Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-446/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: sadə yazılı qəbz əsasında verilmiş borcun tutulması, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Cavabdeh1 vəkili X oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3569/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 apr el 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraatı Cavabdeh1 iddiaçıdan 21.10.2017-ci il tarixdə 10.000 ABŞ dolları məbləğində pul almışdır. Cavabdeh1 aldığı pul məbləğinin bir hissəsini iddiaçıya qaytarmışdır. İddiaçının şikayət ərizəsi üzrə Nizami RPİ-nin İŞ-nin müstəntiqi X15.07.2019-cu il tarixdə qəbul etdiyi qərarla Cavabdeh1 barəsində cinayət işinin başlanılması, onun əməlində cinayət tərkibinin olmaması əsası ilə, rədd edilmişdir. Cinayət işinin başlanılması barədə qərarla müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında pul mübahisəsi olsa da, bu mübahisə mülki xarakterlidir. Birinci instansiya məhkəməsində icraat İddiaçı maddi zərərə görə 16.000 ABŞ dolları, həmin pulun bank uçot dərəcəsi vasitəsilə hesablanmaqla faizi olaraq 2.800 manat, mənəvi zərərə görə 10000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək maddi zərərə görə 16000 ABŞ dolları, həmin pulun bank uçot dərəcəsi vasitəsilə hesablanmaqla faizi olaraq 5400 manat, mənəvi zərərə görə 10000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizəsində qeyd etmişdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 o nu aldadaraq inamından və etibarından sui-istifadə edərək atasını həbsdən çıxarıcaqlarını vəd edərək 19.000 ABŞ dolları pulunu ələ keçirmişlər. Belə ki, atası X1 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bunun üçün onlar əvvəlcə 10.000 ABŞ dolları pul istədilər. O da atasının əfvə salınacağı ümidi ilə onlara inanıb 21.10.2017-ci il tarixdə x x yerləşən evində ona 10.000 ABŞ dolları pul vermişdir. Sonradan onlar işdə çətinliklər yarandığından əlavə 10.000 ABŞ dolları da lazım olduğunu bildirdilər. Məcbur qalaraq 2018-ci ilin mart ayının əvvəlində Xbinanın qarşısında Cavabdeh1lə görüşüb ona əlavə 9.000 ABŞ dolları da pul vermişdir. Lakin Novruz bayramı keçsə də, atasının əfvindən bir xəbər olmamışdır. O, başa düşmüşdür ki, cavabdehlər əlbir olar aq onu aldadıb 19.000 ABŞ dolları pulunu ələ keçiriblər. O, pullarını tələb etdikdə Cəsarət demişdir ki, aprelin 5-də pullarını qaytaracaqlar. Lakin, bu günə kimi pulu qaytarmırlar. Odur ki, cavabdehlərin məsuliyyətə cəlb edilərək barələrində hüquqi tədbir görülməsini və ələ keçirilmiş 19.000 ABŞ dolları pulunun qaytarılmasına köməklik olunmasını xahiş edərək Nizami rayon Polis İdarəsinə müraciət etmişdir. Nizami rayon Pİ-nin İŞ-də 30 aprel 2019-cu il tarixdə cinayət işi başlansa da, 01 may 2019-cu il tarixdə həmin qərar prokuror tərəfindən ləğv edilmişdir. 15.07.2019-cu il tarixdə Nizami rayon Pİ-nin İŞ-nin müstəntiqi x qərarı ilə cinayət işi başlanması rədd edildi və işin mülki xarakterli olması qərara alındı. Nizami rayon Pİ-nin İŞ-nin müstəntiqi x 15.07.2019-cu il tarixli qərarla sübut a yetdi ki, cavabdehlər ondan 19.000 ABŞ dolları pul alıblar və həmin puldan yalnız, 3.000 ABŞ dolları pul qaytarıblar, qalan 16.000 ABŞ dolları pulunu hələ də qaytarmırlar. Ona görə də cavabdehlərdən 16.000 ABŞ dolları pulunu məhkəmə qaydasında tələb edir. Cavabdeh1 iddianı qismən qəbul edərək yazılı etirazında qeyd etmişdir ki, iddiaçının dedikləri həqiqət deyil. Çünki iddiaçı həmin faktları əsas götürərək Nizami rayon Polis İdarəsinə şikayət etmiş və bu barədə geniş təhqiqat və hətta istintaq aparılmışdır. İşə baxan müstəntiq hətta bu barədə fakt üzrə cinayət işi başlayaraq ətraflı araşdırma aparmışdır. Lakin son nəticədə iddiaçının yazdıqları öz təsdiqini tapmadığından cinayət işi xətm olnmuşdur. İstintaq zamanı o, iddiaçıdan pul aldığını etiraf etsə də, cəmi bir dəfə ondan faizlə ödəm ək şərti ilə 10000 ABŞ dolları borca pul götürdüyünü bildirmişdir. Həmin borcu hissə-hissə ödəmiş, özü görüşə bilməsə də, kənar şəxslər vasitəsilə pulu göndərmişdir. Bununla əlaqədar özündə xüsusi dəftər vardır. Həmin dəftərdə iddiaçıdan nə qədər pul almağı və nə zaman ona ödəməyi barədə qeydlər həmçinin, iddiaçının öz xətti ilə yazdığı sözlər və imzaları var. İmzaların və qeydlərin iddiaçıya məxsus olmasına dair müstəntiq tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və bu barədə rəy alınmışdır. Həmçinin, iş üzrə istintaq gedən zaman o, yenə də qalıq borcunu ödəməyə davam etmiş və bu barədə qəbzləri də vardır. İddiaçı şər və böhtan atmaqla özünə haqq qazandırır, bununla onu ləkələyir, nüfuzuna zərbə vurur. O, ailə üzvlərinin qızıl - zinət əşyalarını Nizami rayonunda yerləşən l ombarda girov qoyaraq hesablanmış faiz dəbbə pulunu iddiaçıya ödəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Pərviz Zamanlı) 2(011)-7065/2019 saylı iş üzrə qəbul etdiyi 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 6529 (altı min beş yüz iyirmi doqquz) ABŞ dolları 42 (qırx iki) sent məbləğində pulun (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 21.10.2017-ci il tarixdə 3-4 ay müddətində qaytarmaq şərtilə iddiaçıdan “iş görmək adı ilə” 10.000 ABŞ dolları məbləğində pulu borc almışdır. Tərəflər arasında bağlanmış həmin razılaşmadakı imzaların iddiaçıya və Cavabdeh1 məxsus olması 03.12.2018-ci il tarixli, 27945 saylı ekspert rəyi ilə təsdiq edilmişdir. Həmçinin, Cavabdeh1 iddiaçıdan 10.000 ABŞ dolları məbləğində pulu borc aldığını məhkəmə baxışı zamanı verdiyi izahatlarında və məhkəməyə təqdim etdiyi yazılı etirazında da etiraf etmişdir. Lakin iddiaçı cavabehlərə 9000 ABŞ dolları məbləğində pul verməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının Cavabdeh1 yalnız 10000 ABŞ dolları məbləğində pul verməsi iş materialları ilə tam sübuta yetirilir. İddiaçı isə həmin pul vəsaitindən ona X adlı taksi sürücüsü vasitəsilə 3000 ABŞ dolları (5100 manat) məbləğində, eləcə də, köçürmə yolu ilə 500 manat qaytarılmasını etiraf etmişdir. Həmçinin, iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 tər əfindən iddiaçının adına 09.08.2019-cu il tarixdə “xxxx” MMC vasitəsilə 300 manat pul vəsaiti ödənilmişdir. Cavabdeh1 isə isə iddiaçıdan aldığı 10000 ABŞ dolları pul vəsaitini cox hissəsini hissə-hissə ona qaytardığını, iddiaçıya yalnız 2000 manat məbləğində borcu qaldığını bildirsə də, etirazının dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yuxarda qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 iddiaçıya cəmi 2000 manat borcunun qalmasını sübuta yetirə bilmədiyindən, 6529,42 ABŞ dolları (800 manat / 1.7 ABŞ dolları = 470,58 ABŞ dolları; 10000 ABŞ dolları – 3470,58 ABŞ dolları = 6529,42 ABŞ dolları çıxıldıqda) pulun cavabeh Cavabdeh1ndnan tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi 16000 ABŞ dollar ı, pulun bank uçot dərəcəsi vasitəsilə hesablanmaqla faizi olaraq 5400 manat pulun cavabdehlərdən tutulması hissəsində təmin oluna bilməz. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 740.2, 449.1, 21, 23-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətini cavabdehlərə 9000 ABŞ dolları məbləğində pulu verməsi, cavabdehlərin onun pulunu özlərində əsassız olaraq saxlaması və onun sarsıntı keçirməsi barədə kifayət qədər sübut olsa da, birinci instansiya məhkəməsinin iddia tələbini əsassız olaraq qismən təmin etməsi arqumentləri ilə əsaslandırmışdır. Eyni zamanda qətnamədən Cavabdeh1 ap ellyasiya şikayəti verərək onun ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini pul vəsaitinin çox hissəsini ödədiyi və hazırda 2000 manat borcu qaldığı arqumentləri ilə əsaslandırmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Rəşad Həsənov) 17 iyun 2020-ci il tarixli 2(103)-3569/2020 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7065/2019 saylı iş üzrə qəbul etdiyi 04 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, idd iaçının apellyasiya şikayətində irəli sürdükləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsində borc müqaviləsinin həm şifahi həm də yazılı formada bağlanmasının şərtləri qeyd edilmişdir. Həmin normaya görə fiziki şəxslər arasında məbləği 3000 manatdan çox olan borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır. Lakin işin mübahisəsiz hallarından da görünür ki 9000 ABŞ dollarının verilməsi ilə bağlı, iddiaçı ilə cavabdehlər arasında hər hansı yazılı müqavilə bağlanmamışdır. Həmçinin kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız ə ldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hazırki işdə isə cavabdehlərin həmin pul vəsaitindən maddi xeyir əldə etdikləri sübuta yetirilməmişdir. İddiaçının mənəvi zərər barədə tələbinə dair kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsi r göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdik də keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı isə ona dəyən mənəvi ziyanı sübuta yetirə bilməmişdir. Cavabdehin apellyasiya şikayətində irəli sürülən, daha az borcun qaldığı arqumenti ilə bağlı kollegiya qeyd etmişdir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qətnamədən narazı qalan Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının 17 iyun 2020-ci il tarixli 2(103)-3569/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 2000 manat borcunun qalmasını təsdiq etmək üçün şahidlərin dindirilməsi barədə vəsatəti təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəməyə təqdim olunan sübutlar hərtərəfli, tam, obyektiv şəkildə araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul olunmuşdur. İ şdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 vəkili X oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardı r. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi ş ikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh1 kassasiya şikayətində yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirdiyindən kassasiya şikayəti əsasında qətnamə mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apel yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh1 İddiaçı 10.000 ABŞ dolları məbləğində borc gütörüb hər ay 800 manat qaytardığını və hazırda 2000 manat borcu qaldığını qeyd etsə də, bunları təsdiq edən hər hansı sübutu nə birinci, nə də apellyasiya məhkəməsinə təqdim etməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin faktlar nöqteyi- nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi – iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3569/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.