Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4478/2023 25.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4478/2023 (Açar sözlər: dəymiş maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4208/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayə tinə 25 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Paylayıcı İddiaçı Birliyinin Bakı Regional Qazın Satışı Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə AKX-05062xx/xx-2022 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməlidir.
2. İddiaçının ünvanına Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini t əbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır.
3. Abonentin saldosuna əsasən, verilən qaz xətti üzrə 1**********0000 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh) dekabr ayınadək 6.623,90 manat borc müəyyən edilmişdir. Cavabdeh 104,9 manat debitor borcu vardır. Qeyd edilən borc məbləğinin 35,40 manat olan hissəsi 2020-ci il tarix üçün sərfiyyat borcu, 65,54 manat olan hissəsi 2021-ci ilin sonu üçün yaranmış sərfiyyat borcu, 3,96 manat olan hissəsi isə 2022-ci il üçün olan borc məbləğidir. (35,40+65,54+3,96=104,9 manat). Qeyd edilən borc məbləğindən ödəniş edilməmişdir.
4. Təbii X1nın pozulması haqqında tərtib edilmiş aktlara əsasən, cavabdeh olan abonent Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyinə görə dəymi ş ziyan hesablanıb ödənilməlidir.
5. Təbii X1nın pozulması haqqında tərtib edilmiş, Təbii X1nın pozulması haqqında iddiaçı tərəfindən aktlar tərtib edilmiş, xx.xx.2020-cı il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 784,80 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 684 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4.147,20 manat, cəmi 6.372 (altı min üç yüz yetmiş iki) manat məbləğində iddiaçıya maddi zərərin dəyimiş olduğu müəyyən olunmuş, fotoşəkillər çəkilmişdir.
6. Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı İB-nə yazmış olduğu ərizənin məzmunundan müəyyən edilir ki, o, borc məbləği ilə tanış olmuşdur. Hesablanmış 6.223,7 manat borcun qəbul edərək, onun hissə-hissə ödənməsi üçün ona vaxt verilməsini xahi ş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının xeyrinə tərtib olunmuş akt üzrə 6.372 manat dəymiş ziyanın, 251,90 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 86,24 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 6.710,14 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın təl əblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, iddiaçının əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq ak tlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2020-cı il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 784,80 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 684 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4.147,20 manat, cəmi 6.372 manat məbləğində iddiaçıya maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2015-ci ilin üzrə 147 manat sərfiyyat borcu, 2020-ci ilin oktyabr-dekabr ayları üzrə 35,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 65,54 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar ayı üzrə 3,96 manat sərfiyyat borcu, cəmi 251,90 manat sərfiyyat borcu qalmışdı r. 2020-ci ilin oktyabr ayından 2022-ci ilin dekabr ayına qədər cavabdeh ödəniş etməmişdir. Qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 251,90 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin iddiaçıya ödənilməli borc məbləği hazırda Abonentin SALDO və GAZREP üzrə ümumi 6.623,90 manat təşkil etməkdədir.
9. Cavabdeh iddia ərizəsinə qarşı birinci instansiya məhkəməsinə etiraz ünvanlayaraq, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən onun yaşadığı ünvan 2 ünvanında iştirakı ilə sayğac quraşdırılmış 1**********0000 N°-li abonent kodu onun adına rəsmiləşdirilmiş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” ******* N°-li AKT tərtib edilmiş, lakin onunla iddiaçı arasında “Qaz paylayıcısı ilə məiş ət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmamışdır. xx.xx.2022-ci il tarixdə iddiaçının əməkdaşları Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, döngə 6, ev 6 “A” ünvanında quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə onun iştirakı olmadan baxış keçirmiş, guya sayğacdan kənar təbii qaz xəttini aşkar etmiş, foto-şəkillər çəkilmiş, sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə birliyə külli miqdarda ziyan vurduğuna görə 34.593 m3 itirilmiş qazın dəyəri 4.147,90 manat hesablanmış, ******* N°-li AKT tərtib edilmiş, lakin həmin AKT ona təqdim edilməmişdir. Onun imzalamadığı həmin AKT əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin AKT ləğv edilməlidir. xx.xx.2022-ci il tarixdə onun ilə iddiaçı arasında “Qaz payla yıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə AKX-05062xx/xx-2022 N°-li müqavilə bağlanmışdır. Müqavilə bağlanarkən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* N°-li AKT barədə ona heç bir məlumat verilməmişdir. Müqavilə kənar xətt aşkar edildikdən 1 həftə sonra bağlanmışdır. İddiaçı təbii qazdan sayğacdan kənar qeyri - qanuni istifadə olunduğunu aşkar etdikdən sonra kənar xətti ləğv etməli idi. Lakin, iddiaçı “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 N°-li qərarını nəzərə almamışdır. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda küçədəki qaz x əttində qaynaq izləri qalır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. Onun tərəfindən qaz sayğacına və küçədəki qaz kəmərinə müdaxilə olunmasına dair iddiaçının heç bir sübutu yoxdur. İmzasız və qeyri-qanuni tərtib edilmiş AKT isə abonentə məxsus fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunması faktının sübut edilməsi demək deyildir. Bundan əlavə nəzərə alınmalıdır ki, sayğac və qaz xətti abonentin yaşadığı evin həyətində deyil, küçədə yerləşir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(008)-1803/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 756 (yeddi yüz əlli altı) manat dəymiş zərərin, 104,9 (bir yüz dörd manat, doxsan qəpik ) debitor borcunun, 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutulmuş məbləğin iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evini təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlili ni inandırıcı sayır. Belə ki, iş materiallarında olan xx.xx.2020ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgülüyünə şübhə yaradır.
12. Məhkəmə hesab etmişdir ki, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız xx.xx.2020-cı il tarixli ******* saylı akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminın 7560 kubmetr olduğu müəyyən olunmuşdur. 7560 kubmetrin hər kubmetri tərəflər arasında bağla nan “Qaz alğısatqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0,10 manatdan hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 756 manat edir. Buna görə də iddia tələbi qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbi 756 manat həcmində təmin edilməlidir.
13. Eyni zamanda məhkəmə hesab etmişdir ki, cavabdeh məhkəmə iclasında qeyd edilən ünvanda aktlar tərtib edilən zaman onun yaşamadığını bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Habelə onun tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə yazılmış ərizəyə isə münasibət bildirərək qeyd etmişdir ki, o, nəyə qol çəkdiyini bilməmişdir. Ərizənin mətnini iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş şəkildə ona təqdim edilmişdir.
14. Bundan başqa məhkəmə iddia tələbinin cavabdeh tərəfindən faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2023-cü il üçün hesablanmış 251,9 manat pulun tutulması hissəsinə də münasibət bildirərək qeyd etmişdir ki, mülki işin materiallarına əlavə edilmiş saldodan da görünür ki, cavabdeh 2020-ci il sonu üçün 35,4 manat, 2021-ci ilin sonu üçün isə 65,54 manat, 2022-ci ilin sonu üçün 3,96 manat məbləğində qazdan istifadə nəticəsində sərfiyyat borcu (35,4+65,54+3,96=104,9) yaranmış olduğu sübut edildiyindən iddia tələbi bu hissədə də qismən 104,9 manat olan hissədə təmin edilməlidir.
15. Birinci instansiya məəhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”na, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2, 88, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olun muş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X1nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və hər dəfə qeyriqanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Daha sonra isə cavabdeh ərizə ilə iddiaçıya müraciət edərək hesablanmış ziyan məbləğini qəbul etdiyini bildirmiş və hissə- hissə öd ənilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Bundan əlavə, cavabdehin ödənilməmiş 2015-ci ilin üzrə 147 manat sərfiyyat borcu, 2020-ci ilin oktyabr-dekabr ayları üzrə 35,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 65,54 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar ayı üzrə 3,96 manat sərfiyyat borcu, cəmi 251,90 manat sərfiyyat borcu qalmışdır. Qeyd olunan sərfiyyat borc məbləği birinci instansiya məhkəməsinə təqdim edilmiş abonent saldosunda da aydın şəkildə öz əksini tapmışdır. Belə ki, abonent saldosunun “Ayın sonuna borc” qrafasından istehlakçının iddia qaldırılan tarixə 6.623,90 manat borcunun olduğu müəyyən edilir. Həmin məbləğin 6.372 manat hissəsi təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış dəymiş ziyan olduğundan cavabdehin iddia qaldırılan tarixə 251,90 manat (6.623,90-6.372=251,90) sərfiyyat borcunun qaldığı məlum olur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlarla iddia tələbləri tam sübuta yetirilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4208/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı saymışdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alnmalıdır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgülüyünə şübhə yaradır.
20. Eyni zamanda məhkəmə kollegiyası cavabdeh tərəfindən İddiaçı İB-nə xx.xx.2022-ci il tarixdə yazılmış ərizəyə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, həmin ərizənin mövcduluğu halında belə iddiaçının tərtib etdiyi aktlar üzrə borcun hansı qaydada və nəyə əsasən hesablandığının sübut edilməsi vəzifəsindən a zad edə bilməz. Belə ki, ərizədən görünür ki, cavabdehin öz xətti ilə deyil iddiaçı tərəfindən tərtib edilmiş və yalnız cavabdehə imza etdirilmişdir. Ərizədə şəxsin ad və soyadı, həmçinin borcun məbləği qrafası isə komputer formatında deyil, əl yazısı ilə əlavə edilmişdir ki, bu da həmin ərizənin düzgülüyünə şübhə yaradır. Eyni zamanda, mülki işin materiallarına əlavə edilmiş saldodanda görünür ki, cavabdeh 2020-ci il sonu üçün 35,4 manat, 2021-ci ilin sonu üçün isə 65,54 manat, 2022-ci iln sonu üçün 3,96 manat məbləğində qazdan istifadə nəticəsində sərfiyyat borcu (35,4+65,54+3,96=104,9) yaranmış olduğu müəyyən edilir ki, məhkəmə də haqlı olaraq məhz 104,9 manat məbləğində debitor borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
21. Apellyasiya instansiyası məhkəmə si gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”na, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti, apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd ed ilmişdir ki, apellyasiya instansiyası məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarını tanımış, lakin həmin aktlar üzrə iddiaçının mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən o da məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə iddiaçıya vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə səhv nəticəyə gəlməklə iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktları apellyasiya instansiya məhkəmə tərəfindən qəbul edildiyi üçün əgər məhkəmə iddiaçının mütəxəssisləri tərəfindən aparılmış hesabatla razı deyildisə, o zaman iddiaçıya dəymiş maddi zərər in miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmiş və qanunsuz qətnamə qəbul edilmişdir.
24. İddiaçıya maddi zərərin vurulması ilə bağlı halı sübut edən mötəbər sənədlər iş materiallarına əlavə edilmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş abonent saldosunda sərfiyyat borcu (debitor borc) tam şəkildə əksini tapdığı halda, eyni zamanda tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasını etiraf etməsinə dair cavabdehin iddiaçıya ünvanlanmış ərizəsinin olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi şikayətlərini hər hansı bir əsas olmadan təmin etməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi prosessu al hüquq normasını pozaraq əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı cavabdeh yazılı etiraz verərək, şikayətin dəlillərinin əsassız olduğunu, iddiaçı tərəfindən aşkar olunmasından dərhal sonra kənar xəttin ləğv edilmədiyini, bunun isə onun kənar xəttdən istifadə etmədiyini sübut etdiyini, iddiaçı tərəfindən qaz verilməsi ilə bağlı hesablamanın qanunsuz olmasını qeyd etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödən ilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yaln ız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
30. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
33. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət d aşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”.
34. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
35. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
36. Bənd 2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
37. Bən d 3.1.7. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
38. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
39. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
40. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
41. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
42. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texni ki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
43. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
44. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alğı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).
45. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
46. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və akt ın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi Şərtlərini təyin edən” Qaydaları.
47. Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir.
49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiym ət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya insta nsiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Belə ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
62. Məhkəmə kollegiyası kassasiya şikayətinin ekspertizanın təyin olunmaması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, məhkəmə faktiki olaraq işdə olan sübutlar üzrə qiymətləndirmə apararaq sayğacdan kənar istifadə edilən təbii qazın həcmini müəyyən etmişdir. Bu vəziyyətdə ekspertiza təyin edilməsi üçün hər hansı zərurətin olması müəyyən olunmur.
63. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdi r və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
64. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
67. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
68. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların tə qdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
70. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən ver ilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4208/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.