Məhkəmə qərarları › İş №2(102)-4443/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4443/2020

08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4443/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova, iş №2 (005)-2515/2018) ilkin iddia qismən təmin edi lərək, mübahisəli mənzildən cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74.550 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, ilkin iddianın qalan hissəsdə və qarşılıqlı iddianın isə tam həcmdə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)-2131/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi M.A.Məmmədov, X.Ə.Sarıyev və E.Y.Şamayev, iş № 2(103)-2131/2019) Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin apellyasiya baxış ının predmeti olan hissədə, yəni “mübahisəli mənzildən cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74.550 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə İddiaçı Cavabdeh qarşı irəli sürdüyü iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakimlər İ.Dəmirov, A.İsgəndərov, Ə.Əhmədov, iş No 2(102)5764/19 saylı mülki iş) ilkin iddia üzrə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)2131/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn (sədrlik edən, məruzəçi), E.Nəbiyev və R.Qurbanov, 2(103)-722/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-2515/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddia tələbinin təmin edilən “mübahisəli mənzildən cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74.550 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilmiş, ilk in iddia tələbi həmin hissədə təmin edilməmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “əşyaların əvəzinin, dəymiş ziyanın, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İlkin iddia tələbi belə əsaslandırılmışdır: Bakı şəhəri, x nömrəli evin 10 nömrəli mənzili xx.xx.2011-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən X1 almışdır. Həmin vaxt mənzildə olan daşınar əmlakların dəyəri S.Mehdiyevaya tam ödənilmişdir. İddiaçı, ailəsi ilə birlikdə həmin mənzilə köçdüyü zaman yeni ev əşyaları da gətirmişdi. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4595/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci il tarixində mübahisəli mənzil Nə simi Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən ondan məcburi qaydada alınmış və cavabdehin sahibliyinə və istifadəsinə verilmişdir. İcra günü xx.xx.2015-ci il tarixində iddiaçı evdən çıxanda, mənzildə 2 yataq otağına, qonaq otağına, mətbəxə, hamam otaqlarına və balkona aid mebel dəstləri və avadanlıqları mövcud olmuşdur. Qeyd edilən mülki iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qəbul etdiyi xx.xx.2016-cı il tarixli qərarı ilə qərara alınmışdır ki, mübahisəli mənzilə aid əqdlərin ləğv və etibarsız sayılması hissəsində və həmin mənzilin (hazırki iş üzrə cavabdeh) Cavabdeh sahibliyinə və istifadəsinə qaytarılması hissəsində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində Azərbaycan Respublikası Ali Məhkəməs inin xx.xx.2015-ci il tarixli qərarı ləğv edilsin, iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qət edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, X8, X6 və X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilsin, qətnamə iddia tələbinin təmin edilən və mübahisəli mənzilə aid əqdlərin ləğv edilməsi və etibarsız sayılması hissəsi və həmin mənzilin Cavabdeh sahibliyinə və istifadəsinə qaytarılması hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbləri təmin edilməsin. Həmin iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli, 2(102)-1272/2017 nömrəli qərarının təsviri hissəsində qeyd etmişdir ki, işin göstərilən hallarına əsasən Məhkəmə Kollegiyası hesab edir ki, mübahisəli mənzilinə dair daşınmaz əmlakın reyestri jurnalında Cavabdeh adına olan mülkiyyət hüququ barədə qeyd ləğv edilməli, həmin mənzillərə münasibətdə (hazırki iş üzrə iddiaçı) İddiaçı mülkiyyət hüququ barədə qeyd bərpa edilməli, mənzil Cavabdeh sahibliyindən və istifadəsindən geri alınaraq İddiaçı sahibliyinə və istifadəsinə qaytarılmalı, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin icrasında geriyə dönüş edilməlidir. Nəsimi rayon icra məmurları tərəfindən xx.xx.2017-ci il tarixdə mənzil Cavabdeh sahibliyindən və istifadəsindən tamamilə boş vəziyyətdə onun sahibliyinə və istifadəsinə qaytarılmışdır. Mənzildə olan me bellər cavabdeh tərəfindən mənimsənilmiş, təmir yararsız hala salınmış, adi istifadə əşyaları yerindən çıxarılmışdır. Mənzilindən cavabdeh tərəfindən qanunsuz olaraq götürülmüş daşınar əmlakların, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış mənzilin təmirbərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olan cəmi 74.550 manatın, onun (iddiaçının) həmin mənzili kirayəyə verməkdən məhrum edilməsi ilə əlaqədar olaraq əldən çıxmış faydaya görə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər olan dövr üzrə 28.600 manat və xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr üzrə 27.520 ABŞ dolları (qətnamənin icra olunduğu gün üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun, həmçinin, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 50.000 manatın tutulmasını tələb etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən mənzildən götürülmüş 1 ədəd kondisioner, iki yerli çarpayı, işçi stol və 1 ədəd çilçırağın ona qaytarılması və 86.400 ABŞ dolları məbləğində pulun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı işdə qarşılıqlı iddia tələbi ilə bağlı hissəyə baxılmadığı üçün qarşılıqlı iddianın məzmunu şərh edilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti iddia tələbində qeyd olunan faktiki hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Apelyasiya instansiyası məhkəməsi həmin hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş dir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında İddiaçı və iddiaçının vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi t ərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Hazırkı mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri, X nömrəli evin 10 nömrəli mənzilini xx.xx.2011-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən X1 almışdır. İddiaçı mənzili satın aldıqdan sonra mənzilə əmlakını gətirərək tam yaşayış şəraiti yaratmaqla istifadə etməyə başlamışdır. Bundan sonra iş üzrə Cavabdeh mənzilin satılma sı zamanı qanun pozuntularına yol verildiyini əsas tutaraq əqdin etibarsız hesab olunması və mənzilin onun sahibliyinə qaytarılması tələbini irəli sürmüş, onun iddiaları Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təmin olunmuş, həmin qətnamə kassasiya instansiyasında dəyişdirilmədən saxlandıqdan sonra yuxarıda qeyd olunan qətnamə icra olunaraq mənzil Cavabdeh təhvil verilmişdir. Bundan sonra iddiaçı hazırkı tələbi irəli sürərək ona vurulmuş zərəri tələb etməyə başlamış və bu ərəfədə əqdin etibarsız hesab olunması barədə iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu qərar qəbul edərək əqdin etibarsızlığı barədə işə yenidən baxılmasına qərar vermiş, işə yenidən baxan məhkəmələr Cavabdeh iddiasının əsassız olması qənaətinə gəlmişlə r. Bundan sonra qətnamənin geriyə dönüşü edilərək mənzil iddiaçıya təhvil verilərkən mənzildə daşınar əmlaklar olmamış, mənzilin təmiri yararsız olmuşdur. Ona görə iddiaçı həmin tələbini davam etdirərək ona vurulmuş zərəri, əldən çıxmış faydanı tələb edir. İşə baxan 1-ci instansiya məhkəməsi mübahisəli mənzildən cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74.550 manatın tutulmasını qət etmişdir. Qtnamədən cavabdeh şikayət vermiş və həmin hissə ilə bağlı yuxarıda qeyd olunan məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya Məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkə mə kollegiyası maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən çıxış edərək iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməklə Apelyasiya Məhkəməsinin mövqeyini dəyərləndirməyi məqsədəmüvafi hesab edir. İddiaçı mübahisəli mənzili icra icraatı qaydasında bir dəfə cavabdehə təhvil verib və bir dəfə təhvil alıb. İddiaçının mənzili 1-ci dəfə cavabdehə təhvil verməsi Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi üzrə icra sənədinin icrası qaydasında həyata keçirilmişdir. Mənzilə köçürmə və çıxarma ilə bağlı icra sənədinin hansı qaydada icra olunması və rəsmiləşdirilməsi qanunla müəyyən edilir. Beləki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 72-ci maddəsinə əsasən icra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. Çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. Borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Deməli, borclunun mənzildən çıxarılması barədə sübut icra məmurunun tərtib etdi aktdır. Belə bir sübut mülki iş materiallarında ola-ola, bir neçə ildən sonra həmin icra məmurlarını dəvət edərək icranın hansı qaydada həyata keçirilməsi ilə bağlı dindirilmələri, onlardan həmin aktda qeyd olunanlardan fərqli izahatlar alınması və bu hallar aydınlaşdırılmadan aktda qeyd olunanlardan fərqi i zahatlara istinad etməklə qərar qəbul edilməsi yolverilməzdir və istinad olunan sübutu mötəbərliyini heçə endirir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki işin 217-ci səhifəsində (1-ci cild) icranı 1-ci dəfə həyata keçirən icra məmurunun tərtib etdiyi akt var. xx.xx.2015-ci il tarixli aktda qeyd edilir ki, həmin akt icra məmurlarının, tərəflərin özlər inin iştirakı ilə tərtib edilmiş və akt 10 nəfər tərəfindən imzalanmışdır. Akt Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin icrası ilə bağlıdır. Akta əsasən icra məmurları və dligər iştirakçılar X nömrəli evin 10 nömrəli mənzilini hazırkı iş üzrə Cavabdeh təhvil verirlər. İcra zamanı mənzilin xarici ölkə vətəndaşlarının icarəsində olması müəyyən edilmiş, həmin şəxslər və nümayəndələri icra yerinə dəvət edilmiş, kirayədə yaşayan xarici vətəndaşlar özlərinə məxsus ancaq qiymətli əşyaları və pulu götürərək mənzili tərk etmiş, mənzilin açarı dəyişdirilmiş, mənzil tələbkara (Cavabdeh) təhvil verilmişdir. İcra zamanı borclu mənzildə olan əşyaların ona məxsus olduğunu mənzillə birlikdə alınmasını qeyd etsə də, icra məmuru tərəfindən həmin məsələyə heç bir reaksiya verilm əmiş, mənzildə olan əmlaklar siyahıya alınmamışdır. Göründüyü kimi iş üzrə mötəbər sübutla təsdiq olunur ki, 1-ci icra zamanı mənzil tam yararlı vəziyyətdə, xarici şəxslərə icarəyə verilmiş şəraitdə Cavabdeh təhvil verilmiş və mənzildən heç bir əşya çıxarılmamışdır. İş materiallarında mənzilin 1-ci icrası zamanı hansı vəziyyətdə olmasına dair (mülki iş, 1-ci cild. 179-187-ci səhifələri, 2-ci cild 66-74-cü səhifə) kifayət qədər fotoşəkillər var. Buna baxmayaraq Apellyasiya Məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçı mənzilin Cavabdeh təhvil verilərkən mənzildə ona məxsus əşyaların qalması barədə hər hansı sübut təqdim etməmişdir. Mənzilin İddiaçı təhvil verilməsi zamanı mənzilin artıq boş olması işin təsdiq olunan halıdır. Eyni zamanda işdə olan sübutlarla təsdiq olunur ki, mənzil İd diaçı təhvil verilməmişdən əvvəl mənzildə olan əşyalar daşınmış və məhz həmin vaxt mənzil yararsız hala salınmışdır. Mənzildən əşyalar daşındıqdan sonra mənzil icra icraatı qaydasında İddiaçı təhvil verilmişdir. İddiaçı mənzildə olan əşyalarının Cavabdeh tərəfindən daşınması ilə əlaqədar sübutlar təqdim etmişdir. İddiaçı əşyaların daşınması anının fotoşəkillərini çəkmişdir (1-ci cild, səhifə 188-193.). Daşımanı “xxxx” MMC həyata keçirmişdir. Birinci apelyasiya baxışı zamanı “xxxx” MMC-yə göndərilmiş sorğuya cavab olaraq daxil olmuş xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixində “xxxx” MMC-nin əməkdaşları tərəfindən cavabdehin (Cavabdeh) sifarişi ilə mübahisəli mənzildə mövcud olan yataq, qonaq və hamam otaqlarına, mətbəxə, həmçinin balkona aid mebe l əşyaları və avadanlıqları, habelə mənzildə istifadə edilən bütün dəstlər qablaşdırılaraq müvafiq olaraq başqa ünvana daşınmışdır. Sifarişin üstündən uzun müddət keçdiyindən heç bir yazılı məlumat qalmamışdır. İddiaçı əşyalarının Cavabdeh tərəfindən mənzildən çıxarılması, dağıdılması oğurlanması ilə bağlı hüquq mühafizə orqanlarına müraciətlər etmiş və müvafiq araşdırmalar aparılmışdır. Mülki işin (1-ci cild) 218-ci vərəqində təhqiqat materiallarının istintaq aidiyyət üzrə göndərilməsi barədə qərardan görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, mənzil icra məmurları tərəfindən ona təhvil verilərkən boş olmuş, özü mənzilə zəruri avadanlıqları almış, xx.xx.2017-ci il tarixdə evdən götürülən avadanlıqlar ona məxsus olan əmlaklar olmuşdur. Hansıki, yuxarıda qeyd olan sübutlarla (icra məmurunun aktı) təsdiq olunur ki, mənzil Cavabdeh boş vəziyyətdə deyil, yaşayış üçün tam yararlı vəziyyəftdə, mebellərlə birlikdə təhvil verilmiş, həmin vaxt mənzildə xarici vətəndaşlar kirayədə yaşamış və onlar icra yerinə dəvət olunaraq qiymətli əşyalarını götürərək mənzili tərk etmişlər. Mənzilin həmin vaxtı çəkilmiş fotoşəkilləri bir neçə dəfə məhkəməyə təqdim edilib. İşin qeyd olunan faktiki hallarından çıxış edən Apellyasiya Məhkəməsi sübutemtə vəzifəsini tərəflər arasında bölüşdürməli idi. İddiaçı mənzili satın alıb ondan istifadə edirdisə, icarəyə vermişdirsə həmin mənzildə olan əmlakların ona məxsus olması preyudisiyası var (əmlakın ona məxsusluğu). Mənzil təhvil verilərkən mənzildən əşyalar götürülməmiş və yararlı vəziyətdə Cavabdeh təhvil verilmişdirsə və sonradan Cavabdeh mənz ili boş vəziyyətdə qaytarmışdırsa həmin əmlakların ona məxsus olmasını sübutemtə yükü iddiaçının deyil, cavabdehin üzərinə düşür. Çünki 1-ci dəfə icra olunan icra sənədi mənzilin əmlakları ilə birlikdə təhvil verilməsi barədə deyildi, əqdin etibarsızlığı və mənzilin təhvil verilməsi barədə idi. İddiaçı mənzili əmlakı ilə birlikdə təhvil vermişdi. Bundan başqa, əşyaların sökülərək daşınması zamanı mənzilin təmirinin yararsız hala salınması ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi qənaət də ziddiyyətlidir. İddiaçı sifarişi əsasında “XXX” LTD müəssisəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qiymətləndirmə aktıdır ki, həmin aktda evin cari təmirinə 20.000 manat tələb olunduğu qeyd edilir. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2017-ci il tarixli ekspert rəyində evin cari təmiri üçün 11826 manat tələb olunduğu qeyd edilir. Hər iki ekspert rəyində mənzilin təmirinin sıradan çıxması və yararsız hala salınması təsdiq olunur. Lakin məhkəmənin iddianı həmin hissədə rədd etməsi yuxarıda qeyd olunan faktiki hallarla birlikdə dəyərləndirildikdə zidddiyyətli olmaqla yanaşı əsassız görünür. Çünki yuxarıda şərh olunan faktiki hallar (mənzili tam yararlı vəziyyətdə təhvil alaraq sonradan əşyaların sökülərək daşınması və boş vəziyyətdə təhvil verilməsi) mənzilin məhz cavabdeh tərəfindən həmin vəziyyətə salınmasını təsdiq edir. Mənzilin iddiaçı tərəfindən yararsız hala gətirilməsinə dəlalət edən heç bir sübut yoxdur və belə qənaət özü məntiqsizdir. 1-ci dəfə məhkəmə çəkişmələrini uduzduqdan sonra mənzili təmirli vəziyyətdə təhvil verən iddiaçının sonradan mənzili təhvil alanda onu yara rsız hala salmasının məntiqi izahı yoxdur. Yuxarıda qeyd olunanlara yekun vuraraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işdə olan faktiki hallara və sübutlara düzgün qiymət verməmiş və nəticə etibarı ilə tələbin qanuni əsasının tapılmasında səhvə yol vermişdir. İşə yenidən baxarkən məhkəmə qərarda şərh olunan hallarla bağlı işin faktiki hallarına uyğun dəyərləndirmə aparmalı və mübahisənin obyektiv həllini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Nəticə: İddiaçı kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apely asiya baxışına göndərilsin. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar