Məhkəmə qərarları › İş №2(102)-4474/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4474/2021

17.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4474/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4474/21 (Açar sözlər: maddi zərər) Bakı şəhəri, 17 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil2 və Cavabdeh vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-734/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 1 7 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlək vəziyyətdə olmayan avadanlıqlardan birinə görə ödənilmiş 2.200 ABŞ dollarının və bir-birindən asılı olan istifadə etməyi qeyr-mümkün olan digər işlək vəziyyətdəki avadanlıqlara və xərclərə görə ümumilikdə ödənilmiş 5250 ABŞ dolları məbləğində maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahi ş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin fevral ayında dost münasibətində olduğu İran vətəndaşı olan 25.03.1965-ci il təvəllüdlü Cavabdeh ilə Astara rayonunda çörək sexi açmaq məqsədi ilə onun çörək sexi avadanlıqlarının satışı ilə məşğul olan tanışı və ya şəxsi tapmaq barəsində telefon vasitəsi ilə əlaqə saxlamışdır. Müəyyən müddət keçdikdən sonra R ilə telefonla əlaqə saxlayaraq ona çörək sexi avadanlığı satışı ilə məşğul olan şəxsi tapdığını və hazırda həmin şəxsdə avadanlıqların olduğunu bildirərək bunun üçün ona 4000 ABŞ dolları göndərməyini bildirmişdir. O, cavabdehdən avadanlığın işlək vəziyyətini soruşduqda, ona işlək vəziyyətdə və istismara tam yararlı olduğunu bil dirmişdir. O, cavadehlə razılaşaraq və onunla dost münasibəti olduğundan 4000 ABŞ dollarını İran İslam Respublikasına özüylə apararaq və onun dediyi Həsən Murad adlı şəxsə verərək Rnın hesabına köçürülməsi barədə ondan qəbz almışdır. 4000 ABŞ dolları Rya çatdıqdan sonra cavabdeh bir-birindən asılı olan 3-hissədən ibarət sex avadanlığını İran İslam Respublikasından Astara rayon Gömrük Postu vasitəsi ilə ona göndərmişdir. O, həmin avadanlıqları gömrükdə qəbul etdikdən sonra R özü Astara rayonuna gələrək avadanlıqların gətirilməsinə görə sərf olunmuş yol xərcinə üçün əlavə 250 ABŞ dollarının da verilməsini tələb etmiş və o da həmin pulu cavabdehə ödəmişdir. Bununla bağlı onun avtomobil xərci və gömrük rüsumu 1000 ABŞ dolları təşkil etmiş, ümumilikdə avadanlıqlara görə 5250 ABŞ dolları xərci ç ıxmışdır. Sonradan avadanlıqları özünə məxsus binada yerləşdirdikdən sonra çalışdırmağa başlamış, həmin vaxt avadanlıqlardan birinin işlək vəziyyətdə olmadığı aşkar edilmişdir. Bununla bağlı o, Rya zəng edərək avadanlığın işləmədiyini bildirmişdir. R isə narahat olmamağı və tezliklə zavoddan nümayəndə göndərəcəyini bildirmişdir. Xeyli müddət keçdikdən sonra o, Ryla əlaqə saxlayaraq dost münasibətlərinin korlanmamasını, avadanlığın geri götürməsini, ya da usta (nümayəndə) göndərilməsini tələb etmişdir. Müəyyən müddət keçdikdən sonra zavoddan 3 nümayəndə (usta) gələrək avadanlığı yoxlayaraq nasaz olduğunu, istismara yaramadığını və işlək vəziyyətə gətirilməsinin mümkün olmadığını bildirərək bu barədə 05.06.2019-cu il tarixli fars dilində yazılmış akt tərtib etdilər. Bundan sonra nümayəndələr dən biri avadanlığın nasaz vəziyyətdə olması barədə məlumat vermək məqsədi ilə Rya zəng etdi. X4 telefona cavab verməyərək məcbur qalıb whatsapp vasitəsi ilə səsli mesaj göndərdilər. Bundan sonra o, özü də mütəmadi olaraq Rya zəng etmiş, o isə zənglərinə cavab verməyərək onunla əlaqə saxlamaqdan yayınmışıdr. O da məcbur qalıb ona whatsapp vasitəsi ilə səsli mesajlar göndərmişdir. R hər dəfə səsli mesajlarını oxumuş, lakin ona cavab verməmişdir. Bir-birindən asılı vəziyyətdə olan avadanlıqlardan birinin işləməməsi digər işlək vəziyyətdə olan avadanlıqların istifadəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə ki, hazırda bir-birindən asılı olan avadanlıqlardan birinin işləməməsi işlək vəziyyətdə olan digər avadanlıqlardan istifadə etmək hüququnu məhdudlaşdırır. İndiki halda işlək vəziyyətd ə olan digər avanadlıqlardan istifadə etmək mümkün olmadığından istifadəsində qalmasına ehtiyac duyulmur. R ilə dost münasibəti olduğundan etibarından sui-istifadə edərək, habelə İran vətəndaşı olduğundan və xarici vətəndaş statusundan istifadə edərək nasaz avadanlığı ona sataraq 5250 ABŞ dolları məbləğində ziyan vuraraq aldatma yolu ilə pulunu mənimsəmişdir. Bu faktla bağlı o, Astara Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun müraciəti Astara Rayon Polis Şöbəsində cinayətlər haqqında ərizələr və məlumatlar uçot kitabında 918 sayla qeydiyyata alınaraq təhqiqat aparılmağa başlanmışdır. Aparılan araşdırılma zamanı tərəfindən təqdim olunmuş sübutlar və şahid ifadələri əsasında, eyni zamanda Cavabdeh məxsus nömrə ilə əlaqə saxlanılaraq borcu etiraf etməsi ona borclu olduğunu bir daha sübut etmişdir. Təhqiqat zamanı Rya məxsus nömrə ilə əlaqə saxlanılmış və sonuncu onunla dost olduğunu, çörək bişirmə avadanlıqlarını alıb göndərdiyini, lakin birinin işləmədiyini, hazırda isə ona 2.200 ABŞ dolları borclu qaldığını bildirmişdir. Toplanmış materialda cinayət tərkibi olmadığından və cinayət işinin başlanmasının rədd edilməsi barədə təhqiqatçı tərəfindən 05.08.2019-ci il tarixli qərar qəbul edilərək mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Bakı şəhəri Qaradaö Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 avqust 2020-ci il tarixli 2(002)-1180/2020 nömrəli qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmədə tədqiq olunmuş sübutlar, tərəflərin verdiyi izahatları əsasında iddiaçı və cavabdeh arasında hər hansı alqı-satqı münasibətlərinin olmadığı halı müəyyən edilmişdir, habelə bu hal aşkar olmaqla, hər iki tərəf bu halı təsdiq etməklə, qeyd edilən hal işin mübahisəsiz halı hesab edilir Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müvafiq avadanlıqların satın alınmasına görə vasitəçi olaraq cavabdehin hesabına 2200 ABŞ dolları məbləğində pul vəsaiti ödədiyini bildirsə də, həmin məbləğdə pul vəsaitinin məhz cavabdehə ödənilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunan halla bağlı sübut qismində müvafiq fars dilində yazılmış və Azərbaycan dilinə tərcümə edilmiş yazılı kağıza və müvafiq cinayət işinin rədd olunması barədə qərara istinad etmişdir. Məhkəmə qeyd olunan halın müəyyən edilməsi ilə bağlı iddiaçının təqdim etdiyti yazılı sübutla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçının qeyd olunan halın təsdiq olunması ilə bağlı sübut qismində istinad etdiyi yazılı kağız lazımi qaydada təsdiq olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmçinin, həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Göründüyü kimi, iddiaçının hazırki iş üzrə sübut qismində təqdim etdiyi yazılı kağız qanunvericiliklə müəyyən eidlmiş qaydada təsdiq olunmadığından mülki prosessual qanunvericiliyin tələbi baxımından mötəbər sübut qismində qəbul edilə bilməz. Həmçinin, məhkəmə iş üzrə qeyd olunan halın təsdiq olunması ilə bağlı iddiaçı tərəfin təqdim etdiyi digər sübut növü ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclaısnda cavabdeh tərəfin verdiyi izahatından aydın olur ki, həmin qərarda cavabdehlə müvafiq nömrə ilə əlaqə saxlanıldığı bildirilsə də, həmin nömrənin cavabdehə aid olmadığını, habelə həmin nömrənin xarici nömrə olduğu halda, cavabdehin həmin vaxtı Bakı şəhərində olduğunu, onların kiminlə danışdığını bilmədiklərini, cavabdehin həmin nömrə ilə heç bir əlaqəsinin olmadığını bildirmiş, iddiaçı isə qeyd olunan halların təsdiq olunmasına dair digər hər h ansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş digər sənədlərin məzmununda cavabdehə aid heç bir məlumat aşkar edilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı iddiaçının müvafiq avadanlıqların satın alınmasına görə vasitəçi olaraq məhz cavabdehə 2200 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi halı öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi müvafiq avadanlıqlara görə ödənilmiş pul vəsaitinin tutulması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə iddia tələbinin digər avadanlıqlara və xərclərə görə (yol xərci, avtomobil xərci, gömrük rüsumu ) pul vəsaitinin tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə d ə əsassız olmaqla, təmin eidlməməlidir. Belə ki, iddiaçı məhz cavabdehin hərəkətləri nəticəsində ona digər avadanlıqlara və xərclərə görə ümumilikdə 5250 ABŞ dolları məbləğində maddi ziyan vurulduğunu bildirsə də, ona həmin məbləğdə maddi ziyanın vurulması, həmin vurulmuş ziyanın məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, habelə vurulmuş maddi ziyanla cavabdehin qanunsuz hərəkətləri nəticəsində səbəbli əlaqənin olması halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı iddiaçıya qeyd olunan məbləğdə maddi ziyanın vurulması, həmin məbləğdə maddi ziyanın məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, habelə onlar arasında səbəbli əlaqəanin olması halını müəyyən etmək mümkün olmamışdır. Göründüy kimi, hazırki iş də yuxarıda qeyd olunan müvafiq normanın dizpozitiv şərtləri mövcud deyildir.Ona görə də məhkəmə qeyd olunan halları əsas gətirərək, hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı məhkəmə onu bildirir ki, hazirki işdə tərəflər arasında alqı-satqı müqaviləsinin olduğu sübuta yetirilmədiyi üçün iddia müddətinin tətbiqi ilə bağlı verilmiş ərizəni əsassız hesab edərək, hesab edir ki, hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 89.1, 119.1, 124.2, 217.4-cü maddələri ilə əsasland ırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını və cavabdehlərin barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov- sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanrıverdiyev) 2(103)-734/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1180/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdı r ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı sübut kimi öz izahatından başqa, həm də Astara Rayon Polis Şöbəsində aparılmış araşdırma materialındakı cavabdehin etirafedici izahatına istinad etmişdir. Bu xüsusatla bağlı araşdırma zamanı cavabdeh göstərdi ki, o heç vaxt Astara Rayon Polis Şöbəsində aparılan araşdırmaya cəlb edilməmiş, izahat verməyib, təhqiqaçı E.Mikayılovu tanımır, rədd materiallarında onun izahatı ilə bağlı yazılanlar həqiqətə uyğun deyil, E.Mikayılovu tanımır, onunla telefonla danışmamış, heç bir izahat verməmişdir. Bununla bağlı məhkəmə iclasında şahid qismində dinlənilmiş Səbail RPİ-nin 9-cu Polis Bölməsi təhqiqatçı, polis baş leytenantı X2 bildirdi ki, o əvvəllər Astara Rayon Polis Şöbəsində təhqiqatçı işləmiş, İddiaçı ərizə ilə müraciət etmiş, onun tərəfindən təhqiqat aparılmağa başlanmış, aparılan araşdırılma zamanı “Whats app” tətbiqi vasitəsi ilə bir nəfər şəxslə əlaqə saxlanılmış, həmin şəxsin Cavabdeh olmasını dəqiq deyə bilməz. Beləliklə, iddiaçı cavabdehin ona çörək sexi avadanlığı satması ilə bağlı biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübut məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov- sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanrıverdiyev) 2(103)-734/2021 saylı, 31 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş məhkəmə iclas protokoluna dair qeydlərin təmin olunmaması və protokola qeydlərin iş materialına əlavə edilməsi qərara alınmışdır. Kasasi ya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və ya yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qətnamə qəbul etmişdir. Belə ki, avadanlıqların Astara Gömrük Komitəsindən Azərbaycan Respublikasına daxil olması barədə sənəd təqdim edilsə də, həmin sənədlərə hüquqi qiymət verilməmişdir. Sübut qismində təqdim edilmiş 05.08.2019-cü il tarixli qərara əsasən Astara rayon Polis Şöbəs inin TB-də təhqiqat zamanı Rya məxsus nömrə ilə əlaqə saxlanılmış və sonuncu mənimlə dost olduğunu, çörək bişirmə avadanlıqlarını alıb göndərdiyini, lakin birinin işləmədiyini, hazırda isə mənə 2.200 ABŞ dollar borclu qaldığını etiraf etmişdir. Cinayət təqibini həyata keçirən orqanın ləğv edilməmiş qərarının qüvvədə olmasına baxmayaraq və həmin qərarda cavabdeh tərəfindən borcun olduğu səmimi etiraf edildiyi halda Bakı Apellyasiya Məhkəməsi qəbul etdiyi qətnamədə düzgün hüquqi nəticəyə gəlməmiş və nəticədə hakim tərəfindən maddi hüquq normaları pozularaq cinayət təqibini həyata keçirən orqanın qərarı səhv təfsir edilmişdir. Sübut qismində tədqiq edilməsi üçün məhkəməyə təqdim edilmiş fars dilində yazılmış cavabdehin hesabına 4.000 min ABŞ dollarının köçürülməsi barədə qəbzə məhkəmə tərəf indən lazımı qaydada qiymət verilməmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsində şahid qismində dindirilmiş təhqiqatçı X2 məhkəmə iclasında təhqiqatçı X1 verdiyi izahat iclas protokoluna yanlış və natamam şəkildə yəni "aparılan araşdırılma zamanı Whats app tətbiqi vasitəsi ilə bir nəfər şəxslə əlaqə saxlanıldığını, həmin şəxsin Cavabdeh olmasını dəqiq deyə bilmədiyi" kimi qeyd edilmişdir. Bundan başqa cavabdehin vəkili tərəfindən məhkəməyə 05.08.2019-ci il tarixli qərarın ləğv olunmasından Astara Rayon Məhkəməsinə şikayət verildiyi və qərarın mübahisələndirildiyi bildirilsə də, hakim tərəfindən (İkram Şirinov) Astara Rayon Məhkəməsi tərəfindən qərara hüquqi qiymət verilməsi yaxud qərarın ləğv olunması və ya qüvvədə qalması nəticəsi gözlənilməmiş və borcu etiraf etmə barədə qüvvədə ola n qərara baxmayaraq iş üzrə məhkəmə yekunlaşdırılmaqla qətnamə qəbul edilmişdir. Nəticədə Astara Rayon Məhkəməsində qərara hüquqi qiymət verilmiş və 10.03.2021-ci il tarixli qərarla Cavabdeh şikayəti təmin edilməyərək İddiaçı 2200 ABŞ dollar borcun etiraf edilməsi barədə Astara Rayon Polis Şöbəsinin 05.08.2019-ci il tarixli qərarı qanuni hesab edilməklə qüvvədə saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və C avabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-734/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs on a vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mü bahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şikayətini məhkəməyə təqdim edilmiş sübutlara düzgün qiymət verilməməsi, məhkəmə iclasında şahid qismində dindirilmiş təhqiqatçı X1 ifadəsinin təhrif edildiyini, şahidin cavabdehə məxsus telefon ilə əlaqə saxladığını, telefonda şəxsin özünü cavabdeh olan şəxs kimi təqdim etdikdən sonra iddiaçıya olan borcunu etiraf etdiyini, apelyasiya kollegi yasının şahidin ifadəsini natamam, yəni whatsapp vasitəsi bir nəfər şəxslə əlaqə saxladığını, həmin şəxsin Cavabdeh olmasını dəqiq deyə bilmədiyi kimi qeyd etdiyini göstərməklə əsaslandırsa da, kasasiya yoxlaması zamanı 17.02.2021-ci il tarixində keçirilmiş məhkəmə iclasının və həmin iclasda qeyd olunan şahidin ifadəsinin dinlənilməsi həyata keçirilərkən iddiaçının kasasiya şikayətində şahidin ifadəsinin təhrif edilməsi halı müəyyən edilməmişdir. Yəni şahid mobil tətbiq vasitəsi ilə əlaqə saxladığı şəxsin hazırda cavabdeh olan şəxs olmasını dəqiq deyə bilmədiyini göstərmişdir. İş materiallarında olan sübutlar isə cavabdehin iddiaçıya sözügedən çörək bişirmə avadanlığını satmasını, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya ziyan dəyməsini müəyyən etməməkdədir. Belə olan halda isə a pelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının tələblərinə əməl etməklə qətnamə qəbul etmişdir. Həmçinin kasasiya şikayətində qeyd edilmiş “05.08.2019-ci il tarixli qərarın ləğv olunmasından Astara Rayon Məhkəməsinə şikayət verildiyi və qərarın mübahisələndirildiyi bildirilsə də, hakim tərəfindən (İkram Şirinov) Astara Rayon Məhkəməsi tərəfindən qərara hüquqi qiymət verilməsi yaxud qərarın ləğv olunması və ya qüvvədə qalması nəticəsi gözlənilməmişdir” fikri ilə bağlı qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində adıçəkilən qərardan şikayət verilməsi barədə hər hansı sübut müəyyən edilməmişdir ki, bu halda da apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəli r ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-734/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar