Məhkəmə qərarları › İş №2(102)-4466/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4466/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4466/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Tutu Nazim qızının katibliyi, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh5, Cavabdeh2,Cavabdeh4 və Cavabdeh3 qarşı verilmiş kreditin hesablanmış faizlərlə birlikdə ödənilməsi və məbləğin girova qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2020-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) iddia tələbi təmin edilmiş, Cavabdeh1 47150 (qırx yeddi min yüz əlli) manatı kredit borcunun, 12901 (on iki min doqquz yüz bir) manatı faiz borcunun, cəmi 60051 (altmış min əlli bir) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzilə olan pasport qeydiyyatlarının ləğv edilməsi və onların həmin mənzildən məcburi çıxarılması, mənzilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, mənzilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh5 verilməsi, İddiaçı ASC tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Cavabdeh5 Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2020-ci il tarixli (sədrlik edən A.İmanov, hakimlər M.Məmmədov və V.Sadıqov) qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apelyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsəl ələr: İddiaçı ASC Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 47150 (qırx yeddi min yüz əlli) manatı kredit borcunun, 12901 (on iki min doqquz yüz bir) manatı faiz borcunun, cəmi 60051 (altmış min əlli bir) manat məbləğində borcun və ödənilmiş 20 (iyrimi) manat dövlət rüsumunun ödənilməsinin, Cavabdeh5 ailə üzvləri Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ilə birlikdə ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması və mənzilin boşaldılmasının, 06 İG saylı xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinə ipoteka qoyulmuş Cavabdeh5 ünvan 1 ünvanında yerləşən mənzilinin açıq bazarda və ya hərrac yolu ilə satılması və satışdan əldə olunmuş vəsaitdən 60051 (altmış min əlli bir) manat məbləğində borcun və ödənilmiş 20 (iyrimi) manat dövlət rüsumunun “xxxx” ASC-nin 1 saylı filialının hesabına ödənilməsini təmi n edən qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra, məhkəmə baxışı zamanı İddiaçı ASC-nin 1 saylı filialının müdiri X iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdehin ailə üzvləri Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ipoteka ilə yüklü edilmiş mənzildə yaşadıqlarından, onalrın qeyd edilən məhkəmə prosesinə cavabdeh qismində cəlb edilmələrini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 47150 (qırx yeddi min yüz əlli) manatı kredit borcunun, 12901 (on iki min doqquz yüz bir) manatı faiz borcunun, cəmi 60051 (altmış min əlli bir) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənz ilin açıq hərracda satılması, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzilə olan pasport qeydiyyatlarının ləğv edilməsi və onların həmin mənzildən məcburi çıxarılması, mənzilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, mənzilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh5 verilməsi, İddiaçı ASC tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 birgə apelyasiya şikayəti vermişlər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından göründüyü kimi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 iş üzrə digər Cavabdeh5 ailə üzvləridir. İş materiallarında olan xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1122/2010 saylı iş üzrə xx xxxxx 2010-cu il tarixli qətnaməsi cavabdehlər eyni ünvanda olduğundan birgə qaydada göndərilmiş və xx.xx.2010-cu il tarixində xəbərnaməyə imza edil məklə qəbul edilmişdir. Həmçinin iş materiallarında görünür ki, qətnamə icraya yönəldilmiş və xx.xx.2010-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon Məhkəmə İcraçıları Şöbəsinin qərarı ilə mülki iş üzrə icraata başlanıılmışdır. Belə olan halda cavabdehlərin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermə müddətinin son günü xx.xx.2010-cu il hesab olunur. Lakin poçt göndərişindən göründüyü kimi, apelyasiya şikayəti xx.xx.2020-ci il tarixdə verilmiş və xx.xx.2020-ci il tarixdə məhkəmə daxil olmuşdur. Göründüyü kimi, cavabdehlər 9 ildən çox müddət keçdikdən sonra apelyasiya şikayəti vermişdir. Bununla da qanunla apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tərəfindən b irgə verilmiş apelyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli və apelyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2020-ci il tarixli qərardadı d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar