Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4482/2018 05.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4482/2018 05 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı, vəkili X3 və Cavabdehin vəkili Vəkilin iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” ilk, Cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-286/18 saylı, 15 yanv ar 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış və Bakı şəhəri 18 saylı Notariat Kontorunda təsdiq edilmiş 07 yanvar 2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə X3adlı şəxsin vasitəsilə tanış olduğu X13 ilə biznes qurmaq məqsədilə görüşmüşdür. Onunla eyni fikirdə olduğundan aralarında bir-birinə qarşı inam və etibar yaranmışdır. Çünki hər ikisi biznes ilə məşğul olub pul qazanmaq istəyirdilər. Bizneslərini İran və Gürcüstan Respublik alarında həyata keçirməli idilər. X5 özünün xalası oğlu X4 adlı şəxslə onu tanış etmiş və bildirmişdir ki, bu məsələdə X4 onlara köməklik edəcəkdir. Onlar İran və Gürcüstan Respublikalarına səfərlər etmişlər. Məqsədləri İrandan bitum məhsulunu alıb Gürcüstan Respublikasında fəaliyyət göstərən yerli şirkətlərə təhvil vermək, əldə ediləcək qazancı aralarında bölüşdürmək olmuşdur. Bitumun hər tonundan əldə edilən 37 ABŞ dolları qazancdan 24 ABŞ dolları X5a, 8 ABŞ dolları ona, 5 ABŞ dolları isə İran İslam Respublikasında olan vasitəçi X6 adlı şəxsə verilməli idi. 10.05.2015-ci il tarixdə X5 İran Respublikasına məxsus Negin fəxr Azərbaycan şirkəti ilə Gürcüstan Respublikası arasında olan Qazant şirkəti arasında bağlanmış müqavilənin surətini onun email ünvanına göndərmişdir. Razılaşmaya görə o, Gürcüstan Respublikasında müştəriləri tapıb bu işə cəl etməli, X5ın və X4in vəzifəsi layihəni maliyyələşdirmək, malın İrandan Gürcüstan Respublikasında olan Qazant şirkəti və sonradan 8 adda şirkətə çatdırılmasından ibarət olmuşdur. X5, X4 və o, bu layihə üzrə 8 maşın bitumu İrandan Gürcüstan Respublikasında olan Qazant şirkətinə və sonradan 8 adda şirkətə çatdırmışlar. Əldə olunan qazancı da aralarında bölmüşlər. Lakin o, ona çatan pulu götürməmişdir. Buna baxmayaraq layihələri davam etmişdir. Bir müddət sonra X5 və X4 layihənin həcmini genişləndirmək üçün əlavə şəxsləri bu layihəyə qoşmağı təklif etmiş və o bu məqsədlə X7 adlı şəxsi onlarla tanış etmişdir. Razılaşmaya görə o, yenə də marketinq işini görməli, X5 və X4 təxminən 40000 ABŞ dolları, X7 isə 120000 ABŞ dolları pul qoymalı id i. Layihədə onun işi yalnız marketinq işi olduğu üçün maliyyə işinə qarışmamışdır. Ümumiyyətlə layihənin maliyyə işini yalnız X5 həll edirdi. Sonralar Gürcüstan Respublikasındakı şirkətlər tərəfindən ödənişlərdə gecikmələr başlamışdır. Vəsait daxil olmadığından X7 onlarla görüş zaman bildirmişdir ki, layihəyə qoyulan vəsait təxminən 160000 ABŞ dolları, yəni X5 və X4in təxminən 40000 ABŞ dolları, X7nin isə 120000 ABŞ dolları atası Cavabdeh alınan vəsaitdir. Hazırda isə atası pulu tələb edir. X7nin deməsinə görə atası onu tənbeh etmişdir ki, pullar harasa xərclənib, pulların layihəyə sərf olunmasına inanmır. X7 ilə atası hazırkı Cavabdeh arasında pulla bağlı narazılıq yarandığından və münasibətləri kəskinləşdiyindən X7 təklif etmişdir ki, notariusda aralarında atası ilə borc müqaviləsi bağla sın, bununla da atası ilə arasında olan inamsızlığı aradan qalxar və pulla bağlı onlara möhlət verilər. O, əvvəldən pul işinə qarışmadığından, maliyyələşmə işini X5, X4 və X7 həll etdiyindən və birgə fəaliyyətləri davam etdiyindən X7ın təklifini digər şəriklərlə birgə qəbul etmişdir. O, 07 yanvar 2016-cı il tarixdə X7nin təklifi ilə X5 və X4 ilə birgə Bakı şəhəri 18 saylı Notariat Kontoruna getmişdir. Həmin vaxt orada X7 və atası, hazırkı Cavabdeh olmuşdur. Layihənin icrasından gələn vəsaitin onun marketinqlik fəaliyyəti ilə, yəni şirkətləri o tapıb təqdim etdiyindən, gecikmələrin də həmin şirkətlər tərəfindən baş verdiyindən X5, X4 və X7 məsləhət bilmişlər ki, hazırkı borc-kredit müqaviləsi onunla Cavabdeh arasında bağlansın. O, bundan sonra həmin kredit müqaviləsinin bağlanmasına razılıq vermişdir. Məqsədləri o idi ki, müqaviləni bağlayıb Cavabdeh sakitləşdirsinlər və bundan sonra Gürcüstandakı pulların alınması ilə birgə məşğul olsunlar. Buna baxmayaraq onlar Gürcüstandakı pulların alınmasından yayınmışlar. Göründüyü kimi X7nin məqsədi kredit müqaviləsi bağlamaqla atasının yanında inam və etibar qazanmaq, onu isə hazırkı cavabdeh qarşısında borclu kimi saxlamaq olmuşdur. Əslində isə 07 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh ona bir manat da pul verməmişdir. Təxminən 2017-ci ilin fevral ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsindən müstəntiq telefonla onu idarəyə dəvət etmiş və bildirmişdir ki, Cavabdeh onun barəsində idarəyə şikayət etmişdir. Şikayətdə göstərilmişdir ki, guya o aldadıl mışdır. Bundan sonra o, cavabdehlə arasındakı kredit müqaviləsini müstəntiqə təqdim etmişdir. Lakin müstəntiqin təkidi ilə orada verdiyi izahatında Cavabdeh borc aldığını və aralarında kredit müqaviləsi bağlandığını bildirmişdir. Əks halda müstəntiq onu həbs edəcəyi ilə hədələmişdir. Göstərilənlər nəzərə alınaraq, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh İddiaçı 168000 (bir yüz altmış səkkiz min) ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki: onunla İddiaçı arasında 07 yanvar 2016-cı il tarixdə Bakı şəhəri 18 saylı Notariat Kontorunda kredit müqaviləsi bağla nmışdır. Həmin müqaviləyə əsasən İddiaçı ona 168000 (bir yüz altmış səkkiz min) ABŞ dolları pul ödəməlidir. Belə ki, İddiaçı pulu İran İslam Respublikasından bitum məhsulunu alıb Gürcüstan Respublikasında tanıdığı şirkətlərə satmaqla bağlı biznes fəaliyyətinin maliyyələşdirilməsi üçün müxtəlif vədlər verərək almışdır. Cavabdehdən pulun qaytarılması tələb olunsa da o, müxtəlif bəhanələrlə pulun qaytarılmasından yayınmış və bildirmişdir ki, Gürcüstandakı şirkətlər pulun ödənilməsini gecikdirirlər. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edilmişdir. İddiaçı idarədə ifadə verərkən bağlanılmış kredit müqaviləsini əlində əsas tutaraq cinayət məsuliyyətindən kənarda qalmaq üçün borclu oldu ğunu, bu işin cinayət işi deyil, mülki xarakterli iş olduğunu qeyd edərək, pulu tez bir zamanda qaytaracağı barədə söz vermişdir. Bundan sonra İddiaçı ona qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” məhkəmədə iddia qaldırarkən məlum olmuşdur ki, o, məsuliyyətdən yayınmaq üçün idarədə pulun qaytarılması barədə yalandan vəd vermişdir. Kredit müqaviləsində göstərilən 168000 ABŞ dolları pul ona məxsusdur və onun tərəfindən İddiaçı şəxsən verilmişdir. Əks halda İddiaçı kredit müqaviləsini bağlamazdı. Göstərilənləri nəzərə alaraq, məhkəmədən ilk iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli qətnaməsi ilə ilk idd ia ərizəsi rədd edilmiş, qarşılıqlı iddia təmin olunaraq İddiaçı 168000 (bir yüz altmış səkkiz min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Sədrlik edən və məruzəçi: X10, hakimlər: X12 və X7) 15.01.2018-ci il tarixli 2(103)-286/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasıqət edilmişdir. İddiaçı və vəkili X6 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.01.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili kassasiya şikayətini on unla əsaslandırmışlar ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı həm birinci, həm də 2-ci instansiya məhkəmələrində izahat verərkən bildirmişdir ki, Cavabdeh tərəfindən ona heç vaxt pul verilməmiş, 07 yanvar 2016-cı il tarixdə kredit müqaviləsi təsdiq olunan zaman cavabdeh ona bir manat da olsun pul borc verməmiş, onların aralarında kreditor-borclu münasibətləri yaranmamış, ümumiyyətlə 07.01.2016-cı il tarixədək o, cavabdehi tanımamış və hazırda mübahisəsi aparılan 168000 ABŞ dolları məbləğində pul biznes fəaliyyəti nəticəsində X5, X4 və X7 tərəfindən bitumun alınması üçün sərf edilmiş pul olmuşdur. Lakin məhkəmə kollegiyası, onun dediklərinə, verilən izahatlara, sübutlara, vəsatətlərə, veri lmiş sorğuların cavablarına heç bir əhəmiyyət verməmişdir. Hazırki mülki işin mübahisə predmeti 07 yanvar 2016-cı il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsidir. Həmin müqavilənin 1-ci bəndinə əsasən “Borc verən” Cavabdeh – “Borc alan” İddiaçı na 07 yanvar 2016-cı il tarixdə güya 168000 ABŞ dolları məbləğində pul borc verir. Məhkəmə prosesləri zamanı dəfələrlə bildirmişdir ki, Cavabdeh ona 168000 ABŞ dolları məbləğində pul verməsi, kredit müqaviləsində göstərilən məbləğ 2015-ci ildə onun, X5in, X4ün və X7nin birgə fəaliyyəti nəticəsində bitum məhsulunun alışına qoyulmuş puldur və həmin pullar Gürcüstan şirkətləri tərəfindən hazırda ödənilməmiş pullardır ki, bununla bağlı onlar Gürcüstan Respublikasının hüquq-mühafizə və digər dövlət orqanlarına müraciət etmişlər. Onun dediklərinin həqiqət olmasını, yəni pulun ona 07.01.2016-cı il tarixdə Cavabdeh tərəfindən borc şəklində verilməməsi, həmin pulun 2015-ci ildə biznesə qoyulmasını sübut etmək üçün vəsatətlər verərək Azərbaycan Respublikası DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə verilmiş izahatların tələb edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vəsatətini təmin edərək həmin İdarəyə sorğu vermiş, lakin sorğu əsasında təqdim olunmuş izahatları nəzərə almadan və onlara qiymət vermədən qanunsuz və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin sorğusu nəticəsində Azərbaycan Respublikası BMCMİ-dən daxil olmuş izahatlardan aydın görünür ki, 168000 ABŞ dolları məbləğində pulun 40000 hissəsi X4ə, 128000 manatı X7-yə məxsus ol muş və həmin pullar 2015-ci ilin yay aylarında bitumun alışına sərf edilmiş, yəni bu izahatlar iddiaçı Cavabdeh ona 168000 ABŞ dolları məbləğində pulun verilməsi faktını təkzib etmiş, pulun verilməməsi sübut edilmişdir. Cavabdeh təqdim etdiyi 07.01.2016-cı il tarixli Kredit müqaviləsi isə borc məbləğinin faktiki olaraq cavabdehə verilməsini və bununla bağlı borc müqaviləsinin bağlanmasını təsdiq etmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.01.2018-ci il tarixli 2(103)-286/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı və vəkili X6 məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izah at verərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh vəkili Vəkil kassasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrin əsasl andırılmasından görünür ki, imzalanmış yazılı sübutun məzmunca düzgünlüyü və tamlığı prezumpsiyası mövcuddur. Həmin sübut notariat kontorunda təsdiq edilmişdirsə onun məzmunca düzgün olmamasına istinad edən tərəf elə mötəbər sübutlar təqdim etməlidir ki, yazılı sübutun mötəbəliliyi aradan qalxmış olsun. Hazırkı işdə İddiaçı Gürcüstanda bizneslə məşğul olması, buna dair təqdim edilmiş müqavilələrin mövcudluğu, bu halların həmin biznesdə iştirak edən şəxslər tərəfindən təsdiq edilməsi kredit müqaviləsində nəzərdə tutulan pulun İddiaçı verilməsini istisna etmir. Nəzərə alınsa ki, İddiaçı dediyi kimi həmin vəsaiti Cavabdeh deyil, X7dən almış və sonra X7nin atası ilə kredit müqaviləsi bağlamışdır, bu hal yenə borcun mövcudluğunu istisna etmir. Belə olan təqdirdə tərəflər arasında bağlanmış kred it müqaviləsi borcun etirafı barədə müqavilə kimi şərh olunar və nəticə etibarı ilə pulun qaytarılması tələbi təmin olunmalıdır. Çünki X7 və Cavabdeh hər ikisinin mövqeyi ondan ibarətdir ki, İddiaçı kredit müqaviləsində nəzərdə tutulan məbləği Cavabdeh qaytarsın. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırma zamanı X10la digər şəxslərin Gürcüstanda yerləşən şirkətlərə bitum məhsulu satmaq üçün X7dan pul alınması təsdiq olunur. Bunu kredit müqaviləsinin tərəfləri, X8 təsdiq etmişlər. İzahatı alınmış X2 nin X7yə 168.000 ABŞ dolları borclu qaldığını təsdiq etmişdir. İddiaçı özü də, X7a borclu olmasını inkar etmir. Lakin israr edir ki, pulu ona X7nin atası deyil, X7 vermişdir. Apellyasiya instansiyası məhkəm əsi ilk iddia üzrə kredit müqaviləsinin etibarsızlığı üçün Mülki Məcəllədə nəzərdə tutulan əsaslara, əqdin hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, aldatma yolu ilə bağlanması, məcburetmə yolu ilə əqdin bağlanması hallarına dair heç bir dəlili irəli sürmədiyini, iddiaçının tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 340.2. maddəsinin çıxış etdiyini, həmin normaya görə yalan əqdin başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqd olduğu, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edildiyini, qeyd edərək göstərmişdir ki, əvvəla, iddiaçı kredit müqaviləsi üzrə nəzərdə tutulan pulun verilməməsini sübuta yetirə bilməmişdir. Özü təsdiq etmişdir ki, müqavilə tərəfi pul məbləğini notariat kontoruna gətirmiş, notariusa nümayiş etdirmiş və məhz bundan sonra notarius müqaviləni təsdiq etmişdir. İkincisi, həmin müqavilə borcun etirafı barədə müqavilə kimi qəbul edilmiş olsa belə, müqavilədə nəzərdə tutulan pul məbləği ondan tutulmalıdır. Çünki X7nin İddiaçıya qarşı başqa əsaslarla pul tələbi mövcud deyil və müqavilədə nəzərdə tutulan məbləğin qaytarılması X7 və Cavabdehləri təmin etmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri, 18 saylı Notariat Kontorunda 07 yanvar 2016-c ı il tarixdə bağlanmış kredit müqaviləsinə görə Cavabdeh İddiaçı ndan 168000 (bir yüz altmış səkkiz min) ABŞ dolları məbləğində borc pul almışdır. Həmin müqavilənin 2-ci bəndinə görə borcalan krediti 07.07.2016-cı il tarixədək borcverənə hər ay 30.000 (otuz min) ABŞ dolları qaytarmağı öhdəsinə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi işin bu halını mübahisəsiz olmasını göstərmişdir. Halbuki, məhz bu müqavilə və onun şərtləri işin mübahisləndirilən halları olmuşdur. İddiaçının mübahisələndirdiyi hallar həm də ondan ibarət olmuşdur ki, mübahisələndirdiyi kredit müqaviləsi üzrə pul almamış, müqavilə X8in oğlu X7lə birgə iş fəaliyyətinə X7nin xərclədiyi vəsaitin təminatı olaraq onun atası ilə bağlanmış müqavilədir. Müqavilə uydurma əqddir. X7 onunla və digər şəxslərlə birlikdə biznes şə riki olmuş, ümumi işə vəsait yatırmış, lakin pulun qaytarılmasında gecikmələr olduğu üçün X7nin pulunun həqiqətən biznesə yatırılması və qaytarılacağı təminatı olaraq onun atası ilə kredit müqaviləsi bağlanmışdır. Qarşı tərəfin mübahisələndirdiyi hal ondan ibarətdir ki, kredit müqaviləsində nəzərdə tutulan məbləğdə vəsaiti İddiaçı nun istinad etdiyi biznesin inkişaf etdirilməsi üçün vermiş, lakin X10 pulu qaytarmaqdan yayınmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının Cavabdeh X7 ilə biznes şəriki olmasını qarşı tərəf inkar etmir, iddiaçı vəsaitin X7 tərəfindən birgə biznesə yatırılmasını, alınan malların pulunun ödənilməsində Gürcüstanda olan şirkətlərin ləngimələrə yol verməsi nəticəsində pulun qayıtmamasını və ona görə kredit müqaviləsini bağlamaq məcburiyyətin də qalmasını göstərsə də, qarşı tərəf pulu X10a bizneslə məşğul olmaq üçün verdiklərini israr edirlər və onların bu tələbi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır. Belə ki, araşdırma zamanı X10la digər şəxslərin Gürcüstanda yerləşən şirkətlərə bitum məhsulu satmaq üçün X7dən pul alınması təsdiq olunur. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının vəsatəti üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırma materialarını tələb etsə də, həmin materiallar işə apellyasiya icraatı qaydasında baxılan müddətdə deyil, iş üzrə məhkəmə qətnməsi elan edildikdən iki sonra, 17.01.2018ci il tarixdə daxil olmuş və işə baxan məhkəmə baxış predmeti olmayan bu materiallara qətna mədə istinad etmiş, həmçinin həmin araşdırma zamanı verilmiş izahatlara düzgün qiymət verməyərək, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.2-ci bəndində qeyd edilmişdir ki, qətnamədə Azərbaycan Respublikasının MPM-də göstərilən qaydalarda araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmir. Digər tərəfdən həmin materiallar tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətin deyil, iddiaçı ilə cavabdehin oğlu ilə birgə biznes fəaliyyətindən irəli gələn münasibətlərin yaranmasını təsdiq edir və həqiqətən də, 168000 (bir yüz altmış səkkiz min) ABŞ dolları məbləğində pulun 18 saylı Notariat Kontorunda 07 yanvar 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh tərəfindən İddiaçı na borc kimi verilməsi faktını təkzib edir. Belə ki, ApellyasiyainstansiyasıməhkəməsininqətnaməsindənsonradaxilolmuşBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırmamateriallarındaolan X8in izahatındangörünürki, oğlu X7 ondan iş görmək üçün 120.000 ABŞ dolları pul istədi. O isə nə iş görəcəyini soruşdu. X7 ona bildirdi ki, dostu X4in tanışı İddiaçı onlara İran İslam Respublikasında bitiumun Azərbaycandan daha ucuz olduğunu və İran İslam Respublikasında bitium alıb Gürcüstan Respublikasına göndərib orada satılmasını təklif etmişdir. İddiaçı oğluna və X4ə Gürcüstan Respublikasında bitiumun pulunun alınmasına qaynatasının nəzarət edəcəyini bildirmişdir. O da oğlunun X7yə yaşadığı evdə 120.000 ABŞ dolları pul verdi. X4 isə 40.000 ABŞ dollarını, X7 isə əlavə olaraq 8000 ABŞ dolları pulu 120.000 ABŞ dolları pulun üzərinə qoyub ümumilikdə 168.000 ABŞ dolları pulu X10a verdilər və işə başladılar. İddiaçı isə işə pul qoymadı, o yalnız İran İslam Respublikasında və Gürcüstan Respublikasında danışıqları həll etməli idi. 2015-ci ilin yay aylarında onlar işə başladılar. İlkin vaxtlarda X7 ona bildirirdi ki, iş gedir və hər şey qaydasındadır. Hətta o bildiyinə görə bir neçə dəfə X10 X7 ilə X4ə kiçik məbləğdə qazanc da vermişdi. 2015-ci ilin sonlarında X7 ona bildirdi ki, işlərində problemlər yaranıb. Gürcüstanda bitium alan şirkət onlara pulu ödəmir və bildirirlər ki, guya Gürcüstan Dövləti həmin şirkətin gördükləri asvalt işin pulu ödəmirlər. Buna görə hətta X4 X10 ilə birlikdə Gürcüstana ge tdilər və həmin şirkətin əslən azərbaycanlı olan adını dəqiq xatırlamadığı rəhbəri ilə görüşdülər. Həmin şəxs də X4in yanında X10a pulu verdiyini bildirmişdir. X10 isə həmin şəxsin yalan dediyini və ona pulun verilmədiyini bildirmişdir. X10 həmin zamandan X7a və X4ə yalandan vədlər verib pulu qaytaracağını bildirsə də bu günə kimi pulu qaytarmayıb. Hətta o da X10 ilə görüşən zaman pulu tələb etdi və o ona yalandan vədlər verərək pulu qaytaracağını bildirdi. Qeyd etmək istəyir ki, hal-hazırda 165.000 ABŞ dolları ona və oğlu X7yə çatmalıdır. Çünki, bu işlərdən sonra X4ə pul lazım olduğundan X7dən 40.000 ABŞ dolları pul alıb və X10un verməli olduğu pulu X7nin götürməsini razılaşıblar. Qeyd edilən materialda olan X9 izahatından da görünür ki, o, 2011-ci ildən X7 X10u tanıyır, onunla dotluq və biznes münasibətləri var 2015-ci ildən isə İddiaçıla ortaq tanışlarının vasitəsi ilə tanış olub. 2015-ci ilin təxminən may ayında X10 ona bitium biznesi ilə məşğul olmağı təklif etdi. Biznes İran İslam Respublikasından bitiumu alıb Gürcüstan Respublikasına satmaqdan ibarət idi. X10 ona dedi ki, nə qədər imkanı olsa həmin biznesi pul qoya bilər. Lakin, X10 özü biznesə pul qoymurdu. O biznesin nədən ibarət olduğunu bilmək üçün iki dəfə İran İslam Respublikasına getdi və orada bitium alınan zavodda oldular. O X10a inandı və həmin işə 20.000 ABŞ dolları pul qoydu. Bu barədə dostu X7a da təklif etdi ki, o da onların biznesinə qoşulsun. X7 ilə X10u da tanış elədi və üçü də razılaşdı ki, birlikdə bitium alveri etsinlər. 2015-ci ilin iyun ayından başlayaraq avqust ayına kimi hissə-hissə X7 128.000 ABŞ dolları pulu Bakı şəhərində müxtəlif yerlərdə onun yanında bitium alması üçün X10a vermişdi. X10 həmin alverdən X7a cəmi 11.000 ABŞ dolları pulu qazanc kimi verdi. Qeyd edir ki, X7ın X10a verdiyi 128.000 ABŞ dolları pulun 120.000 ABŞ dolları atası Cavabdehə məxsus idi. 2015-ci ilin sonun o bitium alverinə qoyduğu 40.000 ABŞ dollarını pul lazım olduğundan götürmək istədi və X7yə bu barədə bildirdi. X7də atasından 40.000 ABŞ dolları pulu alıb ona verdi və biznesindən əldə olunacaq 40.000 ABŞ dolları pulu o götürməli idi. 2016-cı ilin təxminən mart ayında məlum oldu ki, X10 biznesi batırıb və X7ın pullarını qaytarmır. X10 ilə dəfələrlə görüşüb pulun qaytarılmasını tələb edəndə o pulu qaytaracağını bildirdi. Lakin, bu günə kimi İddiaçı X7yə verməli olduğu 168.000 ABŞ dolları pulu qaytarma yıb. Həmçinin həmin materialda olan X1 eyni məzmunlu izahatı ilə onun tərəfindən 2015-ci ilin iyun ayından başlayaraq avqust ayına kimi hissə-hissə 128000 ABŞ dolları pulu Bakı şəhərində müxtəlif yerlərdə X4ün yanında bitum alması üçün İddiaçı verdiyini, həmin pulun 120000 ABŞ dollarının atasına, 8000 ABŞ dollarının isə özünə məxsus olmasını, X4ün də bu işə 40000 ABŞ dolları qoyduğunu, sonuncunun tələbi ilə həmin məbləği atasından alıb X4ə verməsini təsdiq etmişdir. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 18 saylı Notariat Kontorunda 07 yanvar 2016-cı il tarixdə kredit müqaviləsi həm adı, həm də mahiyyəti üzrə borc müqaviləsi olmamışdır. Yəni, Cavabdeh qeyd edilən tarixdə kredit müqaviləsi üzrə İddiaçıya 168000 manat məğləğində borc verməsi faktı öz təsdiqini tapmır. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı mübahisələndirilən vəsaitin Cavabdeh borc kimi deyil, onun oğlu X7 tərəfindən birgə biznes fəaliyyətinə vəsait kimi qoyulması və sonra X7nin təşəbbüsü ilə atası ilə kredit müqaviləsi bağlamasına vadar olmasına dair izahatlarında göstərilən xüsusatlara, iddiaçı tərəfin şahidlərinin ifadələrinə, həmçinin sorğu əsasında tələb etdiyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırma materialara müqayisəli şəkildə düzgün qiymət verməmiş, pulun Cavabdeh tərəfindən iddiaçıya borc kimi verildiyi iş materialları ilə təkzib edildiyi halda, həmin müqaviləyə mövcud borcun etirafı kimi yanaşaraq həmin məbləğin Cavabdeh qaytarılması kimi səhv nəticəyə gəlmişdir Halbuki, mülki məhkəmə icraatının prinsipinə gö rə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərə findən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunvericiliyəgörəgörəişinhərtərəflitədqiqibaxılanişüzrəyarananbütünməsələlərin məcmusunun, onlarındaxiliəlaqəsinəzərəalınmaqlamübahisəedəntərəflərdəhərbirininxeyrinə, həmdəmənafeyininziddinəolanhallarınyoxlanılmasınıəhatəetməlidir. İşinhallarınıntamtədqiqidedikdəmübahisənindüzgünhəllinətəsiredənbütünmateriallar, faktlarıntədqiq, həmdəmübahisənindüzgünhəllinətəsiredəndigərhallararaşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində iddiaçının tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 340.2-ci maddəsi çıxış edə bilməsini vurğulasa d a, mübahisələndirilən kredit müqaviləsinin Mülki Məcəlləsinin tələblərinə uyğun olmamasına, bağlanmış əqdin digər əqdi pərdələmək niyyətinin olmasına, müqavilə bağlanan vaxt İddiaçı mübahisələndirilən məbləğin verilməməsinə işin faktiki və araşdırılmış halları baxımından düzgün hüquqi qiymət verməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi müqavilə tərəfinin pul məbləğini notariat kontoruna gətirməsi, notariusa nümayiş etdirməsi və məhz bundan sonra notarius müqaviləni təsdiq etməsinə istinad etsə də, işin faktiki halları bu pulun nümayişdən sonra İddiaçı verilməsinin təsdiqi olmamasına və kredit müqaviləsinin predmeti olan məbləğin 2015-ci ildə İddiaçı X7 və digər şərikləri X11 tərəfindən bitum alınması üçün verilən vəsait olmasına Mülki Məcəllənin 337.1 və 340.2- ci maddələrinin tələbləri baxımındanq düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Kollegiya qeyd edir ki, qanunvericilikdə əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqdlər mübahisə edilən və əhəmiyyətsiz deyə iki qrupa bölünür. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, aldatma, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və s. üsullarla bağlanmış əqdlər mübahisə edilən əqdlərdir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən uydurma və yalan əqdlər əhəmiyyətsiz əqdlərdir. Onlar məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə bağlandığı andan etibarsızdır. Mübahisə edilən əqdlər səlahiyyətli şəxslər tərəfindən mübahisələndirildikdə bağlandığı andan etibarsız sayılırlar. 337.2-ci maddənin tələbinə görə müqaviləni mübahisələndirmək qərarına gəlmiş tərəf bu barədə öz iradəsini digər tərəfə bildirməlidir. Əhəmiyyətsiz əqddən fərqli olaraq mübahisə edilən əqdləri əgər müvafiq tərəf mübahisəndirmirsə, onda nəzərdə tutulmuş bütün hüquq və vəzifələr yaranır və onlar real xarakter aldığından həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyas ına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. AzərbaycanRespublikasınınKonstitusiyasındaədalətmühakiməsininhəyatakeçirilməs inəninəsasprinsiplərikimiişlərəqəzərsiz, ədalətlə, tərəflərinhüquqbərabərliyinə, faktlaraəsasənvəqanunamüvafiqbaxılması (127-cimaddəsininİ İhissəsi) təsbitolunmuşdur. Kollegiyahesabedirki, apellyasiyainstansiyasıməhkəməsinin hazırkiişüzrəqəbuletdiyiqətnaməsiqeydediləntələblərəcavabvermir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiyainstansiyasıməhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də,gəldiyi nəticələri maddivəprosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, iddiaçınıniddiatələblərininəsasıkimiistinadetdiyiarqumentləri hərtərəfliaraşdırmalı,apellyasiya şikayətinin dəlillərinə, eləcə də, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırma zamanı toplanmış materiallarda olan izahatlara müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 4 18.1, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiyaşikayətitəminedilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-286/18 saylı, 15 yanvar 2018-ci il tarixli qətnaməsiləğv edilsinvəişyenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-4482/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-4482/2018
05.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver