Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-446/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-446/2023 (Açar sözlər: kredit borcunun tutulması,borcun restruktrizasiya edilməsi) Bakı şəhəri 23 fevral 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1979/2022 nömrəli, 03 avqus t 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, DP/34124/50/29 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 30 ay müddətinə illik 25% dərəcəsi olmaqla, 11612 ABŞ dolları məbləğində kredit vermişdir.
2. Bank və Cavabdeh1 arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır.
3. Həmin kredit müqaviləsi üzrə Gəncə şəhəri 5 saylı Notariat ofisi (Kontoru) tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli, 8İ-3505 reyestr nömrəli icra qe ydi verilmişdir.
4. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)357/2021-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri 5 saylı Notariat ofisi (Kontoru) tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli, 8İ-3505 reyestr nömrəli icra qeydi ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərlərdən əsas borc üzrə 5060.86 ABŞ dolları, faiz borcu üzrə 5636.95 ABŞ dolları, cəmi 14180.17 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabde hlər kredit müqavilələri üzrə bank qarşısında yaranan öhdəliklərini lazımi qaydada icra etməmişdir.
7. Gəncə şəhər Nizami Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(044)2632/2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-cil tarixli 9/9021 nömrəli rəyinə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli DP/34124/50/29 saylı kredit sazişində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 18 sentyabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-nə olan borcu 11537.18 ABŞ dolları məbləğində (əsas borc üzrə 8162.70 ABŞ dolları, faiz borcu üzrə 3374.48 ABŞ dolları) borcu müəyyən, xx.xx.2019-cu il tarixdə 3100.55 ABŞ dolları məbləğində ödəniş (kompensasiya) edilmişdir. 3100.55 ABŞ dolları məbləğində kompensasiya nəzərə alındığı təqdirdə 8436.63 (11537.18 – 3100.55) məbləğində borcu (əsas borc üzrə 5062.15 ABŞ dolları, faiz borcu üzrə 3374.48 ABŞ dolları) qalmışdır.
8. Cavabdeh1 ərizə verərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
9. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(044)-167/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Ə.Şirinov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlərlərdən əsas borc üzrə 5060.86 ABŞ dolları, faiz borcu üzrə 3374.48 ABŞ dolları, cəmi 8435.34 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun Bank of Baku ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi ekspert rəyinə, həmçinin hesabdan çıxarışa əsasən hesab etmişdir ki, 3100.55 ABŞ dolları məbləğində kompensasiya nəzərə alındığı təqdirdə 8436.63 (11537.18 – 3100.55) məbləğində borcu (əsas borc üzrə 5062.15 ABŞ dolları, faiz borcu üzrə 3374.48 ABŞ dolları) qalacaqdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 385.1, 470.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməsinə baxmayaraq məhkəmə həmin ərizəyə münasibət bildirməmişdir. 18 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən kreditin müddəti 30 ay, yəni 18 sentyabr 2017-ci il tarixədək olmuşdur, iddia müddəti 18 sentyabr 2020-ci ildə bitir, iddiaçı isə məhkəməyə 08 iyul 2021-ci il tarixdə müraciət etmişdir. Həmçinin kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşsə də, buna da münasibət bildirilməmişdir. Bundan başqa, məhkəmə iddianın zamin Cavabdeh2 qarşı hissədə də Mülki Məcəllənin 474.0.4-cü maddəsini tətbiq etməmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-1979/2022 nömrəli iş üzrə 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 8603.47 (səkkiz min altı yüz üç manat qırx yeddi qəpik) manat əsas kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən cavabdehlərdən tutulmalı olan borc məbləği 5060.86 ABŞ dolları əsas borc, 3374.48 ABŞ dolları faiz borcu olmaqla cəmi 8435.34 ABŞ dolları göstərilsə də, cavabdehin məhkəmə kollegiyasın a təqdim etdiyi Problemli kreditlərin kompensasiyası ilə bağlı arayışından görünür ki, onun banka 8603.47 manat əsas kredit borcu vardır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq cavabdehdən 8603.47 manat əsas borcun iddiaçı bankın xeyrinə tutulması qənaətinə gəlir. Bundan başqa iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, birinci instnasiya məhkəməsində keçirilmiş ekspert tədqiqatının dəyəri isə iddiaçı və cavabdehdən alınmalıdır.
16. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiq edilməsinə dair cavabdehin ərizəsinə münasibətdə qeyd edib ki, cavabdeh 18 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən kreditin müddəti 30 ay, yəni 18 sentyabr 2017-ci il tarixədək olmuşdur, iddia müddət i 18 sentyabr 2020-ci ildə bitir, iddiaçı isə məhkəməyə 08 iyul 2021ci il tarixdə müraciət edildiyinə istinad etsə də işdə olan (səh 71) xx.xx.2015-xx.xx.2018 dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, o sonuncu dəfə xx.xx.2018-ci il tarixdə etmişdir, iddia müddətinin axımı isə həmin müddətdən hesablanır. Yəni hazırkı iş üzrə iddia müddəti keçməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə zaminlə bağlanılmış xx.xx.2015-ci tarixli kredit sazişi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdə liyin icrası vaxtının hansı andan çatdığıdır. Bankla Cavabdeh1 arasında xx.xx.2015-ci tarixli kredit sazişinin müddəti 30 ay müəyyən edilmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçı təşkilat zaminə qarşı xx.xx.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsin in mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin etməkdə haqlı olmamışdır, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə də ləğvi üçün əsasdır.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 367, 385.1, 390.5, 399.1, 442, 443.1, 443.2, 445.1, 448.1, 448.2, 470, 477.0.4, 739.1, 739.2, MPM-nin 4.1, 372.6, 372.7, 376.2-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2 və 2.4-cü bənd lərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və zaminə aid hissədə və faiz borcu hissəsində təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə zaminliklə bağlı hssədə Mülki Məcəllənin 477.0.4-cü maddənin tələblərini pozmuş, zaminlik müqaviləsinin müqavilə üzrə öjhdəliklər tam icra edilənədək qüvvədə olmasına düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə bankdan götürülmüş pul vəsaitinin ABŞ dolları olduğu halda, apellyasiya məhkəməsi manatla qeyd etmiş, bunu da xx.xx.2022-ci il tarixli problemli kreditlərin kompensasiyasına da ir çıxarışda əsas kredit borcu 8603.47 manat məbləğində qeyd olunması göstərilmişdir. Lakin cavabdeh Fərmanın şərtlərini pozmuş, onunla bağlanmış xx.xx.2015-ci il tarixli DP/34124/29 saylı kredit müqaviləsi “Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşsə də, cavabdeh 31 dekabr 2019-cu il tarixə qədər banka heç bir müraciət etməmiş, bankla yeni müqavilə bağlamamışdır. Restrukturizasiya olunmayan kredit üzrə, müqavilədə dollarla qeyd olunan kredit borcunu manatla ifadə edərək apellyasiya instansiyası məhkəməsi səhv hüquqi qiymət vermiş, iddia tələbindən əsassız olaraq kənara çıxmışdır. b)
21. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 739.2. Borc müqaviləsinin pred meti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
25. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə Banklara tövsiyyə edilmişdir ki: Bənd 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; Bənd 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Bənd 8.9-cu maddəsinə görə faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlər in və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
35. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hü quqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə zaminə münasibətdə və faiz hissəsində iddianın rədd edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına istinad edərək, cavabdehin xx.xx.2015-ci tarixli kredit müqaviləsi üzrə 8603.47 manat məbləğində əsas borc məbləği, müvafiq kompensasiya məbləği çıxılmaqla, restrukturizasiyaya yönəlmiş məbləğ kimi tutulması, faiz borcu və dəbbə pulu isə silindiyindən həmin hissədə təmin edilməməsi barədə mövqeyi düzgün olmuşdur.
40. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güdmüşdür.
41. Bu məqsədlə də Banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər, borcları restruktizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. (6.2, 6.3 bənd)
42. Həm in Fərmanın 8.9-cu bəndinə isə görə faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür.
43. Göründüyü kimi, həmin Fərmanda yalnız bankla yeni müqavilə bağlamış şəxslərin faiz borcunun silinməsi şərti göstərilməmişdir. Əksinə banklara 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsi tövsiyə edilmişdir.
44. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019- cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndində qeyd edilmişdir ki, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir.
45. Eyni zamanda, məhkəmə tərəfindən borcu zamindən tutulması hissəsində tələbin rədd edilməsi zamanı məhkəmə tərəfindən maddi hüquq normaları düzgüntətbiq olunmuş, prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
46. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıSC t ərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1979/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.