həmin işdə İddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, dəyişdirdikləri 65 kv.metr sahəsi olan mənzilin qiymətinin 130.000 ABŞ dolları olduğunu bildirmişlər. Bundan da əlavə onlar onlara banka olan borcları ilə birlikdə 65000 ABŞ dolları pul vermişlər. Bir sıra borcları olduğundan dəyişdirdikləri həmin mənzili də girov qoyaraq pul götürmüşlər və hazırda həmin mənzillə bağlı mübahisə məhkəmənin icraatındadır. Məhkəmə zamanı məhkəmə tərəfindən həmin mənzilə qoyulmuş qiymət 150000 manat təşkil etmişdir ki, bu da 88.000 ABŞ dolları təşkil edir. Beləliklə də onların 340000 manat qiymətində olan mənzillərinin əvəzinə verdikləri 88000 ABŞ dolları mənzilin qiyməti və nəğd ödədikləri 65000 ABŞ dolları təşkil edir ki, bu da ümumilikdə 153000 ABŞ dolları təşkil edir. Nəticədə onları aldadaraq 80000 manatdan artıq pullarını mənimsəmişlər.
33. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, bu iş üzrə qətnamələrdən sonra İddi açı 17 iyun 2020-ci il tarixdə hazırki iddia tələbi ilə, yəni kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.
34. Yuxarıda qeyd edilən məhkəmə qətnaməsindən görünür ki, İddiaçı 24 iyun 2017-ci il tarixli kredit müqaviləsində göstərilən borcu deyil, dəyişmə müqaviləsinin bağlanılması ilə əlaqədar aldadılaraq ona verilməmiş 80.000 manatın cavabdehlərdən tutulmasını tələb etmişdir.
35. Məhkəmə kollegiyası İddiaçı və X2 cavabdeh X7 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının xx.xx.2019-cu il tarixdə verildiyini, bu iddia tələbinin həcminə kredit müqaviləsində göstərilən 14.750 ABŞ dolların daxil olmasının işdən görünmədiyini, lakin həqiqətən cavabdeh tərəfindən mövcud olan kredit müqaviləsi üzrə borc ödənilməsəydi, İddiaçı tərəfindən verilən qarşılıqlı id dianın həcminə həmin məbləğin daxil edilməməsini ağlabatan hesab etməmişdir.
36. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş və “iddiaçının iddia etdiyi 14750 ABŞ dolları borc məbləğindən Cavabdeh tərəfindən yalnız 800 ABŞ dollarının ödənildiyi sübut olunduğundan qalıq borc məbləğinin bu həddə tutulmalı olması” barədə mövqeyini işi tam, hərtərəfli və obyektiv araşdırmadan hasil etmişdir.
37. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 404.1, 404.2, 739.1, 740.1, 740.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (Vəkil oğlu) kassasiya şikay əti verərək qətnamənin ləğv edilməsi xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 390.1-ci maddəsindən aydın olduğu kimi iddiaçı cavabdehlə kredit müqaviləsini sərbəst surətdə bağlamış, kredit müqaviləsində göstərilən borc məbləğini cavabdehə vermişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsi dəyişmə müqaviləsi ilə kredit müqaviləsinin bağlanmasını eyni günə təsadüf etməsinə, cavabdehin iddiaçıya borcu olduğu halda borc verməsinin inandırıcı olmamasına istinad etmişdir. Halbuki, sözü gedən normanın tələblərini şərh etsək həmin normada kredit müqaviləsi ilə eyni anda başqa bir müqavilənin bağlanmasını, şəxsə borcu olduğu halda borc verilməməsi ilə bağlı hər hansı bir qadağa öz əksini tapmamış, imperativ xarakter d aşımamışdır. Bu fakt bir daha onu təsdiq edir ki, Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsi əsassızdır.
40. Məhkəmə prosesi zamanı məhkəməyə təqdim edilən bütün əsaslar gözardı edilmiş məhkəmə prosesi ilə, hazırki mübahisə ilə əlaqədar olmayan Səbail Rayon Məhkəməsinin 2(009)-1712/2019 saylı qətnaməsinə toxunulmuş, halbuki, sözü gedən mübahisə ilə hazırki mübahisə ilə əlaqədar hər hansı bir bağlılıq mövcud deyildir. Məhkəmənin hansı əsasla Səbail Rayon Məhkəməsinin icraatında olmuş mülki işə istinad etməsi isə şübhə doğuran məqamlardan biridir. Göründüyü kimi iddiaçının hüquqlarının pozulması ilə müşayiət olunan absurd qətnamə qəbul etmişdir. Tərəflərin bərabərliyi prinsipi qanunvericiliklə öz əksini tapsa da, məhkəmə cavabdehin şikayətini təmin etmişdir. Bu da id diaçı tərəfə dair qərəzli münasibətin daha bir forması kimi təzahür edir. Beləliklə, qeyd olunanlar məhkəmə aktının qanunun tələbinə uyğun olaraq qəbul edilmədiyi, qərəzli çıxarılması bir daha təsdiq edir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
43. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
44. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
45. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
46. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olm alıdır.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual h üquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
59. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə görə borcun verilməsinin sübut etmə vəzifəsi borc verənin, borcun qaytarılmasını sübut etmək isə borc alanın üzərinə düşür.
60. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 739.1, 739.2-ci maddələrinə uyğun bağlanmış kredit müqaviləsinin eyni gündə bağlanmış mənzilin dəyişdirilməsi müqaviləsi üzrə dəyişdirilmiş mənzillərin dəyəri arasındakı fərqə görə yaranmış borca aid olduğu və həmin borcun da sonradan ödənildiyi məhkəmələr tərəfindən müəyyən edildiyindən iddiaçının tələblərinin əsassız olması barədə gəlinən nəticə düzgündür.
61. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
62. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə ol una bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
63. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtə rəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər.
64. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş. habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır.
65. Məhkəmə kollegiyası he sab edir ki, işə təkrar baxan apellyasiya məhkəməsi bu məsələ ilə bağlı kassasiya məhkəməsinin iş üzrə qərarında əks olunmuş hüquqi mövqelərini də nəzərə almış və MPM-nin 420-ci maddəsinin tələblərin tam riayət etmişdir.
66. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
67. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1903/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.