Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-445/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X4 ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və vəkili X2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsindən iş üzrə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli saylı qətnaməsi ilə (hakim G.Şirinov, iş № 2(044)-1885/19) iddia qismən təmin olunaraq Gənc ə Apellyasiya Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 2(104)-918/19 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 20 mart 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay 160 manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyi ilə bağlı əlavə xərclərə görə 90 manat məbləğində pulun tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, artırılmış alimentin tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən İddiaçı1 apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev-sədrlik edən və məruzəçi, Ç.Məmmədov və A.Bayramov, iş № 2(104)-3209/19) apellyasiya şi kayəti təmin edilməyərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı1 Cavabdeh2 qarşı alimentin və əlavə xərclərin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 20 mart 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək hər ay 160 manat sabit pul məbləğində alimentin və əlavə xərclərə görə hər ay sabit pul məbləğində 120 manat alimentin onun xeyrinə tutulması, Cavabdeh2 X3 əməliyyatına görə onun Klinikaya ödədiyi 3700 manat, əməliyyatdan so nrakı müalicə üçün isə həmin vaxt ödədiyi 2030 manat, cəmi 5730 manat məbləğində pulun yarısının, yəni 2900 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 13 sentyabr 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından 20 mart 2015-ci il tarixdə X5 adlı bir uşaqları anadan olmuşdur. Onların birgə yaşamaları mümkün olmadığından Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, məhkəmənin 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqda rı artırılaraq hər ay 125 manat məbləğində alimentin və uşağın xəstəliyi ilə əlaqədar əlavə olaraq əlavə xərclərə görə 80 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 20 mart 2015-ci il tarixdə anadan olmuş X3 yuetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 150 manat sabit pul məbləğində alimentin müəyyən olunması qət edilmiş, əlavə xərclərə görə aliment dəyişdirilmədən qalmışdır. Cavabdeh2 uşaq doğulmamışdan əvvəl ailəsini tərk etmiş, həmin vaxtdan da ailəsinə və uşağına maddi və mənəvi yardım göstərməmiş, hətta cavabdeh alimenti vaxtlı-vaxtında ödəməmiş, bu v axta qədər dəfələrlə dəvət edilməsinə baxmayaraq uşağı ilə bir dəfə də görüşməmişdir. Hazırda uşaq doğulan vaxtdan ürək xəstəliyi ilə doğulmuş, həmin vaxtdan da bu günə kimi uşaq həkim nəzarəti altındadır və hər ay mütəmadi olaraq onun xəstəliyinin vəziyyətini nəzarətdə saxlamaq üçün müxtəlif müayinələr aparılır ki, bu müayinələrin və müalicələrin aparılması çox baha başa gəlir. Bundan başqa uşağa yetkinlik yaşında ikinci ürək əməliyyatı aparılması üçün uşaq müalicə almalıdır. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə cavabdehdən tutulmalı olan aliment uşağa çəkilən xərcin heç beşdə biri deyil, bundan başqa o, xəstə uşağa baxdığı və onun müalicəsi ilə məşğul olduğu üçün işləyə bilmir, heç yerdən maddi köməyi də yoxdur, uşağa çəkilən xərc isə günü-gündən artır, hər şeyin qiyməti bahalaşm ışdır. O, dəfələrlə uşağı Gürcüstan Respublikasına aparıb müalicə etdirməli olmuşdur, bundan sonra da mütəmadi müalicə etdirmək lazımdır, hazırda uşağın müalicəsi üçün bahalı dərman preparatlarına ehtiyacı vardır, lakin o, imkansız olduğu üçün uşağını lazımi kimi müalicə etdirə bilmir. 20 mart 2015-ci il tarixdə anadan olmuş X3 ürəyində Mərkəzi Klinika xəstəxanasında 17 aprel 2015-ci il tarixdə «PDA-nın Bağlanması» əməliyyat aparılmış və əməliyyatdan sonra da bahalı dərmanlara bərpa müalicəsi almışdır. Əməliyyata görə Klinikaya 05 aprel 2015-ci il tarixdə 3700 manat, əməliyyatdan sonrakı müalicə üçün isə həmin vaxt 2030 manat, cəmi 5730 manat məbləğində pul ödənilmişdir. O, həmin məbləği borc almış, uşağın müalicəsi davam etdiyi üçün, hazırda borcunu ödəyə bilməmiş, ona görə də həmin pulun yarısının cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüqüq normalarını pozmuş, həmin normaları düzgün tətbiq etməmiş, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdir. Cavabdehin nümayəndəsi M.Alırzasoy və vəkili Ə.Qasımov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kol legiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 iyul 2019-cu il tarixli qətnaməsi qismən - Cavabdeh2 X3 əməliyyatına görə Klinikaya ödənilmiş 3700 manatın və əməliyyatdan sonrakı müalicə üçün ödənilmiş 2030 manatın, cəmi 5730 manat məbləğində pulun yarısının, yəni 2900 manat məbləğində pulun tutulması tələbinin rədd olunması hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamənin qalan hissəsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından göründüyü kimi, tərəflər 13.09.2013-cü ildə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 20.03.2015-ci il təvəllüdlü Nazlı adında bir qızları vardır. Uşaq anadangəlmə ürək qüsurludur. Tərəflər arasındakı nikah 21.12.2017-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Nkah pozulduqdan sonra uşaq ananın yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment və uşa ğın xəstəliyi ilə bağlı əlavə xərclərə görə 80 manat tutulmuşdur. 15 aprel 2015-ci il tarixdə “Mərkəzi Klinika” xəstəxanada aparılan müayinələr nəticəsində uşaqda “Anadangəlmə ürək qüsuru, PDA” diaqnozu təsdiq olunmuş, 17 aprel 2015-ci il tarixdə onun üzərində “RDA-nın bağlanılması” cərrahiyyə əməliyyatı həyata keçirilmişdir. Hazırda iddiaçının tələbi uşaq yetkinlik yaşına çatanadək hər ay ödənilən sabit pul məbləğində alimentin miqdarının artırılaraq 160 manat, əlavə xərclərə görə ödənilən məbləğin 120 manat müəyyən edilməsi, uşağın əməliyyatına görə Klinikaya ödənilmiş 3700 manat və əməliyyatdan sonrakı müalicə üçün ödənilmiş 2030 manatın, cəmi 5730 manat məbləğində pulun yarısının, yəni 2900 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədədir. Birinci instansiya məhkəməs i iddia tələbini qismən əsaslı sayaraq sabit məbləğdə tutulan alimentin miqdarını hər ay 160 manat, xəstəliklə bağlı əlavə xərclərə görə tutulan məbləğin miqdarını isə 90 manat həddində müəyyən etmiş, qalan hissədə iddianı təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası sabit məbləğdə tutulan alimentin miqdarının hər ay 160 manat, xəstəliklə bağlı əlavə xərclərə görə tutulan məbləğin miqdarının isə 90 manat həddində müəyyən olunması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq nor maları düzgün tətbiq olunmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası uşağın əməliyyatına görə Klinikaya ödənilmiş 3700 manatın və əməliyyatdan sonrakı müalicə üçün ödənilmiş 2030 manatın, cəmi 5730 manat məbləğində pulun yarısının, yəni 2900 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşımır və hesab edir ki, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə həmin hissədə ləğv olunmalı və yeni apellyasiya baxışına qaytarılmalıdır. İddiaçının apellyasiya və kassasiya şikayətinin əsas dəlillərindən biri uşağın əməliyyatına görə və əməliyyatdan sonrakı müalicə üçün Klinikaya ödənilmiş məbləğin yarısının cavabdehdən tutulması hissəsində məhkəmənin gəldiyi nəticənin əsassız olması barədədir. Apellyasiya instansiyası məhkəməsi həmin dəlil üzrə heç bir araşdırma və qiymətləndirmə aparmadan sadəcə cavabdehin yüksək zəruri vəsaitə malik olması barədə hər hansı sübut təqdim olunmamasını qeyd edərək birinci instansiya məhkəməsinin iddianın həmin hissədə əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiy a şikayətinin həmin dəlili üzrə heç bir araşdırma aparmamış, cavabdehin əməliyyata görə və əməliyyatdan sonrakı müalicə üçün tələb olunan vəsaitin ödənilməsində həqiqətən də iştirak edib-etmədiyini aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaya etiraz edərək əməliyyat xərclərinin ödənilməsində iştirak etdiyini bildirdiyindən bu halı sübut etmək vəzifəsi də elə onun özünün üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən i ddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni h əmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 iyul 2019-cu il tarixli qətnaməsi qismən - Cavabdeh2 X3 əməliyyatına görə Klinikaya ödənilmiş 3700 manatın və əməliyyatdan sonrakı müalicə üçün ödənilmiş 2 030 manatın, cəmi 5730 manat məbləğində pulun yarısının, yəni 2900 manat məbləğində pulun tutulması tələbinin rədd olunması hissəsində ləğv olunmalı, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamənin qalan hissəsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxan məhkəmə apellyasiya baxışının predmeti olan hissədə qeyd olunan pozuntuları aradan qaldırmaqla işin həmin hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin bununla bağlı dəlillərini ətraflı araşdırmalı, mübahisənin sülh yolu ilə həllinin mümkünlüyü məsələsini müzakirə etməli, işin həqiqi hallarının müəyyən edilməsi istiqamətində qanunla nəzərdə tutulan bütün tədbirləri görməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1kassasiya şikayəti qismən təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 iyul 2019-cu il tarixli 2(104)-3209/19 saylı qətnaməsi qismən - Cavabdeh2 X3 əməliyyatına görə Klinikaya ödənilmiş 3700 manatın və əməliyyatdan sonrakı müalicə üçün ödənilmiş 2030 manatın, cəmi 5730 manat məbləğində pulun yarısının, yəni 2900 manat məbləğində pulun tutulması tələbinin rədd olunması hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamənin qalan hissəsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-445/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-445/2020
21.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver