Məhkəmə qərarları › İş №2(102)-4453/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4453/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4453/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: tapşırıq müqaviləsi üzrə öhdəliyin icra olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-422/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binası nda açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında Ucar rayon Notariat Kontorunda 23 may 2017-ci il tarixdə bağlanmış tapşırıq müqaviləsinə əsasən, cavabdeh müqavilədə göstərilən qaydada və şərtlərlə iddiaçının adından və onun vəsaiti hesabına müqavilədə nəzərdə tutulan öhdəlikləri, yəni iddiaçının tibbi sənədlərinin qaydasına salınmasını, onun tibbi komissiyaya qədər olan sənədlərinin hazırlanmasını və komissiyadan sonrakı dövrə ona əlillik dərəcəsinə uyğun olaraq təyin ediləcək müavinəti təmin edəcəyini səkkiz ay müddətində (30 noyabr 2017) yerinə yetirməyi, müqavilədə göstərilmiş öhdəlikləri tam həyata keçirmədiyi halda alınmış pulu iddiaçıya qaytarmağı, iddiaçı isə yuxarıda göstə rilənlərin həyata keçirilməsi müqabilində qarşı tərəfə 2000 manat məbləğində pulu ödəməyi, özündə olan zəruri sənədləri təqdim etməyi, komissiya və digər dövlət idarələrində zəruri hallarda iştirak etməyi öz üzərinə götürmüşdür. Müqavilədə onun imzalandığı gündən qüvvəyə mindiyi və 23 yanvar 2018-ci il tarixədək qüvvədə olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aldığı 2830 manat pulun, 30 manat məbləğində dövlət rüsumunun və müqavilənin bağlanması üçün notariusa ödədiyi 100 manatın alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi bir neçə il öncə təsadüf nəticəsində tanımışdır. Belə ki, o uzun illərdir kardioloji xəstəlikdən əziyyət çəkir. 2017-ci ilin əvvəllərində yaxın qohumlarından biri onun xəstəliklə pensiyaya çıxmağına kömək edə biləcək bir adam tanıdığını deyərək onu cavabdehlə tanış etmişdir. Cavabdehlə söhbət zamanı ona söz verərək onu pensiyaya çıxaracağını, lakin bu iş üçün 3000 manata yaxın pul lazım olduğunu bildirmişdir. Razılaşmalarına əsasən o, cavabdehə ilkin olaraq 500 manat, daha sonra tapşırıq müqaviləsi əsasında 2000 manat, bundan bir qədər sonra Bakı şəhərində hansısa xəstəxanaya vermək adı ilə 330 manat olmaqla, cəmi 2830 manat pul vermişdir. Həmçinin müqavilənin bağlanması üçün notariusa 100 manat pul ödəmişdir. Bir müddət sonra cavabdehin onu aldatdığını anlayaraq verdiyi pulu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Hazırda cavabdeh in ona olan borcu 2930 manat təşkil edir. Cavabdehə dəfələrlə aldığı pulları qaytarmasını bildirsə də, yalan vədlər verərək müxtəlif bəhanələrlə pulu qaytarmır. İddiaçı məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, cavabdehə 500 manatı müqavilə bağlanmamışdan əvvəl, yəni təxminən 2017-ci ilin aprel ayının əvvəlində kürəkəni XXXun yanında vermişdir. 2018-ci ilin fevral ayının 6-da cavabdehə əlavə olaraq şəxsən Bakı şəhərində 300 manat pul vermişdir. Həmin gün Bakı şəhərindən qayıtdıqdan sonra cavabdehə vermək üçün 30 manat pulu Müsüslü kəndində olan xxxxx kafesində hazırda Moskva şəhərində yaşayan qudası xxxxx vermiş, o da həmin pulu ya xxxxx özünə, ya da sürücüsü xxxx adlı şəxsə vermişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında izahatında bildirmişdir ki, iddia ilə razı deyildir, həqiqət ən aralarında müqavilə bağlanmış və iddiaçı ona həmin müqaviləyə əsasən 2000 manat pul vermişdir. İddiaçı ona əlavə pul verməmişdir. İddiaçı xəstəliklə bağlı sənədləri də təqdim etməmişdir. Aldığı 2000 manat pulu iddiaçıya qaytarmasını təklif etsə də, iddiaçı bununla razılaşmamışdır. Yaxın müddətdə hissə-hissə olmaqla 2000 manat pulu qaytara bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xxxilə həm həmkəndlidir, həm də onun uzaq qohumudur. Təxminən 1 ildən çox olar ki, xxxxx ilə Ucar şəhərinə gəlmişlər və vağzalda yerləşən çayxanada xxxxxxadlı şəxs xxxxxadlı şəxsə görüşmüşlər. Söhbət zamanı xxxxxxxxxxx işini düzəldə bilməyəcəyi təqdirdə 2930 manat pulu qaytaracağını bildirmişdir. Həmin vaxt orada adlarını çəkdiyi şəxslər olmuşlar. Onun yanında pul veri lməmişdir. xxxxxx pensiya işini düzəldəcəyinə söz vermişdir. Ucar rayon Notariat Ofisinin notariusu E.Cəlalov tərəfindən verilmiş mədaxil qəbzinə əsasən, iddiaçı 23.05.2017-ci il tarixdə notariat hərəkətlərinin aparılmasına görə 93,00 manat dövlət rüsumu ödəmişdir. Ucar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(063)291/2020 nömrəli iş üzrə 15 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Xəlilov) iddia qismən təmin edilmiş, cavabdehdən 2000 manat, notariat xərcinə görə 93 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2123 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş üzrə tərəflər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməkl ə tapşırıq müqaviləsi bağlanmış, iddiaçı 23 may 2017-ci il tarixdə cavabdehə 2000 manat məbləğində pul vermiş, habelə özündə olan lazımi sənədləri təqdim etmiş, lakin cavabdeh tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs kimi iddiaçı qarşısında olan öhdəliyini lazımınca icra etməmişdir. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddiaçının təqdim etdiyi mədaxil qəbzində onun 23 may 2017-ci il tarixdə notariat hərəkətlərinin aparılmasına görə 93 manat dövlət rüsumu ödəməsi öz təsdiqini tapmışdır, buna görə də iddia həmin hissədə qismən təmin edilməlidir. Bununla belə məhkəmə hesab etmişdir ki, iddiaçı məhkəmə iclasında cavabdehə ayrı-ayrı vaxtlarda 500 manat və 330 manat pul verməsini göstərsə də, həmin məbləğlərdə pulun cavabdehə verilməsini təs diq edən sübutu məhkəməyə təqdim etməmişdir, ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.2.1, 385.1, 390.1, 442, 777.1, 777.2, 778.1, 779.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə onun arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı xəstəliyini təsdiq edən zəruri sənədləri ona təqdim etməli idi. Lakin iddiaçı müqaviləyə görə zəruri hesab edilən, xəstəliyi təsdiq edən sənədləri təqdim etmədiyi üçün, o da öz öhdəliyini yerinə yetirə bilmə mişdir. Bundan əlavə, müqavilə üzrə geri qaytarılmalı 2000 pulun 500 manatını iddiaçıya qohumu, kürəkəni, Ucar rayonu Müsüslü kənd sakini X1 yanında onun iştirakı ilə verdiyi halda, həmin şəxs məhkəmədə şahid qismində iştirak etməmişdir. İddiaçının məhkəməyə şahid kimi təqdim etdiyi X2 tanımır, heç vaxt o insanla təmasda olmamış, həmin şəxs iddiaçı ilə görüşlərində iştirak etməmişdir. İddiaçıya olan 2000 manat borcundan 500 manatını qaytarsa da, məhkəmə bu halı nəzərə almamışdır. Odur ki, qətnamənin qismən ləğv olunmasını, iddia tələbinin rədd edilməsini, qalıq 1500 manat borcun bir hissəsi - 1000 manatın ondan alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-422/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və H.Hümmətov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən zəruri sənədlərin ona təqdim olunmaması nəticəsində öz öhdəliyini yerinə yetirə bilmədiyini bildirmişdir. Lakin cavab dehin hüququ vardı ki, iddiaçıya etiraz etsin, müqavilə üzrə öhdəliyi yerinə yetirməsini tələb etsin, müqaviləni mübahisələndirsin. Lakin cavabdeh tərəfindən qeyd edilən hallar barədə məhkəməyə sübut təqdim olunmamışdır. Bundan başqa, cavabdeh şikayətində iddiaçıya olan 2000 manat borcundan 500 manatını qaytardığını qeyd etmiş, lakin bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşk il edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ədalətsiz, əsassız və qanunsuzdur, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur, ona görə də qətnamə ləğv olunmalıdır. Şikayətin əsası kimi, Mülki Məcəlləni 425.1, 425.2, MPM-in 62.1, 76.1, 76.2, 78.2, 85.1-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, kassasiya şikayətinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. M əhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır Tətbiq edilən hüquq Mülki Məcəllə Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (maddələr 777.1, 777.2). Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir (maddə 778.1). Vəkalət alan tapşırığı qə sdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır (maddə 779.1). Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir (maddə 783.2). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığı ümumi ifadələrlə qey d edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-422/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar