Məhkəmə qərarları › İş №2(102)-4465/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4465/2023

19.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4465/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3673/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə abonent Cav abdeh arasında xx.xx.2020-ci il tarixində D-4413 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0003 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İB Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 7356,55 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3116, manat və 121,42 manat ödənilmiş dövlət rüs umu əvəzinin, ümumilikdə 10 594,87 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfi ndən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuşdur. xx.xx.2012-ci il tarixli 030642 saylı akt əsasında 151,20 manat, xx.xx.2012-ci il tarixli 035821 saylı akt əsasında 194,40 manat, xx.xx.2013-cü il tarixli 075444 saylı akt əsasında 158,40 manat, xx.xx.2015-ci il tarixli 088285 saylı akt əsasında 284,40 manat, xx.xx.2016-cı il tarixli 092953 sayl ı akt əsasında 291,60 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 200,80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,10 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 237,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 226,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 146,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 191,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 116 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 55,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 708 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 293,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 149,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 67,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 266,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 241,20 manat, cəmi 7419,30 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 151,20 manat zərərdən 62,75 manat məbləğində ödəniş etmişdir. Beləliklə hesablanmış dəymiş maddi zərər üzrə qalıq məbləği 7356,55 manat məbləğində təşkil edir. Cavabdehin ödənilməm iş 2020-ci ilin yanvar-dekabr ayları üzrə 730,60 manat borcu və limitdən əlavə 23,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvardekabr ayları üzrə 1177,05 manat borcu və limitdən əlavə 21,90 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-noyabr ayları üzrə 975,87 manat sərfiyyat borcu və limitdən əlavə 45,88 manat sərfiyyat borcu, cəmi 2974,70 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, sayğac dəyişikliyindən sonra isə abonentin 147,20 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir. (2974,70+147,20=3121,90) 2020-ci ilin yanvar ayından 2022-ci ilin noyabr ayına qədər cavabdeh cəmi 5 manat məbləğində ödəniş etmişdir. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 3116,90 (üç min bir yüz on altı manat 90 qəpik) manat borc u (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldo üzrə ümumi 10.473,45 (on min dörd yüz yetmiş üç manat 45 qəpik) manat təşkil etməkdədir.

4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, e-2(008)1426/2023 nömrəli qətnaməsi ilə (hakim N.A.Cəfərli) iddia qismən təmin edilərək, cavabdehdən 2974.70 manat debitor borcun, 142.20 manat dəymiş ziyanın tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk öncə iddia tələbinin xx.xx.2012-ci il tarixli 030642 saylı, xx.xx.2012-ci il tarixli 035821 saylı, xx.xx.2013-cü il tarixli 075444 saylı, xx.xx.2015-ci il tarixli 088285 saylı aktlara əsasən hesablanmı ş cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən aktlar mülki işin materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin aktlara münasibətdə təmin edilə bilməz.

6. Məhkəmə iddia tələbinin digər aktlara münasibətdə hesablanmış cərimənin cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən yalnız cavabdehin etirafı hissəsində təmin edilməli, digər aktlara münasibətdə isə hesab edir ki, sözügedən aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə cavabdehə məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə almaması, bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarix göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması ak tların düzgülüyünə şübhə yaratmış olduğundan iddia tələbi bu hissəsində təmin edilə bilməz. Məhkəmə hesab edir ki, abonent- cavabdehin təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız onun etiraf etmiş olduğu xx.xx.2019-cu il tarixli, ******* saylı nömrəli akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminin 1422 kubmetr olduğu müəyyən olunmuşdur. Lakin məhkəmə sözügedən akt ilə iddiaçı tərəfindən hesablanmış borcun şişirdilmiş olması qənaətinə gələrək qeyd edir ki, 1422 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 142.20 manat edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 142.20 manat həcmində təmin edir. Bundan başqa məhkəmə iddia tələbinin 1056.19 manat olan qalıq borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh məxsus saldodan müəyyən edilir ki, cavabdehin 2020-ci ilin sonu üçün 730.60 manat sərfiyyat borcu, 23.40 manat həmin ilin sonu üçün hesablanmış yeni tarif keçidi ilə əlaqədar olan borc, 2021-ci ilin sonu üçün 1177.05 manat sərfiyyat borcu, 21.90 manat həmin ilin sonu üçün hesablanmış yeni tarif keçidi ilə əlaqədar olan borc, 2022-ci ilin noyabr ayının sonu üçün 975.87 manat sərfiyyat borcu, 45.88 manat həmin ilin sonu üçün hesablanmış yeni tarif keçidi ilə əlaqədar olan borc olması müəyyən edildiyindən, iddia tələbi sərfiyyat borcunun tutulması hissəsində qismən 2974.70 manat olan hissədə təmin edilə bilər.

7. Məhkəmə öz hüquqi mövqeyin i Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 88, 107, 119.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən q az xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X1nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və hər dəfə qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi Cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məblə ğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəfimizdən əlavə edilmiş sübutlar iddia tələbimizin tam təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir.

10. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2(103)3673/2023 saylı qətnaməsi ilə (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mardanova və E.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə- iddianın təmin edilməməsi hissəsində qismən ləğv edilmiş, həmin hissədə yeni qətnam ə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehdən dəymiş zərərə görə iddiaçının xeyrinə 1641,6 manat pulun tutulması və qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsində apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edib və sözügedən aktlara əsasən dəymiş zərərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamaqla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, abonent tərəfindən aktlar tərtib edilən illər üzrə istifadə edilən qaz sərfiyyatına görə hər hansı bir ödəniş edilməmişdir. Lakin işin faktiki hallarından, eləcə də cavabdehin özünün birinci instansiya məhkəməsində verdiyi izahatdan görünür ki, təbii qazdan istifadə etmişdir. Bunun müqab ilində isə hər hansı məbləğdə ödəniş həyata keçirməmişdir. Bu isə ağlabatan görünməməklə həqiqəti əks etdirə bilməz.

12. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən yalnız cavabdehin qəbul etdiyi aktlar üzrə zərərin tutulması qalan bütün aktlar üzrə tam olaraq təmin edilməməsi əsaslı hesab edilə bilməz. Belə ki, sözügedən illər ərzində abonent tərəfindən hər hansı bir ödəniş edilməməsi X1nı pozmaqla ondan qeyri-qanuni istifadə edilməsi halını daha da real olmasına dəlalət edir. Bununla bağlı təqdim edilən fotoşəkillərdə mövcuddur və şəkillərin cavabdehin evinə məxsus olması da mübahisələndirilməməklə cavabdeh yalnız bir dəfə qazdan sayğacdan kənar istifadə etməsini bildirmişdir.

13. Lakin, məhkəmə kollegiyası qeyd etmişdir ki, zərər iddia ərizəsində tələb edilən məbləğdə tutu la bilməz. Belə ki, tərtib edilən aktlarda hesablanması müəyyən edilən aktlar üzrə sərfiyyat və ona görə hesablanan məbləğ reallığı əks etdirmir. Nəzərə alsaq ki, 2016-ci ildən 2021-ci ilin aprel ayınadək keçən müddət ərzində aktlar tərtib edilmişdir ki, ümumilikdə 33 aktdan ibarət olmaqla 3 ilə yaxın müddət edir. Ümumilikdə isə məhkəmə iddiaçı tərəfindən qəbul edilən xx.xx.2019 aktın doğruluğunu qəbul etsə də, digər aktların düzgün olmamasını bildirmiş, lakin bunu aktların şübhə doğurması əsası ilə əsaslandırmışdır. Halbuki, cavabdehin hər hansı aktı qəbul etməsi digər aktların əsassız olması qənaətinə gəlməyə əsas vermir. Uzun müddət ərzində cavabdeh tərəfin heç bir ödənişi olmaması X1nın pozulması barədə aktlarda göstərilən səbəblərin baş verməsinin doğruluğunu daha qəbul edilən olmasın a əsas verir. Belə olan halda məhkəmə həmin aktlar üzrə hesablamaların düzgün aparılmamasına qeyd edilən prizmadan yanaşmaqla əsaslandırmalı olduğu halda bunu etməmişdir.

14. Bununla belə məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən aktlara münasibətdə qətnamədə qeyd edilən məbləğin tutulması düzgün hesab edilməsə də, eyni zamanda iddiaçı tərəfindən həmin aktlar üzrə tələb edilən məbləğlərin orada qeyd edilən məbləğdə tutulması da qanuni və əsaslı hesab edilə bilməz.

15. Belə ki, iddiaçı tərəfindən tərtib edilən aktlarda bir çox hallarda qazla işləyən əşyalar üç sayda, dəmir soba, QP-4, QSSQ kimi, bəzi aktlarda isə iki sayda qeyd edilmişdir. Eyni zamanda 2016-ci ildən götürülməklə son aktın tərtib edilməsinə 33 akt tərtib edilmişdir. Lakin həmin aktlardan biri cavabdeh tərəfindən qəbul edildiyindən ona münasibət bildirilmir. Digər aktlar nəzərə alındığından 3 ilə yaxın müddət edir. Həmin keçən müddətin təxmini 32 aktdan aylar üzrə 14 ayı yaz-yay aylarına, 18 ayı isə payız-qış aylarına təsadüf edir. Eyni zamanda aktlarda qazla işləyən alətlərin işləmə saatları böyük əksəriyyət aktlarda 18, 24 saat işləməklə hesablamalar aparılmışdır. Bu isə nə qış aylarında nə də yay aylarında reallığa uyğun olmamaqla həqiqəti əks etdirmir. Bəzi aktlarda müqavilədə göstərilməməsinə baxmayaraq PQ-4 və başqa alətdə göstərilmişdir. Bəzi aktlarda isə soyuq olmayan aylarda dəmir soba üçün hesablamalar aparılmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bəzi aktlar üzrə isə aylıq zərər qismində hesablama aparılarkən 1 aylıq müddətə görə 293, 284, 259, 252, 237 manat zərərlər hesablanmışdır. Bu isə özlüyündə həmin aktlar üzrə hesablanan məbləğlərin reallıqdan kənar olduğunu təsdiq edir. Fərdi yaşayış evi üzrə aylıq bu məbləğdə qaz sərfiyyatının olması həm reallıq baxımından uyğun gəlmir, həm də əvvəlki illər üzrə də aylıq sərfiyyata baxıldığı zaman tam uyğunsuzluq yaratmaqla həqiqəti əks etdirə bilməz.

17. Bunu nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, həmin aktlar üzrə zərərin hesablanması aparılarkən dəmir soba ilə bağlı hissə 18 ay (qış ayları) götürülməklə hesablanmalıdır və dəymiş zərərin məbləği də bu həddə nəzərə alınmalıdır. Bundan əlavə əksəriyyət aktlar da göstərilən digər qaz işlədiciləri kimi göstərilən QP-4, QSSQ-yə münasibətdə isə gündəlik iş rejimi kimi 18, 24 saat hesablanma aparılmışdır ki, məhkəmə kollegiyası bunu da mümkün hesab etməməklə həqiqəti əks etdirməməsi qənaətinə gəlir. Belə ki, 4 gözlü qazın təyinatı nəzərə alındığından 24 saat istifadə edilməsi ağlabatan deyil. Eyni zamanda su qızdırıcısı funksiyasını yerinə yetirən qaz işlədicisinin də gündəlik 24 saat işlədilməsi ağlabatan görünmür. Belə olan halda həmin işlədicilər üzrə 32 ay ərzində aylıq işləmə saatları və maksimal saatlıq qaz sərfi ağlabatan saat götürülməklə hesablanmalı və dəymiş zərərin məbləği də bu həddə nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, bu iki işlədiciyə münasibətdə fəsil nəzərə alınmadan 32 ay müddətində hesablanma aparılmalıdır.

18. Məhkəmə kollegiyası hesab edir ki, aktlara görə qeyd edilən məbləğlərdə zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 1096.1., 1096.2., 1097.1-ci maddələrinə, Mülki-Prosessual Məcəllənin 14.2., 77.1., 384.0.2., 385.2., 402.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin “iddia tələbinin təmin edilməyən hissəsində” ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qanunsuz istifadəyə görə iddiaçıya vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə ça lışmış və xüsusi bilik tələb edən bu məsələdə səhv nəticəyə gəlməklə iddiaçının qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktları apellyasiya instansiya məhkəmə tərəfindən qəbul edildiyi üçün iddiaçıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin, apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmiş və qanunsuz qətnamə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosu və Gasrep çıxarışından da məlum olur ki, təbii X1nın pozulmasına dair aktların tərtib olunduğu dövrdə cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə heç bir ödəniş edil məmişdir. Bu hal da sübut edir ki, göstərilən dövrdə cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1” 23. 6.5-ci bənd. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

24. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazə siz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öh dəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi sözügedən aktlara əsasən dəymiş zərərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamaqla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, abonent tərəfindən aktlar tərtib edilən illər üzrə istifadə edilən qaz sərfiyyatına görə hər hansı bir ödəniş edilməmişdir. Lakin işin faktiki hallarından, eləcə də cavabdehin özünün birinci instansiya məhkəməsində verdiyi izahatdan görünür ki, təbii qazdan istifadə etmişdir. Bunun müqabilində isə hər hansı məbləğdə ödəniş həyata keçirməmişdir. Bu isə ağlabatan görünməməklə həqiqəti əks etdirə bilməz.

38. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən yalnız cavabdehin qəbul etdiyi aktlar üzrə zərərin tutulması qalan bütün aktlar üzrə tam olaraq təmin edilməməsi əsaslı hesab edilə bilməz. Belə ki, sözügedən illər ərzində abonent tərəfindən hər hansı bir ödəniş edilməməsi X1nı pozmaqla ondan qeyri-qanuni istifadə edilməsi halını daha da real olmasına dəlalət edir. Bununla bağlı təqdim edilən fotoşəkillərdə mövcuddur və şəkillərin cavabdehin evinə məxsus olması da mübahisələndirilməməklə cavabdeh yalnız bir dəfə qazdan sayğacdan kənar istifadə etməsini bildirmişdir.

39. Lakin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, zərər iddia ərizəsində tələb edilən məbləğdə tutula bilməz. Belə ki, tərtib edilən aktlarda hesablanması müəyyən edilən aktlar üzrə sərfiyyat və ona görə hesablanan məbləğ reallığı əks etdirmir. Nəzərə alsaq ki, 2016-ci ildən 2021-ci ilin aprel ayınadək keçən müddət ərzində aktlar tərtib edilmişdir ki, ümumilikdə 33 aktdan ibarət olmaqla 3 ilə yaxın müddət edir. Ümumilikdə isə məhkəmə iddiaçı tərəfindən qəbul edilən xx.xx.2019 aktın doğruluğunu qəbul etsə də, digər aktların düzgün olmamasını bildirmiş, lakin bunu aktların şübhə doğurması əsası ilə əsaslandırmışdır. Halbuki, cavabdehin hər hansı aktı qəbul etməsi digər aktların əsassız olması qənaətinə gəlməyə əsas vermir. Uzun müddət ərzində cavabdeh tərəfin heç bir ödənişi olmaması X1nın pozulması barədə aktlarda göstərilən səbəblərin baş verməsinin doğruluğunu daha qəbul edilən olmasına əsas verir. Belə olan halda məhkəmə həmin aktlar üzrə hesablamaların düzgün aparılmamasına qeyd edilən prizmadan yanaşmaqla əsaslandırmalı olduğu halda bunu etməmişdir.

40. Bununla belə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən aktlara münasibətdə qətnamədə qeyd edilən məbləğin tutulması düzgün hesab edilməsə də, eyni zamanda iddiaçı tərəfindən həmin aktlar üzrə tələb edilən məbləğlərin orada qeyd edilən məbləğdə tutulması da qanuni və əsaslı hesab edilə bilməz.

41. Belə ki, iddiaçı tərəfindən tərtib edilən aktlarda bir çox hallarda qazla işləyən əşyalar üç sayda, dəmir soba, QP-4, QSSQ kimi, bəzi aktlarda isə iki sayda qeyd edilmişdir. Eyni zamanda 2016-ci ildən götürülməklə son aktı n tərtib edilməsinə 33 akt tərtib edilmişdir. Lakin həmin aktlardan biri cavabdeh tərəfindən qəbul edildiyindən ona münasibət bildirilmir. Digər aktlar nəzərə alındığından 3 ilə yaxın müddət edir. Həmin keçən müddətin təxmini 32 aktdan aylar üzrə 14 ayı yaz-yay aylarına, 18 ayı isə payız-qış aylarına təsadüf edir. Eyni zamanda aktlarda qazla işləyən alətlərin işləmə saatları böyük əksəriyyət aktlarda 18, 24 saat işləməklə hesablamalar aparılmışdır. Bu isə nə qış aylarında nə də yay aylarında reallığa uyğun olmamaqla həqiqəti əks etdirmir. Bəzi aktlarda müqavilədə göstərilməməsinə baxmayaraq PQ-4 və başqa alətdə göstərilmişdir. Bəzi aktlarda isə soyuq olmayan aylarda dəmir soba üçün hesablamalar aparılmışdır.

42. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, bəzi aktlar üzrə isə aylıq zərər qismində hesablama aparılarkən 1 aylıq müddətə görə 293, 284, 259, 252, 237 manat zərərlər hesablanmışdır. Bu isə özlüyündə həmin aktlar üzrə hesablanan məbləğlərin reallıqdan kənar olduğunu təsdiq edir. Fərdi yaşayış evi üzrə aylıq bu məbləğdə qaz sərfiyyatının olması həm reallıq baxımından uyğun gəlmir, həm də əvvəlki illər üzrə də aylıq sərfiyyata baxıldığı zaman tam uyğunsuzluq yaratmaqla həqiqəti əks etdirə bilməz.

43. Bunu nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin aktlar üzrə zərərin hesablanması aparılarkən dəmir soba ilə bağlı hissə 18 ay (qış ayları) götürülməklə hesablanmalıdır və dəymiş zərərin məbləği də bu həddə nəzərə alınmalıdır. Bundan əlavə əksəriyyət aktlar da göstərilən digər qazişlədiciləri kimi göstərilən QP-4, QSSQ-yə m ünasibətdə isə gündəlik iş rejimi kimi 18, 24 saat hesablanma aparılmışdır ki, məhkəmə kollegiyası bunu da mümkün hesab etməməklə həqiqəti əks etdirməməsi qənaətinə gəlir. Belə ki, 4 gözlü qazın təyinatı nəzərə alındığından 24 saat istifadə edilməsi ağlabatan deyil. Eyni zamanda su qızdırıcısı funksiyasını yerinə yetirən qaz işlədicisinin də gündəlik 24 saat işlədilməsi ağlabatan görünmür. Belə olan halda həmin işlədicilər üzrə 32 ay ərzində aylıq işləmə saatları və maksimal saatlıq qaz sərfi ağlabatan saat götürülməklə hesablanmalı və dəymiş zərərin məbləği də bu həddə nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, bu iki işlədiciyə münasibətdə fəsil nəzərə alınmadan 32 ay müddətində hesablanma aparılmalıdır.

44. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şika yətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı İddiaçı İB-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2 (103)-3673/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar