Məhkəmə qərarları › İş №2(102)-4454/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4454/2021

09.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4454/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-697/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 09 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş ziyan məbləği olan 7305 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, 06.05.2018-ci ildən 17 may 2020-ci ilədək tərəflər arasında xxx ünvanında “X” adlanan parfümeriya mağazasının işlədilməsi ilə bağlı şəriklik münasibəti olmuşdur.

3. Həmçinin o da mübahisə edilmir ki, 17.05.2020-ci ildə tərəflər arasındakı şəriklik münasibətlərinə xitam verilmiş və mağazada 4049 manat dəyərində mal qalığının olması barədə cavabdeh tərəfindən akt tərtib edilmişdir.

4. Bundan başqa işin mübahisə edilmə yən hallarından görünür ki, mağazada qalıq qalmış 4049 manat dəyərində mallar cavabdeh tərəfindən götürülmüşdür.

5. İddiaçı bildirir ki, 06.05.2018-ci ildə xxx 5 ünvanında icarəyə yer götürüb Cavabdeh ilə birlikdə “Xl” adlanan parfümeriya mağazasını açmışdır. O, həmin mağazanın icarəyə götürülməsini, təmirini, reklam lövhələrinin düzəldilməsini, mağazaya mebelin yığılması və kassa aparatının qoyulmasını təşkil etmişdir. O, mağazanın düzəldilməsi üçün 3000 manat xərc çəkmişdir. Könül də həmin mağazaya eyni məbləğ dəyərində mal gətirmişdir. Onlar şərik olmuş və əldə olunan gəlirin 50 %-ni almalı idilər. Şərik olduqları Cavabdeh Zaqatala rayon polis şöbəsində verdiyi izahatda və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da öz əksini tapmışdır. Lakin cavabdeh ona aylıq gəlirin 50 faizini verməyərək aralarında olan müqavilə şərtini pozmuşdur. Onlar 10 may 2018-ci il tarixdən 17 may 2020-ci il tarixədək şəriklik, ortaqlıq münasibətində olmuşlar. Həmin ortaqlı münasibəti Cavabdeh tərəfindən tutulmuş və öz yazısı ilə tərtib edilmiş dəftərlə də təsdiqini tapır. 1 - Xalis gəlir 2 yerə bölündükdən sonra ona çatmalı olan məbləğlər illər və aylar üzrə öz xətti ilə yazılmışdır. Belə ki, 10 may 2018-ci ildən 31 mart 2019-ci ilə qədər (10 may 2018 - 384.5 manat, iyun 2018 - 528 manat, iyul 2018 - 508 manat, avqust 2018 670.30 manat, sentyabr 2018 - 778 manat, oktyabr 2018 - 518.8 manat, noyabr 2018 442 manat, dekabr 2018 - 351 manat, yanvar 2019 - 749 manat, fevral 2019 - 649 manat və mart 2019 - 951.5 manat) 6529.60 manat. Aprel 2019 - 303 manat, may 2019 - 445 manat, iyun 2019 - 373 manat, iyul 2019-328 manat, avqust 2019 - 352.30 manat, sentyabr 2019 - 435 manat, oktyabr 2019 - 288 manat, noyabr 2019 - 347 manat, dekabr 2019 - 0 manat, yanvar 2020 - 174 manat, 2020-ci ilin fevral-mart-aprel-may aylarında 688.60 manat. 17 may 2020-ci il tarixinə mağazada qalan 4049 manatlıq malın dəyərinin yarısı 2024.50 manat. Ümumilikdə 12.198,00 manat - ona çatmalı məbləğdir; 2 - Həmin müddətlər ərzində ona çatan məbləğ cəmi - 4892.50 manat olmuşdur (may 2018 - 500 manat, iyun 2018 - 300 manat, iyul 2018 - 500 manat, avqust 2018 - 760 manat, sentyabr 2018 - 0 manat, oktyabr 2018 - 15 manat, noyabr 2018 - 257 manat, dekabr 2018 - 0 manat, yanvar 2019 - 35 manat, fevral 2019 - 400 manat, mart 2019 - 70 manat, aprel 2019 - 303 manat, may 2019 - 445 manat, iyun 2019 - 300 manat, iyul 2019 - 98 manat, avqust 2019 - 0 manat, sentyabr 2019 - 0 manat, oktyabr 2019 - 0 manat, noyabr 2019 - 0 manat, dekabr 2019 - 0 manat, yanvar 2020 - 0 manat, fevral 2020 - 0 manat, mart 2020 902.50 manat, aprel 2020 - 0 manat, 17 may 2020 - 7 manat. Beləliklə, 12.198 manatdan 4892.50 manatı çıxdıqda ona çatmalı olan 7305.50 manat məbləğdir (12198 - 4892.50 = 7305.50). O, cavabdehdən şəriklikdən ona çatacaq pulu tələb etsə də, sonuncu hər dəfə müxtəlif bəhanələrlə ona çatacaq pulu verməmişdir. Belə olan halda o, məhkəməyə müraciət etməli olmuşdur.

6. Cavabdeh bildirir ki, iddianı sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşdüyü halda iddiaçı onun tərəfindən iddiaçıya ziyanın vurulması sübuta yetirməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində i craat

7. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 26 noyabr 2020-ci il tarixli, 2(033)-871/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf ona cavabdeh tərəfindən ziyan vurulmasını sübuta yetirə bilməmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş 07 ədəd hesab kitablarında iddia tələbində göstərilən ziyan məbləğinin həqiqətən iddiaçıya vurulması təsdiqini tapmamışdır.

11. Belə ki, həmin kitablar üzrə iddiaçıya verilməli olan məbləğl ər öz əksini tapmamışdır.

12. Məhkəmə iş üzrə cavabdeh tərəfindən yazılmış və mağazada 4049 manat dəyərində əmlakın qalmasını təsdiq edən əlyazmaları sübut kimi qiymətləndirmişdir (digər tərəf mübahisələndirmədiyindən). Lakin həmin əmlakın iddiaçıya, yoxsa cavabdehə məxsus olması müəyyən edilməmişdir.

13. Bundan başqa məhkəmə tərəfindən Zaqatala rayon Polis Şöbəsində baxılmış material tələb olunaraq alınmış və müəyyən olunmuşdur ki, iş üzrə iddiaçı 27.05.2020-ci il tarixdə mağazaya digər qıfıl vurmuş, 11.06.2020-ci il tarixdə isə iş üzrə cavabdeh tərəfindən həmin qıfıl sındırılaraq mağazada olan 4049 manat dəyərində satış malları başqa mağazaya aparılmışdır. Həmin material üzrə tərəflərin izahatlarından görünür ki, mağazada olan 4049 manat dəyərində mallar iş üzə cavabdehə məxsus olmuşdur. Hansı ki, iddiaçı tərəfindən bunun əksini tələb edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Yəni, tələb olunan 4049 manat dəyərində satış əşyalarının cavabdehə deyil, birlikdə hər ikisinə məxsus olmasını iddiaçı sübuta yetirə bilməmişdir

14. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.

16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-697/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Hüseynov - sədrlik edən və məruzəçi, E.Hüseynov və G.Abbasov) İddiaçı оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmi n edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(033)-871/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya sonuncunun iddia etdiyi zərərin vurulması iş materialları ilə sübuta yetirilməmişdir.

18. Bundan başqa iddiaçının məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunması tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası MPMin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması üçün ekspertiza tədqiqatına mühasibat sənəd ləri təqdim edilməlidir. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi qeydiyyat dəftərləri mühasibat sənədləri kimi qəbul oluna bilməz. Mağazanın fəaliyyətinə dair rəsmi sənədlər - malların alınması barədə qaimələr, satış əməliyyatları barədə kassa aparatından çıxarışlar, vergi orqanının yoxlama aktları və s. ola bilər. İddiaçı isə məhkəməyə belə sənədlər təqdim edə bilməmişdir. Ona görə məhkəmə kollegiyası iş materialları əsasında məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini qeyri-mümkün hesab edir.

19. Bununla yanaşı, iddiaçı mağazanın fəaliyyətini müstəqil auditora yoxlatdıra və auditor rəyini sübut kimi məhkəməyə təqdim edə bilərdi. Lakin iddiaçı məhkəməyə belə bir sübut da təqdim etməmişdir.

20. Polis şöbəsi tərəfindən aparılmış təhqiqatın materiallarından müəyyən olunur ki, mağaz ada qalıq qalmış və iddiaçının yarısını tələb etdiyi 4049 manat dəyərində mallar da cavabdehin özünə məxsus olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəflər arasında şəriklik münasibətinin olmasını nəzərə almadan bütün mal qalığının cavabdehə məxsus olduğu qənaətinə gəlməklə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasi ya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ve rilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunm amasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübu t etməlidir. (maddə 77.1)

31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

32. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

33. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

34. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

35. Kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

36. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

38. Belə ki, aşağıd akı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (32-33)

39. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni digər saslarla yanı həmçinin onunla əsaslandırmışdır ki, Polis şöbəsi tərəfindən aparılmış təhqiqatın materiallarından müəyyən olunur ki, mağazada qalıq qalmış və iddiaçının yarısını tələb etdiyi 4049 manat dəyərində mallar da cavabdehin özünə məxsus olmuşdur.

40. Bununla bağlı qeyd edilməlidir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09.06.2020-ci il və 20.06.2020-ci il tarixli qərarlarla mağazada qalıq qalmış 4049 manat dəyərində malların cavabdehə məxsus olması deyil, həmin malların cavabdeh tərəfindən götürüldüyü təsdiqlən mişdir.

41. Bundan başqa işin mübahisə edilməyən hallarından görünür ki, 06.05.2018-ci ildən 17 may 2020-ci ilədək tərəflər arasında parfümeriya mağazasının işlədilməsi ilə bağlı şəriklik münasibəti olmuşdur.

42. Həmçinin o da mübahisə edilmir ki, 17.05.2020-ci ildə tərəflər arasındakı şəriklik münasibətlərinə xitam verilmiş və mağazada 4049 manat dəyərində mal qalığının olması barədə cavabdeh tərəfindən akt tərtib edilmişdir.

43. Göründüyü kimi tərəflər arasında şəriklik münasibəti olduğundan, həmin şərikliyə xitam verildikdə mal qalığı tərəflər arasında onların şəriklikdəki paylarına mütənasib bölünməli olduğu halda apelyasiya instansiyası məhkəməsi düzgün olmayaraq bütün mal qalığının cavabdehə məxsus olduğu qənaətinə gəlmişdir.

44. Ona görə də apelyasiya instansiyası məhkəməsi tərəfl ərin şəriklikdəki paylarının müəyyən edilməsi ilə bağlı araşdırma aparmalı və həmin araşdırmanın nəticəsinə uyğun mübahisəyə hüquqi qiymət verməlidir.

45. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

46. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

47. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qə rara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-697/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar