Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-448/2019 22.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 22 yanvar 2019-cu il İŞ № 2(102)-448/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli, 2(103)-8553/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili xxxoğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(001)-3246/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.S.Kərimov) iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “avtomobil kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddiası təmin edilərək, cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 8.797,50 ABŞ dolları, faiz borcuna görə 918,37 ABŞ dolları, hesablanmış cəriməyə görə 47,11 ABŞ dolları, cəmi 9.762,98 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın iddiaçı təşkilat qarşısında ipoteka hüququ ilə yüklü edilmiş cavabdehin mülkiyyətində olan “Chevrolet Aveo” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə ediləcək məbləğ hesabına kredit borcunun ödənilməsi, kredit borcu tam ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli, 2(103)-8553/2018-saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Emil Dadaşov qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “avtomobil kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 06 may 2013-cü il tarixli “av tomobil kredit müqaviləsi”nə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 60 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 14.812 ABŞ dolları kredit verilmişdir. Sözügedən “kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi” barədə 01 razılaşmaya əsasən cavabdehin 05 fevral 2016-cı il tarixə olan kredit borcu kapitallaşdırılaraq 9.144 ABŞ dolları məbləğində kredit borcunun müddəti illik 18 faiz hesablanması şərti ilə 27 ay, 1 gün müddətinə uzadılmışdır. Eləcə də sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 06 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan “Chevrolet Aveo” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı təşkilatın xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əlavə və dəy işikliklər edilməsi ilə əlaqədar olaraq sözügedən ipoteka müqaviləsinə dəyişiklik edilməsinə dair tərəflər arasında 05 fevral 2016-cı il tarixli, 01 saylı razılaşma bağlanmışdır. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini 05 iyul 2016-cı il tarixdən icra etməmiş və nəticədə onun iddiaçı təşkilata ödənilməmiş 8.797,50 ABŞ dolları əsas, 918,37 ABŞ dolları faiz, 47,11 ABŞ dolları cərimə olmaqla, cəmi 9.762,98 ABŞ dolları kredit borcu yaranmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı “Bank VTB (Azərbaycan)” ASC, Cavabdeh və vəkili Emil Dadaşov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdiril mədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka müqavilələri üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsinə və onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun yaranmasına, kredit borcunun ipoteka predmetinə yönəldilməsi üçün əsasların olmasına istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 739, 740-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq norma larının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 06 may 2013-cü il tarixli “avtomobil kredit müqaviləsi”nə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 60 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 14.812 ABŞ dolları kredit verilmişdir. Sözügedən “kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi” barədə 01 razılaşmaya əsasən cavabdehin 05 fevral 2016-cı il tarixə olan kredit borcu kapitallaşdırılaraq 9.144 ABŞ dolları məbləğində kredit borcunun müddəti illik 18 faiz he sablanması şərti ilə 27 ay, 1 gün müddətinə uzadılmışdır. Eləcə də sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 06 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan “Chevrolet Aveo” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı təşkilatın xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq sözügedən ipoteka müqaviləsinə dəyişiklik edilməsinə dair tərəflər arasında 05 fevral 2016-cı il tarixli, 01 saylı razılaşma bağlanmışdır. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini 05 iyul 2016-cı il tarixdən icra etməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı təşkilat iddia etmişdir ki, cavabdehin iddiaçı təşkilata ödənilməmiş 8.797,50 ABŞ doll arı əsas, 918,37 ABŞ dolları faiz, 47,11 ABŞ dolları cərimə olmaqla, cəmi 9.762,98 ABŞ dolları kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şək ildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit, ipoteka müqavilələri üzrə öhdəlik hüquq münasibətlərinin yaranması, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, borcun ipoteka predmetinə yönəldilməsi üçün əsasların olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. İşdən görünür ki, cavabdeh qətnamədən kassasiya şikayətini şikayət xatirinə vermişdir və o, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, kredit borcunun düzgün hesablanmamasını, kreditin ABŞ dolları ilə deyil, manatla götürməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, işdən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə krediti manatla deyil, ABŞ dolları ilə götürmüşdür. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gə ldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Kredit müqaviləsi üzrə ödənişin müddəti çatanadək ABŞ dollarının Azərbaycan manatına nisbətdə dəyərinin (məzənnəsinin) artmasına gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, ölkədə baş vermiş devalivasiya id diaçı təşkilatın vəsaiti hesabına kompensasiya edilməklə aradan qaldırıla və kredit müqaviləsinin şərtləri iddiaçı təşkilatın ziyanına təfsir oluna bilməz. Çünki, Azərbaycan manatının devalivasiyası nəticəsində cavabdehlə yanaşı iddiaçı təşkilatın özünə də zərər dəyməsi mülki iş materilları ilə istisna olunmur. Ölkədə baş vermiş devalivasiyanın nəticələri isə yalnız dövlətin müdaxiləsi, maliyyə yardımı, eləcə də kredit müqaviləsi üzrə tərəflərin qarşılıqlı razılaşmaları ilə aradan qaldırıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili xxxoğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2018-c i il tarixli, 2(103)-8553/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-448/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-448/2019
22.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver