Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4471/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, əqdin mövcud olmadığının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “borcun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin mövcud olmadığının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4215/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2021-ci il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh 750.000 avro, 110.000 ABŞ dolları və 107.000 manat məbləğində pulun İddiaçı aldığını etiraf etmiş və həmin pulun 500.000 dollarını ilin sonuna kimi, qalan məbləği isə ən qısa vaxta, 2022-ci ilin may ayına qədar ödəcəyini bildirmişdir. 2. "xxxx" MMC-nin direktoru Cavabdeh ilə İddiaçı a rasında bağlanmış 2019-cu il tarixli Razılaşma müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Kutlu Cemə pul vəsaitlərinə ehtiyac yarandığından qaytarılması şərtilə 1.6.2019-cu il tarixdə 200.000 ABŞ dolları, 100.000 avro, xx.xx.2019-cu il tarixdə 50.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 130.000, xx.xx.2019-cu il tarixdə 200.000 avro nağd olaraq, cəmi 250.000 ABŞ dolları, 300.000 avro və 130.000 manat, cəmi 1.119.000 manat pul məbləği verilmişdir.
3. Dövlət Vergi Xidməti tərəfindən sorğuya cavab olaraq verilən "xxxx" MMC-nin 2019, 2020, 2021-ci illər üzrə vergi bəyannamələrindən görünür ki, şirkət 2019-cu il üzrə 34.290 manatı, 2020-ci il üzrə 10.841 manatı, 2021-ci il üzrə isə 226.840manatı malların alınmasına sərf etdiyini bəyan etmiş, İddiaçı alınan pullar isə bəyan edilməmişdir. 4. 20.07.2022-ci il tarixli mədaxil qəbzindən (№9********) görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 1591 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750.000 avronun, 110.000 ABŞ dollarının, 107.000 manatın, iddia üçün ödənilmiş 1591 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbiri barədə ərizə üçün ödənilmiş 159,10 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh müxtəlif bəhanələrlə aldığı 750000 avro, 110000 ABŞ dolları, 107000 manat pulu iddiaçıya qaytarmaqdan imtina edir. Belə ki, Cavabdeh özünü iş adamı kimi təqdim edər ək iş qurmaq adı ilə iddiaçıdan borc pul istəmiş və qısa zamanda pulu qaytaracağına söz vermişdi. 2019-cu ilin iyunundan başlayaraq Cavabdeh müxtəlif vaxtlarda 750000 avro, 110000 ABŞ dolları, 107000 manat pulu iddiaçıdan borc kimi almışdır. Lakin, pulun qaytarılmasını gecikdirmişdir. xx.xx.2021ci il tarixində Cavabdeh öhdəsinə götürmüşdür ki, borcunun 500000 ABŞ dolları hissəsini 2021-ci ilin sonuna qədər, qalıq borcu isə 2022-ci ilin may ayına qədər qaytaracaqdır. Amma indiyədək verdiyi sözə əməl etməmiş və borc götürdüyü pulu ödəməmişdir. Cavabdeh borc pul götürdüyünü onun öz əli ilə yazdığı iltizam, səs yazıları, şahid ifadələri də sübut edir.
7. Kutlu X3 Qurban Ağasəlim oğluna qarşı “əqdin mövcud olmadığının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, iş üzrə tərəflər arasında 750.000 avro, 110.000 ABŞ dolları, 107.000 manat məbləğində borcun verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi, 13 iyul 2021-ci il tarixli iltizamın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində qeyd edilən dəlillər tamamilə yalandır. Cem X1 Qurban Ağasəlim oğlundan borc almamışdır və onlar arasında belə bir əqd bağlanmamışdır. İşin həqiqi halları ondan ibarətdir ki, X9 “CZK FOOD" MMC-nin direktorudur. 2019-cu ilin sentyabr ayında "xxxx" MMC ilə İddiaçı arasında “Razılaşma müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı Şirkətin fəali yyətinə ona qaytarılmaq şərtilə maliyyə yardımı kimi cəmi 250.000 ABŞ dolları, 300.000 avro, 130.000 manat məbləğində pul qoymağı öhdəsinə götürmüşdür. Məqsəd də ondan ibarət olmuşdur ki, o, əldə olunan gəlirin 70%-i miqdarında gəlir götürməli idi. Lakin, karantin rejimi ilə əlaqədar olaraq Şirkətin fəaliyyəti dayandığı üçün gəlir əldə edilməsi mümkün olmamışdır. Belə olan halda, MMC-nin direktoru olan Cem Kutluya hədə-qorxu gəlmiş və mübahisələndirilən iltizamı yazdırmağa nail olmuşlar. Halbuki, Cem Kutlu MMCnin öhdəlikləri üçün məsuliyyət daşımır. İddiaçı iddia ərizəsində şişirdilmiş məbləğ deyil, ona qaytarılmalı olan pulun real məbləğini Cem Kutludan deyil, "xxxx" MMC-dən tələb etməlidir. Sözügedən iltizam etibarsızdır. İltizamda qeyd edilən pulun müxtəlif valyutalarda olması da pulun MMC ilə Razılaşma Müqaviləsində olan valyutalara uyğundur. Bu hal da bir daha təsdiq edir ki, İddiaçı tələb etdiyi pul Razılaşma müqaviləsi ilə əlaqəlidir. Lakin, İddiaçı MMC-yə qarşı deyil, Cem Kutluya qarşı hazırki əsassız və şişirdilmiş məbləğdə pul tələbi barədə ilk iddiasını irəli sürmüşdür. İddiaçı ilk iddiasında bildirir ki, guya Cem Kutluya 750.000 avro, 110.000 ABŞ dolları, 107.000 manat məbləğində borc vermişdir. Lakin, iltizamda borcun hansı tarixdə verildiyi qeyd edilməmişdir. Hazırki iş üzrə Cem Kutluya borc verilməsini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. Lakin, İddiaçı bu tələbini sübuta yetirə bilmir. İlk iddia sübuta yetirilməməsi əsası ilə rədd edilməlidir. Həmçinin, tərəflər arasında 750.000 avro, 110.000 ABŞ dolları, 107.000 manat məbləğində borcun verilməsi barə də müqavilə bağlanmadığı üçün belə bir əqdin mövcud olmadığı müəyyən edilməlidir. Mövcud olmayan əqd üzrə isə pul tələbinin təmin edilməsi mümkün deyil. Bundan başqa, belə böyük miqdarda borcun heç bir müqavilə bağlanmadan verilməsi inandırıcı deyil. Digər tərəfdən, 2019-cu ildə Cem Kutlunun direktoru olduğu MMC-yə müqavilə əsasında verilmiş hər hansı məbləğdə pul qaytarılmadığı halda, MMC-nin direktoruna ayrıca belə böyük miqdarda pulun borc olaraq verilməsi də məntiqli deyil. Digər bir mühüm hal ondan ibarətdir ki, İddiaçı istinad etdiyi iltizam mahiyyəti etibarilə "mövcud borcun etirafı haqqında” birtərəfli iradə ifadəsidir. Bu əlyazma müqavilə olmasa da, mahiyyəti etibarilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsi ilə müəyyən edilən “mövcud borcun etirafı haqqında” müc ərrəd müqaviləyə uyğun gəlir. İddiaçı Qurban X13 borcu olmasa da, onu hədələyərək iltizamı imzalamağına nail olmuş, daha sonra isə hüquqdan sui-istifadə edərək hazırki iddia ilə Cem Kutludan məlikəmə qaydasında pul almağa çalışır. Lakin, İddiaçı bu iltizam imzalanmazdan əvvəl borcun verilməsi barədə müqavilənin mövcud olduğunu sübuta yetirməlidir. Lakin, belə məbləğdə borc mövcud olmamışdır, iltizamda borcun nə vaxt götürüldüyü qeyd edilməmişdir. Göründüyü kimi, 13 iyul 2021-ci il tarixli “iltizam” uydurmadır. İddiaçı hədə-qorxuları nəticəsində və ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadın yazıldığı üçün etibarsızdır. Mövcud olmayan borc etiraf edilə bilməz, etiraf üçün əvvəlcə mövcudluq tələb olunur. Tərəflər arasında borc verilməsi barədə müqavilə bağlanmadığı üçün belə bir əq din mövcud olmadığı müəyyən edilməlidir.
9. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə yazılı ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4., 308.2., Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4.-cü maddələrini rəhbər tutaraq Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4., 308.2.-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri olduğu üçün, bu cinəyət əməlləri barədə müvafiq prokurora xəbər verilməsi üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
10. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbinə etiraz edərək və qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X17 ifadəsində bildirmişdir ki, İddiaçıı 30 ilə yaxındır ki, tanıyır. İndi də onun yanında işləyir. Cavabdeh Kutlu Cemi isə 34 il olar ki, tanıyır. Pulu Qurban müəllim Kutlu Cemə verəndə orada olmamışdır. Amma pandemiyadan əvvəl yay ayları idi, o, İddiaçı, Kutlu Cem və bir nəfər də başqa adam bir yerdə idilər. Həmin vaxtı X22 müəllimə deyirdi ki, «söz verirəm ki, pulu ilin sonuna kimi qaytaracam». Hətta bununla bağlı Kutlu Cemin iltizamı da var ki, orada o, pulun 500.000 manatını geri qaytaracağını bildirir. Qurban müəllim tərəfindən Kutlu Cemə 750.0000 avro bir verilib, sonra dollarla pul verilib. A mma həmin pullar geri qaytarılmayıb.
12. Əlavə olaraq ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, 2021-ci ilin iyul ayında Kutlu Cemdən iltizam alınarkən o da orada olmuş, Qurban müəllim tərəfindən ona hər hansı bir təyziq göstərilməmişdir. Mədəni şəkildə Qurban müəllim öz pulunun Kutlu Cem tərəfindən geri qaytarılmasını tələb etmişdir.
13. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, Qurban müəllimi 7-8 ildir ki, tanıyır. Kutlu Cemi isə 2020-ci ildən Qurban müəllim vasitəsilə tanıyır. Bir dəfə kafedə Qurban müəllimlə bir yerdə olarkən Kutlu Cem onların olduğu ünvana gəlmişdir. Qurban müəllim ona vermək üçün bağlamada pul gətirmişdi. Orada pulu Kutlu Cemə vermişdir. Pulu onun yanında sayıb vermişdir. 450.000 avro və 70.000 ABŞ dolları məbləğində pul vermişdir. Kutlu Cem isə yaxın zamanda həmin pulu qaytaracağını bildirmişdir.
14. Əlavə olaraq ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, borc pulu Kutlu Cem hər hansı bir şirkət üçün deyil, məhz özü üçün istəmişdir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 29 mart 2023-cü il tarixli, e-2(006)-165/2023 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir.
16. Məhkəmə ilk iddia tələbi ilə bağlı yetəri qədər sübutun olduğunu nəzərə alaraq hesab etmişdir ki, ilkin iddia tələbi borc pul hissəsində əsaslıdır və təmin edilməlidir.
17. Məhkəmə ilk iddia tələbinin dövlət rüsumunun ödənilməsi hiss əsinə münasibətdə qeyd etmişdir ki, ilkin iddia tələbi əsas borc hissəsində təmin edildiyindən iddiaçı tərəfindən həm iddia ərizəsi üçün, həm də müvəqqəti təminat tədbiri üçün ödənilən dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı bildirmişdir ki, qarşı tərəfin nümayəndəsi və vəkili M.Qurbandan alınan pul vəsaitlərinin Kutlu Cemin özü üçün yox, direktoru olduğu şirkət üçün aldığını iddia edərək sübut olaraq iş materiallarında olan razılaşma müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin müqavilənin surətini mötəbər sübut olaraq qəbul etmir. Belə ki, məhkəmə tərəfindən həmin müqavilələrin əsli məhkəməyə təqdim edilməsi cavabdehin nümayəndəsindən tələb edilməsinə baxmayaraq, məhkəməyə təqdim olunmamış, məhkəməyə t əqdim olunan müqavilənin surətindən isə, müqavilənin hansı tarixdə bağlanıldığı məlum deyildir. Digər tərəfdən, məhkəmə işin obyektiv araşdırılması məqsədilə Dövlət Vergi Xidmətinə sorğu ilə müraciət etmiş, cavab məktubundan da aydın olmuşdur ki, Kutlu Cemin direktoru olduğu ”CZK Food” MMC-nin hesabına M.Qurbandan alınan pul vəsaitləri daxil olmamışdır. Bu da onu sübut edir ki, Kutlu Cem aldığı pul vəsaitini şirkətin fəaliyyətilə deyil, öz şəxsi ehtiyacları üçün almışdır.
19. Digər tərəfdən, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili borcun verilməsi barədə tərəflər arasında əqdin mövcud olmadığının müəyyən edilməsini məhkəmədən tələb edir. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli iltizamdan göründüyü kimi cavabdeh iddiaçıdan borc aldığını fa ktiki olaraq etiraf etmişdir. Həmin borcun cavabdeh tərəfindən iddiaçıya qaytarılması barədə qarşı tərəf heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, qarşı tərəf öz iddia ərizəsində xx.xx.2021-ci il tarixli iltizamın etibarsız hesab edilməsini tələb edir və iddia edir ki, həmin iltizam hədə-qorxu ilə yazdırılmışdır. Halbuki, qarşı tərəf bunu da təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğuna görə, rədd edilməlidir.
20. Məhkəmə iddia tələbinin cavabdehin əməllərində cinayət tərkibi olduğu üçün xüsusi qərardad qəbul edib prokurora məlumat verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya iş ə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz.
21. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlmişdir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir.
22. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 390.1, 390.5, 425.1, 427.3, 442, 445.2, 739.1, Azərbaycan Respublikasınin Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində qeyd edilən dəlillər tamamilə yalandır. Cem X2 Qurban Ağasəlim oğlundan borc almamışdır və onlar arasında belə bir əqd bağlanmamışdır. İşin həqiqi halları ondan ibarətdir ki, X9 "xxxx" MMC-nin direktorudur. 2019-cu ilin sentyabr ayında "xxxx" MMC ilə İddiaçı arasında “Razılaşma müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı Şirkəti n fəaliyyətinə ona qaytarılmaq şərtilə maliyyə yardımı kimi cəmi 250.000 ABŞ dolları, 300.000 avro, 130.000 manat məbləğində pul qoymağı öhdəsinə götürmüşdür. Məqsəd də ondan ibarət olmuşdur ki, o, əldə olunan gəlirin 70%-i miqdarında gəlir götürməli idi. Lakin karantin rejimi ilə əlaqədar olaraq Şirkətin fəaliyyəti dayandığı üçün gəlir əldə edilməsi mümkün olmamışdır. Belə olan halda, MMC-nin direktoru olan Cem Kutluya hədə-qorxu gəlmiş və mübahisələndirilən iltizamı yazdırmağa nail olmuşlar. X21 MMC-nin öhdəlikləri üçün məsuliyyət daşımır. İddiaçı iddia ərizəsində şişirdilmiş məbləğ deyil, ona qaytarılmalı olan pulun real məbləğini Cem Kutludan deyil, "xxxx" MMC-dən tələb etməlidir. Sözügedən iltizam etibarsızdır. İltizamda qeyd edilən pulun müxtəlif valyutalarda olması da pulun MMC ilə Razılaşma Müqaviləsində olan valyutalara uyğundur. Bu hal da bir daha təsdiq edir ki, İddiaçı tələb etdiyi pul Razılaşma müqaviləsi ilə əlaqəlidir. Lakin, İddiaçı MMC-yə qarşı deyil, Cem Kutluya qarşı hazırki əsassız və şişirdilmiş məbləğdə pul tələbi barədə ilk iddiasını irəli sürmüşdür.
25. Hazırki iş üzrə Cem Kutluya borc verilməsini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. Lakin İddiaçı bu tələbini sübuta yetirə bilmir. Belə böyük məbləğdə pulun sadə yazılı iltizam əsasında verilməsi inandırıcı ola bilməz. Məhkəmədə ifadə vermiş şahidlər ziddiyyətli ifadələr vermiş və hansı miqdarda pulun verildiyini dəqiq göstərə bilməmişlər. X5 öz ifadəsində pul verilərkən orada olmadığını bildirmişdir. Özü də təsdiq edir ki, pulun verilməsinin şahidi olmamışdır. Daha sonra suala cavab olaraq bi ldirib ki, iltizam yazılarkən orada olmuşdur. Əgər iltizam yazılarkən orada olsaydı onda nəyə görə onun da adı iltizama qeyd edilməmiş və şahid kimi imza etməmişdir. Eyni zamanda şahid ifadəsində iddiaçının işçisi olduğunu bildirir ki, bu da maddi baxımdan iddiaçıdan asılı olduğunu göstərir. Digər şahid X4 isə pulun verilmə vaxtını və yerini göstərə bilməmiş, belə böyük miqdarda pulun onun yanında sayılıb verildiyini bildirmişdir. Lakin 450.000 avro və 70.000 ABŞ dolları məbləğində pulun sayılması üçün aparat lazımdır. Belə böyük miqdarda pulun hansısa kafedə sayılıb verilməsi inandırıcı deyil. Göründüyü kimi şahid ifadələrinə mötəbər sübut kimi yanaşıb qiymət verilməsi düzgün deyil.İlk iddia sübuta yetməməsi əsası ilə rədd edilməlidir.
26. Həmçinin tərəflər arasında 750.000 avro, 110.000 ABŞ dolları, 107.000 manat məbləğində borcun verilməsi barədə müqavilə bağlanmadığı üçün belə bir əqdin mövcud olmadığı müəyyən edilməlidir. Mövcud olmayan əqd üzrə isə pul tələbinin təmin edilməsi mümkün deyil.
27. Bundan başqa, belə böyük miqdarda borcun heç bir müqavilə bağlanmadan verilməsi inandırıcı deyil. Digər tərəfdən 2019-cu ildə Cem Kutlunun direktoru olduğu MMC-yə müqavilə əsasında verilmiş hər hansı məbləğdə pul qaytarılmadığı halda, MMCnin direktoruna ayrıca belə böyük miqdarda pulun borc olaraq verilməsi də məntiqli deyil. Digər bir mühüm hal ondan ibarətdir ki, İddiaçı istinad etdiyi iltizam mahiyyəti etibarilə “mövcud borcun etirafı haqqında” birtərəfli iradə ifadəsidir. Bu əlyazma müqavilə olmasa da, mahiyyəti etibarilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci ma ddəsi ilə müəyyən edilən “mövcud borcun etirafı haqqında” mücərrəd müqaviləyə uyğun gəlir. İddiaçı Qurban X13 borcu olmasa da onu hədələyərək iltizamı imzalamağına nail olmuş, daha sonra isə hüquqdan sui-istifadə edərək hazırki iddia ilə Cem Kutludan məhkəmə qaydasında pul almağa çalışır. Lakin İddiaçı bu iltizam imzalanmazdan əvvəl borcun verilməsi barədə müqavilənin mövcud olduğunu sübuta yetirməlidir. Lakin belə məbləğdə borc mövcud olmamışdır. İltizamda borcun nə vaxt götürüldüyü qeyd edilməmişdir.
28. Qeyd edilənlərə əsasən, ilk iddia tələbi əsassız olduğu üçün təmin olunmamalı, qarşılıqlı iddia təmin olunmalı, iş üzrə tərəflər arasında 750.000 avro, 110.000 ABŞ dolları, 107.000 manat məbləğində borcun verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi, 13 iyul 2021-ci il tari xli “iltizamın” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir.
29. Apellyator hesab etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4215/2023 nömrəli iş üzrə 21 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı ilk iddiası təmin edilmiş, 750.000 (yeddi yüz əlli min) avro, 110.000 (yüz on mi n) ABŞ dolları, 107.000 (yüz yeddi min) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 1.591 (min beş yüz doxsan bir) manat, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 159,10 (yüz əlli doqquz tam yüzdə on) manat Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
31. Məhkəmə kollegiyasının ilkin iddia ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, borc pulun əsassız varlanma qaydalarına uyğun olaraq geri qaytarılması qət olunmalıdır. İddia ərizəsində iddianın əsası kimi borc müqaviləsinə istinad olunsa da, iddianın təmin edilməsi barədə qətnamədə əsassız varlanmaya istinad olunması iddianın əsasının dəyişdirilməsi sayılmır. Çünki əqdin əhəmiyyətsiz sayılması ü çün iddia verilməsinə zərurət yoxdur. İddiaçının borc müqaviləsini yanlış olaraq etibarlı əqd hesab etməsi iddianın rədd edilməsinə səbəb ola bilməz.
32. İddiaçı 354.1-ci maddədə müəyyən edilmiş 1 illik müddəti ötürməyib. Həmin maddəyə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən 1 il ərzində irəli sürülə bilər. Pul 2020-ci ildə hissə-hissə verilib. Pulun verildiyi tarix dəqiq müəyyən edilmədiyinə görə həmin təqvim ilinin sonuncu günü 1 illik müddətin axımının başlandığı gün kimi qəbul olunmalıdır. Cavabdeh xx.xx.2021-ci il tarixli iltizamda borcunun olduğunu etiraf edib və qeyd edib ki, pulu 2022-ci ilin may ayına qədər ödəyəcək. Məhkəmə kollegiyası hesab etmişdir ki, öhdəliyin icrasına möhlət verilib. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə görə, öhdəliyin icrasına möhlət verildikdə müddətin (tələb hüququna xitam verən müddətin) axımı başlanmır və müddət dayandırılır.Ona görə də müddətin axımı 2022-ci ilin may ayından başlayıb. Bundan 2 ay sonra - xx.xx.2022-ci ildə hazırkı iddia verilib.
33. Beləliklə kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ilk iddiaya aid hissədə ləğv edilməli və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır.
34. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddiada 2 tələb var: borc verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi və xx.xx.2021-ci il tarixli iltizamın etibarsız hesab olunması.
35. Tərəflərin ara sında borc müqaviləsi mövcuddur, yəni iradənin məzmunu dəqiq müəyyən olunur: borc verilməsinə və borc alınmasına yönələn iradə ifadə edilib. Lakin müqavilə əhəmiyyətsiz əqddir, çünki forma ilə bağlı tələbə əməl edilməyib. Əgər əqd əhəmiyyətsizdirsə, məhkəmə əqdin mövcud olmadığını müəyyən edə bilməz. Çünki əqdin əhəmiyyətsiz sayılması üçün əvvəlcə onun mövcud olduğu müəyyən edilməlidir, mövcud olmayan əqd əhəmiyyətsiz əqd kimi tanına bilməz. Bu zaman “əqdin mövcud olması” deyiləndə əqdin etibarlı olması nəzərdə tutulmur, iradə ifadəsi nəzərdə tutulur, elə iradə ifadəsi ki, onun məzmunu dəqiq müəyyən olunur. 36. xx.xx.2021-ci il tarixli İtizamın etibarsız hesab olunması barədə tələb təmin oluna bilməz. Birinci, bu iltizam əqd deyil, öhdəliyin təsdiqi üçün verilən borc sənədidir. İkinci, Cav abdeh bu iltizamın hədə-qorxu nəticəsində tərtib olunduğunu iddia etsə də, hədəqorxu tətbiq edildiyini təsdiq edən sübut təqdim olunmayıb.
37. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır.
38. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 329.1, 337.3, 354.1, 740.1, 1092.1, 324.6, 529.3-cü maddələrə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndəri lməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, ilk iddia ərizəsində qeyd edilən dəlillər tamamilə yalandır. Cem X2 Qurban Ağasəlim oğlundan borc almamışdır və onlar arasında belə bir əqd bağlanmamışdır. İddiaçı 3.000 manatdan artıq məbləğdə borc verdiyini bildirirsə, məhkəməyə bu barədə mövcud borcun verildiyini təsdiq edən yazılı müqavilə təqdim etməlidir. Belə bir müqavilə mövcud deyil. Nə tərəflər arasında borc barədə şifahi razılaşma olmuş, nə də Cem Kutluya belə məbləğdə pul verilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq hesab etmişdir ki, pul "xxxx" MMC-yə deyil, Cem Kutluya borc verilmişdir. Mübahisə kommersiya xarakterli olsa da, apellyasiya məhkəməsi mülki işi baxıl ması üçün kommersiya məhkəməsinə göndərməmiş, özü qətnamə qəbul etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı nə qədər pulun qaytarılması xüsusatı məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə tərəfindən sübut kimi istifadə edilməsi qanunsuz olan səs yazısına sübut kimi istinad edilmişdir. Qeyd edilənlərə əsasən kassator hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
42. Məhkəmə cavabdehin dəlillərini nəzərə almamış və qiymət verməmiş, işi birtərəfli araşdırmış, bərabərlik prinsipini pozmaqla qeyri-obyektiv və qanun suz qətnamə qəbul etmişdir. Belə ki, qətnamədə cavabdehin dəlillərinə düzgün hüquqi qiymət verilməmişdir. Hazırki iş üzrə Cem Kutluya borc verilməsini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. Lakin İddiaçı bu tələbini sübuta yetirə bilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21.7.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
44. Maddə 324.6 Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
45. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
46. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
47. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
48. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcra nın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
49. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
50. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etməd iyinə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya in stansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Cavabdehin dəlili bağlı apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, İddiaçı 354.1-ci maddədə müəyyən edilmiş 1 illik müddəti ötürməyib. Həmin maddəyə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia o nun icrasına başlanıldığı gündən 1 il ərzində irəli sürülə bilər. Pul 2020-ci ildə hissə-hissə verilib. Pulun verildiyi tarix dəqiq müəyyən edilmədiyinə görə həmin təqvim ilinin sonuncu günü 1 illik müddətin axımının başlandığı gün kimi qəbul olunmalıdır. Cavabdeh xx.xx.2021-ci il tarixli iltizamda borcunun olduğunu etiraf edib və qeyd edib ki, pulu 2022-ci ilin may ayına qədər ödəyəcək. Məhkəmə kollegiyası hesab etmişdir ki, öhdəliyin icrasına möhlət verilib. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə görə, öhdəliyin icrasına möhlət verildikdə müddətin (tələb hüququna xitam verən müddətin) axımı başlanmır və müddət dayandırılır.Ona görə də müddətin axımı 2022-ci ilin may ayından başlayıb. Bundan 2 ay sonra - xx.xx.2022-ci ildə hazırkı iddia verilib.
64. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
65. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbr ahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
69. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4215/2023 saylı, 21 iyul 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.