Məhkəmə qərarları › İş №2(102)-4483/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-4483/2018

03.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4483/2018 03.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 03 iyul 2018-ci il № 2(102)-4483/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rüstəmli İlkin Şahin oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2018-ciil tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.Qasımov, iş № 2(001)-1624/17) iddia qismən t əmin edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2015-ci il tarixli 01/1651/KBK saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 19 iyun 2015-ci il tarixli, 01/1651/KBK saylı kredit müqaviləsi üzrə yaranmış 3940,11 ABŞ dolları məbləğində əsas və 1193,41 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 5133,52 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2018-ciil tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və A.İmanov, iş № 2(103)1920/18) cavabdehlər Cav abdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsi onlara aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 13 fevral 2018-ciil tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişlər. İşin halları: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanılmış 19.06.2015-ci il tarixli, 01/1651/KBK saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən hesablanmış 3971,47 ABŞ dolları məbləğində faiz borcunun və kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən 13,36 ABŞ dolları olmaqla, cəmi 5184,56 ABŞ dolları, habelə ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi qismində 31 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılma sını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh2 mübahisələndirmişdir. Nə iddiaçı, nə də digər cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız Cavabdeh2 kassasiya şikayətinə münasibətdə və ona aid hissədə yoxlayıb qiymət verir. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 kassasiya şik ayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 13 fevral 2018-ciil tarixli qətnaməsiona aid hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 19 iyun 2015-ci il tarixli 01/1651/KBK saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə illik 29 % ödəmək şərti ilə 4750 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında 19 iyu n 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. İddiaçı bildirmişdir ki, Cavabdeh1 müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 3971,47 ABŞ dolları, faiz borcu 1199,73 ABŞ dolları, cərimə 13,36 ABŞ dolları, cəmi borc isə 5184,56 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi kredit müqaviləsinin ləğv edilməsi hissəsində iddianı tam təmin etmiş, əsas və faiz borcunun tutulması hissəsində isə ekspert rəyinə uyğun olaraq iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit mü qaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı və ekspert rəyini araşdıraraq və Mülki Məcəlləniı 421, 423, 472.1, 472.2, 739 və 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillərə dair məhkəmə kollegiyası qeyd etmişdir ki, təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prossesual Məcəllənin 102.2-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, qeyd olunan rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Həmçinin rəyin qiymətləndirilməsi zamanı ekspertiza tədqiqatını aparan ekspertin təhsili, vəzifəsi və ekspert iş stajı da nəzərə almır. Cavabdehlər isə ekspert rəyinin qeyri-dəqiq olmasını və borcun düzgün hesablanmamasını bildirsələr də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi və ekspertin tədqiqat zamanı istifadə etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1- ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Həmçinin qətnamə ilə cavabdehlər tərəfindən ödənilməli olan pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla tutulması müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaq ədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları Cavabdeh2 münasibətdə məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə Cavabdeh2 aid hissədə onun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tuta raq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 13 fevral 2018-ciil tarixli, 2(103)-1920/18 saylı qətnaməsi ona aid hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: A.İsgəndərov Hakimlər: Ə.Əhmədov İ.Dəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar