Məhkəmə qərarları › İş №2(102)-4444/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4444/2020

10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4444/2020 10.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X3, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-1241/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Şahin Abdullayev) 2(009)-2817/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 80000 ABŞ dolları məbləğində pul tutulduğu anda Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulması, Cavabdeh İddiaçı xeyrinə 80000 ABŞ dolları məbləğində pul manat hesabı ilə tutulan anda həmin məbləğdən 44200 manat məbləğində pul çıxılmaqla yerdə qalan məbləğ İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Zaur Əliyev) xx xxxx 2020-ci il tarixli qətnaməsi iləİddiaçı və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 80000 manat məbləğində pul vəsaiti tutulması qət olunmuş, qalan hissədə iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh 80000 ABŞ dolları əsas borcun, 36000 ABŞ dolları bank faizinin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin 80000 ABŞ dolları olmasına baxmayaraq, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə 80000 manat məbləğində pul vəsaitinin tutulması müəyyən edilmişdir. Lakin, məhkəmə tərəfındən cavabdehin izahatında göstərilən halları əsasında həmin evi 80000 ABŞ dolları deyil, məhz 80000 manata satdığını sübut edəcək hər hansı əsaslı sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən Mülki Məcəllənin maddi hüquq normaları düzgün təfsir və tətbiq edilməmişdir ki, bunula da iddiaçının hüquqları pozulmuşdur. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Ü şüncü şəxs X4 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə ka ssasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən kasasiya şikayəti və kasasiya şikayətinin verilməsi üçümn buraxılm ış prosessual müddətin bərpası barədə ərizə verildiyindən mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi iddiaçının verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, qətnamədən cavabdeh tərəfindən verilmiş ərizəyə baxılması və cavabdehin kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406-409-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də mülki iş kasasiya baxış ından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Hazırki mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)1241/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdi yi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-4444/2020 saylı mülki iş kasasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-1241/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kasasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə baxılması və kasasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar