Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-448/2023 06.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra və hərrac xərclərinin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “icra və hərrac xərclərinin tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104) -1829/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 06 fevral 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(043)-2549/2014 saylı qətnaməsi ilə, iddiaçı “YapıKredi Bank Azərbaycan» QSC ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2013-cü il tarixli, 54444/05 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 25 oktyabr 2013-cü il tarixli, 1 nömrəli kredit sazişinə əsasən 283588,21 ABŞ dolları əsas, 45384,81 ABŞ dolları əsas məbləğə hesablanmış faiz, 2000 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 330973,02 (üç yüz otuz min doqquz yüz yetmiş üç dollar, 02 sen t) ABŞ dolları ödəniş anına manata məzənnə ilə və 25 oktyabr 2013-cü il tarixli, 2 və 3 nömrəli kredit sazişlərinə əsasən 373298,80 manat məbləğində əsas, 54900,75 manat məbləğində faiz, 8000 manat cərimə məbləği, məhkəmə xərcləri qismində ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 62 manat, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin əmlak sahiblərinə göndərilməsi üzrə poçt xərci 5,50 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 436297,05 (dörd yüz otuz altı min iki yüz doxsan yeddi manat, 05 qəpik) manat tutularaq, iddiaçı “X2” QSC-yə ödənilməsi, mütəxəssis rəylərinin verilməsi üçün 130 (yüz otuz) manat xidmət haqqı cavabdehl ər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tutularaq, "xxxx" MMC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh4 qızma məxsus, 0,0297 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1013.7 kv metr, 1,2 mərtəbəli və mansardan ibarət olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində yerləşən qeyriyaşayış binasına (RX seriyalı, ******* nömrəli çıxarış) və Cavabdeh2 məxsus, 0,058 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 140,5 kvm yaşayış, 295,8 kv metr köməkçi sahədən ibarət olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə (MH seriyalı, ******* nömrəli çıxarış) yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının açıq hərracda ilkin satış qiyməti ******* (bir milyon beş yüz min) manat məbləğində, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti isə 430000 (dörd yüz otuz min) manat dəyərində müəyyən edilməsi, qətnamənin tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində icrası qaydası kimi, ilkin olaraq Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası açıq hərracda satışa çıxarılsın. Həmin ipoteka predmetinin hərracda realizəsi baş tutmadığı və ya tələb hər hansı bir başqa səbəbdən həmin əmlaka görə təmin edilə bilmədiyi halda, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satışa çıxarılması, iddia tələbinin ünvan 2 ünvanda yerləşən yaşayış evinin ilkin satış qiymətinin 250000 manat, Gəncə şəhəri, Kəpəz r ayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində yerləşən qeyriyaşayış binasının ilkin satış qiymətinin 600000 manat olmaqla açıq hərracdan satılması hissəsində və qalıq dəbbə pulu hissəsində təmin edilməməsi qət edilmişdir.
2. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(104)728/2016 saylı qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 2(043)-2549/2014 saylı qətnaməsi ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının açıq hərracda ilkin satış qiymətinin ******* (bir milyon beş yüz min) manat məbləğində, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin isə 430000 (dörd yüz otuz m in) manat dəyərində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 250000 (iki yüz əlli min) manat, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının açıq hərracda ilkin satış qiyməti 780000 (yeddi yüz səksən min) manat müəyyən edilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-4235/2016 saylı qərarı ilə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və onların vəkili X1 oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2016-cı il tarixli, 2(104)-728/2016 saylı qətnaməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Ca vabdeh4 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 4. 18.04.2018-ci il tarixli 19/03 saylı hərracın nəticələri barədə yekun Protokola əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi 159375 manat məbləğə "xxxx" QSC tərəfindən əldə edilmişdir. 5. 18.04.2018-ci il tarixli 19/04 saylı hərracın nətiəcələri barədə yekun Protokola əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış evi 497250 manat məbləğə "xxxx" QSC tərəfindən əldə edilmişdir. 6. "xxxx" QSC tərəfindən Cavabdeh4 məxsus ünvan 4 ünvanının qiymətləndirilməsi ilə bağlı 13132 manat ödəniş edilmişdir.
7. Hərrac Mərkəzi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" QSC tərəfindən hərrac xərci kimi 13132 manat ödəniş edilmişdir. 8. 21.09.2018-ci il tarixli 662 saylı ödəniş tapşırığına əsasən, "xxxx" QSC tərəfindən 2(104)-728/2016 saylı qətnamənin icrası ilə bağlı 7 faiz ödəmə ilə bağlı 45963,75 manat ödəniş edilmişdir.
9. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" QSC tərəfindən 2(104)728/2016 saylı qətnamənin icrası ilə bağlı icra xərci kimi 45963,75 manat ödəniş edilmişdir.
10. «X2 Azərbaycan» QSC tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə yazılı müraciət edərək bildirmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(104)-728/2016 saylı icra sənədi üzrə tərəflər arasında razılıq əldə edilmişdir, bu səbəbdən icra sənədini icra etmədən məhkəməyə qaytarılmasını xahiş edilmişdi r. 11. "xxxx" QSC tərəfindən Gəncə İnzibati Məhkəməsinə yazılı müraciət edərək bildirmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-1264/2020 saylı qərarına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası və Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi üzərində «YapıKredi Bank Azərbaycan” QSC-nin mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alaraq yeni “Çıxarışın” verilməsi öhdəliyini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Hal-hazırda tərəflər arasında razılıq əldə edilmişdir. «YapıKredi Bank Azərbaycan” QSC yuxarda qeyd ed ilən daşınmaz əmlaklar üzərində yeni çıxarış alınmasından imtina edir. Bu səbəbdən də Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-1264/2020 saylı qərarının icrasına ehtiyac qalmır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 21(114)-1264/2020 saylı qərarının icrası istiqamətində nəzərdə tutlmuş addımları icra etməmələrini xahiş etmişlər.
12. «X2 Azərbaycan» QSC tərəfindən DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizələrin surətlərindən görünür ki, Cavabdeh2 (ipoteka qoyan) tərəfindən 03 oktyabr 2013 cü il tarixli sonrakı ipoteka müqaviləsinə müvafiq olaraq ipoteka qoyulmuş əmlaka (Gəncə şəhəri, Kəpəz rayonu, Zülfüqar Məmmədov küçəsində, 0,058 ha torpaq sahəsində yerləşən 295,8 kv metr kö məkçi sahədən ibarət 28 nömrəli fərdi yaşayış evi) X2 Azərbaycan QSC tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq qeydiyyata alınmış bildirişin (bundan sonra bildiriş) qeydiyyatının və Cavabdeh4 (ipoteka qoyan) tərəfindən 03 oktyabr 2013 - cü il tarixli sonrakı ipoteka müqaviləsinə müvafiq olaraq ipoteka qoyulmuş əmlaka (Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində, 0,0297 ha torpaq sahəsində yerləşən 1013,7 kv metr ümumi sahədən ibarət qeyri - yaşayış binası) “X2 Azərbaycan” QSC tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq qeydiyyata alınmış bildirişin (bundan sonra bildiriş) qeydiyyatının ləğv olunmasını xahiş edilmişdir. 13. "xxxx" QSC tərəfindən DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinə ü nvanladığı xx.xx.2021-ci il tarixli ərizələrin surətlərindən görünür ki, “X2 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında 03 oktyabr 2013 - cü il tarixində bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edilmiş, Cavabdeh4 məxsus, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində, 0.0297 ha torpaq sahəsində yerləşən 1013,7 kv metr ümumi sahədən ibarət qeyri - yaşayış binası üzərindəki bankımıza aid bütün yüklülüklərdən (girovdan) azad edilməsi və “X2 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında 03 oktyabr 2013 – ci il tarixində bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edilmiş, Cavabdeh2 məxsus, Gəncə şəhəri, Kəpəz rayonu, Zülfiiqar Məmmədov küçəsində, 0,058 ha torpaq sahəsində yerləşən 295,8 kv metr köməkçi sahədən ibarət 28 n ömrəli fərdi yaşayış evi üzərindəki banka aid bütün yüklülüklərdən (girovdan) azad edilməsi xahiş edilmişdir. 14. "xxxx" QSC tərəfindən DƏDRXin 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə yazılı müraciət edilərək, tərəflər arasında razılıq əldə edildiyindən, "xxxx" QSC hərrac protokollarına əsasən daşınmaz əmlaklar üzərində yeni çıxarış alınmasından imtina etmiş və müxtəlif vaxtlarda Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası və Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi Hərracın nəticələri barədə 18 aprel 2018-ci il tarixli 19/03 saylı və 19/04 saylı yekun Protokollara və 18 aprel 2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilələrinə əsasən « YapıKredi Bank Azərbaycan” QSC-nin mülkiyyətinə keçirilməsini dövlət qeydiyyatına alaraq yeni Çıxarışın verilməsini üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə göndərilmiş ərzələrin baxılmamış saxlanması, həmin ərizələri və qoşma olan sənədləri geri olaraq "xxxx" QSC-yə göndərmələri xahiş edilmişdir. 15. 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli əmlaklara dair verilmiş sənədlərin geri qaytarılması barədə məktubdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası və Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi üzərində hüquqların daşı nmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması və hərracın nəticələri barədə 18 aprel 2018-ci il tarixli, 19/03 saylı və 19/04 saylı yekun Protokollarının geri qaytarılması barədə ********** və ********** saylı müraciətlərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmış, müraciətə əsasən əmlaklara dair verilmiş ərizələrin icrasından imtina edildiyi üçün hərracın nəticələri barədə 18 aprel 2018-ci il tarixli, 19/03 saylı və 19/04 saylı yekun Protokollarının əsli QSC-yə geri qaytarılmışdır. a)Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən bank qarşısında götürdükləri kredit öhdəliklə rini pozduqları üçün Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evinin və Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası ilə bağlı hərrac xərci olaraq 13132 manat, icra xərci olaraq 45963,75 manat məbləğində vəsaitin (banka vurulmuş maddi ziyanın), həmçinin 30 manat dövlət rüsumunun, ümumilikdə 59125,75 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlaklar satıl madığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlaklar 18 aprel 2018-ci il tarixli, 19/03 və 19/04 saylı hərracın nəticələri barədə yekun Protokollara əsasən 497250 manat vəsaitə və 159375 manat vəsaitə “X2 Azərbaycan” QSC tərəfindən əldə edilmiş və çıxarışların alınması ilə bağlı da müvafiq orqana rəsmi müraciət edilmişdir. İpoteka predmeti olan daşınmaz əmlakların bankın mülkiyyətində keçirilməsi ilə hərrac xərci olaraq 13132 manat, icra xərci olaraq 45963,75 manat məbləğində vəsaitlər bank tərəfindən ödənilmişdir.
18. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 29 mart 2022-ci il tarixli, 2(043)-8/2022 saylı qətnaməsi ilə (hakim Zaur Hüseynov) iddia təmin edilmişdir.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla ə saslandırmışdır ki, məhkəmə iclasında Cavabdeh2 izahatında cavabdehlərlə bank arasında yazılı saziş olduğunu, həmin sazişə əsasən bankın onlara qarşı bütün tələblərindən, o cümlədən hazırki iddia ərizəsi üzrə olan xərclərin əvəzinin ödənilməsi tələbindən də imtina etdiyini bildirsə də, cavabdeh qeyd etdiyi yazılı sazişi məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi isə tərəflər arasında belə bir yazılı sazişin olmadığını, kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin cavabdehlərə güzəşt edildiyini, qarşılıqlı razılaşma əsasında müəyyən edilmiş borc məbləği cavabdehlər tərəfindən ödənildiyindən bank icra sənədinin geri qaytarılmasını təmin etmişdir. Bank çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməkdən imtina etməmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 472.2, 1096.2, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.3, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə "xxxx" QSC ilə tərəflər arasında əldə olunmuş razılaşmaya, eləcə də borc öhdəliyinin tam icra olunmasına baxmayaraq işə birtərəfli yanaşmaqla iddiaçının hüquq və mənafelərinə üstünlük vermiş və ədalətsiz qətnamə qəbul etmişdir. Halbuki qeyd olunduğu kimi borc öhdəliyinin tam icra olunmasına baxmayaraq iddiaçının öz təşəbbüsü ilə ödədiyi hərrac və icra xərclərinin ondan və digər cavabdehlərdən tutulmasına dair qətnamə qəbul etmişdir. İş materiallaından göründüyü kimi girov qoyulmuş əmlaklar girovdan azad olunmuşdur. Belə ki, "xxxx" QSC-nin DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizələrin surətindən də müəyyən edilir ki, iş üzrə girov qoyulmuş hər iki əmlakın yüklülükdən azad edilməsi xahiş olunmuşdur. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamış, işin faktiki hallarını dəqiq aydınlaşdırmamışdır. Ümumiyyətlə hesab edir ki, birinci instansiya məhkəməsi sübutlara hərtərəfli və obyektiv qiymət verməmişdir.
23. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi 12 avqust 2022-ci il tarixli, 2(104)-1829/2022 nömrəli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrliyi və məruzəsi ilə), Fikrət Mehtiyev və Rəhman Muradov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qismən, yəni Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 45963,75 manat icra xərcinin müştərək qaydada tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia 45963,75 manat məbləğində icra xərcinin cavabdehlərdən tutulması hissəsində rədd edilmiş, qətnamə iddianın təmin edilmişCavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 13132 (on üç min bir yüz otuz iki) manat məbləğində hərrac xərci və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pulun müştərək qaydada tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödən ilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən hərrac xərci kimi ödənilmiş 13132 manat pul vəsaitinin cavabdehlərdən tutulması ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. İcra xərci olaraq ödənilmiş 45963,75 manat məbləğində pulun cavabdehlərdən tutulması ilə bağlı hissəsində məhkəmə qətnaməsini əsaslı deyildir. Yuxarıda qeyd olunan qanun normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən iddianın icra xərcinin cavabdehlərdən tutulması tələbi hissədə təmini üçün qanuni əsaslar mövcud deyildir. İşə baxmış birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin edərkən tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş və həmin hissədə düzgün olmayan nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası gəldiyi nəticəni İcra haqqında qanunun 23.1.1, 23.4, 80.1 və 80.3-cü, Mülki Prosessual Məcəllənin 217.2, 217.4, 385.1.1 və 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi üzrə tətbiq edilən hüquqi mövqeyə, tətbiq olunmuş maddi hüquqi normalarının tətbiqi ilə bağlı dəlillərə münasibət bildirmədən, işin mahiyyətinə uyğun gəlməyən maddi hüquq normalarını tətbiq edərək, yalnız birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəl məməsini qeyd etməklə kifayətlənmişdir.
28. Apellyasiya məhkəməsi hüquqi mövqeyini “İcra haqqında” qanunun 80.1 və 80.3-cü maddələrinə istinad eləyərək əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası qətnamədə ümumiyyətlə birinci instansiya məhkəməsinin adı çəkilən xərcin banka dəymiş zərər olması ilə bağlı hüquqi mövqeyinə hər hansı hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə kollegiyası nəzərə almamışdır ki, cavabdehlər sırasında ipoteka qoyanla yanaşı, həmçinin kredit müqaviləsi üzrə borcalan və onun öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməsinin təminatı kimi zaminlik müqaviləsi bağlanmış şəxslər də vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Q anunu
30. Maddə 23.1.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.
31. Maddə 23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır.
32. Maddə 80.1. İcra hərəkətlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə tələbkar icra qurumunun depozit hesabına avans köçürə bilər.
33. Maddə 80.3. İcra hərəkətləri başa çatdıqda, avans bütövlükdə tələbkara qaytarılır. Bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrinə uyğun olaraq icra sənədi qaytarıldıqda, avansın icra hərəkətlərinin həyata keçirilməsinə sərf olunan xərclərdən artıq hissəsi tələbkara qa ytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə
9. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
217. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasın da müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir.
43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən qətnamənin təmin edilməyən hissəsini mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətində qeyd edi lən dəlillər iddia ərizəsində irəli sürülmüş dəlillərlə eyni məzmunlu olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmaqla Mülki Prosessual Məcəllənni 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət vermişdir. Məhkəmə “İcra haqqında” qanunun 23.1.1. 23.4. 80.1 və 80.3-cü maddələrini düzgün təfsir edərək həmin maddələri işin müəyyən edilmiş hallarına düzgün tətbiq etmişdir. Bu baxımdan kassasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün ola bilməz.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
47. Yuxarıda göstərilənlə rə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1829/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.