Məhkəmə qərarları › İş №2(102)-4463/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4463/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4463/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişi, azadolma məbləği, cərimə, mənəvi zərər) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və X1 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı 1. “xxxx” ASC və İddiaçı arasında bağlanmış xx xxxx 2017-ci il tarixli sığorta müqaviləsinə (“xxxx” ASC tərəfindən verilmiş həmin tarixli “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” şəhadətnaməsinə) əsasən, iddiaçıya məxsus “Nissan Sunny” markalı, 10UO610 dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat hadisəsi sığorta risklərindən 14.400 manat sığorta məbləği olaraq xx xxxx 2014-cü il tarixdən xx xxxx 2019-cu il tarixədək sığortalanmışdır. Sığorta müqaviləsi qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, yəni sığortalanmış avtomobilin alın şüşəsinə daş dəyməklə, həmin şüşədə qırıq əmələ gəlmiş və bununla iddiaçıya zərər vurulmuşdur. Cavabdeh şirkət sığorta hadisəsinin baş verməsini qəbul etmiş və avtomobilə vurulmuş ziyanın dəyərinin müəyyən olunması üçün “xxxx” MMC-yə müraciət olunmuş, həmin şirkətin xx xxxxxxxx 2019-cu il tarixli hesabatı ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus “Nissan Sunny” markalı, 10UO610 dövlət qeydiyyat nişanlı avtomobilinin ön alın şüşəsinin bərpa dəyəri orginal olaraq (quraşdırma ilə birgə) 1060 manat, Tayvan istehsalı (quraşdırma ilə birgə) 350 manat təşkil edir. Cavabdeh şirkət sığorta müqaviləsi ilə avtomobilə vurulan ziyanın original ehtiyyat hissələri ilə əvəz olunmasının nəzərdə tutulmadığını əsas gətirərək, sığorta ödənişini alın şüşəsinin Tayvan istehsalı olan dəyərinə uyğun həyata keçiriləsini təklif etmiş, iddiaçı isə bununla razılaşmayaraq avtomobilin alın şüşəsinin dəyərinin original ehtiyyat hissəsinin dəyərinə uyğun ödənilməsini sığorta şirkətindən tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, sığorta ödənişi qismində 1.060 manatın, qətnamənin elan edildiyi günə qədər hər gün üçün 1% olmaqla cərimənin, ekspertizaya ödənilmiş 50 manat, mənəvi zərərə görə 10.000 manat vəsaitin cavabdeh “xxxx” ASCdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) xx xxxxxx 2019cu il tarixli, 1 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, “xxxx” ASC-dən 1060 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, 31 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

4. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh sığorta müqaviləsindən irəli gələn öhdəliyini icra etməmiş və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə, İddiaçı və cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi sığorta ödənişinin tutulması hissəsində dəyişdirilmiş, “xxxx” ASC-dən sığorta ödənişi qismində 960 (doqquz yüz altmış) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, qətnamənin cərimə tələbinin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, “xxxx” ASC-dən sığorta ödənişini qanunla müəyyən olunmuş müddətdə icra etmədiyi üçün cərimə olaraq 207,36 manat (iki yüz yeddi manat otuz altı qəpik) məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, qətnamənin iddianın təmin olunmamış qalan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya məhkəməsi qətnamə ilə müəyyən etmişdir ki, “xxxx” ASC-dən İddiaçı xeyrinə tutulan məbləğ 960 (doqquz yüz altmış) manat sığorta ödənişi, 207,36 manat (iki yüz yeddi manat otuz altı qəpik) cərimə, 31 manat iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı olmaqla, cəmi 1198,36 manat (bir min bir yüz doxsan səkkiz manat otuz altı qəpik) təşkil edir. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları ape lyatorların özlərinə aid edilmişdir.

6. Apelyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması haqında birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşsa da, sığorta ödənişindən azadolma məbləğinin çıxılmalı, habelə sığorta ödənişinin gecikdirilməsinə görə qanunla müəyyən edilmiş cərimə məbləğinin tutulmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçının mənəvi ziyanla bağlı tələbinin təmin olunması üçün əsaslar iş materiallarında müəyyən olunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

7. İddiaçı kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində (mənəvi zərərlə bağlı) ləğv edilməsi, həmin hissədə iddia tələblərini n tam təmin olunaraq “xxxx” ASC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat vəsaitin tutularaq ona ödənilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi işə baxan zaman cavabdehin qanunsuz olaraq ödəniş etməkdən imtinasını sübut edilmiş hesab edir və iddianı təmin edir, eyni zamanda imtinanın qanunsuz olması olması ilə bağlı cərimə tələbini təmin edir. Ancaq nədənsə iddiaçının uzun müddət ərzində cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirməsini, müqavilə ilə şirkətin üzərinə düşən öhdəliklərin icrasından imtinasını, iddiaçının aldadılma, pulunun itirilməsi, bəzən isə hətta qanunsuz mənimsənilməsi kimi hisslərinin onda mənəvi sarsıntı keçirməsi, şüuruna mənfi təsir etməsini yuxarıd a sadalanan qanunsuz hərəkətlərlə əlaqəli olmayan hal kimi qiymətləndirilməsi anlaşılmazdır.

9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın 350 manat olmaqla təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığortalanmış avtomobilə dəymiş zərər 350 manat məbləğində müəyyən olunmuş və bu həcmdə ödənişin verilməsinə razılıq barədə iddiaçıya məktub göndərilmişdir. Şirkət tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilməmiş, sığorta qanunvericiliyinə uyğun qaydada avtomobilin hadisədən öncəki vəziyyətə gətirilməsi üçün ön alın şüşəsinin dəyişdirilməsinə razılıq verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilmə sinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

17. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

18. Maddə 889.1 Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.

19. Maddə 898.1, 898.2 və 898.4. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir.

20. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fə aliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

21. Maddə

926. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.

22. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

23. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

26. Məhkəmə kollegiyası, qətnaməni tərəflərin mübahisələndirdikləri hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhk əməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, apelyasiya məhkəməsi işin yuxarıda qeyd olunan faktiki hallarına (§ 1) istinad edərək bildirmişdir ki, mübahisənin mahiyyəti sığorta ödənişinin məbləğinin hansı əsasla müəyyən edilməli olmasından ibarətdir. İşə baxmış birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspert rəyi ilə İddiaçı avtomobilinə dəymiş ziyanın aradan qal dırılması üçün 1060 manat məbləğində vəsait gərəklidir, bu zərər cavabdeh tərəfindən sığortalandığından, onun əvəzi iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsi ilə iddiaçının sahibliyində olan avtomobilin tam sığortası həyata keçirildiyindən cavabdeh şirkət orijinal olmayan ehtiyat hissələrinin dəyərinə uyğun olaraq ziyanın əvəzinin ödənilməsinə dair mövqeyi əsassızdır. Bu səbəbdən məhz orijinal ön alın şüşəsinin dəyərinin əsas götürməklə sığorta ödənişinin məbləğinin müəyyən edilməsi əsaslıdır.

30. Bununla belə, apelyasiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğ müəyyən edilərkən sığorta müqaviləsində göstərilmiş şərtsiz azadolma məbləğinin (§ 19) nəzərə alınmamasını əsassız saymışdır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin 1-ci hissəsinə əsasən minik avtomobilin KASKO sığortası üzrə azadolma 100 manat təşkil edir. Həmin Şəhadətnaməyə əlavə şərtlərin 5-ci bəndinə əsasən sığorta hadisəsi zamanı yalnız damın şüşəsi (lyuk), ön və arxa şüşələrə və ya pəncərələrə, avtomobilin təkərlərinə (disk və şin) və ya disklərinə hər hansı bir ziyan dəydiyi təqdirdə hər bir halda şəhadətnamədə qeyd olunan azadolma məbləğindən az olmamaqla, dəymiş ziyan məbləğinin 50%-i həcmində şərtsiz azadolma tətbiq ediləcək. Lakin tərəflər arasında bağlanmış Sığorta şəhadətnaməsinin əlavə şərtlərinə dair xx xxxx 2014-cü il tarixli razılaşmaya əsasən Sığortalıya məxsus fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə P Mİ010235 saylı sığorta şəhadətnaməsinin 5-ci bəndində qeyd edilmiş şərtsiz azadolma məbləği tətbiq olunmur. Sığorta hadisəsi zamanı yalnız PMİ010235 saylı sığorta şəhadətnaməsində qeyd edilmiş azadolma məbləği tətbiq edilir. Bu səbəbdən sığorta ödənişindən 100 manat şərtsiz azadolma çıxılmalı və qalan 960 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Apelyasiya məhkəməsi sığorta ödənişinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1% olmaqla vəsaitin tutularaq iddiaçıya ödənilməsinin təmin edilməsinə dair iddiaçının apellyasiya şikayətinin dəlili ilə qismən razılaşmışdır.

32. Bu xüsusatla bağlı maddi hüquq normalarına (§22-23) istinad edən apelyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh iddiaçıya sığorta ödənişini vermədiyindən və onun imtinasının əsassız olma sı məhkəmə tərəfindən təsdiq olunduğundan, iddiaçının Azərbaycan Respublikası MM-in 934.2-ci maddəsinə uyğun dəbbə pulu tələb etmək hüququ olmuşdur. Odur ki, cavabdehin iddiaçıya imtina məktubunu xx xxxx 2019-cu il tarixdə verdiyini nəzərə alınaraq, dəbbə pulunun məhz həmin tarixdən qətnamənin qəbul edildiyi tarixədək olan 216 gün üçün ödənilməli olduğu qənaətinə gəlinmiş və 960 manatın hər günə 0,1 faiz olmaqla, göstərilən müddət üçün ümumilikdə 207,36 manat (960 manat x 0,1% = 0,96 manat x 216 gün = 207,36 manat) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur.

33. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mənəvi ziyanla bağlı dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. 34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, “mən əvi zərər” anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

35. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı işdə isə iddiaçının mənəvi ziyanla bağlı iddiasının təmin olunması üçün əsaslar müəyyən olunmur.

36. Məhkəmə kollegiyası iddiaçnın pozulmuş hüquqlarının ümumilikdə 960 manat təşkil edən sığo rta ödənişinin gecikdirilməsinə görə 207,36 manat cərimə də tutulmaqla bərpa edildiyini nəzərə alaraq, apelyasiya məhkəməsinin mənəvi zərər tələbi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

37. Odur ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar