Məhkəmə qərarları › İş №2(102)-4469/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4469/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4469/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-82/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tər əfindən verilmiş kassasiya şikayətinə dair işə 09 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, X ilə X3 arasında bağlanmış 21.11.2012-ci il tarixli xxxx saylı avtomobil krediti müqaviləsinə əsasən X avtomobil alınması üçün 60 ay müddətinə illik 18 faiz hesablanmaqla 25803 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan sonra Bank ilə X3 arasında bağlanmış 21.11.2012-ci il tarixli xxx saylı kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 05.02.2016-cı il tarixli 01 saylı Razılaşma bağlanmış və Razılaşmaya əsasən X 13400 ABŞ dolları məbləğində olan borcu 22 ay müddətinə 21.11.2017-ci il tarixədək illik 18 faiz hesablanmaqla kapitallaşdırılmışdır. Bank ilə X3 və Ca vabdeh1 arasında bağlanmış 21.11.2012-ci il tarixli 108770-1-4439 saylı avtomobil krediti müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 16.01.2018-ci il tarixli 2 saylı əlavə razılaşmaya görə 21.11.2012-ci il tarixli 108770-1-4439 saylı avtomobil krediti müqaviləsi üzrə kredit alanın hüquq və öhdəlikləri yeni kredit alan Cavabdeh1 ötürülmüş, Cavabdeh1 16.01.2018-ci il tarixə olan borcu kapitallaşdırılaraq 9176,79 ABŞ dolları məbləğində müəyyən edilərək, hazırkı razılaşma ilə müəyyənləşdirilmiş məzənnə (1 ABŞ dolları1,7020 AZN) ilə konvertasiya edilməklə onun banka borcu 15618,90 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 razılaşma ilə müəyyən edilmiş borcu illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə, 16.01.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.

2. Bundan başq a iş materiallarından görünür ki, Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi X3 21.11.2012-ci il tarixli xxxx0 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan «Kia Optima - minik» markalı, Az **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya ipotekaya qoymuşdur. Kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar tərəflər arasında 21.11.2012-ci il tarixli xxxx saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 05.02.2016-cı il tarixli 01 saylı Razılaşma bağlanmışdır. Eyni zamanda avtomobil krediti müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 21.11.2012-ci il tarixli xxxx saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 16.02.2018-ci il tarixli 02 saylı əlavə Razılaşma bağlanmış və həmin ra zılaşmaya görə 21.11.2012-ci il tarixli xxx saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyanın hüquq və öhdəlikləri yeni ipoteka qoyan Cavabdeh1 ötürülmüşdür.

3. Həmçinin iş materiallarından görünür ki, 16 yanvar 2018-ci il tarixli xxx nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 21 noyabr 2012-ci il tarixli avtomobil krediti müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.

4. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, 16 yanvar 2018-ci il tarixli xxxx nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 21 noyabr 2012-ci il tarixli avtomobil krediti müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. 5. 22 yan var 2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 həmin tarixə Bank "xxxx" ASC-yə olan əsas borcu 14167,43 manat, faiz borcu 254,75 manat, cərimə borcu 77,25 manat, cəmi borcu 14499,43 manat təşkil edir.

6. Məhkəmə mühasibatlıq ekspertizasının 30 sentyabr 2020-ci il tarixli rəyinə əsasən, 21 noyabr 2012-ci il tarixli kredit müqaviləsi və həmin müqaviləyə edilmiş əlavə və dəyişikliklər nəzərə alinmaqla (bütün restrukturizasiya müqavilələri) 28 fevral 2019-cu il tarixə əsas məbləğin borclarının ödənilməsi 21.12.2012-ci il tarixdən 16.01.2018-ci il tarixədək 90 gün, 17.01.2018-ci il tarixdən 28.02.2019-cu il tarixədək isə 368 gün gecikdirilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" X cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabde h3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 noyabr 2018-ci il tarixə banka borclu olduqları 14167,43 manat məbləğində əsas borcun, 954,75 məbləğində faiz borcunun, 77,25 manat məbləğində cərimənin, cəmi 15199,43 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada alınaraq "xxxx" x-yə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olan və Banka ipotekaya qoyulmuş «Kia optima» minik markalı, Az **-RT-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin "xxxx" X-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X ilə X3 arasında bağlanmış 21.11.2012 -ci il tarixli xxxx saylı avtomobil krediti müqaviləsinə əsasən X avtomobil alınması üçün 60 ay müddətinə illik 18 faiz hesablanmaqla 25803 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi X3 21.11.2012-ci il tarixli xxxx saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan «Kia Optima” minik markalı, Az **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı banka ipotekaya qoymuşdur. Bank ilə X3 arasında bağlanmış 21.11.2012-ci il tarixli xxx saylı kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 05.02.2016-cı il tarixli 01 saylı Razılaşmaya əsasən X 13400 ABŞ dolları məbləğində olan borcu 22 ay müddətinə 21.11.2017-ci il tarixədək illik 18 faiz hesablanmaqla kapitallaşdırılmışdır. Kredit müqaviləsinə əlavə və d əyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 21.11.2012-ci il tarixli xxx saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 05.02.2016-cı il tarixli 01 saylı Razılaşma bağlanmışdır. Bank ilə X3 və Cavabdeh1 arasında bağlanmış 21.11.2012-ci il tarixli xxxx saylı avtomobil krediti müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 16.01.2018-ci il tarixli 2 saylı əlavə razılaşmaya görə 21.11.2012-ci il tarixli xxxx saylı avtomobil krediti müqaviləsi üzrə kredit alanın hüquq və öhdəlikləri yeni kredit alan Cavabdeh1 ötürülmüş, Cavabdeh1 16.01.2018-ci il tarixə olan borcu kapitallaşdırılaraq 9176,79 ABŞ dolları məbləğində müəyyən edilərək, hazırkı razılaşma ilə müəyyənləşdirilmiş məzənnə (1 ABŞ dolları-1,7020 AZN) ilə konvertasiya edilmiş və 15618,90 manat məbləğində müəyyə n edilmişdir. Cavabdeh1 razılaşma ilə müəyyən edilmiş borcu illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə, 16.01.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda avtomobil krediti müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 21.11.2012-ci il tarixli xxx saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 16.02.2018-ci il tarixli 02 saylı əlavə Razılaşma bağlanmış və həmin razılaşmaya görə 21.11.2012-ci il tarixli xxx saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyanın hüquq və öhdəlikləri yeni ipoteka qoyan Cavabdeh1 ötürülmüşdür. Eyni zamanda avtomobil krediti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 16.01.2018-ci il tarixli xxxx saylı zaminlik müqaviləsi və X1 16.01.2018-ci il tarixli xxx x saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Cavabdeh kredit vəsaitindən istifadə etsə də, kredit müqaviləsi üzrə (16.02.2018-ci il tarixli razılaşma üzrə) üzərinə götürdüyü öhdəlikləri 19 mart 2018-ci il tarixdən lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar olaraq, cavabdehlərə pretenziya məktubları və bildiriş göndərilmişdir. Lakin cavabdehlər öhdəliklərini tam icra etməmişlər. 18 oktyabr 2018-ci il tarixə cavabdehlərin banka cəmi 15999,43 manat məbləğində borcu vardır.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli 2(003)282/2019 qətnaməsi ilə (hakim E.Məmmədli) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qayda da 14167,43 manat əsas borc, 254,75 manat faiz borcu, 10 manat cərimə olmaqla cəmi 14432,18 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Az **-RT-*** dövlət deydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi və vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə bank qarşısında birgə məsuliyyət daşıyaraq, müştərək qaydada borcları yaranmışdır.

11. Bundan əlav ə tərəflər arasında ipoteka müqaviləsi münasibətləri olduğundan, borcludan iddiaçının xeyrinə tutulmalı olan məbləğ ipotekaya qoyulmuş əmlaka yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ hesabına ödənişlər həyata keçirilməli, artıq qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır.

12. Həmçinin məhkəmə qeyd etmişdir ki, tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan, azaldılaraq 10 manat məbləğində tutulmaldır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.7, 385.1, 386, 442, 445.1, 445.2.1, 467, 470.1, 472.1, 472.3, 739.1, 739.2, “İpoteka haqqında” Qanunun 33, 39.1, 41.1, 47.4-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsind əki icraat

14. Qətnamədən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-82/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli, 2(003)- 282/2019 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, borclu kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini yetirməyərək müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, iddiaçı bank həmin borc məbləğini tələb etməkdə haqlı olmuşdur.

17. Cavabdehlərin apellyasiya şikayətində borc məbləğinin şişirdilməsinə və etdikləri ödənişlərin əsas məbləğdən çıxılmamasına dair dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, iddiaçı bankın məhkəməyə ünvanladığı mülahizəsində apellyasiya şikayətinin dəlillərinə qiymət verilmiş, tələb olunan borcun məbləği əsaslandırılmışdır. 18. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanın 8.6-cı bəndində qeyd olunur ki, fərmanın təsir dairəsinə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar dax il edilmişdir. Hazırkı mülki iş üzrə ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə əsas məbləğin borclarının 28 fevral 2019-cu il tarixə ödənilməsi 368 gün gecikdirilmişdir. Beləliklə, tərəflər arasında bağlanan kredit müqaviləsi həm bağlanma tarixinə, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Bununla bağlı olaraq cavabdehlərə izah olunur ki, qeyd olunan Fərmanın onlara tətbiq olunması üçün banka müraciət edə bilərlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh3 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndə rilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Cavabdehlər məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatları dinlənilməmişdir.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh3 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

28. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. (maddə 295)

29. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

30. Borc müqaviləsinə görə, iştir akçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

31. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

32. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtləri nə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

33. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

34. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

35. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddə tdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

36. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

37. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467)

38. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1)

39. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.1)

40. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2)

41. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.3) “İpoteka haqqında” Qanun

42. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədik də ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33)

43. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)

44. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)

45. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər (maddə 41.1).

46. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qo yana qaytarılır. (maddə 47.4) Mülki Prossesual Məcəllə

47. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

48. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

49. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

50. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədi yi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

51. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(103)-82/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar