Məhkəmə qərarları › İş №2(102)-4468/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4468/2019

27.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4468/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(007)13/2018 saylı qətnaməsi ilə (hakim R.Əhmədov) iddia tələbi təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh1 18862 ABŞ dolları əsas borc, 3432 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22794 ABŞ dollarının qətnamə icra olunan gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin tutulması, tutmanın Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 yerləşən 59,74 kvadrat metr, yaşayış sahəsi 46,94 kvadrat metr olan, köməkçi sahəsi 12,8 kvadrat metr olan, 3 otaqlı 32 saylı mənzilinə yönəldilməsi və həmin yaşayış sahəsinin açıq hərrac keçirilməsi yolu ilə satılması, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 22794 ABŞ dolları qətnamə icra olunan gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 manat dövlət rüsumu məbləğində borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan ünvan 1 yerləşən 59,74 kvadrat metr, yaşayış sahəsi 46,94 kvadrat metr olan, köməkçi sahəsi 12,8 kvadrat metr olan, 3 otaqlı 32 saylı mənzilinə tutma yönəldildikdə və o, satıldıqdan sonra Cavabdeh2 oğlunun və mənzildə qeydiyyatda olan şəxslərin mənzili bir ay ərzində boşaltmaları, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 100 manat məbləğində pulun Cavabdeh1 tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(103)-1576/2019 saylı qətnaməsi ilə (hakimlər: E.Nəbiyev, R.Qurbanov və T.Səmədov) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(007)-13/2018 saylı qətnaməsi ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 yerləşən 59,74 kvadrat metr, yaşayış sahəsi 46,94 kvadrat metr olan, köməkçi sahəs i 12,8 kvadrat metr olan, 3 otaqlı 32 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, mənzilin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh1 18862 ABŞ dolları əsas borc, 3432 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22794 ABŞ dollarının qətnamə icra olunan gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin tutulması, tutmanın Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 yerləşən 59,74 kvadrat metr, yaşayış sahəsi 46,94 kvadrat metr olan, köməkçi sahəsi 12,8 kvadrat metr olan, 3 otaqlı 32 saylı mənzilinə yönəldilməsi və həmin yaşayış sahəsinin açıq hərrac keçirilməsi yolu ilə satıl ması, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 22794 ABŞ dolları qətnamə icra olunan gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 manat dövlət rüsumu məbləğində borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan ünvan 1 yerləşən 59,74 kvadrat metr, yaşayış sahəsi 46,94 kvadrat metr olan, köməkçi sahəsi 12,8 kvadrat metr olan, 3 otaqlı 32 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqdan sonra Cavabdeh2 oğlunun və mənzildə qeydiyyatda olan şəxslərin mənzili bir ay ərzində boşaltmaları, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 100 manat məbləğində pulun Cavabdeh1 tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(103)-1576/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 18862 ABŞ dolları əsas borc, 3432 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22794 ABŞ dolları pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına və həmin məbləğin girov qoyulmuş Cavabdeh2 mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 1506 nömrəli reyestr kitabının 137474 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayo nu, Nobel prospekti ev 5 ünvanında yerləşən 59,74 kv.m ümumi, 46.94 kv.m yaşayış sahəsi, 3 otaqlı, 32 nömrəli mənzilin açıq hərracdan satılması ilə ödənilməsinə və mənzil açıq hərracda satıldıqdan ən geci 1 ay ərzində mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə 16 dekabr 2011-ci il tarixli, 16122011/803 saylı kredit müqaviləsi bağlayaraq, borcalana 24 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə bağlanmış 16 dekabr 2011-ci il tarixində 16122011/803/İ saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestri xidmətində 1506 nömrəli reyestr kitabının 137474 nöm rəli vərəqində qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən 46,94 kv m yaşayış sahəsindən ibarət əmlak ipoteka ilə yüklü edilmişdir. Hazırda cavabdehin banka 18862 ABŞ dolları əsas borcu, 3432 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22794 ABŞ dolları borcu vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(103)-1576/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan 16 dekabr 2011-ci il tarixli, 16122011/803 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən biznesin inkişafı məqsədilə 24 ay müddətinə, illik 24 faiz ödəməsi şərti ilə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Gecikdirilən borc məbləğinə cərimə kimi hər gecikdirilən gününə 0,1 faiz hesablanır və Borcalan tərəfindən kreditora ödənili r. İşdə olan 16 dekabr 2011-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, Cavabdeh1 16 dekabr 2011-ci il tarixdə 50000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı Açıq Səhmdar Cəmiyyətindən imza edərək qəbul etmişdir. İşdə olan müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona 24 ay müddətinə illik 24 %olmaqla verilmiş kredit üzrə əsas və faiz borclarını, 16.01.2012-ci il tarixdən başlayaraq 16.12.2013-cü il tarixinədək, 50000 ABŞ dolları əsas, 13445,32 ABŞ dolları faiz borcu olmaqla, 63445,32 ABŞ dolları ümumi borc məbləğindən hər ay banka 2643,55 ABŞ dolları ödəməklə qaytarmalıdır. İşdə olan 08.05.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16.12.2011-ci il tarixli, 16122011/803 saylı kredit müqaviləsinə əsasən 08.05.2015-il tarixə Banka olan b orcu 18862 ABŞ dolları əsas borc, 3432 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu təşkil etmişdir. İşə olan məhkəmə-mühasibatlıq ekspertizasının 27 oktyabr 2016-cı il tarixli 13970 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və 16 dekabr 2011-ci il tarixli 16122011 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 08.05.2015-ci il tarixə "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 22294 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 18862 ABŞ dolları və faiz borcu üzrə 3432 ABŞ dolları. İşdə olan əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 09 oktyabr 2017-ci il tarixli 3270 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş mate riallarında olan cari hesabdan çıxarış məlumatları və 16 dekabr 2011-ci il tarixli 16122011 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 16.12.2013-cü il tarixə "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 33084,73 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 27419,08 ABŞ dolları və faiz borcu üzrə 5665,65 ABŞ dolları. Hazırki ekspertiza zamanı borc məbləği 16.12.2013-cü il tarixə hesablandığından təqdim edilmiş çıxarış məlumatlarında qeyd olunan 25.12.2013-cü il tarixdən 13.06.2014-cü il tarixədək aparılmış 11305,42 ABŞ dolları məbləğində ödəniş hazırki ekspertiza zamanı nəzərə alınmamışdır. İşdə olan Kredit müqaviləsinin 5.1. bəndində göstərilir ki, borcalanın bu Müqavilədən irəli gələn öhdəliklərinin icrasının təminatı 16 dekabr 2011-ci il tarixli, 16122011/803 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 5 ünvanında yerləşən binanın 32 saylı mənzilinin ipotekasıdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 yerləşən 59,74 kvadrat metr, yaşayış sahəsi 46,94 kvadrat metr olan, köməkçi sahəsi 12,8 kvadrat metr olan, 3 otaqlı 32 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində 14.10.2011-ci il tarixdə tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. İşdə olan 16 dekabr 2011-ci il tarixli, 16122011/803i №-li ipoteka müqaviləsindən və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin 27.12.2011-ci il tarixli Seriya MA ******* №-li Çıxar ışın surətindən görünür ki, bir tərəfdən ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, ikinci tərəfdən borcalan Cavabdeh1 və üçüncü tərəfdən ipoteka qoyan Cavabdeh2 ipoteka müqaviləsi bağlamaqla, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 yerləşən 46,94 kvadrat metr, yaşayış sahəsi ibarət əmlakı ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşə əlavə olunmuş mübahisəli mənzildə qeydiyyatda olan X1 tərəfindən yazılmış ərizənin surətindən görünür ki, o, əri Cavabdeh2 məxsus ünvan 1 yerləşən 32 saylı mənzilinin ipotekaya qoyulmasına, satılmasına etiraz etmir, girova qoyulmuş əmlaka gələcəkdə ödəniş yönəldiyi halda öhdəsinə götürür ki, həmin mənzili qeyri-şərtsiz və məhkəmə qətnaməsi tələb etmədən tərk edəcəkdir. Ərizəni R.B.Məmmədova tərəfindən Cavabdeh2 verilmiş etibarnamə ə sasında sonuncu imzalamışdır. İşə əlavə edilmiş bildirişdən, poçt qəbzindən göründüyü kimi, borcalan tərəfindən kredit və ipoteka müqaviləsinin şərtlərinin pozulması və kreditor tərəfindən tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar Cavabdeh1 xəbərdarlıq göndərilmiş, həmçinin ipoteka predmetinə dair bildiriş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüquq u vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442, 443.1-ci maddəsinə əsa sən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1, 445.2.1-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448. 1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ö dənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşı nmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikd irdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 295, 296-cı maddələrinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhk əmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.3-cü maddələrinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin tutma yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. Həmin Qanunun 59.3.1, 59.3.2-ci maddələrinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsi ni ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə uyğun olaraq, borcunu hissə-hissə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun şəkildə iddiaçıya ödəməli olduğu halda bunu etməmişdir. Bununla da, müqavilədə nəzərdə tutulmuş öhdəliyini, yəni kredit ödənişlərinin edilməsindən ibarət müqavilənin mühüm şərtini pozduğundan, kredit alan, onun ri sk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcu ona hesablanmış faiz və cərimə ilə birgə iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunu ayrı- ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddianın təmin edilməsindən ibarət apelyasiya instansiyası məhkəməsinin qənaəti düzgün olmuşdur. Eləcə də Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərimə borcunun məbləği işin faktiki hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsinə dair tələbin irəli sürülməsinə lüzum yoxdur, belə ki, tərəflər arasında 16 dekabr 2011-ci il tarixdə 24 ay müddətinə bağla nmış kredit müqaviləsinin müddəti 16 dekabr 2013-cü il tarixdə bitmişdir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, müddəti bitmiş müqavilənin ləğv edilməsi mümkün deyildir. Eləcə də məhkəmə kollegiyası ipoteka müqaviləsi bağlanan zaman tərəflərin qarşılıqlı razılığı ilə qiymətləndirilmiş əmlakın 65000 manat dəyərini əsas götürməklə hesab edir ki, ipoteka predmeti olan Cavabdeh2 məxsus, ünvan 1 yerləşən 59,74 kvadrat metr, yaşayış sahəsi 46,94 kvadrat metr olan, köməkçi sahəsi 12,8 kvadrat metr olan, 3 otaqlı 32 saylı mənzilinin ilkin satış qiyməti 65000 manat müəyyən edilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar