Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4466/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı ASC nümayəndəsi X2 və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(103)-1931/2019 saylı qətnaməsindən borclu Cavabdeh1 qanun üzrə vərəsəsi xxx qızının kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(001)3824/2018 sa ylı qətnaməsi ilə (sədrlik edən, hakim K.B.Əsədov) İddiaçı ASC cavabdehlər Cavabdeh1 qanun üzrə vərəsəsi xxx qızı və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” barədə iddiası təmin edilərək, cavabdehlərdən müştərək qaydada əsas borca görə 5.136,42 manat, ona hesablanmış faizə görə 1.108,6 manat, cəriməyə görə 689,85 manat olmaqla, cəmi 6.934,87 manat kredit brcunun tutulub iddiaçı təşkilata ödənilməsi qət edilib. Cavabehlər qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(103)-1931/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, E.Y.Şamayev və X.Ə.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilib, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Borclu Cavabdeh1 qanuni vərəsəsi xxx qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit borcunun ödənilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 12 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən borclu Cavabdeh1 24 ay müddətinə şəxsi məqsədlər üçün plastik kart vasitəsilə 10.000 manat kredit xətti açılıb. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər Cavabdeh2la 12 iyun 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanıb. 04 dekabr 2013-cü il tarixdə borclu C avabdeh1 ölüb. Bakı şəhəri, 27 saylı Notariat Kontorunun 07 fevral 2018-ci il tarixli məktubundan görünür ki, mərhum Cavabdeh1 ölümündən sonra onun arvadı xxxnın 16 yanvar 2014-cü il tarixli müraciətinə əsasən onun adına “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib. 21 fevral 2018-ci il tarixə cavabdehlərin iddiaçı təşkilata ödənilməmiş 5.136,42 manat əsas, 30 iyun 2015-ci il tarixə 1.108,60 manat faiz, 689,85 manat cərimə borcu yaranıb. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyiblər. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsas landırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilib, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı ASC nümayəndəsi Qadir Bağırzadə və vəkili Habil Cavadov kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Borclu Cavabdeh1 qanun üzrə vərəsəsi xxx, vəkili Bəhruz Bayramov və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən zamin Cavabdeh2 münasibətdə ləğv edib, iddia tələbini onu münasibətdə rədd edib, qalan hissədə dəyişdirilmədən saxlayarkən, tərəflər arasında kredit, zaminlik müqavilələri üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasına, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, zaminliyə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı təşkilat zamin Cavabdeh2 qarşı iddia irəli sürmədiyi üçün xitam v erilməsinə, iddia tələbini digər cavabdeh xxxya münasibətdə təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 477.0.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 12 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən borclu Cavabdeh1 24 ay müddətinə şəxsi məqsədlər üçün plastik kart vasitəsilə 10.000 manat kredit xətti açılıb. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər Cavabdeh2la 12 iyun 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanıb. 04 dekabr 2013-cü il tarixdə borclu Cavabdeh1 ölüb. Bakı şəhəri, 27 saylı Notariat Kontorunun 07 fevral 2018-ci il tarixli məktubundan görünür ki, mərhum Cavabdeh1 ölümündən sonra onun arvadı xxxnın 16 yanvar 2014-cü il tarixli müraciətinə əsasən onun adına “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib. İddia ərizəsindən görünür ki, 21 fevral 2018-ci il tarixə cavabdehlərin iddiaçı təşkilata ödənilməmiş 5.136,42 manat əsas, 30 iyun 2015-ci il tarixə 1.108,60 manat faiz, 689,85 manat cərimə borcu vardır. İşdən görünür ki, qətnamədən yalnız borclu Cavabdeh1 qanun üzrə vərəsəsi xxx kassasiya şikayəti verib və kassasiya şikayətində qətnaməni iddia ərizəsinin təmin edilməsi hissəsində mübahisələndirib. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Mülki Məcəllənin 739.2-ci maddəsi). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (Mülki Məcəllənin 442-ci maddəsi). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (Mülki Məcəllənin 445.2.1-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansi yası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, tərəflər arasında kredit, zaminlik müqavilələrindən irəli gəlin öhdəlik hüquq münasibətlərinin yaranması, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş borcunun olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi borclu Cavabdeh1 qanun üzrə vərəsəsi xxxya münasibətdə dəyişdirilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. Borclu Cavabdeh1 qanun üzrə vərə səsi xxx kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq nomalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhvə nəticəyə gəlməsini, mərhum Cavabdeh1 plastik kart üzrə aldığı kredit borcunun ona aidiyyətinin olmadığı, mərhum Məmmədov Əsgərovun ölümündən sonra plastik kartdan kimin istifadə etməsinin aydınlaşdırılmamasını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya inst ansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsində göstərilir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Kassasiya instansiyası məhkəməsi borclu Cavabdeh1 qanun üzrə vərəsəsi xxxnın kassasiya şikayətinin dəlillərini əsassız hesab edib qeyd edir ki, sonuncu, mərhum Cavabdeh1 miras qalmış əmlakdan ona çatan paya mütənasib surətdə iddiaçı təşkilata olan kredit borcunu ödəməyə borcludur və qanunun mənasına görə, məhz xxx miras qoyan Cavabdeh1 kredit borcunun mirasdan çox olduğunu sübut etməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Borclu Cavabdeh1 qanun üzrə vərəsəsi xxx qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(103)-1931/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4466/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4466/2019
30.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver