Məhkəmə qərarları › İş №2(102)-4443/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4443/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4443/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı mülki iş üzrə QƏRARİ iş № 2(102)-4443/2022 Açar sözlər: vurulmuş maddi zərərin ödənilməsi, sübutetmə Bakı şəhəri, 21 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi iddia tələbinə,Cavabdeh İddiaçı qarşı maddi zərərin ödənilməsi qarşılıqlı iddia tələbinə dair qarşılıqlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2(106)-713/2022 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar qəbul etdi. İşin halları

1. Əli-Bayramlı şəhəri, Xəqani küçəsi 20 ünvanda yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsindəki 96.5 kv.m qeyri-yaşayış sahəsi X1 (Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001362 № li xx.xx.2001-cü il tarixli Şəhadətnaməyə əsasən).

2. Əli-Bayramlı şəhəri, Xəqani küçəsi 20 ünvanda yerləşən 83.2 kv.m istifadəsiz qeyri-yaşayış sahəsi İddiaçı (bundan sonra - iddiaçı) satılmışdır (Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001141 № li xx.xx.2002-cü il tarixli Şəhadətnaməyə əsasən).

3. Əli-Bayramlı şəhəri, Xəqani küçəsi 20 ünvanda yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsindəki 33,9 kv.m qeyri-yaşayış sahəsi X1 (Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000470 № li xx.xx.2003-cü il tarixli Şəhadətnaməyə əsasən).

4. Şirvan şəhəri Xəqani küçəsi 5 A saylı torpaq sahəsi (Şirvan şəhəri T.İsmayılov küçəsi 1) xüsusi mülkiyyət hüququ əsasında iddiaçıy a məxsusdur (xx.xx.2018ci il tarixli, ******* № li Çıxarışa əsasən). İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyana görə 252050 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2019-cu ilin yanvar ayının əvvəllərində ona müraciət edərək ona məxsus ticarət obyektlərini icarəyə götürmək istədiyini bildirmişdir. Aralarındakı razılaşmaya əsasən cavabdeh ona məxsus qeyriyaşayış sahəsini aylıq 600 manat ödəməklə icarəyə götürmüşdür. Daha sonra cavabdeh ona bildirmişdir ki, Şirvan şəhəri Xəqani küçəsi 20 saylı qeyri-yaşayış sahəsini aylı q 6000 manata icarəyə götürəcək və obyektdə 1 ay müddətində təmir işləri aparacaqdır. 12 fevral 2019-cu il tarixdə cavabdeh ona məxsus olan Şirvan şəhəri Xəqani küçəsi 20 saylı qeyriyaşayış sahəsində söküntü işləri aparmağa başlamış, razılaşmaya əsasən 12 mart 2019- cu il tarixdə obyektin yeni təmir edilmiş vəziyyətdə açılışı nəzərdə tutulub. Lakin obyektin daxili tam şəkildə söküldükdən sonra cavabdeh ona bildirmişdir ki, şəriki onu aldadıb və təmir işlərini dayandıracaqdır. Cavabdeh ona məxsus obyekti tam yararsız vəziyyətə salaraq bu günə qədər həmin obyektə görə də ödəməli olduğu 93000 manat icarə haqqını ödəməmişdir. Qeyd edilən obyekti yararsız vəziyyətə saldığı üçün bu gün həmin obyektin əvvəlki vəziyyətə qaytarılması üçün təxminən 60000 manat pul tələb olunur. Əlavə olaraq bildiri r ki, mağazada olan 8000 manat dəyərində 16 ədəd müşahidə kamerası yararsız vəziyyətə salınıb, bundan əlavə mağazada satılmaq üçün olan 56000 manat dəyərində malı tam yararsız vəziyyətə düşmüşdür. Təxminən 2 ay əvvəl cavabdeh ondan icarəyə götürdüyü T.İsmayılov küçəsi 1 ünvanında yerləşən obyektin icarə haqqında görə yığılmış pulun bir qismini vermişdir. Qeyd edilən obyektin icarə haqqına görə 2200 manat məbləğində borcu qalmışdır. Cavabdeh Şirvan şəhəri, Xəqani küçəsi 20 ünvanında yerləşən ticarət obyektinin icarəsinə görə (təxminən 9 aylıq icarəyə görə) ödəməli olduğu 51000 manat pulu da ona ödəməmişdir. Bundan əlavə o özünə məxsus olan Şirvan şəhəri, Xəqani küçəsi 20 ünvanında yerləşən ticarət obyektini işlədə bilməsə də 9 ay ərzində təxminən 1800 manat məbləğində sosial sığorta haqqı, 1350 manat vergi ödəmişdir. Cavabdehin ticarət obyektində fəhlə kimi işlətdiyi şəxsə təxminən 3900 manat əmək haqqı ödəmiş, elektrik enerjisi və sudan istifadəyə görə təxminən 200 manat pul ödəmişdir. cavabdeh ona məxsus olan Şirvan şəhəri Xəqani küçəsi 20 saylı qeyri-yaşayış sahəsinin qarşısında olan xırda ticarət obyektlərini icarəyə verilməsinə imkan verməmiş və o təxminən 9 ay ərzində həmin ticarət obyektlərinin icarəsindən əldə edəcəyi 17200 manat gəlirdən məhrum olmuşdur.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, iddiaçıdan maddi zərərin əvəzi olaraq 42608 manat məbləğində pulun alınmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Türkiyə vətəndaşı olan Güngör Tosunla birlikdə xx.xx.2019 tarixdə öncədən tanıdığı və iddiaçının qohumu olan X3 vasitəsilə id diaçıya məxsus Şirvan şəhəri Xəqani küçəsi 20 saylı qeyri-yaşayış sahəsinə yaxınlaşaraq ona bu obyektdə tekstil mallarının topdan və pərakəndə satışını təşkil etmək istədiklərini bildirmişlər. İddiaçı onlara bildirmişdir ki, obyekti bir şərtlə onlara verməyə razı olar ki, özü də obyektdə olsun. Sonra onlar iddiaçıya bərabər üçlü şəriklik təklif etmişlər. Yəni bütün xərcə və gəlirə onlarla ortaq olacağını bildirmişlər. Bu şərtlə razı olduqdan sonra 2019-cu ilin mart ayının 1-dən etibarən elə həmin Eynur Səmədovun birbaşa iştirakı ilə (Şirvan şəhər “Əkbər İnşaat” adlı tikinti materiallarının satış dükanından malların alınmasında bilavasitə iddiaçının qohumu olan Eynur Səmədov iştirak edib, hətta mallar qaimələrdə Eynur Səmədovun adına qeyd olunub) obyektdə köhnə təmiri yenisi ilə əvəz etmək üçün tikinti materialları alaraq və 7 nəfərdən ibarət işçi heyəti gətirərək obyektdə işə başlamışlar. Bu minvalla 2 aya yaxın orda təmir işlərini apardıqdan sonra həmin tarixə çəkilmiş təmir xərclərinin 1/3-ni iddiaçıdan istədikdə, o etirazını bildirərək demişdir ki, “mən sizə təmir xərclərinə yox, obyektimi ortaya qoyaraq şərikliyə razı olmuşam”. Şifahi olaraq üçlü ortaq razılaşması olduğu üçün əmlakın icarəyə verilməsi barədə razılıqları olmayıb. Danışdıqları formada şəriklikdən və həmin günə çəkilən xərclərin 1/3-ni ödəməkdən imtina edən iddiaçı 3 gün davam edən mübahisədən sonra onlara bildirmişdir ki, “mən şəriklikdən çıxıram və sizə təmir etməyə başlayıb hansı hissəyə qədər təmir etmisizsə, o hissədən arakəsmənizi atıb, təmiri bitirin, sonra gedək notarial qaydada həmin hissəni (yəni təmir etdiyimiz 244 kv.m. olan hissəni) sizə 500 manata icarəyə verəcəm”. Təmir olunan hissənin yola açılan hissəsinin önünü kiçik hissələrə bölüb icarəyə verən iddiaçıya ön tərəfi boşaltmasını və oranı da təmir etmək istədiklərini bildirdikdə, o onlara həmin hissəyə düşən 4 ədəd kiçik arakəsməli obyektdəki icarədarlardan aldığı pulu da əlavə olaraq onlardan alacağını bildirmiş və hələlik ora dəyməməsini və qapanmış olan təmir etdikləri hissəni 500 manata götürəcəklərini ona bildirmişlər. Obyektin öncədən təyin edilmiş ümumi giriş qapısını onlara verəcəyini və özü üçün yerdə qalan hissəyə ikinci giriş qapısı açdığını bildirmişdir. Bundan sonra artıq təmir başladığı üçün və onlara geriyə yol olmadığını bildirdiyi üçün təmiri davam etdirmişlər. Eyni zamanda xx.xx.2019 tarixdə ünvan 5 qeyri- yaşayış sahəsində təmirə başladıqdan təxminən 10 gün sonra iddiaçıya məxsus Şirvan şəhəri, T.İsmayılov 1 ünvanda yerləşən təxminən 110 kv.m. olan hazır və işlək vəziyyətdə olan obyekti icarəyə götürmüş Məhyəddin adlı şəxsdən daim onlara gileygüzar edərək, onu oradan çıxarmaq istədiyini də bildirib. Onlar tikinti materiallarının satışı ilə dməşğul olmaq istədiklərini iddiaçıya dedikdə iddiaçı onu, yəni Şirvan şəhəri, T.İsmayılov 1 ünvandakı obyekti icarəyə götürmüş Məhyəddin adlı şəxsi həmin obyektdən çıxaracağını və onlara 500 manata icarəyə verəcəyini yenə şifahi olaraq bildirmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi həmin ikinci obyektin açarlarını ona mart ayında deyil, iyun ayının 20-də təhvil vermişdir (ona bildirmişdir ki, Xaqani 20 ünvanda təmir olunan obyektdə isti polu n üzərinə döşəniləcək 240 kv.m. sahəyə kafel-metlax gəlməyincə ona T.İsmayılov 1 ünvanda yerləşən 2-ci obyektin açarını verməyəcək).

9. İşə baxılması zamanı iddiaçı məhkəməyə “X12 X5 Sənai və Ticarət limited” şirkətinin Azərbaycan Respublikasının filialı ilə bağladığı ünvan 2 ünvanda yerləşən 225 kv.m qeyri-yaşayış sahəsinin təmir-tikinti, daxili tamamlanma, texniki və elektrik işlərinin icrasına dair 20 yanvar 2020-ci il tarixli podrat müqaviləsini və həmin müqaviləyə “İşlərin Təsviri və Qiymət Cədvəli adlı” 1 №li əlavəni təqdim etmişdir. Əlavəyə əsasən qeyriyaşayış sahəsinin təmir işlərinin cəmi xərci 49726 manat (30251 manat tikinti materialları,19475 manat təmir işləri) təşkil etmişdir.

10. Birinci instansiya məhkəməsində tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkə mə Ekspertizası Mərkəzinin 30 iyun 2020-ci il tarixli, 32288 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin daxilində ümumi sahəsi 168,0 kv.m olan və ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 80,8 kv.metr olan tikililərin daxilində təmir işlərinin aparıldığı müəyyən edilir, (təmir işləri tam başa çatmamış vəziyyətdədir). ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin daxilində ümumi sahəsi 168,0 kv.m olan və ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 80,8 kv.metr olan tikililərin daxilində müxtəlif növ təmir tikinti işləri və eləcə də, gizli gözə görünməyən və iddiaçının sözlərinə əsasən yenidən qurma (əlavə təmir tikinti işləri) təmir işləri aparıldığından həmin qeyri-yaşayış sahəsi üçün istifadə olunmuş materialların və görülmüş təmir işləri üçün tə ləb olunan real bazar dəyərini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin, qeyriyaşayış sahələrində aparılacaq təmir işlərinə dair “X12 X5 Sənai və Ticarət limited” şirkətinin Azərbaycan Respublikasının filialı tərəfindən təqdim olunmuş smetada göstərilən iş həcmi üzrə qiymətlərin müvafiq bazar qiymətlərinə uyğun olduğu nəzərə alındıqda, iddiaçıya aid olunan qeyri-yaşayış sahəsində aparılmalı, təmirtikinti işlərinə 49726,0 (30251 + 19475) məbləğində vəsait sərf olunacağı müəyyən edilir. ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin daxilində videokameraların bir hissəsinin işlək vəziyyətdə olduğu və bir qisminin işlək vəziyyətdə olmadığı (söküldüyü) müəyyən edilmişdir. Lakin həmin videokameraların neçə ədəd işlək vəziyyətdə olmadığını dəqiqliklə müəyyən etmək mümkün olmadığından onl arın yenidən çəkilməsinə hansı məbləğdə vəsait sərf olunacağını dəqiqliklə müəyyən etmək mümkün olmadı.

11. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tosun Güngör izahat verərək bildirmişdir ki, iddiaçıya məxsus ünvan 5 qeyri-yaşayış sahəsindəki təmir işlərinə onlar cavabdeh və iddiaçı ilə bərabər şərik olaraq başlamışlar. Sonradan iddiaçının bu şəriklikdən imtina etməsi, təmir olunan hissənin onlara 500 manata söz verib, bir müddət daha təmirdən sonra söz verdiyi 500 manat məbləğdən də imtina edib guya onların həmin 240 kv.m. hissəni 3000 manata verəcəyini bildirməsi ona və cavabdehə xeyli maddi ziyan vurmuşdur. Bundan əlavə iddiaçı Şirvan şəhəri T.İsmayılov 1 ünvanda onların satış üçün olan şüşələrinə əl qoyaraq satmışdır.

12. Məhkəmə iclasında şahid qismin də ifadə vermiş X6 bildirmişdir ki, ünvan 5 qeyri-yaşayış sahəsində divar və tavanda alçıpandan istifadə etməklə təmir işləri görmüşdür. Təmir haqqı olaraq bir kvadrat metr üçün 12 manatdan, cəmi 600 kv.m üçün 7200 manat pul ödənməli idi. Lakin həminməbləğdən 500 manat pulu cavabdeh ona vermişdir. Onun işi iki ay davam etmişdir. Onun yanında mağazaya iki yüz ədəd alçıpan gətirilmişdir. Şirvan şəhəri, T.İsmayılov küçəsi 1 ünvanında yerləşən ticarət obyektində isə 420 manatlıq məbləğində işlər görülmüşdür. Tavana cəmi 56 ədəd alçıpan sərf olunmuş, bir ədəd alçıpanın qiyməti 8 manat olmaqla cəmi 448 manat məbləğində alçıpan işlənmişdir. Onların işlədikləri 168 kv.m sahənin təmirinə bir kvadrat metr üçün 12 manat hesablanmaqda, 2016 manat, cəmi təmir xərcləri material ilə birlikdə təxminən 300 0 manat təşkil etmişdir.

13. Məhkəmə iclasında digər şahid X4 oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı iddiaçı məhkəməyə, həmçinin ünvan 5 qeyri-yaşayış sahəsinin vahid əmlak kimi xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə onun adına qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və həmin əmlakın və həmin ünvanda ümumi sahəsi 185.3 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə X7 ilə bağladığı xx.xx.2021-ci il tarixli icarə müqaviləsini təqdim etmişdir.

14. Şirvan Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(032)- 96/2020 nömrəli iş üzrə 23 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Qurbanov) iddianın qismən təmin edilməsi, cavabdehdən maddi zərərin əvəzi olaraq 40961 manat məbləğində pulun alınaraq iddiaçıya v erilməsi qət edilmiş, iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi rədd edilmişdir. Qətnamə ilə, həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin izahatlarından və tədqiq edilmiş sübutlardan müəyyən olunur tərəflər arasında icarə müqaviləsindən irəli gələn mübahisə mövcud olmuşdur. İddiaçı Şirvan şəhəri, T.İsmayılov küçəsi 1 ünvanda yerləşən ticarət obyektini icarə haqqı aylıq 600 manat, ünvan 5 qeyriyaşayış sahəsini isə icarə haqqı aylıq 6000 manat olmaqla cavabdehə verməsinə istinad etsə də, istinad etdiyi halın təsdiqi kimi hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə cavabdehin həm iddiaya qarşı etiraz ərizəsində, həm də qarşılıqlı iddia ərizəsində hər ticarət obyekt inin icarə haqqının 500 manat, icarə müddətinin isə hər ticarət obyekti üçün 4 ay müəyyən edilərək göstərməsini nəzərə almışdır.

16. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyinin tələbinə görə kirayəçi öz mülahizəsinə görə əşyanın yaxşılaşdırılması üçün xərclər çəkərsə, xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərin tapşırıqsız aparılması haqqında müddəalar əsasında müəyyənləşdirilir. Xərc çəkilmiş iş kirayəyə verən tərəfindən bəyənildikdə, onun mənafeyinə və ehtimal olunan istəyinə uyğun olduqda, varlandıqda kirayəçinin çəkdiyi xərclərin əvəzini kirayəyə verən ödəməlidir. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan iddiaçının icarəyə verdiyi qeyri-yaşayış sahələrində təmir işlərinin yarımçıq qalması müəyyən edildiyindən və iddiaçının bu işlərin aparılmasını sonradan tam bəyənməsi müəy yən edilmədiyindən, məhkəmə mübahisənin həlli zamanı Mülki Məcəllənin özgə işlərin tapşırıqsız aparma müddəalarını tətbiq edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 700.1, 700.3, 680.2, 1087.2, 1090.2, 21.1, 21.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz, ədalətsiz və hüquqi baxımından düzgün tövsif olunmamışdır. Birinci instansiya məhkəməsi MPM-in müddəalarını pozmaqla qətnamə qəbul etmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş ölüm haqqında akt qeydinə əsasən iddiaçı xx.xx.2020-ci ildə ölmüşdür. Apellyasiya instansiyası məhkəməsinin 02 mart 2021-ci il tarixli qərardadı ilə Nümayəndə iddiaçının hüquqi varisi kimi işə cəlb edilmişdir.

20. Cavabdeh apellyasiya instansiyası məhkəməsinə qaimə fakturalar, çeklər, dəftər vərəqləri təqdim etmişdir.

21. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-281/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci in stansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir.

23. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, ünvan 5 qeyri-yaşayış sahəsinin tavanın vurulmasına işçi xərci 1176 manat (168 manat x 7 manat), sərf olunmuş 56 ədəd alçipanın dəyəri 588 manat (56x10 manat 50 qəpik), alçipanın vurulması üçün cəmi 2346 manat aksessuarın dəyərinin yarısı 1173 manat, cəmi 2937 manat “X12 X5 Sənai və Ticarət limited” şirkətinin Azərbaycan Respublikasının fili alı tərəfindən görülməli olan işlərin dəyərindən çıxılmalıdır. Belə ki, iddiaçı ünvan 5 qeyriyaşayış sahəsinin tavanında görülmüş təmir işlərini bəyənərək həmin işlərin görülməsi nəticəsində varlandığından, artıq həmin işlərin görülməsinə zərurət aradan qalxdığına görə nəzərdə tutulan təmir xərclərinin təkrarən cavabdehdən tutulması yolverilməzdir. Məhkəmə bu qənaətə gələrkən cavabdeh tərəfindən qeyri-yaşayış obyektinin tavanın təmiri üçün təxminən 3000 manat məbləğində, həmçinin ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təmiri üçün 420 manat məbləğində xərcin çəkilməsini, şüşələrin məhz 8000 manat dəyərində olması barədə cavabdeh sübutlar təqdim edə bilmədiyindən iddiaçının etiraf etdiyi 2650 manat dəyərində olmasını və 3758 manat dəyərində olan kafel-metlaxın iddiaçıda qalmasını nəzərə almışdır. 24. ünvan 5 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi nəticəsində sosial sığorta haqqının, vergi haqqının ödənilməsi, sonra işçilərin əmək haqqının ödənilməsi, elektrik enerjisi, sudan istifadəyə görə haqqın ödənilməsi, əldən çıxmış faydaya görə zərərin ödənilməsi tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, iddiaçı istinad etdiyi bu halları sübut edə bilmədiyindən, iddia bu hissədə təmin olunmamalıdır.

25. Məhkəmə qeyd etmişdir ki, qeyri-yaşayış obyektinin tavanının təmiri üçün təxminən 3000 manat məbləğində, həmçinin ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təmiri üçün 420 manat məbləğində xərcin çəkilməsi, 2650 manat dəyərində şüşələrin və 3758 manat dəyərində olan kafel-metlaxın dəyəri nəzərə alınmalı, qarşılıqlı iddia ərizəsi bu hissədə təmin olunmalıdır. Gündo r Tosunun zərərin ödənilməsi ilə bağlı tələbi olmadığından və bu səbəbdən cavabdeh onun əvəzinə tələb irəli sürmək hüququna (subyektiv hüquqa) malik olmadığından qarşılıqlı iddia bu hissədə təmin olunmamalıdır. Bununla yanaşı qarşılıqlı iddianın bu hissədə təmin edilməsi ilkin iddianın zərərin ödənilməsi hissədə təmin edilməsini qismən aradan qaldırdığından, əvəzləşdirmə yolu ilə ilkin iddianın müəyyən edilmiş 53726 manat zərər məbləğindən qarşılıqlı iddia ilə alınmalı olan 9828 manat çıxılmaqla, iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır.

26. Məhkəmə öz mövqeyini birinci instansiya məhkəməsinin istinad etdiyi eyni normalara istinadla əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

27. Cavabdeh kassasiya şika yəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)6404/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər – A.Hüseynov, (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)281/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

29. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri və buna uyğun olaraq tərəflər arası nda sübut etmə yükü müəyyən edilmədən, işin mübahisəsiz və məhkəmə baxışı zamanı sübutların tədqiqi əsasında müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

30. Baxılan iş üzrə iddiaçı cavabdehdən mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə icarə haqqının ödənilməməsi və əmlakın pisləşməsinə görə vurulmuş zərəri; cavabdeh isə iddiaçıdan həmin sahənin yaxşılaşdırılması üçün sərf etdiyi vəsait qismində məruz qaldığı zərərin əvəzini tələb edir. Bu cür mübahisənin qanuni həll edilməsi ilk növbədə tərəflər arasında etibarlı müqavilənin bağlanıb-bağlanmamasından asılıdır. Çünki mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları məhz bunun nəticəsindən asılı olaraq (qanundan, yaxud müqavilə öhdəliklərinin pozulmasından irəli gələn zərər) müəyyən edilməlidir.

31. İşə baxmış məhkəmələr müəyyən etmişlər ki, tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Tərəflər arasında müqavilə bağlandığı halda həmin müqavilədən irəli gələn zərərlə bağlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 443-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən isə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Mülki Məcəllənin 443.7-ci maddəsi isə nəzərdə tutur ki, əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkət lər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Bu baxımdan hazırkı iş üzrə icarə müqaviləsi tərəflərinin biri-birilərinə qarşı zərər tələbinə dair mübahisənin həlli ilk növbədə hansı tərəfin müqavilə üzrə öhdəliyini pozmasından asılıdır.

32. Lakin baxılan iş üzrə məhkəmələr tərəflər arasında bağlanmış icarə müqaviləsinin tərəflərdən hansının təqsiri üzündən pozulduğunu müəyyən etmədən hər iki tərəfin zərərlə bağlı tələblərini əsaslı hesab edərək, həmin tələblərə təqdim edilən sübutlar baxımından qiymət vermişlər.

33. Digər tərəfdən Mülki Məcəllənin 21.2-ci maddəsinin məzmunundan görünür ki, qanun real zərər dedikdə məhz zərər çəkmiş şəxsin məruz qaldığı əmlak itkisini və ya bu itkini bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri nəzərdə tutur. Zərərçəkmiş şəxsin z ərər qismində təqsirli şəxsdən dəymiş real zərərin və əldən çıxmış faydanın həcmini aşan maddi nemət əldə etməsi artıq dəymiş zərərin əvəzinin ödənilməsi deyil, əsassız varlanma ilə nəticələnə bilər. Bu baxımdan əmlakı müəyyən dövr ərzində üçüncü şəxslərin istifadəsində olmuş mülkiyyətçi öz əmlakını geri aldıqdan sonra real zərər qismində məhz əmlakı üçüncü şəxslərin faktiki sahibliyinə verdiyi anda mövcud olmuş dəyərinin azalmasından çıxış edə və bu azalmanın bərpası üçün çəkilməli olan xərclərin əvəzini tələb edə bilər. Baxılan iş üzrə iddiaçı ona dəymiş zərərin müəyyən edilməsi üçün işə məhkəmədə baxıldığı dövrdə digər şəxslə bağladığı, özünə məxsus əmlakın tam təmirinə dair podrat müqaviləsi üzrə tələb olunan məbləğə istinad edir.

34. Halbuki iddiaçı həmin sübuta istinad etmək üçün ilk növbədə mübahisəli əmlak cavabdehə təhvil verilərkən həmin əmlakın podrat müqaviləsi üzrə nəzərdə tutulan səviyyədə olduğunu sübuta yetirməli idi.

35. İddiaçı tərəfindən belə sübutlar təqdim edilmədiyi halda məhkəmələr dəymiş zərərin məbləğini məhz qeyd olunan podrat müqaviləsi və onun əsasında verilmiş ekspert rəyi əsasında müəyyən etmiş, bununla da yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

36. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2(106)-713/2022 nömrəli qətnaməsi ilə (hakim N.F.Mirzəyevin sədrliyi və məruzəsi ilə, hakimlər İ.Q. Əsədov və S.İ.Mayılovdan ibarət tərkibdə) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 23 iyul 2020-ci il tarixli 2(032)-96/2020 saylı qətnaməsinin qismən, Cavabdeh maddi zərərin əvəzi olaraq 40961 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia təmin edilməsini qət edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Şirvan şəhəri, Xəqani küçəsi 20 ünvanında yerləşən ticarət obyektinin təmirinin cavabdehin təqsiri üzündən başa çatdırılmaması səbəbindən həm real zərərə və həm də əldən çıxmış fayda şəkilində zərərə məruz qaldığını göstərsə də, Şirvan şəhəri, Xəqani küçəsi 20 ünvanında yerləşən ticarət obyektinin cavabdeh tərəfindən təmirə başlananadək və ondan sonrakı vəziyyətinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

38. İddiaçı cavabdehdən vurulmuş zərərin ödənilməsi tələbini qeyri-yaşayış sahələrində aparılacaq təmir işlərinə dair “X12 X5 Sənai və Ticarət limitted” şirkətinin Azərbaycan Respublikasının filialı ilə bağlanmış xx.xx.2020-ci il tarixli podrat müqaviləsi ilə əsaslandırsa da, qeyd edilən müqaviləyə əsasən smetada göstərilən təmir-tikinti işlərinə 49726,0 məbləğində vəsait sərf olunması barədə mötəbər kimi qəbul edilə bilməz. Belə ki, ekspert rəyinə əsasən, mübahisə olunan qeyri-yaşayış sahəsində sonradan təmir işləri aparılmış, lakin təmirə qədər obyektin cavabdehə verilərkən hansı vəziyyətdə olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, qarşıqlı iddiaçı da işlərin başa çatdırılmasının ilkin iddiaçının təqsiri üzündən baş verməsi, nəticədə tələb olunan məbləğdə zər ərə məruz qalmasına dair istinad etdiyi halları təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə Azərbaycan Respublikası MM-in 21.1, 21.2-ci maddələrini, MPM-nin 76.2, 77, 89.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

40. İddiaçının hüquqi varisi Nümayəndə kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21.2, 385.1, 389.1, 443.1, 700.1, 700.3-cü və MPM-nin 14.2, 76.1, 76.2, 77.1, 217.2, 217.4-cü maddələri pozulmuşdur.

42. Belə ki, Cavabdeh öz hərəkətləri ilə əmlakı yar arsız hala salmışdır. İcarə haqqı ödəməməklə yanaşı, əmlakı yararsız hala getirildiyi üçün ondan digər qaydada da gəlir əldə etmək mümkün olmamışdır. İddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən tamamilə məhrum olmuşdur.

43. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin

45. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək h üququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

46. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

47. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəym iş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

48. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

49. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

50. Maddə 14.2-ci məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1-ci hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 101.7-ci ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

54. Maddə 103.1-ci ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya ins tansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

59. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən g östərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

60. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə a raşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

61. Kassasiya şikayəti iddiaçı tərəfindən verildiyindən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməməsi hissəsində yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

62. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin yoxlanılan hissəsində apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. İşə təkrar baxan apellyasiya məhkəməsi kassasiya məhkəməsinin iş üzrə əvvəlki qərarlarınında əks olu nmuş hüquqi mövqelərini də nəzərə almış və MPMnin 420-ci maddəsinin tələblərin tam riayət etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

64. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıql ı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

65. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

66. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının hüquqi varisi Nümayəndə kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2(106)713/2022 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar