Məhkəmə qərarları › İş №2(102)-4464/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4464/2020

01.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4464/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vnun və cavabdeh “xxxx” ASC-nin vəkili Rnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İ.Rüstəmli) xx.xx.2019-cu il tаrixli, xxx saylı q ətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh “xxxx” Şirkətində sığortalanmış “Opel Astra” markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Nazim oğluna vurmuş olduğu zərərin əvəzi olaraq 4200 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin “xxxx” Şirkətindən alınıb İddiaçı ödənilməsi, “X7” MMC tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat vəsaitin 75 manat hissəsinin İddiaçı, 75 manat hissəsinin isə “xxxx” Şirkətindən tutulub “X7” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xxx saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni 4200 manat pulun “xxxx” ASC-dən tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, “xxxx” ASC-dən 2100 manat sığorta ödənişinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən ona dəymiş zərərin ə vəzi olaraq 4500 pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, sığorta şirkətinin apelyasiya şikayətindən və məhkəmədə təmsil olunan nümayəndələrinin izahatından da göründüyü kimi tərəflər arasındakı mübahisə sığorta ödənişinin verilib verilməməsi ilə bağlı olmamış, ancaq ziyanın hansı hissəsindən sığorta şirkətinin məsuliyyət daşıdığının müəyyən edilməsi qeyd edilmişdir. Bakı Apellyasiya məhkəməsi də şikayətin əsasını haqlı hesab edərək icbari sığorta haqqında qanuna istinad edərək iddia tələbini qismən yəni tam yarı hissədə təmin etmişdir. Hesab edirəm ki məhkəmənin bu yan aşması qanunsuzdur. “İcbari Sığorta Haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən fiziki şəxslərə həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Məhkəmə həmin bu maddəni əsas götürərək təqsiri hər iki tərəfdə 50 %-50 % olmaqla qiy mətləndirmişdir. Məhkəmənin tərəflərin təqsirini eyni dərəcədə müəyyən etməsi əsassızdır. Çünki bir tərəfdə yetkinlik yaşına çatmış və kifayət qədər yaşı və sürücülük təcrübəsi olan, bu səbəblə də nəqliyyat vasitəsini idarə etmək hüququ qazanmış və həmin nəqliyyat vasitəsini icbari sığorta bürosunda sığortalamış şəxs olduğu halda digər tərəfdə isə yetkinlik yaşına çatmamış, öz hərəkətlərinin mənasını tam dərk edə bilməyən, məsuliyyətini başa düşməyən nümayəndəyə ehtiyacı olan azyaşlı olmuşdur. Məhkəmə bu xüsusatları nəzərə almamışdır. Hansı ki, qanunvericilik bir başa şəxsi azyaşlı olduğu üçün inzibati xətanın subyekti saymamış, onu məsuliyyətdən azad etmişdir. Həmin azyaşlının tam fəaliyyət qabiliyyəti olmamış, himayəçiyə qanuni nümayəndəyə daim ehtiyacı olmuşdur. Göründüyü kimi məhkəmə t ərəflər arasında sığorta ödənişini təqsirə mütənasib formada azaltması gərəkdiyi halda 13 yaşlı azyaşlı ilə təxmini 40-45 yaşı olan, kifayət qədər həyat təcrübəsi, sürücülük təcrübəsi olan tam fəaliyyət qabiliyyətli şəxsin davranışına eyni münasibət göstərmişdir. Halbuki, nəqliyyat vasitəsi hazırkı cavabdeh şirkətdə sığortalamış şəxs nəqliyyat vasitəsini idarə edərkən özü həmin ərazidə hansı surət ilə getməsi gərəkdiyini, kənd yolu olduğunu, qarşısına hər an uşaq və ya mal qara çaxacağını bilməsi gərəkirdi. Bu səbəblə də hesab edirlər ki, sığorta ödənişi zamanı təqsirin dərəcəsi 70 % in 30 %-ə nisbətində olmalıdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx saylı qətnaməsinin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin vəkili R kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, X6 xx.xx.2017-ci il tarixdə saat 18:00 radələrində BakıŞamaxı-Yevlax yolunun Ağsu rayonunun Gürsulu kəndi ərazisindən keçən 169,7-ci kilometrliyində idarə etdiyi “Opel Astra” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsində iki baş camışı vurmuş, daha sonra qarşı hərəkət zolağına çıxaraq əks yolda Bakı istiqamətində ehtiyat hissədə dayanmış X1 idarə etdiyi “Mercedes Benz 611D” markalı yük avtomobili ilə toqquşmuş, hadisə nəticəsində camışlar ölmüş, Səməd Əhmədov xəsarət almış, Mirpaşa Mahmudova ziyan dəymişdir. Hadisə ilə əlaqədar təhqiqat aparılmış, Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru X3 qəbul etdiyi xx.xx.2017-ci il tarixli “Cinayət işinin başlanmasının r ədd edilməsi haqqında” qərarla, “Opel Astra” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu, onun, avtomobili idarə edərkən İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi, camış heyvanlarını sutkanın məhdud görmə şəraitində yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən (yolun sağ tərəfindən soluna, yəni Gursulu kəndinə) keçirmək istəyən xx.xx.2014-cü il təvəllüdlü X2 əməlində İXM-nin 338.5.5-ci maddəsinin tərkibinin olduğu, lakin azyaşlı olduğundan İXM-nin subyekti hesab edilmədiyi qənaətinə gəlinmişdir. Apelyasiya kollegiyası qeyd etmişdir ki, “İcbari sığortalar haqqında” Qanunun 54-cü maddəsinə görə, qanun un 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar; 58.3-2-ci maddəsinə görə isə, fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Yuxarıda qeyd olunduğu kimi, cinayət təqibi orqanının qanuni qüvvədə olan qərarı ilə, iddiaçının xx.xx.2014-cü il təvəllüdlü oğlu N azim Yadigarovun camışları sutkanın məhdud görmə şəraitində yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən (yolun sağ tərəfindən soluna, yəni Gursulu kəndinə) keçirməklə İXM-nin 338.5.5-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi, lakin azyaşlı olduğundan İXM-nin subyekti hesab edilmədiyi müəyyən olunmuşdur; bu isə o deməkdir ki, cavabdeh Şirkət iddiaçıya dəymiş ziyanın müəyyən hissəsindən məsuliyyət daşıya bilər. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1103.1-ci maddəsinə görə, on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar; həmin Məcəllənin 21.3-cü ma ddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, tərəflərin baş verdiyini mübahisələndirmədikləri sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş zərər məbləği kimi birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyinin əsas götürülməsi, həmin rəylə müəyyənləşdirilmiş 4200 manat ziyan məbləğinin yalnız 2100 (iki min yüz) manat hissəsindən Şirkətin məsuliyyət daşımalı olduğu nəticəsinə gəlinməsi daha ədalətli və ağlabatandır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməs inin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kasasiya şikayətində camışları yola çıxaranın yol-nəqliyyat hadisəsi baş verdiyi zaman azyaşlı olduğuna görə məsuliyyətə cəlb edilmədiyinə, onun məsuliyyət daşıya bilməməsinə istinad edərək, zərər məbləğinin yarı-yarıya bölünməsinin qanunsuz olmasını bildirsə də qeyd edilməlidir ki, apelyasiya kollegiyasının istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103.1-ci maddəsində yetkinlik yaşına çatmayanların vurduqları ziyana görə valideynləri və qəyyumlarının məsuliyyət daşımalı olduqları hal müəyyən edilmişdir. Azyaşlının mülki zərər vurması isə iş materialları ilə öz təsdiqini tapmışdır. Onun inzibati məsuliyyətə cəlb edilmə bilməməsi yaşı ilə əlaqədar olsa da, bu o demək deyi ldir ki, onun valideyn və qəyyumu mülki məsuliyyətdən azaddır. Hazırki halda da azyaşlının valideyn və ya qəyyumunun mülki məsuliyyətdən azad olunmalı olmasına, tam mülki məsuliyyətin cavabdeh təşkilatın üzərində olmasına da iş materiallarında hər hansı sübut müəyyən edilmir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edi lməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar