Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-446/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı x oğlunun cavabdeh x oğluna qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 noyabr 2023-cü il tarixli, 2(104)-1633/2023 saylı qərardadından ilk iddia üzrə cavabdeh x oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 1. x oğlu x oğluna qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50.000 manat pulun və iki il müddətində öz pul vəsaitindən sərbəst surətdə istifadə edə bilmədiyindən əldən çıxmış vəsait kimi 100.000 manat vəsaitin və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh də öz növbəsində iddiaçıya qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ona verəcəyi 15.000 manat pulun alıb ona verilməsi, iddiaçının və başqalarının ona qarşı törətdikləri cinayət əməllərə görə cinayət məsuliyyətinə cəlb etməklə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxartmaqla qətnamə çıxarılmas ını xahiş etmişdir.
3. Şəmkir Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(021)-2767/2022 saylı qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) ilk iddia qismən təmin edilmiş, cavabdehdən 35.000 manat pulun alınaraq iddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, cavabdehdən 90.70 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməsi, cavabdehin iddiaçıya qarşı 15.000 manat pulun alınıb ona verilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1633/2023 saylı qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik e dən və məruzəçi), İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 5. 22 avqust 2023-cü il tarixdə qətnamənin surəti məhkəmə qəbzinə imza edilməklə cavabdehə təqdim olunmuşdur. 6. 24 oktyabr 2023-cü il tarixdə cavabdeh (vəkili x) qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, elektron məhkəmə sistemində vəkil üçün şəxsi kabinetdə PİN-2 asan imzanın təsdiqlənmə kodunda texniki xəta yarandığından sistemdəki nasazlıq səbəbindən kassasiya şikayətini Gəncə Apellyasiya Məhkəməsinə göndərmək mümkün olmamışdır. Bu baxımdan üzrlü səb əbdən müddəti ötürmüşdür.
8. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 noyabr 2023-cü il tarixli qərardadı ilə cavabdehin prosessual müddətin bərpası barədə ərizəsi təmin olunmamış və onun tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
9. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, elektron məhkəmə sistemində vəkil üçün şəxsi kabinetdə PİN-2 asan imzanın təsdiqlənmə kodunda texniki xəta yaranması mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, kassasiya şikayətinə əlavə kimi Elektron məhkəmə sistemində yerləşdirilmiş cavabdeh tərəfindən vəkili x oğluna verilmiş etibarnamədən görünür ki, həmin etibarnamə ona 24 oktyabr 2023cü il tarixdə verilmiş və hazırkı kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə də həmin tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yerləşdirilmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin surəti cavabdehə rəsmi qaydada verilmiş, cavabdeh isə həmin qətnamədən qanunla nəzərdə tutulmuş 2 ay müddətində kassasiya şikayəti vermək hüququ olduğu halda, bu hüququndan istifadə etməmiş, müddət keçdikdən sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etsə də, kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi, yəni onların mövcudluğunun müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətməsi və ya məhdudiyyət yaratması ilə bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir.
10. Məhkəmə öz hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 405.0, 405.0.1, 408.1. 4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İlk iddia üzrə cavabdeh x oğlu (vəkil x oğlu) qərardaddan kassasiya şikayəti verərək, onun ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin olunması və qətnamədən verilmiş kassasiya şikayətinin mümkün hesab edilərək, icraata qəbul edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müddətin bərpası ilə bağlı hal düzgün qiymətləndirilməmişdir. Bununla da məhkəmə tərəfindən prosessual hüquq normasının tələbləri pozulmuşdur. Belə ki, məhkəmə qərardadında apellyasiya şikayəti üzrə ərizənin təmin edilməməsinin əsası kimi şikayətin xx.xx.2023-cü il tarixdə verilməklə 1 g ün müddəti üzrlü hesab etməmişdir. Məhkəməyə PİN-2 təsdiq etmək ilə bağlı xətanın baş verməsini əyani olaraq təqdim etmək mümkün olmur. Yaranmış xəta ilə bağlı Asan imzanın 1847 nömrəli qaynar xəttə də tərəfimdən məlumat verilmişdir. Belə bir xəta olması halı Gəncə Apellyasiya məhkəməsində dəfələrlə yaranır və bu cür texniki nasazlıqlarla bağlı şikayət müddətinin ötürülməsində 1 gün müddətin üzrlü hesab edilməməsi ədalətsizlikdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cüml ədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
15. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
17. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
18. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisn a olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
20. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iş tirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.
21. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
22. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsikassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Apellyasiya ins tansiyası məhkəməsinin aktı ilk iddia üzrə cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
27. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
28. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, buraxılmış prosessual müddətin bərpası üçün əsa sların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan prosessual müddətin bərpası barədə ərizəsinin dəlillərini araşdırıb qeyd etmişdir ki elektron məhkəmə sistemində vəkil üçün şəxsi kabinetdə PİN-2 asan imzanın təsdiqlənmə kodunda texniki xəta yaranması mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, kassasiya şikayətinə əlavə kimi Elektron məhkəmə sistemində yerləşdirilmiş cavabdeh tərəfindən vəkili x oğluna verilmiş etibarnamədən görünür ki, həmin etibarnamə ona 24 oktyabr 2023-cü il tarixdə verilmiş və hazırkı kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə də həmin tarixdə “Elektron Məhkəmə” İnformasiya Sist emində yerləşdirilmişdir.
30. Göründüyü kimi, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin surəti cavabdehə rəsmi qaydada verilmiş, cavabdeh isə həmin qətnamədən qanunla nəzərdə tutulmuş 2 ay müddətində kassasiya şikayəti vermək hüququ olduğu halda, bu hüququndan istifadə etməmiş, müddət keçdikdən sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etsə də, kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi, yəni onların mövcudluğunun müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətməsi və ya məhdudiyyət yaratması ilə bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir.
31. Halbuki, mülki prosessual qanunverciliyə görə məhkəmə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti o, halda bərpa edə bilə r ki, qanunla müəyyən edilmiş prosessual müddət üzrlü səbəblərdən ötürülmüş olsun.
32. Hazırkı halda, cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə heç bir sübut təqdim etmədiyi üçün, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq onun ərizəsi rədd edilmişdir.
33. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun kassasiya şikayəti ilə eyni məzmunlu olan ərizəsinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İlk iddia üzrə cavabdeh x oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 noyabr 2023-cü il tarixli, 2(104)-1633/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.