Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4475/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı 23.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdeh və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2956/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki tərəflər arasında bağlanmış 18.01.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 90000 manat məbləğində pulu borc vermiş və İddiaçı həmin borcu 30.11.2019-cu il tarixədək hər ilin noyabr ayında 30000 manat olmaqla borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən Bakı şəhəri 46 saylı Notariat Kontoru tərəfindən borclu İddiaçı 90000 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməsinə dair 24.06.2019-cu il tarixli icra sənədi verilmiş və Beyləqan rayon İcra və Probasiya şöbəsi tərəfindən 07.08.2019-cu il tarixdə həmin icra sənədi üzrə icraata başlanılması haqqında qərar qəbul edil mişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında notarial qaydada bağlanmış 18.01.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehə verdiyi 40000 manat məbləğində pul vəsaitinin ondan tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 18.01.2017-i ildə Bakı şəhəri 46 saylı notariat kontorunda formal kredit müqaviləsi bağlanmışlar. Qeyd edilən kredit müqaviləsi üzrə cavabdeh ona heç bir vəsait verməmişdir. Cavabdehlə tanışlığı qardaşı X2 barəsində olan Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə əlaqədar olmuşdur. Qeyd edir ki, qardaşı Cinayət Məcəlləsinin 307.2-c i maddəsi ilə məhkum olunmuş, sona olaraq Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarına əsasən cəzasını çəkmiş hesab olunmuşdur. Qardaşı həbsdə olduğu müddətdə onun cavabdehə qarşı hər hansı pul öhdəliyinin olmamasına baxmayaraq, cavabdeh davamlı olaraq ona hədə-qorxu gələrək ondan külli miqdarda pul tələb etmişdir. Nəticədə qardaşı ilə bağlı olduğu üçün özünə məxsus əmlaklarını sataraq ona vermişdir. Hədə-qorxu təsiri altında həmçinin onun gələcəkdə qardaşına qarşı hər hansı şikayəti və tələbinin olmaması müqabilində ondan heç bir vəsait almadan adıçəkilən kredit müqaviləsini bağlamağa məcbur qalmış və sonradan əlavə olaraq cavabdehə 40000 manat məbləğində pul ödəmişdir. Cinayət işinin materiallarına əsasən cavabdeh qardaşı tərəfindən ona dəymiş maddi ziyanının tamamilə ödənildiyini öz ərizəsi ilə təsdiqləmişdir. Digər tərəfdən həmin cinayət işi materiallarına və qanuni qüvvəyə minmiş hökmə əsasən qardaşı dələduzluqla deyil, törədilmiş cinayət barədə xəbər verməməyə görə məhkum olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında notarial qaydada bağlanmış 18.01.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehə verdiyi 40000 manat və 277000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 317030 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia ərizəsinin həcminin artırıl masına dair ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh qardaşı X da hədə-qorxu gələrək pul tələb etmiş, qardaşı cavabdehə pul vermək məqsədilə alğı-satqı müqavilələri bağlayaraq əmlaklarını satmağa məcbur olmuşdur. Bundan sonra cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat kontorunda qardaşı X ona 320.000 ABŞ dolları məbləğində pul vəsaiti verməsini və qardaşına qarşı hər hansı iddia və tələbinin olmamasını 22 sentyabr 2015-ci il tarixli ərizəsi ilə təsdiq etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən notarial ərizənin verilmə tarixi onun əmlaklarının satılması ilə eyni vaxta təsadüf edir. Yəni cavabdeh tərəfindən verilən notarial ərizənin faktiki əsasının əsas hissəsini onun əmlaklarının hesabına ona ödənilən və əsassız varlanmasına şərait yaradan pul vəsaitləri təşkil etmişd ir. Lakin bütün bunlar kifayət etməmiş, bundan sonra da cavabdeh yaranmış ağır vəziyyətdən sui-istifadə edərək ona qarşı olan təzyiqlərini dayandırmamış, yenidən hədə ilə ondan külli miqdarda pul tələb etmişdir. Nəticədə 9 yanvar 2017-ci il tarixli (əmlakın dəyəri 30.000 manat) alğısatqı müqaviləsi bağlayaraq əmlakını satıb cavabdehə yenidən pul verməyə məcbur olmuşdur. Daha sonra, Cavabdeh ilə 18 yanvar 2017-ci ildə Bakı şəhəri 46 saylı notariat kontorunda hədə-qorxu təsiri altında cavabdehin gələcəkdə qardaşına qarşı hər hansı şikayəti və tələbinin olmaması müqabilində ondan heç bir vəsait almadan formal kredit müqaviləsi bağlamağa məcbur qalmışdır. Bunun müqabilində isə cavabdeh, ondan pulu tələb etməyəcəyini və qardaşı barəsində şikayət verməyəcəyini vəd etmişdir. Lakin həmin vaxt aral arında hər hansı borc münasibəti olmamışdır. Sadəcə görüntü üçün aralarında müqavilə bağlanmışdır. Müqavilənin bağlanmağına isə məcburiyyət qarşısında qalaraq razılıq vermişdir. Çünki həmin dövrdə onun üçün əsas olan törətmədiyi cinayətə görə ittiham olunan qardaşını xilas etmək olmuşdur. Həmin kredit müqaviləsinin sadəcə görüntü üçün bağlandığını sübut edən hallardan biri də ondan ibarətdir ki, eyni notariat ofisində eyni tarixdə cavabdeh tərəfindən qardaşına qarşı hər hansı şikayətinin olmaması barədə ərizə verilmişdir. Həmin dövrdə kimliyindən asılı olmayaraq istənilən sənədə qol çəkə və istənilən əmlakını qardaşına görə verməyə hazır olmuşdur. Proses bununlada yekunlaşmamış, sonradan əlavə olaraq cavabdehə hədə qorxu təsiri altında 40000 manat məbləğində də pul vermişdir. Lakin cinayət işinin materiallarına əsasən cavabdeh əvvəldən də qardaşı tərəfindən ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini öz ərizəsi ilə təsdiqləmişdir. Digər tərəfdən həmin cinayət işi materiallarına və qanuni qüvvəyə minmiş hökmə əsasən qardaşı dələduzluqla deyil, törədilmiş cinayət barədə xəbər verməməyə görə məhkum olunmuşdur. Həmin cinayət isə ədalət mühakiməsi əleyhinə olan cinayətlər fəslində yer almışdır. Yəni, dolayı yolla həmin cinayətin obyekti ədalət mühakiməsi ilə bağlı olan ictimai münasibətlərdir, hər hansı şəxsin əmlakı ilə bağlı münasibətlər deyil.Bundan sonra da, Cavabdeh təzyiqi altında 5 sentyabr 2018-ci il tarixli (əmlakların dəyəri 5.000 manat, 5.000 manat və 20.000 manat) üç alğı-satqı müqaviləsi bağlayaraq əmlaklarını satıb cavabdehə verməyə məcbur olmuşdur.
6. Bakı şəhə ri Xəzər Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(003)1446/20 nömrəli qətnaməsi ilə (hakim S.Bəhramzadə) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə kredit müqaviləsinin etibarlılığını şübhə altına alan hər hansı bir hal müəyyən edilməmişdir.
8. Belə ki, mübahisə predmeti olan borcun verilməsinə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.
9. İddiaçının, iddia tələbinin onunla Cavabdeh arasında bağlanmış 18.01.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsinə dəlili ondan ibarətdir ki, o, adıçəkilən müqaviləni cavabde hin hədə-qorxusu altında bağlamağa məcbur olmuşdur. Həmin kredit müqaviləsi formal bağlanmış və ona pul verilməmişdir.
10. Məhkəmə iddianın bu dəlilinə münasibətdə bildirmişdir ki, Mülki Məcəllənin 339.1-ci maddəsinə görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
11. Həmin Məcəllənin 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, z orakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
12. Qeyd olunan maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, məcburetmənin (zorakılıq və y a hədələmə) həyata keçirilməsi əqdin bilavasitə etibarsız hesab edilməsi üçün əsas deyildir, burada bu halların mövcud olduğunu hesab edən şəxsin əqdi yalnız mübahisələndirmək hüququ yaranır. Odur ki, iddiaçı hazırda cavabdeh tərəfindən ona qarşı hədə-qorxu, zorakılıq və ya hər hansı formada təzyiq göstərilməsi kimi hərəkətlərin həyata keçirildiyini sübuta yetirməyə borcludur. Lakin işin araşdırılmış hallarından görünür ki, iddiaçı, ona qarşı hədə-qorxu gəlinməsi və digər şəkildə təzyiq göstərilməsi kimi hərəkətlərin aradan qaldırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Sözügedən məcburetmə hallarının mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut isə iş materiallarında mövcud deyildir. Əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı, Cavabdeh ilə arasında bağl anmış 18.01.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə hissələr şəklində və müxtəlif vaxtlarda (birinci 32000 manat, sonra 1000 manat, daha sonra isə 7000 manat olmaqla) Cavabdeh ümumilikdə 40000 manat məbləğində pul vermiş, bununla da cavabdehə borcunun olmasını qəbul etmişdir
13. İddia tələbinin cavabdehdən 277000 manat məbləğində pul vəsaitinin cavabdehdən tələb edilməsinə dair hissəsinə iddiaçının dəlili ondan ibarət olmuşdur ki, ona məxsus əmlakların (mənzillərin) 14.09.2015-ci il və 22.09.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri əsasında satılması nəticəsində ona ziyan dəymişdir. Belə ki, həmin pulları ona cinayət nəticəsində dəymiş zərərdən əlavə olaraq cavabdehə vermişdir. Həmin müqavilələrdən görünür ki, həmin mənzillər iddiaçıya yox, bilavasitə onun qardaşı X məxsus olmuşdur. Bununla yanaşı, iddiaçı öz izahatında həmin mənzillərin hətta birinin cavabdehin arvadının adına alqı-satqı müqaviləsinə əsasən satılması görünsə də, məhkəmə iclasında mənzili özü real olaraq 126000 manata sataraq cavabdehə verdiyini bildirmişdir. Digər tərəfdən, iddiaçının iş üzrə cavabdehin cinayət işi ilə bağlı hər hansı bir tələbinin olmaması ilə bağlı ərizəsinə istinad etməsinə mübasibətdə isə məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edildiyi kimi, həmin mənzil cavabdehin arvadının adına alqı-satqı ilə rəsmiləşdirilməsi müqabilində belə bir ərizə verilmişdir. Məhz bunun formal olaraq belə olması iddiaçının 200000 manat müqabilində dəyərləndirilməsinə baxmayaraq özü tərəfindən 126000 manat satılmasını bildirməsi ilə təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməməlidir.
14. Eyni zamanda məhkəmə qeyd edir ki, hətta işin bu halının mövcud olması məhkəmə araşdırması zamanı müəyyən edildiyi halda belə iddiaçının mənzillərin satılması ilə bağlı dəymiş ziyanın tələb etməsi qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbinin həmin hissədə təmin edilməsi də mümkün olmazdı. Belə ki, satılmış mənzillər işin araşdırılmış hallarından müəyyən edilmişdir ki, X1 məxsus olmaqla alqı-satqı müqavilələri əsasında satılmışdır.
15. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qey d olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının qeryd etdiyi mənzillərə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının iddia tələbini n sözügedən mənzillərə bağlı dəymiş zərər tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə də iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331.1, 337, 339.1, 339.4-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2956/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.İsgəndərov, İ.K ərimli və E.Kazımov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə d ə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakç ılarının izahatları
23. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
24. Cavabdeh və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri
25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilməd iyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
29. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə 337.1)
30. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavi lənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2)
31. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. (maddə 339.1)
32. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. (maddə 339.4) Mülki Prossesual Məcəllə
33. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
34. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
35. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
36. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, kass asiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2956/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.