Məhkəmə qərarları › İş №2(102)-4481/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4481/2019

01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4481/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı İnvestisiya Kommersiya Bankının vəkili X1, Cavabdeh2 vəkili X5 iştirakları ilə. Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki 23 noyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim: K.B.Əsədov; 2(001) -174/2018) iddia tələbi təmin edilmiş, açıq boz metal rəngli(ban:NT********) “Nissan X Trail” markalı, əvvəlki dövlət qeydiyyat nişanı **-******-*** olan 03 avqust 2017-ci il tarixdə isə qeydiyyat nömrə nişanı dəyişdirilərək **-*****-*** olan avtomaşının 03 iyul 2017-ci il tarixdə Cavabdeh2 adına Baş Dövlət Yol Polisi İdarəsində rəsmiləşdirilməsinə dair alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və avtomobilin əvvəlki sahibi Cavabdeh3 mülkiyyətinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: M.AMəmmədov (sədrlik edən və məruzəçi) X.Ə.Sarıyev və E.Y.Şamayev; 2(103)-12109/2018) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməm iş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi 24 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı İnvestisiya Kommersiya Bankının cavabdehlər Cavabdeh2 və ARDİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki dövlət qeydiyyat nişanı **-******-*** olan, 03.08.2017-ci il tarixdə isə qeydiyyat nömrə nişanı dəyişdirilərək **--*** olan avtomobilə (bundan sonra- mübahisəli avtomobil) dair satıcı olan Cavabdeh3 ilə alıcı olan Cavabdeh2 arasında 03.07.2017-ci il tarixdə bağlanmış və cavabdeh BDYPİ-də rəsmiləşdirilərək qeydə alınmış "Alqı-satqı müqaviləsinin", həmin müqavilə əsasında Cavabdeh2 adına avto mobilə dair verilmiş "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin"etibarsız hesab edilməsi və avtomobilin əvvəlki sahibi Cavabdeh3 mülkiyytinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 09.09.2016-cı il tarixli məhkəmə əmrinə (İş N 2(001)-12469/2016) əsasən, borclular (hazırkı iş üzrə cavabdehlərdən biri) Cavabdeh3 və (hazırki iş üzrə tərəf olmayan) X3 10.797,02 ABŞ dolları məbləğində pulun müştərək qaydada tutularaq (hazırki iş üzrə iddiaçı olan) Banka ödənilməlidir. Məhkəmə əmri icra edilməsi üçün Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Həmin Şöbəsinə icra məmuru məhkəmə əmrinin icrasını təmin etmək məqsədilə təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və həmi n Məhkəmənin 20.02.2017-ci il tarixli qərardadı (İş N 8(001)-363/2017) ilə borclu Cavabdeh3 mülkiyyətində olan mübahisəli avtomobilin üzərinə həbs qoyulmuşdur. Bundan sonra (hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh2 ərizə verərək, avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmiş, Binəqədi Rayon Məhkəməsinin 19.06.2017-ci il tarixli qərardadı ilə mübahisəli avtomobilin üzərindən həbs götürülmüşdür. Həmin qərardaddan tələbkar Bank şikayət vermiş, Binəqədi Rayon Məhkəməsinin 23.06.2017-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün şikayət, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.07.2017-ci il tarixli qərardadı (İş N 8(103)-545/2017) ilə Bankın şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 1 9.06.2017-ci il tarixli qərardadı ləğv edilmiş və maraqlı şəxs olan Cavabdeh2 "avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə" ərizəsi təmin edilməmişdir. Başqa sözlə mübahisəli avtomobilin üzərinə Binəqədi Rayon Məhkəməsinin 20.02.2017-ci il tarixli qərardadı ilə qoyulmuş həbs bərpa edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 19.06.2017-ci il tarixli qərardadı ilə mübahisəli avtomobilin üzərindən həbs götürüldükdən sonra, yəni qərardad qanuni qüvvəsini almadan, həmin qərardaddan tələbkar Bank tərəfindən şikayət verildiyi halda, Cavabdeh3 qanuni qüvvədə olan məhkəmə əmrinin icrasından yayınmaq məqsədilə mübahisəli avtomobili 03.07.2017ci il tarixdə Cavabdeh2 satmış və onların arasında bağlanmış “Alğı-satqı müqaviləsi” BDYPİ-də rəsmiləşdirililərək qeydə alınmışdır. Halbuki Binəqədi Rayo n Məhkəməsində avtomobilin üzərindən həbsin götürülməsi ilə bağlı ərizəyə baxılarkən tələbkar Bankın iştirakı təmin edilməmiş, məhkəmənin 19.06.2017-ci il tarixli qərardadı 23.06.2017-ci il tarixdə Banka daxil olmuş, həmin qərardaddan şikayət verilmişdir. Bundan başqa, Cavabdeh2 avtomobilin qeydiyyat nişanını dəyişdirərək, **--*** qeydiyyat nişanı ilə vəci il tarixdə isə **--*** dövlət qeydiyyat nişanı ilə yeni nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələri almışdır. Qeyd edilənlərə əsasən Bank hesab edir ki, mübahisəli avtomobilə dair satıcı olan Cavabdeh3 ilə alıcı olan Cavabdeh2 arasında 03.07.2017- ci il tarixdə bağlanmış və cavabdeh BDYPİ-də rəsmiləşdirilərək qeydə alınmış “Alğı-satqı müqaviləsi”, həmin müqavilə əsasında Cavabdeh2 adına avtomobilə dair verilmiş “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” etibarsız hesab edilməli və avtomobil əvvəlki sahibi Cavabdeh3 mülkiyyətinə qaytarılmalıdır Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayətində kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin Azərbaycan Respublikası Konstitusiyasının 125, 127-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1, 372.1-ci maddələrinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.3, 182.1-ci maddələrinin tələbləri pozulmuş, Cavabdeh2 hüquq və mənafeləri əleyhinə, əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kоllеgiyаsının iclаsındа Cavabdeh2 vəkili X7 kаssаsiyа şikаyətinə uyğun izahat verərək, şikayətin təmin еdilməsini хаhiş еtdi. Məhkəmə kоllеgiyаsının iclаsındа iddiaçı İddiaçı İnvestisiya Kommersiya Bankının vəkili X4 kаssаsiyа şikayətinin təmin еdilməməsini хаhiş еtdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının p rosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından, o cümlədən Binəqədi Rayon Məhkəməsinin 09.09.2016-cı il tarixli məhkəmə əmrinə (İş № 2(001 )-12469/2016) əsasən, borclular (hazırki iş üzrə cavabdehlərdən biri) Cavabdeh3 və (hazırki iş üzrə tərəf olmayan) X3 10.797,02 ABŞ dolları məbləğində pulun müştərək qaydada tutularaq (hazırki iş üzrə iddiaçı olan) Banka ödənilməlidir. Məhkəmə əmri icra edilməsi üçün Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin Şöbənin icra məmuru məhkəmə əm rinin icrasını təmin etmək məqsədilə təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 1 ci il tarixli qərardadı (İş № 8(001)-363/2017) ilə borclu Cavabdeh3 mülkiyyətində olan mübahisəli avtomobilin üzərinə həbs qoyulmuşdur. Cavabdeh2 ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmiş və həmin Məhkəmənin 2 ci il tarixli qərardadı ilə mübahisəli avtomobilin üzərindən həbs götürülmüşdür. Bu qərardaddan tələbkar Bank şikayət vermiş, Binəqədi Rayon Məhkəməsinin 3 ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün şikayət, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəmənin Mülki Kollegiyasının 18.07.2017-ci il tarixli qərardadı (İş № 8(103)-545/2017) ilə Bankın şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 19.06.2017-ci il tarixli qərardadı ləğv edilmiş və maraqlı şəxs olan A.Məmmovun “avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə” ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. - 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəz ərdə tutulan hallarda qeydə alınmalıdır.Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqa nı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. -337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -339-cu maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bun u gözləsin. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 20.02.2017-ci il tarixli qərardadı ilə mübahisəli avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərardad qanuni qüvvəsini almadığı halda avtomobilin əvvəlki mülkiyyətçisi olan Cavabdeh3 hüquqdan sui-istifadə edərək onu özgəninkiləşdirmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, maddi və prosessual hüquq normalarının tələbini işin yuxarıda qeyd edilən hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, iddia əsaslıdır və Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessu al hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar