Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4461/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər X21, xxx Cavabdeh3, Cavabdeh5, X19, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X8, Cavabdeh10 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdeh x1oğlunun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-255/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh x1oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC ilə cavabdeh x1oğlu arasında bağlanmış 07.09.2007-ci il tarixli 02L000000599 №-li kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 250000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə cavabdeh x1oğlu arasında olan 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşmasına əsasən x1oğlu 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə, 40000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 06.11.2012-ci il tarixli 02R000019798 saylı sazişlə tərəflər razılaşmaya dəyişikliklər etmişdirlər. İddiaçı QSC ilə cavabdeh x1oğlu arasında bağlanmış 26.01.2012-ci il tarixli 02R000021829 №-li kredit razılaşmasına əsasən x1oğlu 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 90000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 06.11.2012-ci il tarixli 02R000021829 saylı sazişlə tərəflər razılaşmaya dəyişikliklər etmişdirlər. İddiaçı QSC ilə cavabdeh x1oğlu arasında bağlanmış 17.08.2012-ci il tarixli 02R000023974 №-li kredit razılaşmasına əsasən x1oğlu 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə, 39000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 06.11.2012-ci il tarixli 02R000023974 saylı sazişlə tərəflər ra zılaşmaya dəyişikliklər etmişdirlər. İddiaçı QSC ilə cavabdeh x1oğlu arasında bağlanmış 09.09.2013-cü il tarixli 02R000029026 №-li kredit razılaşmasına əsasən x1oğlu 18 ay müddətinə aylıq faiz dərəcəsi 1,5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə, 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 02M000000920 nömrəli ipoteka müqaviləsinə əsasən X15 məxsus, Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsindəki, 0,06926 ha torpaq sahəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kv metr ümumi, 14,5 kv metr əsas sahədən ibarət qeyri yaşayış sahəsi x1oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka yüklü edilmişdir. 02M000000310 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh6 məxsus, Bakışəhəri, Xətai rayon u, Sarayevo küçəsindəki, 0,2001 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binada 71,84 kv metr ümumi, 45,84 kv metr yaşayış sahədən ibarət 3 otaqlı mənzil x1oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka yüklü edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsindəki, 0,06926 ha torpaq sahəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kvadrat metr ümumi, 14,5 kvadrat metr əsas sahədən ibarət qeyri yaşayış sahəsi ipoteka yüklü edilməsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən veri lmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsindəki, 0,2001 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binada 71,84 kvadrat metr ümumi, 45,84 kvadrat metr yaşayış sahədən ibarət 3 otaqlı mənzil ipoteka yüklü edilməsi qeydiyyata alınmışdır. 07.09.2007-ci il tarixli 02S000000539 nömrəli İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin borcalanın bankla arasında olan 02L000000599 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 07.09.2007-ci il tarixli 02S000008863 nömrəli İddiaçı QSC ilə Cavabdeh6 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalanın bankla arasında olan 02L000000599 saylı kredit xətti müqaviləsi üzrə öhdəl iklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 07.09.2007-ci il tarixli 02S000000541 nömrəli İddiaçı QSC ilə Cavabdeh10 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən ki, zamin borcalanın bankla arasında olan 02L000000599 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 07.09.2007-ci il tarixli 02S000000538 nömrəli İddiaçı QSC ilə X22 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən ki, zamin borcalanın bankla arasında olan 02L000000599 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 07.09.2007-ci il tarixli 02S000021745 nömrəli İddiaçı QSC ilə X14 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən ki, zamin borcalanın bankla arasında olan 02L000000599 saylı kredit xətti müqa viləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür Cavabdeh6 19.11.2012-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC-si cavabdehlər X21, xxx Cavabdeh3, Cavabdeh5, X19, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X8, Cavabdeh10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə x1oğlu arasında bağlanmış 07.09.2007-ci il tarixli 02L000000599 saylı kredit xətti müqaviləsinə əsasən cavabdeh x1oğluna 120 (bir yüz iyirmi) ay müddətinə 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşmaları ilə müəyyən olunur:
1. Kredit xətti mü qaviləsi üzrə tərəflər arasında bağlanmış 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşması əsasında x1oğluna 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 06.11.2012-ci il tarixli sazişə əsasən 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşması üzrə kreditin müddəti dəyişdirilərək 40 ay kimi müəyyən edilmişdir. x1oğlu 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.01.2014-cü il tarixdən banka qaytarmamışdır. x1oğlu götürdüyü kredit borcunda n 24845,22 ABŞ dolları ödəmiş, onun 15154,78 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. x1oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 20.11.2015-ci il tarixə 679 gün üçün hesablanmış faiz borcu 6288,39 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 20.1 1.2015-ci il tarixə 679 gün üçün hesablanmış cərimə 28282,06 ABŞ dolları təşkil edir.
2. Kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmış 26.01.2012-ci il tarixli 02R000021829 saylı kredit razılaşması əsasında x1oğluna 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 90000 (doxsan min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 06.11.2012-ci il tarixli sazişə əsasən 26.01.2012-ci il tarixli 02R000021829 saylı kredit razılaşması üzrə kreditin müddəti dəyişdirilərək 40 ay kimi müəyyən edilmişdir. x1oğlu 26.01.2012-ci il tarixli 02R000021829 saylı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarə olmaqla ö dəməli olduğu vəsaitləri 10.01.2014-cü il tarixdən banka qaytarmamışdır. x1oğlu götürdüyü kredit borcundan 37690,77 ABŞ dolları ödəmiş, onun 52309,23 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. x1oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 20.11.2015-ci il tarixə 679 gün üçün hesablanmış faiz borcu 20718,81 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 20.11.2015-ci il tarixə 679 gün üçün hesablanmış cərimə 95904,61 ABŞ dolları təşkil edir.
3. Kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmış 17.08.2012-ci il tarixli 02R000023974 saylı kredit razılaşması əsasında x1oğluna 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 39000 (otuz doqquz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 06.11.2012-ci il tarixli sazişə əsasən 17.08.2012-ci il tarixli 02R000023974 saylı kredit razılaşması üzrə kreditin müddəti dəyişdirilərək 40 ay kimi müəyyən edilmişdir. x1oğlu 17.08.2012-ci il tarixli 02R000023974 saylı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 17.01.2014-cü il tarixdən banka qaytarmamışdır. x1oğlu götürdüyü kredit borcundan 10522,80 ABŞ dolları ödəmiş, onun 28477,20 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. x1oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 20.11.2015-ci il tarixə 672 gün üçün hesablanmış faiz borcu 10631,49 ABŞ dolları təşkil edir. Kredit müqav iləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 20.11.2015-ci il tarixə 672 gün üçün hesablanmış cərimə 51313,95 ABŞ dolları təşkil edir.
4. Kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmış 09.09.2013-cü il tarixli 02R000029026 saylı kredit razılaşması əsasında x1oğluna 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. x1oğlu 09.09.2013-cü il tarixli 02R000029026 saylı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olm aqla ödəməli olduğu vəsaitləri 10.01.2014-cü il tarixdən banka qaytarmamışdır. x1oğlu götürdüyü kredit borcundan 2949,91 ABŞ dolları ödəmiş, onun 17050,09 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. x1oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 20.11.2015-ci il tarixə 679 gün üçün hesablanmış faiz borcu 6110,09 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış fa izi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 20.11.2015-ci il tarixə 679 gün üçün hesablanmış cərimə 44940,46 ABŞ dolları təşkil edir.
5. Kredit xətti müqaviləsi üzrə x1oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən X22 iddiaçı ilə bağladığı 02.07.2010-cu il tarixli 02M000000920 saylı ipoteka müqaviləsi əsasında Bakışəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində istifadədə olan 0,06926 ha torpaq sahəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kvadrat metr ümumi, 14.5 kvadrat metr əsas sahədən ibarət qeyri yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 4 №-li reyest r kitabının 443 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №li çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində istifadədə olan 0,06926 ha torpaq sahəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kvadrat metr ümumi, 14.5 kvadrat metr əsas sahədən ibarət qeyri yaşayış sahəsinin x1oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Kredit xətti müqaviləsi üzrə x1oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh6 iddiaçı ilə bağladığı 07.09.2007-ci il tarixli 02M000000310 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində istifadədə olan 0,2001 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binada 71,84 kvadra t metr ümumi, 45,84 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 495 №-li reyestr kitabının 45728 №-li vərəqində qeydiyyata alınmış və MH ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində istifadədə olan 0,2001 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binada 71,84 kvadrat metr ümumi, 45,84 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilin x1oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh-ipoteka qoyan X16 İpoteka haqqında Azər baycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 16.11.2015-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, bildiriş 17.11.2015-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 18.11.2015-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh-ipoteka qoyan Cavabdeh6 İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 16.11.2015-ci il tarixdə ipoteka predme tinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, bildiriş 17.11.2015ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 18.11.2015-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 42 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin 7 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 20.08.2007-ci il tarixli 1342 saylı forma 2 arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində istifadədə olan 0,2001 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binada 71,84 kvadrat metr ümumi, 45,84 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilində qeydiyyatda olan cavabdehlər Cavabdeh7, X8, Cavabdeh8, X21 və x1oğlu həmin mənzil İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmi ləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda, həmin mənzili qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Kredit xətti müqaviləsi üzrə x1oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh10 və X21 və Cavabdeh3 zaminlik müqavilələrinə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu x1oğlu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı cavabdeh x1oğlunun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1, 448.1, 465.2, 472.1, 472.2, 501-ci maddələri ilə əsaslandıraraq cavabdehlər x1oğlundan, X11, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh10 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 02R000019798 saylı kredit razılaşması üzrə 15154,78 ABŞ dolları məbləğində kredit borcu, 6288,39 ABŞ dolları məbləğində faiz borcu və28282,06 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 49725,23 ABŞ dolları məbləğində borcun, 02R000021829 saylı kredit razılaşması üzrə 52309,23 ABŞ dolları məbləğində kredit borcu, 20718,81 ABŞ dolları məbləğində faiz borcu, 95904,61 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 168932,65 ABŞ dolları məbləğində borcun, 02R000023974 saylı kredit razılaşması üzrə 28477,20 ABŞ dolları məbləğind ə kredit borcu, 10631,49 ABŞ dolları məbləğində faiz borcu, 51313,95 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 90422,64 ABŞ dolları məbləğində borcun, 02R000029026 saylı kredit razılaşması üzrə 17050,09 ABŞ dolları məbləğində kredit borcu, 6110,09 ABŞ dolları məbləğində faiz borcu, 44940,46 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 68100,64 ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 377181 (üç yüz yetmiş yeddi min bir yüz səksən bir) ABŞ dolları 16 (on altı) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulmasını; Tələbin Cavabdeh6 məxsus Bakı şəhəri, Xətai rayonu, Saraye vo küçəsində istifadədə olan 0,2001 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binada 71,84 kvadrat metr ümumi, 45,84 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilə və X15 məxsus Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində istifadədə olan 0,06926 ha torpaq sahəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kvadrat metr ümumi, 14.5 kvadrat metr əsas sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsinə, həmin mənzilin və qeyri yaşayış sahəsinin açıq hərracdan satılması və cəmi 377181 (üç yüz yetmiş yeddi min bir yüz səksən bir) ABŞ dolları 16 (on altı) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödə nilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsini; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun x1oğlundan, X11, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh10 ümumi qaydada tutulmasını; Cavabdeh6 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində istifadədə olan 0,2001 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binada 71,84 kvadrat metr ümumi, 45,84 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh7, X3, Cavabdeh8, X12 və x1oğlunun həmin mənzilə istifadə hüququnun itirilməsi, həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsini; X15 məxsus B akı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində istifadədə olan 0,06926 ha torpaq sahəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kvadrat metr ümumi, 14.5 kvadrat metr əsas sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X13 həmin qeyri yaşayış sahəsindən çıxarılması, qeyri yaşayış sahəsinin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı QSC-nin nümayəndəsi X7, Cavabdeh6 vəfat etdiyinə əsaslanaraq iddia tələblərinin dəyişdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, cavabdehlər x1oğlundan, X11, Cavabdeh3, Cavabdeh10 və Cavabdeh5 müştərək qaydada, Cavabdeh6 faktiki vərəsələri Cavabdeh7, X4, Cavabdeh8 və X9 bərabər surətdə İddiaçı QSC-n in xeyrinə: 02R000019798 saylı kredit razılaşması üzrə 15154,78 ABŞ dolları kredit borcu, 6288,39 ABŞ dolları faiz borcu və28282,06 ABŞ dolları cərimə olmaqla cəmi 49725,23 ABŞ dolları, 02R000021829 saylı kredit razılaşması üzrə 52309,23 ABŞ dolları kredit borcu, 20718,81 ABŞ dolları faiz borcu, 95904,61 ABŞ dolları cərimə olmaqla cəmi 168932,65 ABŞ dolları, 02R000023974 saylı kredit razılaşması üzrə 7477,20 ABŞ dolları kredit borcu, 10631,49 ABŞ dolları faiz borcu, 51313,95 ABŞ dolları cərimə olmaqla cəmi 69422,64 ABŞ dolları, 02R000029026 saylı kredit razılaşması üzrə 17050,09 ABŞ dolları kredit borcu, 6110,09 ABŞ dolları faiz borcu, 44940,46 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 68100,64 ABŞ dolları, 4 (dörd) kredit razılaşması üzrə ümumilikdə cəmi 356181 (üç yüz əlli altı min yüz səks ən bir) ABŞ Dolları 16 (on altı) sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının tutulması; Tələbin Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 12 nömrəli binanın 71,84 m2 ümumi, 45,84 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 14 nömrəli mənzilinə, Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kvadrat metr ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 17 nömrəli binanın yarımzirzəmisində 28.6 kvadrat metr ümumi, 22.08 kvadrat metr əsas, 5.8 kvadrat metr köməkçi sahədən ibarət qeyri-y aşayış sahəsinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və cəmi 356181 (üç yüz əlli altı min yüz səksən bir) ABŞ Dolları 16 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun x1oğlundan, X11, Cavabdeh3, Cavabdeh10, Cavabdeh5 və müştərək qaydada, Cavabdeh6 faktiki vərəsələri Cavabdeh7, X4, Cavabdeh8 ümumi qaydada İddiaçı QSCnin xeyrinə tutulması; Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 12 nömrəli binanın 71,84 m2ümumi, 45,84 m2 yaşayış s ahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh7, X3, Cavabdeh8, X12 və x1oğlunun həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 17 nömrəli binanın yarımzirzəmisində 28.6 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə a lıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, x1oğlu kredit borcundan 24845,22 ABŞ dollarıödəmiş, onun 15154,78 ABŞ dolları borcu qalmışdır. 20.11.2015-ci il tarixinə faiz borcu 6288,39 ABŞ dolları, cərimə 28282,06 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, x1oğlu kredit borcundan 37690,77 ABŞ dollarıödəmiş, onun 52309,23 ABŞ dolları borcu qalmışdır. 20.11.2015-ci il tarixinə faiz borcu 20718,81 ABŞ dolları, cərimə 95904,61 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, x1oğlu kredit borcundan 10522,80 ABŞ dollarıödəmiş, onun 28477,20 ABŞ dolları borcu qalmışdır. 20.11.2015-ci il tarixinə faiz borcu 10631,49 ABŞ dolları, cərimə 51313,95 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, x1oğlu kredit borcundan 2949,91 ABŞ dollarıödəmiş, onun 17050,09 ABŞ dolları borcu qalmışdır. 20.11.2015-ci il tarixinə faiz borcu 6110,09 ABŞ dolları, cərimə 44940,46 ABŞ dolları təşkil edir. İddiaçı QSC-nin cavabdehlərə ünvanladığı xəbərdarlıqlara əsasən məlum olur ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi təklif edilmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. İpoteka predmetinə tutmanının yönəldilməsi haqqında bildiriş 18.11.2015-ci il tarixdə cavabdehlərə göndərilmişdir. "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 07 oktyabr 2019-cu il tarixli LF 51 nömrəli qiymətləndirmə hesabatına əsasən X5 məxsus Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsindəki yerləşən 8 saylı binanın yarım zirzəmisində qeyri yaşayış sahəsinin real bazar qiyməti 25000 manat təşkil edir. "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 07 oktyabr 2019-cu il tarixli LF 52 nömrəli qiymətləndirmə hesabatına əsasən X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsindəki yerləşən 17 saylı binanın yarım zirzəmisində qeyri yaşayış sahəsinin real bazar qiyməti 39 000 manat təşkil edir. "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 07 oktyabr 2019-cu il tarixli LF 53 nömrəli qiymətləndirmə hesabatına əsasən Cavabdeh6 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsindəki yerləşən 12 saylı binanın 14 saylı mənzilinin real bazar qiyməti 95 000 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hak im İlahə Abbasova) 06 noyabr 2019-cu il tarixli, 2(011)-15/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı QSC-nin xeyrinə cavabdehlər x1oğlundan, X11, Cavabdeh3, Cavabdeh10 və Cavabdeh5 müştərək qaydada: 02R000019798 saylı kredit razılaşması üzrə 15154,78 ABŞ dolları kredit borcu, 6288,39 ABŞ dolları faiz borcu; 2828 ABŞ dolları cərimə; 02R000021829 saylı kredit razılaşması üzrə 52309,23 ABŞ dolları kredit borcu, 20718,81 ABŞ dolları faiz borcu; 9590 ABŞ dolları cərimə; 02R000023974 saylı kredit razılaşması üzrə 7477,20 ABŞ dolları kredit borcu, 10631,49 ABŞ dolları faiz borcu; 5131 ABŞ dolları cərimə; 02R000029026 saylı kredit razılaşması üzrə 17050,09 ABŞ dolları kredit borcu, 6110,09 ABŞ dolları faiz borcu, 4494 ABŞ dolları cərimə və ipoteka predmetlərinə tutmanın yönəldi lməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqı tutulması, tələb Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 12 nömrəli binanın 71,84 kvadrat metr ümumi, 45,84 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilinə, Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kvadrat metr ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 17 nömrəli binanın yarımzirzəmisində 28.6 kvadrat metr ümumi, 22.08 kvadrat metr əsas, 5.8 kvadrat metr köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlaklar - Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 12 nömrəli binanın 71,84 kvadrat metr ümu mi, 45,84 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilin ilkin satış qiyməti 95 000 manat, Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kvadrat metr ümumi sahədən ibarət qeyri yaşayış sahəsi 25 000 manat, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 17 nömrəli binanın yarımzirzəmisində 28.6 kvadrat metr ümumi, 22.08 kvadrat metr əsas, 5.8 kvadrat metr köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 39 000 manat olmaqla açıq hərracda satılsın və satışdan əldə olunacaq məbləğ cavabdehlərin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, qeyd edilən daşınmaz əmlaklar satıldıqdan 1 ay sonra könüllü boşaldılmadıqları təqdirdə məcburi boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin, qalan 50%, yəni 15 manat iddiaçıya aid edilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə üzərinə götürdüyü ödənişləri vaxtında yerinə yetirməmiş, nəticədə bank qarşısında borc yaranmışdır. Ona görə də, iddiaçının tələb etdiyi borc məbləğləri cavabdehlərdən tutulmalıdır. Birinci instansiya məhkəməsi maliyyə sənədlərinə əsasən iddianı əsas, faiz və cərimə borcu hissələrində qismən təmin etmişdir. Məhkəmə ipoeka predmetlərinin ilkin satış qiymətini mütəxəssis rəylərinə istinad edərək müəyyən etmişdir. Cavabdeh G.Kafafi qətnamədən apellyasi ya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, əsas və faiz borcu ilə qismən, cərimə ilə razı deyildir. Bundan əlavə, ipoteka predmetlərinin ilkin satış qiyməti onu qane etmir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Şərafət Məmmədova) 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin saylı qətnaməsi mübahisələndirilən - kredit razılaşmaları üzrə borcun məbləğləri hissəsində dəyişdirilmiş, 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşması üzrə 14875,94 dolları əsas, 2936,35 ABŞ dolları faiz, 1400 ABŞ dolları cərimə müəyyən edilmiş, 26.01.2012-ci il tarixli 02R000 021829 saylı kredit razılaşması üzrə 51772,59 ABŞ dolları əsas, 16278,16 ABŞ dolları faiz, 5000 ABŞ dolları cərimə müəyyən edilmiş, 17.08.2012-ci il tarixli 02R000023974 saylı kredit razılaşması üzrə 2000 ABŞ dolları cərimə müəyyən edilmiş, 09.09.2013-cü il tarixli 02R000029026 saylı kredit razılaşması üzrə 4015,71 ABŞ dolları faiz, 1700 ABŞ dolları cərimə müəyyən edilmiş, qətnamə borcun ABŞ dolları ilə tutulması hissəsində dəyişdirilmiş, ABŞ dolları ilə ödənilən borc, ödəniləcək gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla, manatla ödənilməsi müəyyən edilmiş, qətnaməsi mübahisələndirilən - kredit razılaşması üzrə borcla bağlı qalan hissədə və ilkin satış qiyməti ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu və ipoteka qoyan olan x1oğlu kredit müqavilələri üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqavilələri üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi maliyyə sənədlərinə əsasən iddianı əsas, faiz və cərimə borcu hissələrində qismən təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi borc məbləğlərinin dəyişdirilməsi barədə qənaətini aşağıdakı kimi əsaslandırmışdır: 07.09.2007-ci il tarixli, 02L0000 00599 saylı kredit xətti müqaviləsi üzrə 4 kredit razılaşmaları 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşması; 26.01.2012-ci il tarixli 02R000021829 saylı kredit razılaşması; 17.08.2012-ci il tarixli 02R000023974 saylı kredit razılaşması; 09.09.2013-cü il tarixli 02R000029026 saylı kredit razılaşması müqavilələri bağlanmışdır. 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşması müqaviləsinin son müddəti 06.11.2014 tarixində; 26.01.2012-ci il tarixli 02R000021829 saylı kredit razılaşması müqaviləsinin son müddəti 01.06.2015-ci il tarixdə, 17.08.2012-ci il tarixli 02R000023974 saylı kredit razılaşması müqaviləsinnin son müddəti 17.12.2015-ci il tarixdə, 09.09.2013-cü il tarixli 02R000029026 saylı kredit razılaşması müqavilələsinin son müddəti 09.03.2015-ci il tari xdə qurtardığı halda maliyyə arayışı 20.11.2015-ci il tarixə verilməklə, müqavilə müddətindən sonra da, faiz hesablandığından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilə əsasən borcun məbləğinin dəqiqləşdirilməsi ilə bağlı ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2020-ci il tarixli, 9/196 saylı rəyindən görünür ki, 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşması 06.11.2014-cü il tarixə 14875,94 ABŞ dolları əsas, 2936,35 ABŞ dolları faiz borcu, 20.11.2015-ci il tarixə 14875,94 ABŞ dolları əsas borc, 6336,33 ABŞ dolları faiz borcu vardır. 26.01.2012-ci il tarixli 02R000021829 saylı kredit razılaşması müqaviləsi 01.06.2015-ci il tarixə 51772,59 ABŞ dolları əsas, 16278,16 ABŞ dolları faiz, 20.11.2015 -ci il tarixə 51772,59 ABŞ dolları əsas, 21382,08 ABŞ dolları faiz borcu vardır. 17.08.2012-ci il tarixli 02R000023974 saylı kredit razılaşması üzrə 20.11.2015-ci il tarixə 28295,25 ABŞ dolları əsas, 10893,67 ABŞ dolları faiz, 17.12.2015-ci il tarixə 28295,25 ABŞ dolları əsas, 11318,10 ABŞ dolları faiz borcu vardır. 09.09.2013-cü il tarixli 02R000029026 saylı kredit razılaşması üzrə 09.03.2015-ci il tarixə 17059,89 ABŞ dolları əsas, 4015,71 ABŞ dolları faiz, 20.11.2015-ci il tarixə 17059,89 ABŞ dolları əsas, 6275,67 ABŞ dolları faiz borcu vardır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib o lunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə rəyi nəzərə alaraq kredit razılaşmaları üzrə tələb edilən əsas və faiz borclarını rəyə uyğun dəyişdirmişdir. Məhkəmə həmçinin Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək hesab etmişdir ki, kredit razılaşmaları üzrə cərimə məbləği tənasübsüz olaraq çox olduğundan azaldılmalıdır. Son nəticədə məhkəmə belə qənaətə gəlmişdir ki: 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit raz ılaşması üzrə əsas, faiz və cərimə borcu dəyişdirilərək, 14875,94 ABŞ dolları əsas, 2936,35 ABŞ dolları faiz, 1400 ABŞ dolları cərimə tutulmalıdır. 26.01.2012-ci il tarixli 02R000021829 saylı kredit razılaşması üzrə əsas, faiz və cərimə borcu dəyişdirilərək, 51772,59 ABŞ dolları əsas, 16278,16 ABŞ dolları faiz, 5000 ABŞ dolları cərimə tutulmalıdır. 17.08.2012-ci il tarixli 02R000023974 saylı kredit razılaşması üzrə cərimə borcu dəyişdirilərək 2000 ABŞ dolları cərimə tutulmalıdır. Əsas borc maliyyə arayışında 28477,20 ABŞ dolları, ekspert rəyində 28295,25 ABŞ dolları qeyd olunsa da, məhkəmə əsas borcu 7477,20 ABŞ dolları götürmüşdür. Məhkəmə tərəfindən müəyyən edilmiş əsas borc məbləği Bank tərəfindən mübahisələndirilmədiyindən, həmin məbləğ maliyyə arayışı və ekspert rəyindən qeyd olunan m əbləğlərdən az olduğundan, apellyasiya instansiyası məhkəməsi əsas borcun dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdirir. Həmçinin ekspert rəyində müəyyən olunun faiz borcu çox olduğundan, məhkəmə hesab etmişdir ki, faiz borcu dəyişdirilməməlidir. 09.09.2013-cü il tarixli 02R000029026 saylı kredit razılaşması üzrə faiz və cərimə borcu dəyişdirilərək, 4015,71 ABŞ dolları faiz, 1700 ABŞ dolları cərimə tutulmalıdır. Məhkəmə cavabdehin apellyasiya şikayətinin digər dəlili ilə bağlı, yəni ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə, müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya şikayətinin dəlili olaraq a pellyasiya mərhələsində ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə həyata keçirmişdir. "xxxx" MMC-nin 16.11.2020-ci il tarixli, 16-11/20-AM-MOY saylı rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 12 nömrəli binanın 71,84 kvadrat metr ümumi, 45,84 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilin noyabr 2020-ci il tarixə real bazar qiyməti 93000 manat, likvid qiyməti 90000 manat, Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kvadrat metr ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin noyabr 2020-ci il tarixə real bazar qiyməti 21000 manat, likvid qiyməti 19000 manat, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 17 nömrəli binanın yarımzirzəmi sində 28.6 kvadrat metr ümumi, 22.08 kvadrat metr əsas, 5.8 kvadrat metr köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin noyabr 2020-ci il tarixə real bazar qiyməti 37000 manat, likvid qiyməti 35000 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, qiymətləndirmə ilə bağlı rəylər kifayət qədər əsaslandırılmış, əmlakların mövcud bazar dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfin ipoteka predmeti olan əmlakların qiymətinin aşağı olması ilə bağlı dəlili məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır, əksinə ipoteka predmetlərinin ilkin satış dəyərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş qiymətdən aşağı olduğu müəyyən olunmuşdur. Cavabdeh G.Kafafi (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Ümumi borc məbləği ilə razı deyil. Ekspert rəyi əsassızdır. İpoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayəti nə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh x1oğlunun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mü mkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzər də tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübut lara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh G.Kafafi qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə
34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəb ul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin bir dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası qeyd ol unanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh x1oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-255/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.