Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4463/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti, qiymətləndirmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-240/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən iddi açı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – iddiaçı və ya Bank) “Neftçilər” filialı ilə Cavabdeh1 (bundan sonra – borcalan) arasında bağlanmış 25 iyun 2015-ci il tarixli, SMN-00015-17/15U nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya 36 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 150.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı üçün eyni tarixdə Bankla Cavabdeh2 (bundan sonra – zamin) arasında zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa, həmin tarixdə Bankla Cavabdeh1 arasında SMMG-00015-17/15U nömrəli ipot eka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, sonuncuya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi 2 K qeyri-yaşayış binası (Gülşən şadlıq evi, bundan sonra – ipoteka predmeti) ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankın “Neftçilər” filialı ilə borcalan arasında bağlanmış 25.06.2015-ci il tarixli, SMN-00015-17/15U nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 16.11.2017-ci il tarixə 143.241,47 ABŞ dolları əsas borc, 25.679,79 ABŞ dolları faiz borcu, 277.370,67 ABŞ dolları dəbbə pulu, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haq qı, ümumilikdə 446.291,93 ABŞ dolları və 30,4 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, 25.06.2015-ci il tarixli, SMMG-00015-17/15U nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə borcalana məxsus olan ipoteka predmetinə tutmanın yönəldilməsi, əmlakın açıq hərracda satılması və ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması və qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz ö hdəliklərini pozaraq, ödəniş müddətini dəfələrlə ötürmüş və borc öhdəliklərini yerinə yetirməmişlər. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, borcalanın 16.11.2017-ci il tarixə Banka kredit öhdəliyi üzrə 143.241,47 ABŞ dolları əsas, 25.679,79 ABŞ faiz borcu, 277.370,67 ABŞ dolları cərimə, cəmi borcu 446.291,93 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2019-cu il tarixli, 5263 nömrəli ekspert rəyinə əsasən, borcalanın 16 noyabr 2017-ci il tarixə Banka ödənilməli olan əsas borcu 144.292,27 ABŞ dolları və faiz borcu 25.679,79 ABŞ dolları müəyyən edilmişdir. "xxxx" MMC-nin 24 may 2018-ci il tarixli, 50 nömrəli mütəxəssis rəyinə əsasən, ipoteka predmetinin bazar qiymətlərinə uyğun dəyəri və ilkin satış qiyməti tə qribən 472.080 manat müəyyən edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-122/2019 nömrəli iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Yaqubov) iddia qismən təmin olunmuş, Bankın “Neftçilər” filialı ilə borcalan arasında bağlanmış 25.06.2015-ci il tarixli, SMN-00015-17/15U nömrəli kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borca görə 143.241,47 ABŞ dolları, faiz borcuna görə 25.679,79 ABŞ dolları, cərimə borcuna görə 800 ABŞ dolları olmaqla, ümumilikdə 169.721,26 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində borc, 11,50 manat məbləğində dövlət rüsumu və 0,18 manat məbləğində bank xidmət haqqının cavabd ehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddiaçının tələblərinin ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, qalan məbləğin borcalana verilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, hərraca çıxarılarkən ipoteka predmetinin ilkin satış qiymətinin 472.080 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində boşaldılması, ekspertiza tədqiqatının dəyəri olan 145 manat ekspertiza xərcindən 71 manatın cavabdehlərdən, 74 manatın isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya m əhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, Bank üzərinə götürdüyü öhdəliyi icra etmiş, lakin cavabdehlər Bank qarşısında kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişlər, buna görə də onların Bank qarşısında borcu yaranmışdır. Bu hissədə iddia tələbini qismən təmin edən məhkəmə borcun işdə olan ekspert rəyi ilə təsdiq olunduğunu qeyd etmiş və hesab etmişdir ki, Bank borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır və tələb ipotekaya qoyulmuş əmlaka yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. Bununla belə, məhkəmə dəbbə pulunun məbləğini tənasübsüz yüksək hesab edərək məbləği 800 ABŞ dollarınadək azaltmışdır. Məhkəmə, həmçinin ipoteka predme tinin ilkin satış qiymətini mütəxəssis rəyinə əsasən müəyyən etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 270.1, 317.1, 319.1, 385.1, 421.1, 421.2, 425.1, 442, 448.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İpoteka haqqında” Qanun) 33, 34.1.2, 39.3.3, 59.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 101.3, 103.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Bank apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bank apellyasiya şikayətində qətnamənin ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, ipoteka pr edmetinin ilkin satış qiymətinin 472.080 manat müəyyən edilməsi absurddur, həmin məbləğ real bazar dəyərindən qat-qat çoxdur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka predmeti 314.600 manat məbləğində dəyərləndirilmişdir. Bazar qiymətlərində hər hansı fövqəladə dəyişiklik olmadığından hər kəs tərəfindən anlaşılandır ki, 314.600 AZN məbləğində olan əmlakın 472.080 AZN məbləğində qiymətləndirilməsi mütənasiblik normalarına ziddir və qiymətləndirmə nəticəsinin doğruluğuna şübhə yaradır. Qiymətləndirmə iddiaçının hüquqlarına və maddi maraqlarına toxunduğundan tamamilə əsassız və qanunsuzdur. İş üzrə təkrar qiymətləndirilmə aparılması zərurəti yaranmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə 27.01.2020-ci il tarixli qərardadla qiymətləndirmə (əmtəəşünaslıq) ekspertiz ası təyin etmişdir. "xxxx" MMC-nin 16.03.2020-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi 2K ünvanında yerləşən ümumi sahəsi 749,2 kv.m (7,492 sot) torpaq sahəsində ümumi sahəsi 264,8 kv.m olan qeyri-yaşayış binasının bazar dəyəri 16.03.2020-ci il tarixinə 493.000 manat, 28.11.2017-ci il tarixinə 470.000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin 28.08.2020-ci tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsinin real bazar dəyəri 320.000 manat, likvid dəyəri isə 240.000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 14.09.2020-ci il tarixli qərardadı ilə qiymətləndirmə (əmtəəşünaslıq) ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 11.12.2020-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi 2K ünvanında yerləşən ümumi sahəsi 749,2 kv.m (7,492 sot) torpaq sahəsində ümumi sahəsi 264,8 kv.m olan qeyri-yaşayış binasının likvid dəyərinin bazar dəyərinin 95 faizini, yəni 460.000 manat təşkil etməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-240/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov) аpellyаsiyа şikаyəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçıdan qiymətləndirmənin dəyəri olan 300 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC Qiymətlən dirmə Şirkətinin və 300 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri təsdiq edilmədiyindən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən Bank kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Bank (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qiymətləndirmə şirkətləri tərə findən müəyyən olunan məbləğlər absurd olmaqla real bazar dəyərindən xeyli fərqlənir. Əmlakın həmin dəyərlə hərraca çıxarılması iddiaçının maddi maraqlarına ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etirazında Cavabdeh1 qeyd etmişdir ki, iş materiallarında 4 qiymətləndirmə rəyi vardır ki, həmin rəylərdə əmlakın ilkin satış qiyməti 470.000-490.000 manat müəyyən olunmuşdur. Odur ki, kassasiya şikayəti əsassızdır. Etiraza "xxxx" MMC-nin qiymətləndirmə rəyi əlavə olunmuş və qeyd edilmişdir ki, həmin rəyə əsasən ipoteka predmetinin hazırkı likvid dəyəri 470.000 manat müəyyən edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassas iya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ar aşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Bankın apellyasiya şikayəti əsasında ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə keçirilmiş qiymətləndirmə rəylərinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi hald a araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq bir neçə dəfə qiymətləndirmə təyin edilmiş və həmin dəlillər təsdiq olunmadığı üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayət təmin olunmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-240/2021 nömrəli iş üzrə 01 mart 2 021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.