Məhkəmə qərarları › İş №2(102)-4444/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-4444/2018

28.06.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4444/2018 28.06.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4444/2018 şəhəri 28 iyun 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı "xxxx" BOKT QSC-nin (hazırkı işdə İddiaçı-nin hüquq varisidir) vəkili İmamverdiyev Beytulla Dadaş oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2018-ci il tarixli 2(103)1172/2017 nömrəli qətnaməsindən iddiaçı "xxxx" BOKT Q SC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim B.Ələkbərov) 05.12.2016-cı il tarixli 2(001)-537/2016 nömrəli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi" tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı-nin xeyrinə 14.04.2011-ci il tarixli 10-91 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 51.310 ABŞ dolları əsas borc, əsas borca illik 5 % hesablanmaq şərti ilə 268,12 ABŞ dolları faiz borcu, 5.100 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 56.678,12 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun 74%-i 22,20 manat pul tutulmuş, məhkəmə mühasibat ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manatın 26%-i, yəni 13 manatı İddiaçı-dən, 74%-i, yəni 37 manatının isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi, məhkəmə məsrəfini təşkil edən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 150 manatın 26%-i, yəni 39 manatı İddiaçı-dən, 74%-i yəni 111 manatının isə Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesablaşma hesabına köçürülməsi, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri ************************** saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracdan satılması, realizə edilmiş əmlakın dəyərindən 14.04.201l-ci il tarixli 10-91 saylı kredit müqaviləsi üzrə cəmi 56.678,12 ABŞ dolları ödəniş vaxtına m anata məzənnəsi üzrə borc, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun 74%-i 22,20 manatı İddiaçı-yə, məhkəmə mühasibat ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manatın 74%-i, yəni 37 manatı Azərbaycan Respublikası dövlət büdcəsinə, həmçinin aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 150 manatın 74%-i, yəni 111 manatının "xxxx" MMC-nin hesablaşma hesabına ödənilməsi, borc məbləği ödənildikdən sonra əmlakın satışından qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması, ipoteka predmetini təşkil edən evin ilkin satış qiyməti 150.000 manat məbləğində müəyyən edilməsi və bu fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin evdən çıxarılmaqla, evin boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edi lmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, V.Baxışova, V.Həsənov) 17.01.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.12.2016-cı il tarixli qətnaməsi - kredit müqaviləsi üzrə borcun və məhkəmə xərclərinin tutulmasına aid olan hissədə ləğv edilmiş, borcun tutulması barədə tələb qismən təmin olunmuş, əsas borc kimi 19.734,52 ABŞ dolları, beş faizlə hesablanmış faiz borcu kimi 268,12 ABŞ dolları, cəmi 20.002,64 ABŞ dolları pul, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat Cavabdeh1 alınaraq "xxxx" QSC- yə verilməsi, həmin tələbin qalan hissəsinin rədd olunması, ipoteka predmetinin satışdan əldə edilən vəsaitdən 20.002,64 ABŞ d olları və 30 manat pulun "xxxx" QSC-yə ödənilməsi, əmlakın qiymətləndirilməsi xərci olan 150 manat pulun Cavabdeh1 alınaraq "xxxx" MMC-yə, mühasibat ekspertizanın xərci olan 50 manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə verilməsi qət edilmiş, qətnamənin qalan hissəsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı "xxxx" BOKT QSC İdarə Heyətinin sədri C6 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə 27.10.2015-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Az ərbaycan Respublikası MPM-in 58.1-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı "xxxx" BOKT QSC ilə əvəz edilmiş, "xxxx" BOKT QSC iddiaçı qismində işə cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı "xxxx" BOKT QSC İdarə Heyətinin sədri C6 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2018-ci il tarixli qətnaməsinin -iddiaçı "xxxx" QSC BOKT-nın kredit borcunun tutulması ilə bağlı iddia tələbinin qismən rədd olu nması hissəsində ləğv edilməsi və apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında "xxxx" QSC BOKT-nın iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçının nümayəndəsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və “X1 Agentliyi” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" BOKT QSC-nin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X3 iddiaçının kassasiya şikayətini əsassız hesab edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2018-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 17.01.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətini qismən təmin edib, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.12.2016-cı il tarixli qətnaməsini - kredit müqaviləsi üzrə borcun və məhkəmə xərclərini n tutulmasına aid olan hissədə ləğv edərək, borcun tutulması barədə tələbi qismən təmin edib, əsas borc kimi 19.734,52 ABŞ dolları, beş faizlə hesablanmış faiz borcu kimi 268,12 ABŞ dolları, cəmi 20.002,64 ABŞ dolları pul, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat Cavabdeh1 alınaraq "xxxx" QSC- yə verilməsi, həmin tələbin qalan hissəsinin rədd olunması, ipoteka predmetinin satışdan əldə edilən vəsaitdən 20.002,64 ABŞ dolları və 30 manat pulun "xxxx" QSC-yə ödənilməsi, əmlakın qiymətləndirilməsi xərci olan 150 manat pulun Cavabdeh1 alınaraq "xxxx" MMC-yə, mühasibat ekspertizanın xərci olan 50 manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə verilməsi qənaətinə gələrkən, həmçinin qətnamənin qalan hissəsinin dəyişiklik edilmədən saxlanılmas ı qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, mübahisə 14.04.2011-ci il tarixli 10-91 nömrəli kredit müqaviləsi ilə bağlıdır. İddiaçı kreditverən və ipotekasaxlayan, Cavabdeh1 kreditalan, Cavabdeh2 ipotekaqoyan, digər cavabdehlər ipoteka predmeti olan mənzildə qeydiyyatda olan şəxslərdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqd arda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Apellyasiya şikayətində tələb olunmuşdur ki, qətnamə qismən - əsas borca illik 5 faizlə hesablanmış faiz borcu kimi 268,12 ABŞ dolları pulun və dəbbə pulu kimi 5.100 ABŞ dolları pulun tutulmasına aid olan hissədə ləğv edilsin. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, apellyasiya icraatı zamanı keçirilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının 20.11.2017-ci il tarixli 18313 nömrəli rəyindən müəyyən olunur ki, 09.10.2015- cı il tarixə kreditalanın kreditverənin qarşısında əsas borc kimi 19.734,52 ABŞ dolları, əsas borca 5 faizlə hesablanmış faiz borcu kimi 268,12 ABŞ dolları icra edilməmiş pul öhdəliyi vardır. Ekspert rəyində qeyd olunmuşdur ki, bankın təqdim etdiyi səndlərə görə kredit müqaviləsi üzrə dəbbə pulu hesablanmamışdır, ona görə ekspert dəbbə pulu hesablamamışdır. Göründüyü kimi, 1-ci instansiya məhkəməsində borcun məbləği düzgün müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 425, 427, 439, 445, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq, qətnaməni əsas borcun, faiz borcu və dəbbə borcunun tutulmasına aid hissədə ləğv etmiş, təkrar məhkəmə-mühasibat ekspertizasının rəyində göstərilən məbləğdə borcun tutulması qənaətinə gəlmişdir. Bank tərəfindən kreditalana dəbbə pulunun hesablanması (tətbiq edilməsi) barədə sübut məhkəməyə təqdim edilməmişdir. Bank hüquqi şəxsdir, “Mühasibat uçotu haqqında” Qanunun tələbləri baxımından hüquqi şəxslər dəbbə pulu hesablayarkən bu hesablama (onun əsası, dövrü, miqdarı və sair) uçot sənədlərində əksini tapmalıdır. Hazırkı işdə dəbbə pulu barədə məlumat (yalnız onun məbləği) iddia ərizəsində və ərizəyə əlavə edilmiş maliyyə arayışında göstərilmiş, dəbbə pulu ilə bağlı başqa heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsi və maliyyə arayışı isə uçot sənədi hesab olunmur. Əsas borc, faiz borcu və dəbbə borcu bir-biri ilə əlaqəli olduğuna görə qətnamənin borca aid olan hissəsi apellyasiya qaydasında tam yoxlanılmışdır. Belə ki, əsas borcun məbləği yoxlanılmadan, faiz və dəbbə b orcunun düzgün hesablanıb-hesablanmadığı müəyyən edilə bilməz. Qətnamə borcun məbləğinə aid hissədə ləğv edildiyinə görə məhkəmə xərclərinə aid olan hissədə də ləğv edilmiş, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin göstərişinə uyğun olaraq məhkəmə xərcləri yenidən bölüşdürülmüşdür. İpotekaya aid olan hissədə qətnamə mübahisələndirilmədiyi üçün həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolan maddivəprosessualhüquqnormalarınıdüzgüntətbiqetmişdir. Kassasiya şikayətinin dəlillə ri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti verən şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" BOKT QSC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2018-ci il tarixli 2(10 3)-1172/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar