Məhkəmə qərarları › İş №2(102)-4483/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4483/2019

01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4483/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)12452/2018 nömrəli iş üzrə 30 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Elmar Rəhimov) 17 avqust 2018-ci il tarixli qətnaməsi ilə “Bank hesabı və kredit müqaviləsi” üzrə yaranmış əsas kredit b orcunun ödənilməsi məqsədilə 5563 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2558 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbə) ödənilməsi məqsədi ilə 50 manat, cəmi isə 8171 manat pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Xəyal Sarıyev) 30 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni Cavabdeh2 aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddia tələbi Cavabdeh2 aid olan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmə əmrinin qəbul edilməsi barədə ərizə ilə Səbail rayon məhkəməsinə müraciət edərək Bank ilə borcalan Cavabdeh1 arasında 10.09.2014-cü il tarixdə bağlanmış “Bank hesabı və kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədilə 5563 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2558 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbə) ödənilməsi məqsədi ilə 50 manat, cəmi isə 8171 manat, habelə “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manat məbləğində pulun borcalan Cavabd eh1 və sonuncunun Bank qarşısında üzərinə götürdükləri öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 və Zamin1 birgə qaydada tutularaq Banka ödənilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bank ilə borcalan Cavabdeh1 arasında 10.09.2014cü il tarixdə bağlanmış 1228 №-li “Bank hesabı və kredit müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə 24 ay müddətinə illik 26% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Borcalanın “Bank hesabı və kredit” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 və Zamin1 borcalan Cavabdeh1 öhdəliklərinin icrasına zamin durmuş və bu barədə onlar ilə Bank arasında 10.09.2014-cü il tarixdə “Zaminlik müqavilələri” bağlanmışdır. Bunlara baxmayaraq, borcalan və zaminlər qeyd edilən müqavilə lər üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəliklərini icra etməmiş, krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışlar. Nəticədə, onların Banka 5563 manat məbləğində əsas kredit borcu və 2558 manat faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən cərimə tətbiq edilmişdir ki, bu cərimənin məbləği 50 manat təşkil edir. Bank, tərəfindən borcalana və zaminlərə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Bu səbəbdən Bank, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi 29.06.2018-ci il tarixli məhkəmə əmri ilə ərizəni təmin etmişdir. Borcalan Cavabdeh1 və zamin Cavabdeh2 həmin məhkəmə əmrinin qəbul edilməsi üçün əsas olmuş tələbə ayrı -ayrılıqda etiraz verərək, məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi 16.07.2018-ci il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv edərək işi iddia icraatına keçirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Cavabdeh tərəfindən adi riyazi hesablamanın aparılmaması və sübutların təqdim edilməməsi tamamilə absurd fikirdir. Cavabdehin müvafiq sa hə üzrə təcrübəsi və biliyi olmadığı halda məhkəməyə hansı sübutların təqdim edilməsindən söhbət gedə bilər. Məhkəmə, iddiaçının təqdim etdiyi sübutlarım araşdırmadan qəbul etmiş, maddi və prosessual normalara zidd olan qətnamə çıxarmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiya sının 30 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız cavadeh Cavabdeh1 mübahisələndirir. Ona görə də, qətnamənin mübahisələndirilməyən digər hissələri hazırkı kassasiya baxışının predmetini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış 1228 №-li “Bank hesabı və kredit müqaviləsinə” əsasən Bank tərəfindən borcalana kreditdən istifadəyə görə 24 ay müddətinə illik 26% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Borcalanın “Bank hesabı və kredit” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh 2 borcalanın öhdəliklərinin icrasına zamin durmuş və bu barədə tərəflər arasında 10.09.2014-cü il tarixdə 1228/Z №-li “Zaminlik müqaviləsi” bağlanmışdır. İş materiallarından görünür ki, hər iki cavabdeh - borcalan Cavabdeh1 və zamin Cavabdeh2 iddiaçı - kreditor Bank qarşısında yuxarıda qeyd edilən müqavilələr üzrə icra edilməmiş öhdəlikləri mövcuddur və bu öhdəliklər Bank tərəfindən cavabdehlərə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq icra edilməmişdir. İddiaçının təqdim etdiyi hesablamalardan görünür ki, 26.06.2018-ci il tarixədək 5563 manat məbləğində əsas borc, 2558 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu, 50 manat məbləğində tətbiq edilmiş cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müv afiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Apellyasiya şikayətləri vermiş cavabdehlər öhdəliyin vaxtında və lazımi qaydada icra edilmədiyini mübahisələndirmirlər. Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlil ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 741-ci maddəsi imperativ norma müəyyən edir və ona görə də, Mülki Məcəlləsinin 390.2-ci maddəsinin tələbinə uyğun olaraq, bu normaya uyğun şərt “Kredit müqaviləsində” öz əksini tapmalı idi. Əgər müqavilə qeyd edilən şərtlərlə bağlanmış olsa idi, cavabdehin ayda bir dəfə ödədiyi məbləğlər əsas borca yönəldilərdi və qalıq borcu n məbləği hazırki miqdarda olmazdı. Cavabdehin bu dəlilinə münasibət bildirən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Kredit müqaviləsinin” tərkib hissəsi sayılan “Ödəniş cədvəlində” alınmış kreditlər üzrə faizlərin ayda bir dəfə ödənilməsi nəzərdə tutulur. Faktiki olaraq da, faizlər borcalan Cavabdeh1 ayda bir dəfə tutulub. Halbuki, Mülki Məcəllənin 741-ci və 390.2-ci maddələrində fərqli göstəriş var və əgər Cavabdeh1 ödənişləri əsas borca yönəlsə idi, indi əsas borc xeyli azalmış olardı. Mülki Məcəllənin 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş tərəflər üçün məcburi qaydalara (imperativ normalar) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlə nən tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsini əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 741-ci maddəsinə görə isə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Cavabdeh1 Mülki Məcəllənin 741ci maddəsini tam təfsir etməmiş, təfsirdə təhriflərə yol vermişdir. Belə ki, sözügedən maddədə “faizlər, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun q aytarılması ilə bir vaxtda ödənilməlidir” göstərişi öz əksini tapmışdır. İş materiallarında olan “Kredit müqaviləsinin” tərkib hissəsi olan “Ödəniş cədvəlindən” müəyyən olunur ki, tərəflər qalıq borcun 24 ay müddətində, aybaay, hissələrlə qaytarılmasını razılaşdırmışlar. Yəni, borc ilin sonunda deyil, il başa çatana kimi hissələrlə ödənilməlidir. Belə olduqda, əsas borcun 1 ay üçün qaytarılacaq hissəsinə faiz borcu da əlavə edilmişdir ki, bu hal tamamilə qanun çərçivəsindədir. Bundan başqa MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh1 faiz və cərimə borcunun düzgün hesablanmadığın ı iddia etsə də, Bank tərəfindən aparılmış hesablamaları şübhə altına alacaq hər hansı bir sübutu, ən azından özü tərəfindən aparılmış adi riyazi hesablamanı məhkəmələrə təqdim etməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sa yılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462. 1). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3). Həmin Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinin müzakirə edilən mülki mübahisənin həllinə tətbiq nəticəsində müəyyən edilir ki, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Ona görə də, apellyasiya instansiyası məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə k ollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12452/2018 nömrəli iş üzrə 30 noyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar