Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-445/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə verilmiş əşyanın ödənilməsi tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı nisyə satılmış əmlakın dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-952/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Bakı şəhəri, Qara Qarayev prospektində yerləşən “Lotos” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının alğı-satqı mağazasında işləyir və İddiaçı onunla 2019cu ildə müxtəlif vaxtlarda qızıl-zinət əşyalarının alğı-atqısı ilə bağlı münasibətlər yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 170350 manat, vurduğu maddi ziyana görə 17000 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 187380 manat məbləğində pulun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif şəxslərdən qız ıl-zinət məmulatlarını nisyə şəkildə götürərək, cavabdehə inandığı üçün satmaq məqsədi ilə sonuncuya vermişdir. Cavabdeh ilk vaxtlar üzərinə götürdüyü öhdəlikləri vaxtında icra edib, ona verilmiş qızıl-zinət məmulatlarının dəyərini ödəmiş, lakin sonradan ona verilmiş qızıl-zinət məmulatlarının bəzi hissələrini ödəmədən yenidən nisyə şəkildə ondan qızılzinət məmulatları götürmüşdür. İddiaçı cavabdehə etibar etdiyi üçün heç bir problem olmayacağını, gec də olsa, həmin nisyə malların dəyərinin ödəyəcəyini güman etmişdir. Lakin cavabdeh etibarından sui-istifadə edərək iddiaçını aldatmış, ona külli miqdarda maddi ziyan vuraraq, 170350 manat məbləğində malın dəyərini ödəməmişdir. Son vaxtlar cavabdeh ümumiyyətlə iddiaçının telefon zənglərinə cavab vermədiyi üçün sonuncu məcbur olub Bakı şəhəri N izami rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. O, eyni zamanda cavabdehin mobil telefonuna dəfələrlə SMS göndərək borcun ödənilməsini tələb etmiş, bu mesajların birində cavabdehdən borcundan 50000 manat hissəsini daha tez ödənilməsini xahiş etmiş, cavabdeh isə cavab mesajı ilə qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh ona hər dəfə söz versə də, onu aldatmış, bununla da ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Cavabdeh iki ildən artıqdır ki, 170350 manat məbləğində pul vəsaitini qanunsuz olaraq özündə saxlayaraq qərəzli şəkildə geri qaytarmır və həmin pul vəsaitindən istifadəyə görə iki il üçün 17000 manat məbləğində əlavə pul ödəməlidir.
4. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, onun iddiaçı ilə ara larında münasibət olmuş, iddiaçı ona müxtəlif vaxtlarda qızıl-zinət əşyaları satmış, lakin iddiaçıdan qızıl-zinət əşyalarını nağd şəkildə almış, bütün əşyaların pulunu ödəmişdir. İddia tələbi əsassızdır, iddiaçı ona şər böhtan atır.
5. Ağstafa Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(015)-44/2022 nömrəli qətnaməsi ilə (hakim Z.A.Rəsulov) iddia tələbi təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.2, 405, 442, 449, 739.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88 və 217.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, tələb edilən 170350 manat pulun cavabdehdə olması barədə mötəbər sübutlar təqdim etməmiş, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilməmişdir. b) Apellyas iya instansiyası məhkəməsindəki birinci icraat
7. İddiaçı apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(015)-44/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2022-ci il tarixli, 2(104)-1499/2022 nömrəli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(015)-44/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, iddiaçının iştir akını təmin etmək məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən ona rəsmi məlumat verilmişdir. Lakin məhkəmə iclasından xəbərdar olsa da, iddiaçı heç bir məhkəmə prosesində iştirak etməmiş, onun tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
10. Bundan əlavə iddiaçı öz izahatından başqa, cavabdehə iddia etdiyi məbləğdə qızıl əşyaları və yaxud qızıl məmulatları verdiyini təsdiq edə bilən hər hansı bir mötəbər sübut növünü təqdim edə bilməmişdir.
11. Daha sonra məhkəmə qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxılarkən iddiaçının təqdim etdiyi mesajın mətni belə olmuşdur: “Sən mənə borcdan 50 m bu gün və ya sabah verə bilərsən?” Göründüyü kimi həmin mesajda söhbət 50000 manatdan getmir.
12. Bundan əlavə, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh məhkəmədə iştirak et miş, iddiaçıdan heç zaman nisyə mal almadığını, aldığı malların isə dəyərini nağd ödədiyini bildirmişdir.
13. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X1 ifadəsinə münasibət bildirən apellyasiya məhkəməsi göstərmişdir ki, həmin şahid MPM-in tələb etdiyi qaydalara riayət edilməklə dindirilmiş və onun ifadəsinin işdə sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Həmin şahid isə göstərmişdir ki, o, “Lotos” Ticarət Mərkəzində Cavabdeh ilə birlikdə qızıl-zinət əşyalarının alış-satışı ilə məşğul olur, iddiaçını tanımır, onunla ədavəti və düşmənçiliyi yoxdur. Onun yanında İddiaçı bir neçə dəfə Cavabdeh qızıl əşyaları satmış, Cavabdeh iddiaçıdan aldığı qızıl əşyalarının dəyərini ödəmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 385-ci, Mülki Prosessual Məcəllənin 14, 76, 188, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi iddiaçının pozulmuş hüquqlarını bərpa etməmiş, cavabdehin iddiaçıdan aldığı qızıl-zinət məmulatların aldığını öz ifadəsində etdiyini, lakin cavabdeh tərəfindən həmin qızıl-zinət məmulatların dəyərinin ödənilməsini təsdiq edən sübutun olmamasını nəzərə almamışdır. Apellyasiya məhkəməsi işin faktiki hallarını ətraflı araşdırmamış, B akı şəhəri Nizami RPİ-də aparılan araşdırma sənədlərinin alınması üçün tədbir görməmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2023cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(104)-1499/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
17. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə işin mübahisəli halı alğısatqının predmeti olan qızılların dəyərinin iddiaçıya ödənilib-ödənilməməsidir.
18. Bununla əlaqədar ilk olaraq qeyd olunmalıdır ki, iddiaya görə tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaransa da, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi maddi hüquq n ormalarını düzgün tətbiq etməyərək kredit müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən Mülki Məcəllənin 739.1 və 740-cı maddələrinə istinad etmiş, apellyasiya məhkəməsi isə ümumiyyətlə maddi hüquq normalarını tətbiq etmədən apellyasiya şikayətini təmin etməmişdir.
19. Digər tərəfdən məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələrinin tələbləri pozularaq, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
20. Belə ki, hazırki mübahisənin düzgün həlli üçün ilk olaraq tərəflər arasında alğısatqı müqaviləsinin nisyə olub-olmaması müəyyən olunmalıdır.
21. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi ifadəsində aldığı qızılları nağd ödədiyini göstərsə d ə, məhkəmə alınan qızılların sayı və dəyəri ətrafında ümumiyyətlə araşdırma aparmamış və buna dair cavabdehə suallar verməmişdir.
22. İddiaçı isə apellyasiya məhkəməsinə cavabdehlə “Votsap” proqramı vasitəsi ilə 12 yanvar 2020-ci il tarixdə apardığı yazışmadan çıxarışı təqdim etmiş, apellyasiya məhkəməsi həmin sübutu qəbul etməklə qiymətləndirmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi təqdim olunan həmin sübutla cavabdehin iddiaçıya borclu olduğunu qəbul etmiş, lakin hesab etmişdir ki, həmin borc 50000 manat deyildir. Bu da, güman ki, mesajda borcun “50 m” kimi ifadə olunmasından irəli gəlmişdir (məhkəmə mövqeyini konkretləşdirməmişdir).
23. Məhkəmə kollegiyası hesab edib ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmayan sübutu qəbul edib, ona hüquqi qiymət verdi yi halda (halbuki məhkəmə gecikmiş sübutu qəbul etməsini əsaslandırmamışdır), qiymətləndirməni tam aparmamışdır. Belə ki, yazışmanın sonrakı hissələrində söhbət pulun hansısa “oğlanın” vermədiyindən, alverin olmadığından gedir.
24. Hazırki işdə də, cavabdeh iddiaçıdan qızıl-zinət əşyaları aldığını etiraf etdiyi və apellyasiya məhkəməsində tədqiq olunmuş sübutla onun hər hansı borcunun qalması müəyyən edildiyi halda, həmin borcun hansı səbəbdən yaranması, borcun ümumi məbləği, son nəticədə ödənilib-ödənilməməsi ətrafında da araşdırma aparılmalı idi.
25. Lakin iş materiallarında olan məhkəmə iclas protokollarından müəyyən olunur ki, cavabdeh apellyasiya məhkəməsində iştirak etməmiş və təqdim olunan həmin sübuta münasibətini ümumiyyətlə bildirməmiş, iddiaçıya isə apellyasiya məhkəməsi tərəfin dən qeyd olunan məsələlərlə bağlı suallar verilməmişdir. d) Apellyasiya instansiyasındakı ikinci icraat
26. Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - A.Bayramov (sədrlik edən və məruzəçi), R.Mamedov və A.İsgəndərova) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağstafa Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(015)-44/2022 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 25.000 manat pul və 5 manat ödənilmiş rüsum xərcinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
27. İş materiallarının araşdırılması nəticəsində apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər alğı-satqı müqaviləsindən yaranmışdır. Hazırki işin mübahisəs iz halı ondan ibarətdir ki, tərəflər arasında 2019-cu il ərzində qızıl-zinət əşyaların alğı-satqısı ilə bağlı münasibətlər yaranmışdır. Bu halın mövcudluğunu cavabdeh özü də təsdiq etmişdir. Həmçinin iş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 iyun 2021-ci il tarixli qərarının məzmunundan müəyyən olunur ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh 2019-cu ilin yay aylarında İddiaçı dəflərlə onun yanına gələrək, tanışlarında satlıq qızıllarının olduğunu bildirməklə, həmin qızılları ona təklif etdiyini, onun həmin qızılların bir hissəsini bəyənib qramını 40-50 manatdan nağd pul ilə aldığını və ümumilikdə 25.000 manat pul verdiyini göstərmişdir.
28. Məhkəmə bildirmişdir ki, işin müba hisəli halı alğı-satqının predmetini təşkil etmiş qızılların ümumi dəyəri və həmin dəyərin iddiaçıya ödənilib-ödənilməməsidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddiaçıdan 25.000 manat dəyərində qızıl-zinət əşyaları aldığını bildirmişdir. Göründüyü kimi, tərəflər arasında 25.000 manat dəyərində qızıl əşyalarının alğı-satqısının olduğu cavabdehin izahatı ilə müəyyən olunur. Ona görə bu hissədə tələbin iddiaçı tərəfindən sübut edilməsinə zərurət yoxdur. Digər tərəfdən, cavabdeh etiraf edilən hissədə 25.000 manat pul vəsaitinin iddiaçıya ödənildiyini qeyd etsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Bu vəziyyətdə isə əksinə olaraq sübutetmə yükü cavabdehin üzərinə düşür və o da göstərdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Beləlik lə, cavabdehin iddia tələbinə etrazının əsası kimi göstərdiyi halı sübuta yetirə bilməməsi, iddianın 25.000 manat pul tələbinə aid hissəsində əsaslı olduğunu təsdiq edən amil kimi qiymətləndirilir. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən tərəflər öz etirazlarının əsaslarını sübut etməlidirlər. Cavabdeh tərəfindən 25.000 manat pul vəsaitinin iddiaçıya ödənilməsinə dair etirazını sübutetmə yükü işin faktiki hallarına əsasən cavabdehin üzərinə düşür. Ona görə də alğı-satqının predmetini təşkil edən 25.000 manat pul vəsaitinin iddiaçıya verilməsi sübuta yetirilmədiyindən həmin hissədə iddianın təmin edilməməsi üçün əsas yoxdur.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahidlərə münasibətdə qeyd etmişdir ki, onların verdiyi ifadələr cavabd ehin etirazının dəlillərini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. İlkin olaraq məhkəmə şahidlərin cavabdehlə münasibətini aydınlaşdırmamışdır. Digər tərəfdən, şahid kimi dindirilmiş A.Əliyev ümümiyyətlə pul vəsaitinin ödənilib-ödənilməməsi barədə məlumatının olmadığını qeyd etmişdir. Şahid kimi dindirilmiş İ.Fərəcova konkret hansı məbləğdə pul vəsaitinin ödənilməsini göstərə bilməmiş, yalnız mücərrəd formada hansısa pulun iddiaçıya ödənildiyini qeyd etmişdir. Digər tərəfdən şahidin ifadəsinin məzmunu da ziddiyyətlidir. Belə ki, şahid ilkin olaraq iddiaçını tanımadığını bildirir, daha sonra isə Aygünün Gülşəndən qızıl-zinət əşyaları aldığını bildirmişdir.
30. Məhkəmə kollegiyası iddia tələbinin qalan hissəsinə, yəni 145.350 (170.35025.000) manat hissəsinə münasibətdə qeyd e dib ki, iddiaçı həmin hissədə tələb edilən məbləğdə qızıl-zinət əşyalarının cavabdehə satılması ilə bağlı hər hansı mötəbər sübutlari məhkəmələrə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququn tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə kollegiyası yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə iddianın cavabdeh tərəfindən etiraf edilməyən hissəsində sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə həmin hissə də iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəmələrə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi bu hissədə iddia tələbini dəstəkləyən sübut isə, yalnız iddiaçının özünün izahatı olmuşdur. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qalan hissədə təmin edilə bilməz. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız hesab edir.
31. Məhkəmə kollegiyası maddi zərərin tutulması məsələsinə qiymət verərək hesab edib ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərin əvəzində 17.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, ona dəymiş maddi ziyanın nədən ibarət olduğu və bunu əsaslandıracaq mümkün və mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 389.1, 390.1, 404.1, 404.2, 405.1, 406.1 425, 442, 445.2.1,448.1, 567, 600.1, 600.4,1096.1, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Ağstafa Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
34. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisələndirilən qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq edən s übutları məhkəməyə təqdim etməyərək, bilavasitə etiraf edir ki, qızılların çeşidi, çəkisi və növü tam olaraq yadında deyil. İddiaçı qızılların lom qiymətinə satılmamasını bildirsə də, məhkəməyə qızılların adlı siyahısı və qiymətləndirilməsinə dair hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Tərəflər arasındakı münasibətlər borc deyil, alğı-satqı müqaviləsindən irəli gələn münasibətlər kimi qiymətləndirilsə də, nəzərə almaq lazımdır ki, cavabdeh iddiaçı ilə aralarında işgüzar münasibətləri inkar etməmiş, vicdanlılıq nümayiş etdirərək məhkəmə iclasında səmimi ifadəsində göstərmişdir ki, iddiaçı ilə aralarında olan alğı-satqı nisyə olmamış, ümumilikdə təxminən 25000 manata yaxın qızıl almış və həmin qızılların pulunu ona geri ödəmişdir. Bu hal heç də cavabdehin əleyhinə təfsir edilməməli, onun guya məhkəmə tərəfindən qismən qəbul edilən "50000 manatlıq" borcun qismən ödənilməsi kimi qiymətləndirilməməlidir.
35. Məhkəmə kollegiyası cavabdehin iddiaçı ilə qızıl alış-verişinin olmasını etiraf etməsi, heç də onların arasında hazırda həmin münasibətlərdən yaranan 25000 manat pul öhdəliyinin olmasını təsdiq etmir. Belə ki, iddiaçı özü də etirafedici izahatında göstərmişdir ki, "O, Cavabdeh inandığı üçün müxtəlif şəxslərdən qızıl-zinət məmulatlarını nisyə şəkildə götürərək ona satmağa vermişdir. Aygün ilk vaxtlar üzərinə götürdüyü öhdəlikləri vaxtında icra edib, ona verilmiş qızıl-zinət məmulatlarının dəyərini ödəmişdir". Belə olan halda cavabdehin ifadəsində göstərdiyi təxminən 25000 manat pulun iddiaçıya ödənilməsi məhz ona verilmiş qızıl-zinyət əşyalarının dəyərinin ödənilməs i kimi qiymətləndirilməlidir.
36. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.4-cü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 106.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
39. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum ol ması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə 389.1 Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
43. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
44. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
45. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
46. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa g əldikdə müqavilə bağlanmış sayılır.
47. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
48. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
49. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.
50. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
51. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
52. Maddə 567 Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
53. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
54. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
55. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
56. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etm əlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə tam m übahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Belə ki, tərəflər arasında yaranmış münasibətlər nisyə alğl-satqı münasibətləri, yaranmış mübahisə isə alıcının malı alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməməsi ilə bağlıdır.
67. İd dia tələbinin maddi hüquqi əsasını təşkil edən normalar Mülki Məcəllənin 600.1 və 600.4-cü maddələridir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil edərək müəyyən etmişdir ki, tərəflər arasında 25.000 manat dəyərində qızıl əşyalarının alğı-satqısının olduğu cavabdehin izahatı ilə təsdiq olunur. Məhkəmə kollegiyası cavabdehin etiraf edilən hissədə 25.000 manat pul vəsaitinin iddiaçıya ödənildiyini təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyinə görə iddianı qismən təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
68. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predme tini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
69. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin dəlilləri işin hallarının müəyyən olunması, iddia tələbinin sübut olunmaması ilə bağlıdır. Həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir.
70. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-952/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.