Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4478/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-7418/2019, hakim Ə.R.Abbasova) “xxxx” KB ASC-nin Cavabdeh qarşı iddiası təmin edilmiş, cavabdehdən xx. xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 3266 manat, faiz borcuna görə 277 manat, cərimə borcuna görə 25 manat, ümumilikdə 3569 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-2588/2020, hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova, İ.Ə.Kərimli) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2019-cu il tarixdə “xxxx” KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3266 manat məbləğində əsas borc, 277 man at məbləğində faiz borcunun, 25 manat məbləğində cərimə borcunun, cəmi 3569 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, borc məbləğinin düzgün müəyyən edilməsi üçün ekspertiza təyin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyas iya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 15% ödəmək şərtilə 3482 manat məbləğində kredit verilmişdir. İddiaçı hazırda cavabdehin həmin kredit müqaviləsi üzrə öhdəliklərinin tam və vaxtında yerinə yetirmədiyinə istinad edərək, cavabdehdən əsas və faiz borcu, o cümlədən dəbbə pulunun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa ça tanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən d əbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Cavabdeh iddiaçı tərəfindən tələb edilən borc məbləği ilə razılaşmamışdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, kreditin götürüldüyü vaxtdan iddiaçının tələb etdiyi vaxta qədər olan müddət 7 ay 24 gün olmaqla, həmin müddətə faiz borcunun m əbləği 349 manat edir. Cavabdeh iki dəfə 150 manat olmaqla, cəmi 300 manat ödəniş etmişdir. Həmin məbləğ əsas borcdan çıxılmışdır. Buna görə də apellyasiya məhkəməsi ümumi borc məbləğini müəyyən edərək ödənilmiş 300 manat borcu çıxaraq qalıq borcun məbləğini müəyyənləşdirmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, əsas borcun məbləğinə faizlər hesablanarkən və ödənilmiş borc silinərkən tərəflər arasında bağlanmış müqavilə şərtlərinə riayət edilmişdir. Borcun məbləğinin yüksək olmaması, faizin cəmi 7 ay 24 günə hesablanması və cavabdeh tərəfindən cəmi 300 manat ödəniş edilməsini nəzərə alaraq, ekspertiza təyin edilməsinə ehtiyac yoxdur və borcun sadə riyazi yolla hesablanması mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz t ələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ka ssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4478/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4478/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver