Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4451/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc tələbi 09.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-483/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 09 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında 30.01.2020-ci ildə notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlanmış, həmin müqavilə əsasında İddiaçı1 Cavabdeh 25000 manat borc pul vermiş, sonuncu həmin pulu 30.03.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 25000 manat borc pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 25000 manat məbləğində borcu pul vermiş, bu barədə 30.01.2020-ci il tarixdə cavabdehlə aralarında notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmışdır. Cavabdeh müqavilə üzrə 25000 manat m əbləğində borc pulu 30.03.2020-ci il tarixədək ona ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh borclu olduğu 25000 manatı ona qaytarmamışdır. Hesab edir ki, Cavabdeh ona qarşı qaldırdığı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası tam əsassızdır. Ona görə ki, Cavabdeh ondan 25000 manat almadığını qeyd etməsinə baxmayaraq bu barədə notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmış, qeyd edilən məbləğdə pulu ona qaytaracağını öhdəsinə götürmüşdür
4. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi və iddiaçı ilə arasında bağlanmış 30.01.2020-ci il tarixli kredit müqavilənin etibarsız hesab edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaç ı1 ona borc pul və ya hər hansı formada pul verməmişdir. İddiaçı1 müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə şikayət ərizəsi yazmaqla onu şantaj etmiş, hədə təsiri altında, onu ağır vəziyyətə salması nəticəsində həmin əqdləri bağlamağa məcbur etmişdir.
6. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 01 oktyabr 2020-ci il tarixli, 2(046)-984/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 25000 manat məbləğində borc pulun alınaraq İddiaçı1 verilməsi, Cavabdeh İddiaçı1 qarşı aralarında bağlanmış 30.01.2020-ci il tarixli kredit müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının isə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh 30.01.2020-ci il tarixdə İddiaçı1 25000 manat borc pul almış, həmin pulu 30.03.2020 qaytaracağını öhdəsinə götürmüş, lakin həmin pulu iddiaçıya qaytarmamışdır. Məhkəmə baxışı zamanı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə 30.01.2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 324.1, 337.1, 337.4, 354.2, 448.1, 740.1, 740.2, Mülki Prossesual Məcəllənin 119.1, 216220, 227, 357, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
10. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-483/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Hüse ynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov) Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(046)984/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı1 Cavabdeh 25000 manat məbləğində borc pul verməsi onlar arasında 30 yanvar 2020-ci il tarixdə notarial qaydada bağlanmış kredit (borc) müqaviləsi ilə təsdiqini tapır. Müqavilənin şərtlərinə görə Cavabdeh həmin borcunu İddiaçı1 30 mart 2020-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iddiaçının məhkəmədə iddia qaldırdığı 14.05.2020-ci il tarixədək cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmiş, bununla müqavilə öhdəliyini pozmuşdur.
12. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh ona 25000 manat pulun verilmədiyini, borc müqaviləsini İddiaçı1 müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə şikayət ərizəsi yazmaqla onu şantaj etməsi, hədə təsiri altında, onu ağır vəziyyətə salması nəticəsində bağlamağa məcbur olmasını iddia etsə də, lakin bu barədə vaxtında aidiyyəti orqanlara müraciət etməmiş, eləcə də iddiaçı məhkəmədə ona qarşı pul tələbi barədə iddia qaldırana qədər məhkəməyə müraciət edərək həmin müqavilənin etibarsızlığını qabaqcadan mübahisələndirməyə təşəbbüs göstərməmişdir. Halbuki, cavabdeh birinci olaraq iddia qaldırmağa daha çox maraqlı olmalı idi. İddiaçının pul tələbinə qarşı cavabdehin əqdin etibarsızlığı barədə iddia qaldırması isə sonuncunun bu iddiasının formal xarakter da şımasına və öhdəliyin icrasından yayınmaq məqsədi güdməsinə dəlalət edir.
13. Cavabdehin apellyasiya şikayətinin dəlilləri də ona qarşı ilk iddianın əsassız və ya onun qarşılıqlı iddiasının əsaslı olması nəticəsinə gəlmək üçün yetərli deyildir. Həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməyə və ya dəyişdirməyə əsas vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
22. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)
23. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə 337.1)
24. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. (maddə 337.4)
25. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal (əqdin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması) istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ər zində mübahisə edilə bilər. (maddə 354.2)
26. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
27. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
28. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
29. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müə yyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
30. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
31. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2) Mülki Prossesual Məcəllə
32. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
33. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
34. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
35. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə d əlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan a pelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-483/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.