Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4483/2023 11.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk; Cavabdeh2, Cavabdeh1, X14 və X2 İddiaçı və X8 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması, əkilmiş ağacların cavabdehin hesabına çıxarılması, aparılmış yaxşılaşdırma xərclərinin, maddi zərərin, əldən çıxmış faydanın və mənəvi ziyanın tutulması, mülkiyyət hüququnun müdafiəsi-vindikasiya iddiası,vicdanlı sahib) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərki bdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə ilk, Cavabdeh2, Cavabdeh1, X14 və X2 cavabdehlər İddiaçı və X8 qarşı “torpaq sahəsində əkilmiş fındıq kollarının cavabdehlərin hesabına çıxardılaraq torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulması, eləcə də əldən çıxmış faydaya görə zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-228/2023 nömrəli, 2023-cü il 8 may tarixli qətnaməsindən İddiaçı ayrılıqda və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri kassasiya şikayətlərinə 11 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəli torpaq sahəsi ünvan 1 yerləşən kənd təsərrüfatı təyinatlı 0.6506 ha torpaq sahəsidir (bundan sonra – mübahisəli torpaq sahəsi).
2. Sözügedən torpaq sahəsi X10 və onun ailə üzvləri Cavabdeh2, X4, X14, və Cavabdeh1 Qazax rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 25 sentyabr tarixli, 12 nömrəli qərarına əsasən sahəsi 0,94 ha olmaqla verilmişdir.
3. Mübahisəli torpaq sahəsi 2021-ci il 10 iyul tarixdə 0,6506 ha olmaqla 2/5 hissədə Cavabdeh2, 1/5 hissədə X6, 1/5 hissədə X3 və 1/5 hissədə Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir.
4. İddiaçı cavabdehlərin paylı mülkiyyətində yerləşən torpaq sahəsində fındıq bağı salmış, fındıq kolları əkib-becərmişdir və onlardan məhsul toplayaraq faktiki istifadə edir.
5. Cavabdeh2 tərəfindən 20 16-2020-ci illər üzrə Qazax rayonu, AğköynəkQarapapaq bələdiyyəsinin hesabına torpaq vergisi ödənilmiş və vergi ödənişlərinə dair müvafiq qəbzlər tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, əsassız varlanma nəticəsində vurduqları maddi zərərin əvəzi olaraq 283074 (iki yüz səksən üç min yetmiş dörd) manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildən etibarən xxxərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2006-ci ildə onların torpa q sahəsinə bitişik torpaq sahəsi olan Cavabdeh2 ilə sonuncuya və sonuncunun digər ailə üzvlərinə məxsus 0.7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair şifahi razılığa gəlmişlər. Daha sonra Cavabdeh2 Bakı şəhərinə köçdüyünə görə alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq olunması mümkün olmamışdır. Buna baxmayaraq, Cavabdeh2 tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən Dövlət Aktının əsli, ailə üzvlərinin imzaları ilə təsdiq edilmiş alqı-satqı aktı iddiaçıya təqdim olunmuşdur. Bu hal gələcəkdə notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanacağına dair iddiaçıda inam yaratmışdır.
8. Torpaq sahəsinin alqı-satqısı üçün əvvəlcədən razılaşdırılmış qaydada ödənilməli məbləğ iddiaçı tərəfindən Cavabdeh2 verilmişdir. İddiaçı da öz növbəsində a rxayın olmuşdur ki, ən qısa zamanda sözügedən torpaq lazımı sənədləşmə əsasında onun mülkiyyətinə keçəcəkdir. Lakin cavabdehlər iddiaçını aldadaraq əsassız varlanmaq niyyətinə düşmüşlər. İddiaçı artıq 15 ildir ki, qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bununla əlaqədar həmin torpaq sahəsində fındıq bağı salmış, fındıq ağacları yetişdirmiş, torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi üçün bir sıra yaxşılaşdırma tədbirləri həyata keçirmişdir. Bu illər ərzində dəfələrlə Cavabdeh2 torpaq sahəsinin alqısatqısının rəsmiləşdirilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh2 ilk vaxtlar notariat qaydada alqı-satqı müqaviləsi bağlayacağına vədlər versə də, lakin sonradan nəinki vədinə əməl etmi ş, hətta sonuncu dəfə oğlu Ələddinin bu məsələ ilə məşğul olduğunu bildirmiş və iddiaçıdan Ələddinlə əlaqə saxlamağını xahiş etmişdir.
9. Cavabdeh2 oğlu olan digər Cavabdeh1 2021-ci ilin aprel ayının sonlarında iddiaçının oğlu ilə əlaqə yaradaraq, torpaq sahəsinin vaxtında notariat qaydasında rəsmiləşdirilmədiyini və hazırda bu torpaq sahəsinə iddialı olduğunu bildirərək, 5000 manat qarşılığında zəruri sənədlərin toplanaraq alqı-satqı müqaviləsinin özü və ailə üzvləri tərəfindən notariat qaydasında bağlanmasına təminat vermişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirmək üçün Cavabdeh1 tərəfindən tələb edilən 5000 manatın ödənilməsinə razılıq vermişdir.
10. Kənd icra nümayəndəliyinin işçisi xxx adlı şəxsin şahidliyi ilə 2006-cı ildə ona təqdim olunmuş torpağa mü lkiyyət hüquqlarına dair Dövlət Aktının əslini iddiaçı Cavabdeh1 vermişdir. Lakin sənədlər hazır olduqdan sonra Cavabdeh1 verilən 5000 manatın az olduğunu bildirərək, ona aid sənədləri də özündə saxlayaraq, alqı-satqı müqaviləsinin bağlanmasından imtina etmişdir.
11. Daha sonra Cavabdeh1 07 iyun 2021-ci il tarixində torpaq sahəsinə dair elektron Çıxarış almışdır. Həmin torpaq sahəsinin hazırda bazar qiyməti torpaq sahəsinə yatırılan investisiya və üzərində salınan münbit fındıq bağları səbəbindən cavabdehin istifadəsində olduğu illərə münasibətdə kifayət qədər artmışdır. Fındıq kolları əkiləndən 3-4 il sonra bar verməyə başlayır. Yüksək məhsuldarlıq dövrü 7-8 ildən sonra olur. Mübahisəli torpaq sahəsində salınmış fındıq bağlarına 15 il ərzində kifayət qədər əmək sərf olunmuşdur. Son 7 ildi r ki, fındıq bağları yüksək məhsuldarlığa sahibdir. 2006-ci ildə əldə etdiyi torpaq sahəsinin münbitliyi, faydası və bazar qiyməti torpaq sahəsinin hazırkı vəziyyəti ilə eyni deyildir.
12. Həyata keçirilmiş yaxşılaşdırma tədbirləri səbəbindən hazırda mübahisəli torpaq sahəsinin bazar qiyməti 10000 manatdan yüksəkdir. Salınmış fındıq bağlarının 7-8 il sonra məhsuldar bəhər verməsi üçün torpağa qulluq olunmuş, münbitliyi artırılmış, yaxşılaşdırma işləri həyata keçirilmiş, fındıq kolları əkilmiş, işçi heyəti cəlb olunmuşdur. Həyata keçirilən bütün yaxşılaşdırma işləri gələcək 40 il üçün nəzərdə tutulmuşdur. Yəni, görülmüş tədbirlər sayəsində 40 il sonraya qədər ildə 1300 kq bəhər olmaqla, 78000 manat gəlir əldə olunması planlaşdırılırmışdır. Cavabdehlər məqsədli və planlı şəkildə vədlər verər ək iddiaçının pul vəsaitini ələ keçirməklə əsassız varlanmışlar. Həmin fındıq bağlarının salınması maddi və fiziki baxımdan vəsait və qüvvə istəyir. Cavabdehlər isə həmin torpaq sahəsinin pulunu iddiaçıdan bazar qiymətindən də üstün şəkildə almışdır. Nəticədə iddiaçıya maddi ziyandan başqa, mənəvi zərər də vurulmuşdur. Belə ki, cavabdehlərin qeyd olunan hərəkətlərinə görə iddiaçı çox iztirab çəkmişdir.
13. Mütəxəssis rəyinə görə fındıq bağının ümumi sahəsi 0,65 ha olan torpaq sahəsinə çəkilən xərc 43644 manat, torpaq üzərində investorun nəzarətinin pozulması nəticəsində əldən çıxacaq fayda (adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlər) 239430 manatdır. Mənəvi zərərin əvəzi olaraq isə 10000 manat cavabdehlərdən tutulmalıdır.
14. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 2 1, 385.1, 386.1, 449.1, 1091.1, 1091.2, 1092.1, 1096.1, 1097.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin Qərarı, habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən təcrübəsi haqqında Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli Qərarına istinad etmişdir.
15. İddiaçı tərəfindən təqdim edilmiş (iddiaçının sifarişi ilə) "xxxx" MMC-nin 11 fevral 2022-ci il tarixli 358/E nömrəli mütəxəssis rəyinə əsasən 0.65 ha mübahisəli torpaq sahəsində fındıq bağına çəkilən xərc 43644 manat, torpaq sahəsində investorun nəzarətinin pozulması nəticəsində əldən çıxacaq faydası isə (adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlər) 239430 manat (15 illik gəlir) təşkil edir.
16. C avabdeh2, Cavabdeh1, X14 və X5 cavabdehlər İddiaçı və X8 qarşılıqlı iddia ərizəsi verərək, ümumi paylı mülkiyyətlərində olan, ünvan 1 yerləşən 0.6506 ha torpaq sahəsinin təxminən 0.15 ha hissəsində cavabdehlər İddiaçı və X15 tərəfindən özbaşına əkilmiş fındıq kollarının cavabdehlərin hesabına çıxarılaraq həmin torpaq sahəsinin azad edilməsi, cavabdehlərin və digər şəxslərin torpaq sahəsindən qanunsuz istifadələrinə son qoyulması, habelə cavabdehlərdən müştərək qaydada əldən çıxmış faydaya görə 5.000 (beş min) manatın tutularaq X23 köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
17. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəla, ilk iddia tələbi əsassızdır, iddianın dəlilləri hər hansı mötəbər sübutla təsdiq olunmur. Mübahisəli torpaq sahəsinin təxminən 0.15 ha his səsi onların məlumatı və razılığı olmadan İddiaçı və xxx tərəfindən qanunsuz olaraq zəbt edilmiş və sonuncular orada özbaşına fındıq kolları əkmişlər.
18. Bir nəfər tanımadıqları şəxs 2021-ci ilin yay aylarında Cavabdeh2 istifadəsində olan mobil telefona zəng edərək, onlara məxsus qeyd olunan torpaq sahəsinin onun tərəfindən əkildiyini və becərildiyini bildirərək, həmin sahənin ona satılmalı olduğunu bildirmişdir. Cavabdeh2 isə həmin şəxsə onu tanımadığını və onların tərəfindən ona hər hansı torpaq sahəsinin verilmədiyini bildirmişdir. Buna baxmayaraq, həmin şəxs təkidlə torpaq sahəsinin onun adına rəsmiləşdirilməli olduğunu bildirmişdir. Onlarla həmin şəxslə arasında qeyd olunan torpaq sahəsinə dair istifadə və ya icarə ilə bağlı hər hansı razılaşma olmamış, müqavilə bağlanmamış və yaxud kimsə tərəfindən onlara torpaq sahəsinə görə icarə haqqı ödənilməmişdir.
19. Bundan sonra qarşılıqlı iddiaçılara məlum olmuşdur ki, zəng edən şəxs cavabdeh İddiaçı oğlu, iş üzrə digər cavabdeh xxxdir.
20. Torpaq sahəsinə baxılarkən müəyyən olunmuşdur ki, həmin torpaq sahəsinin 0.15 ha hissəsində qanunsuz olaraq fındıq kolları əkilmişdir. Buna görə də zəbt olunmuş 0.15 ha torpaq sahəsində özbaşına əkilmiş fındıq kolları cavabdehlərin hesabına çıxarılmalı, həmin torpaq sahəsi azad edilməli, cavabdehlərin və digər şəxslərin qeyd olunan torpaq sahəsindən qanunsuz istifadələrinə son qoyulmalıdır.
21. İddiaçı ilkin iddia ərizəsində də etiraf etmişdir ki, 2006-cı ildən başlayaraq qarşılıqlı iddiaçılara məxsus torpaq sahəsində fındıq bağı salmış, əkib-becərmiş və ondan gəlir götürərək faydalanmışd ır. Onlar mülkiyyətçi olaraq həmin torpaq sahəsinin 0.15 ha hissəsində, yəni qarşılıqlı cavabdehlərin findıq kolları əkdiyi ərazidə 15 il ərzində təyinatı üzrə istifadə edərək, orada fındıq kolları əkmiş olsaydılar, bu müddət ərzində təxminən 5000 (beş min) manat gəlir əldə edə bilərdilər. Bu baxımdan, qarşılıqlı cavabdehlərdən əldən çıxmış faydada görə 5000 manatın tutularaq X23 köçürülməsini istəyirlər.
22. Qarşılıqlı iddiaçılar iddia tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 213.1, 213.2, 239.2, 170.1, 170.2-ci, Torpaq Məcəlləsinin 5-ci (1 və 3-cü bəndlər), 49-cu (1-ci bənd), 52-ci (1-ci bənd), 84-cü (1, 3, 6-cı bəndlər) maddələrinə istinad etmişlər.
23. İlk iddia üzrə cavabdehlər iddiaya yazılı etiraz da vermişlər. Etirazın dəlilləriondan ibarət olub ki, İddiaçı idd ia ərizəsində onlarla şifahi razılığa gələrək, torpaq sahəsinə görə onlara 5000 manat verdiyini, onların ailə üzvlərinin imzası ilə təsdiq edilmiş alqı-satqı aktının olduğunu göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bir da bildirirlər ki, iddiaçını tanımırlar, nə iddiaçı ilə nə də onun oğlu xxxlə aralarında mübahisəli torpaq sahəsinə dair hər hansı razılaşma olmamış, nə də iddiaçılar onlara torpaq sahəsinə görə pul verməmişlər. Mülki Məcəllənin 700.1, 706 və 707.1-ci maddələrinin tələblərinə görə torpaq sahəsi yalnız müqavilə əsasında icarəyə verilə bilər. İddiaçılar onlara məxsus torpaq sahəsinin təxminən 0,15 ha hissəsində qanunsuz olaraq flndıq ağacları əkərək oradan gəlir əldə etmiş, bununla da onların torpaq üzərindəki mülkiyyət hüquqlarını pozmuşlar.
24. Birinci instansiya məhkəməsi 24 fevral 2022-ci il tarixli qərardadla torpaqşünaslıq ə əmtəəşünaslıq ekspertizaları təyin etmişdir.
25. Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/1943-9/2186 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla ümumi paylı mülkiyyətdə olan, ünvan 1 yerləşən 0.6506 ha torpaq sahəsinin təxminən 0.15 ha hissəsində 20 ədəd 6 illik (yaşında) fındıq ağacı (kolu) vardır; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin koordinatları müəyyən edildi və çıxarışda qeyd olunan torpaq sahəsi iddia olun torpaq sahəsidir; 0.15 ha sahədə mövcud olan 20 kol fındıq topasının əkilməsinə və becərilməsinə 5 il müddətində çəkiləcək xərcin miqdarı təxminən 2848 (2200+648) manat, hazırda mövcud olan qiymətlərlə növbəti 20 ildə əldə ediləcək məbləğ təxminən 9400 (20x470man) manat təşkil edir.
26. Birinci instansiya məhkəməsində şahid X19 bildirmişdir ki, sözügedən torpaq sahəsini sadə yazılı əqdlə Cavabdeh2 almışdır. Həmin alqı-satqı barədə Qazax rayonu, Ağköynək kənd icra nümayəndəliyində akt bağlanaraq qaytanlı kitab adlanan kitaba salınmışdır. Daha sonra həmin torpaq sahəsini bir müddətdən sonra İddiaçı satmışdır. İddiaçı isə həmin torpaq sahəsində fındıq a ğacları əkmişdir.
27. Birinci instansiya məhkəməsində şahid X17 bildirmişdir ki, sözügedən torpaq sahəsini xxx təxminən 2006-cı ildə sadə yazılı əqdlə almışdır. Cavabdeh2 də torpağa mülkiyyət hüququna dair Dövlət aktını xxxə vermişdir. Həmin torpaq sahəsində fındıq ağaclarının əkilib becərilməsini hazırkı vəziyyətə gətirilməsini xxx ona həvalə etmişdir.
28. Qazax Rayon Məhkəməsinin 2(023)-217/2022 nömrəli, 2022-ci il 25 avqust tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək, Qazax rayonunun Ağköynək kəndində yerləşən 0.6506 ha torpaq sahəsinin 0.15 ha hissəsində 20 ədəd 6 illik (yaşında) fındıq ağacının becərilməsinə 5 il müddətində çəkilən xərc 2848 manat və növbəti 20 ildə əldə ediləcək məbləğ 9400 manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilm əsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, ümumi paylı mülkiyyətlərində olan, Qazax rayonunun Ağköynək kəndində yerləşən 0.6506 ha torpaq sahəsinin İddiaçı və X7 zəbtindən azad edilməsi və İddiaçı və X7 həmin torpaq sahəsindən qanunsuz istifadələrinə son qoyulması qət edilmiş, ilkin və qarşılıqlı iddialar digər hissələrdə təmin edilməmişdir. (hakim Nemət Musayev).
29. Birinci instansiya məhkəməsi ilk iddia üzrə iddiaçının torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərclərə aid hissəsinə münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlərə məxsus torpaq sahəsində sahibliyi vicdanlı olmuşdur. Cavabdehlərin davranışı nəticəsində iddiaçıda və onun sahibkarlıq fəaliyyətinə cəlb etdiyi şəxslərdə belə bir inam yaranmışdır ki, 0,15 ha torpaq sahəsinin becərilməsi, qorunması, orada fındıq kollarının salınması qanuni əsaslarla baş verir. Hal-hazırda həmin torpaq sahəsinin qarşılıqlı iddianın təmin edilməsi nəzərə alınmaqla cavabdehlərə qaytarılması nəticəsində iddiaçının vicdanlı sahib olaraq ayrıla bilən yaxşılaşdırmaları özündə saxlamaq hüququ mövcuddur. İşin müəyyən edilmiş hallarına əsasən həmin yaxşılaşdırmalar ayırmaq mümkün olmadığından iddiaçının həmin yaxşılaşdırmalar üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
30. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinadən həmin iddianı 2848 manat hissədə əsaslı hesab etmiş və bu hissədə mövqeyini hüquqi cəhətdən Mülki Məcəllənin 157.7-ci maddəsinə istinadla əsaslandırmışdır
31. Birinci instansiya məhkəməsi ilk iddianın əldən çıxmış faydaya aid hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehlərin iddiasının qismən təmin edilməsi nəticəsində onlar 0,15 ha torpaq sahəsini ilkin vəziyyətdə deyil, məhsul gətirən 20 fındıq kolu ilə birlikdə əldə etmişlər. Bu əldə etmənin heç bir əsası, hər hansı müqavilə münasibəti yoxdur. Ekspert rəyinə əsasən 20 kol fındıq topası ilə bağlı növbəti 20 il ərzində əldə ediləcək məbləğ 9400 manatdır. 9400 manat əldə edilənlərdən (qaytarılan torpaq sahəsində olan fındıq kolu) götürülən fayda olaraq, iddiaçıya qaytalrlmalı olan məbləğdir.
32. Beləliklə, birinci instansiya məhkəməsi həmin hissədə iddianı qismən təmin edərkən ekspert rəyinə əsaslanaraq 9400 manata münasibətdə iddianı əsaslı hesab etmiş və mövqeyini hüquqi cəhətdən Mülki Məcəllənin 1091.1, 1092.1, 157.5 və 157.8-ci maddələrinə istinadla əsaslandıraraq, iddiaçın ın vicdanlı sahib olmasını göstərmişdir.
33. Birinci instansiya məhkəməsi ilk iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsində əsassız hesab edərək göstərmişdir ki, iddia tələbi bu hissədə sübuta yetirilməmişdir.
34. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddiaya münasibətdə mövqeyi belə olmuşdur ki, mübahisəli torpaq sahəsi qarşılıqlı iddiaçıların birgə mülkiyyətində olduğundan X16 və X7 zəbtindən azad olunaraq onların qanunsuz istifadəsinə son qoyulmalıdır.
35. Birinci instansiya məhkəməsi həmçinin qarşılıqlı iddia üzrə onu da eyd etmişdir ki, qanunvericilik daşınmaz əmlaka dair əqdlərin bağlanma formasını dəqiq tənzimləyərək bu cür müqavilənin yazılı şəkildə bağlanmasını və notariat qaydada tənzimlənməsini tələb edir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyən edilmiş formaya riayət edilməsi zəruridir, digər hallarda bağlanmış əqd etibarsız sayılır.
36. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə gəldiyi nəticəni MM-nin 337.1, 337.5, 394,1091-ci, Torpaq Məcəlləsinin 9, 109-cu maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.Nəsibovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2011-ci il 15 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2012-ci il 3 may tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
37. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
38. İddiaçı şikayətini onunla əsasl andırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi onun iddiasının təmin edilməməsi hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymətişdir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli 358/E nömrəli mütəxəssis rəyindən göründüyü kimi, 0.65 ha mübahisəli torpaq sahəsində fındıq bağına çəkilən xərc 43644 manat, torpaq sahəsində investorun nəzarətinin pozulması nəticəsində əldən çıxacaq faydası isə (adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlər) 239430 manat (15 illik gəlir) təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan hala hüquqi qiymət verməmişdir. Həmçinin mənəvi zərərin əvəzinin ödənilməsi hissədə də iddia təmin edilməlidir.
39. Cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 qətnamənin ilk iddianın təmin, qarşılıqlı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti vermişlər.
40. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı və X15 mübahisəli torpaq sahəsini satın almağa çalışmış, lakin onlar torpaq sahəsini satmamışlar. Buna baxmayaraq, İddiaçı və xxx torpaq sahəsinin mülkiyyətçilərinə məlumat vermədən, habelə torpaq sahəsindən istifadə edilməsi üçün icarə müqaviləsi bağlamadan torpaq sahəsini qanunsuz şəkildə zəbt edərək fındıq kolları əkib becərmişlər. Cavabdehlərə torpaq sahəsindən çıxmaları barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncular bundan imtina etmişlər. Tərəflər ar asında torpaq sahəsinin alqısatqısı barədə şifahi razılaşma olsa belə, notariat qaydada alqı-satqı müqaviləsi bağlanmaması səbəbilə cavabdehlərin mübahisəli torpaq sahəsində əkib becərmə işləri aparması qanunsuzdur. Torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi faktı müəyyən olunduqdan sonra torpağın zəbt edildiyi dövrdə çəkilmiş xərclərə görə və növbəti 20 il ərzində əldə ediləcək pul vəsaitinin onlardan tutulması və torpaq sahəsini zəbt edən İddiaçı ödənilməsi düzgün deyildir. Belə ki, sonuncu torpaq sahəsini qanunsuz olaraq zəbt edib, orada şəxsi məqsədləri üçün müvafiq işlər görmüşdür. İşə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, onlar nə keçmişdə, nə də ki, indi fındıq kollarının əkibbecərilməsi ilə məşğul olmamışlar. Belə olan halda iddia tələbinin fındıq koll arının torpaq sahəsindən çıxarılması hissəsində təmin edilməməsi də qanuni və əsaslı olmamışdır. Cavabdehlər tərəfindən salınmış fındıq kolları onların vəsaiti hesabına mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılmalı idi. Həmçinin işə baxan birinci instansiya məhkəməsi cavabdeh İddiaçı vicdanlı sahib hesab etmişdir, ancaq onun hansı hüquqa əsasən vicdanlı sahib olması müəyyən deyil.
41. Apellyasiya baxışında qarşılıqlı iddia üzrə cavabdeh X15 bildirmişdir ki, mübahisəli torpaq sahəsini xxx adlı şəxsdən alıblar. Torpaq sahəsini adlarına rəsmiləşdirmək üçün Cavabdeh2 müraciət etmişlər, sonuncu da bildirmişdir ki, bu işlə onun oğlu digər Cavabdeh1 məşğul olur. Cavabdeh1 də torpaq sahəsinin alqı-satqısına görə onlardan 5000 manat istəmiş, onlar da bununla razılaşmışlar.
42. Apellyasiya b axışında dindirilmiş şahid X19 bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tanımır, qarşılıqlı iddia üzrə cavabdeh X9 tanıyır, onunla həmkəndlidir. 2005-2006-cı illərdə heyvandarlıqla məşğul olmaq məqsədilə bir neçə torpaq sahəsi almışdır. Torpaq sahəsinin alqı-satqısı üçün Cavabdeh2 pul verib torpağı almışdır. Həmin vaxt torpağın qiyməti ucuz imiş və bir-birinə yaxın ərazidə torpaq sahələri almışdır. Həmin vaxtlar torpaq alanda kənd sovetliyinə gedirmişlər və qaytanlı kitabda torpağın alqı-satqısı barədə qeyd aparılırmış. Torpaq sahəsini alanda ona bu barədə kağız veriblər. O da öz növbəsində torpağı satarkən onun yeni mülkiyyətçisinə bu barədə kağız vermişdir. O vaxtlar hər hansı şəxsə məxsus torpaq sahəsinin naturada harada yerləşdiyi məlum deyildi və hamıdan aldığı torpaq sahələrinin Dövlət aktı özündə idi. Cavabdeh2 da torpağı satanda Dövlət aktını ona vermişdir. Torpağı alanda İdrisin ailə üzvləri orada olmamış, İdris özü torpaq sahəsinin ona satılması ilə bağlı kənd sovetliyində qaytanlı kitaba imza etmişdir.
43. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-228/2023 nömrəli iş üzrə 2023-cü il 8 may tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “növbəti 20 ildə əldə ediləcək məbləğ 9400 manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilərək həmin hissədə ilkin iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdi rilmədən saxlanılmışdır.(hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Afiq Hüseynzadə).
44. Apellyasiya instansiyası məhkəməsi İddiaçı apellyasiya şikayəti üzrə qeyd etmişdir ki, Ş. Vəliyeva torpaq sahəsinə çəkdiyi xərclər, habelə məhrum olduğu gəlirlərə görə ona dəymiş maddi ziyanın 283074 manat olduğunu iddia etsə də, lakin bu barədə məhkəmə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, İddiaçı iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli 358/E nömrəli mütəxəssis rəyinə əsasən 0.65 ha mübahisəli torpaq sahəsində fındıq bağına çəkilən xərcin 43644 manat, torpaq sahəsində investorun nəzarətinin pozulması nəticəsində əldən çıxacaq faydası isə (adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlər) 239430 manat (15 illik gə lir) təşkil etdiyini bildirsə də, həmin rəy dəymiş maddi ziyanın müəyyənləşdirilməsi üçün kifayət qədər tam, aydın və obyektiv sübut kimi qiymətləndirilə bilməz. Çünki mülki prosessual qanunvericiliyə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 45. "xxxx" MMC tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli 358/E nömrəli mütəxəssis rəyi iş materialları ilə əlaqəli şəkildə tədqiq edildikdə müəyyən olunur ki, rəyin verilməsi üçün aparılmış tədqiqat hərtərəfli, tam və obyektiv aparılmamışdır. Belə ki, həm ilk, həm də qarşılıqlı iddia ərizəsindən görünür ki, İddiaçı ünvan 1 yerləşən 0.65 ha kənd təsərrüfatı təyi natlı torpaq sahəsinin 0.15 ha hissəsində fındıq kolları əkmişdir. Qeyd olunan hal işin mübahisə olunmayan tərəfidir. "xxxx" MMC isə vermiş olduğu rəyində 0.65 ha torpaq sahəsində fındıq bağına çəkilən xərcin, habelə əldən çıxacaq faydanın məbləğinin müəyyən edilməsi üçün tədqiqat aparmışdır. Göründüyü kimi, rəy verilməsi üçün aparılmış tədqiqat natamam şəkildə aparılmış və nəticədə işin halları ilə uyğun olmayan mütəxəssis rəyi tərtib edilmişdir. Buna görə də həmin rəy işin hərtərəfli, tam və obyektiv həlli üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz.
46. Eyni zamanda işdən göründüyü kimi birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-torpaqşünaslıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/1943-9/2186 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan, ünvan 1 yerləşən 0.6506 ha torpaq sahəsinin təxminən 0.15 ha hissəsində 20 ədəd 6 illik (yaşında) fındıq ağacı (kolu) vardır; 0.15 ha sahədə mövcud olan 20 kol fındıq topasının əkilməsinə və becərilməsinə 5 il müddətində çəkiləcək xərcin miqdarı təxminən 2848 (2200+648) manat təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi də məhz həmin ekspert rəyinə istinadən dəymiş ziyanın məbləğini müəyyən etmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəni qanuni və əsaslı hesab etmişdir.
48. İlk iddia tələbinin 10000 (on min) manat məbləğdə mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı apellyas iya instansiyası məhkəməsi Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 2 və 8-ci bəndlərinə istinadən göstərmişdir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
49. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırki işdə i sə ilkin iddia üzrə cavabdehlərin təqsiri və ya hər hansı qanunsuz hərəkətləri nəticəsində ilkin iddiaçının mənəvi ziyan görməsi müəyyən edilmir. Buna görə də ilk iddianın 10000 (on min) manat mənəvi ziyan tələbi hissəsi qanuni əsaslara söykənmir. Bu səbəbdən də həmin hissədə iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
50. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qəanətə gəlmişdir ki, İddiaçı apellyasiya şikayətinin dəlilləri əsassızdır, formal mülahizələrdir, işin halları habelə digər mötəbər sübutlarla təsdiq olunmur.
51. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli 0.15 ha torpaq hissəsində 20 ədəd 6 illik (yaşında) fındıq ağacının becərilməsinə 5 il müddətində çəkilən 2848 manat xərcin ilkin iddia üzrə cavabdehlərdən tutulması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı iş üzrə verilmiş müvafiq ekspert rəyinə istinadən təmin etmişdir.
52. Bununla belə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli torpaq sahəsində əkilmiş fındıq ağaclarından növbəti 20 ildə əldə ediləcək 9400 manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissəsində mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, həmin hissədə iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi MM-in 1091.1 və 1092.1-ci maddələrinə istinad etməklə tərəflər arasındakı müb ahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Belə ki, MM-in 1091.1 və 1092.1-ci maddələrindəki əsassız varlanma ilə bağlı dispozisiya şərtləri hazırkı iş üzrə tərəflər arasında olan hüquq münasibətlərində öz əksini tapmır.
53. Apellyasiya instansiyası məhkəməsinə görə ilkin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərindən gələcəkdə əldə ediləcək bəhərin əvəzinin ödənilməsi barədə iddia tələbinin müstəqil hüquqi əsası kimi MM-in 21-ci maddəsi çıxış edə bilərdi ki, hazırki işdə ilkin iddia üzrə cavabdehlərin təqsiri və ya hər hansı qanunsuz hərəkətləri nəticəsində ilkin iddiaçının maddi ziyan görməsi müəyyən edilmir. Əksinə, qarşılıqlı iddia ərizəsindən görünür ki, qarşılıqlı i ddiaçılar mübahisəli torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərindən bəhər götürməyiblər, belə bir niyyətləri yoxdur. Belə olan halda isə cavabddehlər İddiaçı ziyan vuran şəxs hesab edilə bilməzlər.
54. Bu səbədən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddianın 9400 (doqquz min dörd yüz) manat maddi ziyan (əldən çıxmış fayda) hissəsinin təmin edilməsi qanuni əsaslara söykənmir.
55. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin şikayəti üzrə qətnamənin qalan hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh1 ilə X15 arasında “Whatsapp” sosial şəbəkə vasitəsilə aparılmış telefon yazışmalarında (Cavabdeh1 və S.Vəliyev telefon yazışmalarının onlara aid olduğunu bildirmişlər) S.Vəliyev Cavabdeh1 ünvanladığı W hatsap yazısında “mən sənə inanaraq torpağın sənədini kənd sovetində qoydum ki, səninlə söz danışmışıq. Ələddin sənədi götürüb qaçmaz” yazmışdır. Sonuncu isə cavabında “fikrimin dəyişmə səbəbini izah eləmişəm, mənə 5000 verib kiməsə 15 20 minə torpaq satılacaq” yazmışdır.
56. Apellyasiya instansiyası məhkəməsi telefon yazışmalarını iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 torpaq sahəsindən İddiaçı istifadə etdiyindən məlumatı olmuşdur. İddiaçı da öz növbəsində torpaq sahəsinin onun adına rəsmiləşdiriləcəyinə inam bəsləyərək torpaq sahəsindən istifadə etmiş, habelə orada yaxşılaşdırma işləri aparmışdır. Belə olan halda İddiaçı mübahisəli torpaq sahəsinə münasibətdə vicdanlı sahib olmuşdur.
57. Digər tərəfdən iş üzrə dindirilmi ş şahid ifadələri ilə sübut olunur ki, mübahisəli torpaq sahəsinə dair Dövlət aktının əsli ilkin iddia üzrə İddiaçı olmuşdur. Həmçinin sonuncu 2006-cı ildən hazırkı vaxtadək mübahisəli torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə, yəni fındıq ağaclarının əkilib becərilməsi ilə məşğul olmuşdur. Bundan başqa, apellyasiya baxışında qarşılıqlı iddiaçı da bildirmişdir ki, mübahisəli torpaq sahəsinə aid Dövlət aktı onlarda olmamış, həmin sənədi icra nümayəndəliyindən götürmüşdür.
58. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, ünvan 1 yerləşən mübahisəli 0.65 ha torpaq sahəsinin 0.15 ha hissəsindən başqa şəxsin (İddiaçı) istifadə etməsi, habelə torpaq sahəsində əkinçilik, torpağın münbitləşdirilməsi və.s işlərlə məşğul olması barədə torpaq sahəsi nin ümumi birgə mülkiyyətçilərinin bundan məlumatsız olmaları inandırıcı və ağlabatan hal deyildir. İddiaçı mübahisəli torpaq sahəsinə münasibətdə vicdanlı sahib olmuşdur və sonuncu həmin torpaq sahəsində görmüş olduğu yaxşılaşdırma işləri üçün çəkdiyi məsrəflərin əvəzinin torpaq sahəsinin mülkiyyətçilərindən tələb etməkdə haqlıdır.
59. Həmçinin qarşılıqlı iddia tələbinin cavabdehlər İddiaçı və X15 tərəfindən özbaşına əkilmiş fındıq kollarının sonuncuların hesabına çıxarılmasının təmin edilməməsi hissədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, mülki qanunvericiliyə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq o lmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
60. Hazırkı iş üzrə mübahisəli torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin (ağac kol əkilib becərilməsi) əmlaka zərər yetirmədən ayrıla bilmədiyinə görə həmin işlərin aparılmasına görə aparılmış xərclərin əvəzi torpaq sahəsinin mülkiyyətçilərindən, yəni qarşılıqlı iddiaçılardan tutulmuşdur. Belə olan halda, sonuncular vicdanlı sahib tərəfindən əmlak üzərində aparılmış yaxşılaşdırma işlərinin əvəzini vicdanlı sahibə ödədiyindən artıq həmin işlər barəsində mülkiyyət hüququ (sahiblik, istifadə, sərəncam) da onlara mənsubdur. Yəni torpaq sahəsinin mülkiyyətçiləri öz iradələri ilə mülkiyyətlərində olan torpaq sahəsi üzərində müvafiq sərəncam verərək əmlakın təyinatına uyğun qanunla qadağa n edilməyən hərəkətlər edə bilərlər. Əkilmiş fındıq kollarının çıxarılması da istisna təşkil etmir.
61. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın torpaq sahəsindən istifadəyə görə cavabdehlərdən müştərək qaydada əldən çıxmış faydaya görə 5.000 manat tutulmasına münasibətdə də qeyd etmişdir ki, həmin hissədə iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddiaçılar onlara məxsus olan torpaq sahəsinin 0.15 ha hissəsində, yəni cavabdehlərin findıq kolları əkdiyi 15 il ərzində təyinatı üzrə istifadə edərək, orada fındıq kolları əkmiş olsaydılar bu müddət ərzində təxminən 5000 (beş min) manat gəlir əldə edə biləcəklərinə istinad etmişlər.
62. Hazırki işdə İddiaçı mübahisəli torpaq sahəsinə münasibətdə vicdanlı sahib olmuşdur. Dig ər tərəfdən qarşılıqlı iddiaçılar əldən çıxmış fayda qismində zərər çəkmələrini göstərsələr də, həmin zərərin real olması barədə heç bir sübut növü təqdim etməmişlər. Halbuki MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, qarşılıqlı cavabdehlərdən əldən çıxmış faydanın (dəymiş maddi ziyan) əvəzinin tutulması əsassızdır.
63. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 152.1, 152.5, 157.2, 157.4, 157.7, 157.8, 238.1, 1096.1, 1096.2, 1097.1-ci maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarınının 2-ci və 8-ci b əndlərinə istinadla əsaslamndırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
64. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin qismən – ilk iddia üzrə iddiaçının iddia tələblərinin təmin edilmədiyi hissələrdə ləğv olunması və ilk iddia üzrə iddiaçının iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
65. İddiaçının kassasiya şikayəti belə əsaslandırlıb: - mübahisəli torpaq sahəsində əkilmiş fındıq ağaclarından növbəti 20 ildə əldə ediləcək məbləğə aid iddia tələbinin müstəqil əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinin çıxış etməli olması barədə məhkəmənin gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci maddəsi müstəqil tələb əsasıdır. Mülki Məcəllənin1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Əgər 0,15 ha torpaq sahəsinə münasibətdə ilk iddiaçı vicdanlı sahib olmuşsa, hansı ki, məhkəmə də bu nəticəyə gəlmişdir, onda həmin torpaq sahəsi ilk iddia üzrə cavabdehlərə qaytarıldıqda, həmin cavabdehlər hüquqi əsas olmadan varlanmış sayılır, çünki topraq sahəsi üzərində bəhrə verən fındıq kolları mövcuddur, hansını ki, ilk iddiaçı əkib. Onların fındıq kollarını əldə etməsi üçün heç bir qanuni və ya hüquqi əsas mövcud deyil. Bu o deməkdir ki, bu hissədə məhkəmənin qeyd etdiyi kimi Mülki Məcəllən in 21-ci maddəsindən, hər hansı zərərin vurulmasından və ya təqsirdən söhbət gedə bilməz. Əsassız varlanma zərər vurulması demək deyil və şəxs təqsiri olmadan da əsassız varlana bilər; - ilk iddia üzrə cavabdehlər həmin fındıq kollarından götürəcəyi fayda həcmində də əsassız varlanmışdır. Xüsusilə vurğulanmalıdır ki, MM-in 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxs qəsdən əldə etmədiklərini də qaytarmalı, qaytama mümkün olmadıqda isə onun əvəzini ödəməlidir. Bu o deməkdir ki, ilk iddia üzrə cavabdehlərin guya fındıq kollarının onlara lazım olmadığı və çıxarıb atmaq niyyətində olmaları əsassız varlanmanın mövcud olmaması kimi başa düşülə bilməz, çünki onlar bunu qəsdən əldə etmirlər; - mübahisəli torpaqlar kənd təsərrüfatı təyinatlı torpaqlardır və ilk iddia üzrə cavabdehlər onlara məxsus olan 0,6506 ha torpaq sahəsinin ilk iddiaçının fındıq kolları əkdiyi 0,15 ha hissəsindən başqa, qalan hissələrin də özləri fındıq kolları əkmişdir. Bu da onu deməyə əsas verir ki, onların, ümumiyyətlə, ilk iddiaçının əkdiyi fındıq kollarını çıxarmaq niyyətləri yoxdur, beləliklə, onların belə tələbləri vicdanlılıq prinsipinə də ziddir. Məhkəmə də onların həmin fındıq kollarının çıxarılması tələbini haqlı olaraq təmin etməmişdir; - bundan başqa, cavabdehlərdən tutulmuş 2848 manat xərc fındıq kollarının dəyəriilə bağlıdır. Məhkəmə fındıq kollarının dəyərini müəyyən edərkən çəkilən xərcləri nəzərə aldığı halda, ilk cavabdehlər tərəfindən kollardan götürülən və ya qəsdən götürülməyən bəhərin qiymətini nəzərə almamaqla yanlış nəticəyə gəlmişdir; - MM-in 157.7-ci maddəsi də müstəqil tələb olmaqla hər hansı zərər və ya təqsirdən deyil, yaxşılaşdırmadan bəhs edir. Beləliklə, məhkəmə həm də MM-in 157.7-ci maddəsi baxımından yaxşılaşdırmanın nədən ibarət olmasını – əmlakın dəyərini qiymətləndirməli idi; - məhkəmə, ilk iddiaçının vicdanlı sahib olaraq həyata keçirdiyi yaxşılaşdırmanın qiymətini - əmlakın dəyərini müəyyən edərkən onun əkdiyi kolların xərcini nəzərə alrısa, demək, həmin kollardan əldə edilən bəhərin qiymətini də nəzərə almalıdır. Həmin kollardan əldə ediləcək gəlir əldən çıxmış fayda, yəni zərər kimi deyil, bəhər, yəni yaxşılaşdırmanın tərkib hissəsi kimi və ya əsassız varlanma nəticəsində əldə edilənlərin tərkib hissəsi kimi tələb edilir. Bəhərin qiymətinin hesablanması isə məhkəmə tərəfindən də mötəbər sübut kimi qiymətləndirilmiş ekspert rəyində əksini tapır; - məhk əmə, mənəvi zərərin ödənilməsinə dair maddi hüquq normalarını da düzgün tətbiq etməmişdir. Belə ki, heç gözlənilmədən ilk iddia üzrə cavabdehlərin vədlərindən boyun qaçırması və hüquqlarından sui-istifadə etməsi, nəticədə ilk iddiaçının uzun illər ərzində qulluq etdiyi fındıq kollarına çəkdiyi əziyyətin hədər getməsi, onun dərin mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur, xüsusilə nəzərə alınsa ki, belə bir addım atmış şəxs məhz onun həmkəndlisi və qonşusu olmuşdur. İlk iddia üzrə cavabdehlərin belə bir addımı hüquq normaları ilə yanaşı, cəmiyyətdə hamılıqla qəbul edilmiş əxlaqi və mənəvi dəyərlərə zidd olmuş, ilk iddiaçının öz həmvətənlərinin əxlaqi keyfiyyətinə olan gözləntilərini puç etmiş və dərindən sarsıtmışdır; - ilk iddiaçı mənəvi sarsıntı keçirmişdir. Birinci şərt mövcuddur. İl k iddiaçı cavabdehlərin əvvəlki rəftarına güvənmiş, cavabdehlər isə belə rəftara zidd olaraq hüquqlarından sui-istifadə edərək qanunazidd hərəkət etmişlər. İlk iddiaçının çəkdiyi mənəvi sarsıntı ilk iddia üzrə cavabdehlərin yuxarıda göstərilən qanunazidd əməllərinin nəticəsində olmuşdur. İkinci şərt mövcuddur. Əgər onlar belə addım atmasaydı və rəsmiləşdirmədən boyun qaçırmasaydılar, ilk iddiaçı belə mənəvi sarsıntı keçirməzdi. Qanunazidd hərəkətlə mənəvi zərər arasındakı səbəbli əlaqə mövcuddur. Üçüncü şərt mövcuddur. Zərərvuran şəxs belə qanunazidd addımı şüurlu şəkildə, bilərkədən atmışdır. Bu, iş materiallarında olan yazışmalardan da görünür. Bu, təqsirin qəsd formasıdır. İlk iddia üzrə cavabdehlər təqsirli olmuşlar. Dördüncü şərt mövcuddur. Elə apellyasiya məhkəməsinin qeyd etdiyi şər tlər hazırkı işdə mövcuddur. Göründüyü kimi, məhkəmə işin hallarına düzgün qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir; - qarşılıqlı iddia üzrə iddiaçılar iddia tələbi kimi 0,15 ha torpaq sahəsinin azad edilməsini tələb etmişlər. Lakin birinci instansiya məhkəməsi heç bir əsas olmadan 0,15 ha deyil, 0,6506 hatorpaq sahəsinin azad edilməsi haqda qətnamə qəbul edərək qarşılıqlı iddia üzrə iddiaçıların iddia tələblərindən kənara çıxmışdır. apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin yol verdiyi kobud prosessual pozuntuya hüquqi qiymət verməmiş, qətnaməni həmin hissədə ləğv etməmişdir; - yox əgər ilk iddiaçıdan 0,6506 ha torpaq sahəsinin azad edilməsi tələb edilirsə, o zaman 0,15 ha torpaq sahəsinə münasibətdə məhkəmənin də gəldiyi nəticəyə uyğun o laraq fındıq kollarına çəkilmiş xərclərin əvəzinin ilk iddiaçıya ödənilməsi tələbi, eləcə də bu kassasiya şikayətində əsaslandırıldığı kimi, həmin kolların bəhərindən əldə ediləcək gəlir barədə tələb həm də 0,6506 ha torpaq sahəsinə münasibətdə təmin edilməlidir.
66. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 də (vəkil Nümayəndə2) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişlər.
67. Cavabdehlərin kassasiya şikayəti belə əsaslandırılmışdır: - birinci instansiya məhkəməsi tərəfindən İddiaçı və X1 torpaq sahəsini zəbt etmələri faktı öz təsdiqini tapmışdır. Buna baxmayaraq, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi İddiaçı vicdanlı sahib olduğunu vurğulamışlar. Zəbt edilmiş torpaq sahəsində vicdanlı sahib olması tamamilə absurddur. Bu isə öz yerində 0.15 ha torpaq hissəsində 20 ədəd 6 illik (yaşında) fındıq ağacının becərilməsinə 5 il müddətində çəkilən xərc olan 2848 manat xərcin Cavabdeh2 və Cavabdeh1 tutulmalı deyil, qaşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz hesabına aid edilməlidir; - apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsindən iddiaçının istifadə etməsi barədə mülkiyyətçilərin məlumatsız olması inandırıcı və ağlabatan hal deyildir. Halbuki, məhkəmə bu məsələ ilə bağlı tamamilə absurd əsaslar gətirərək, düzgün nəticəyə gəlməmiş, hər-hansı bir dəlil olmadan bu qənaətə gəlmişdir; - apellyasiya instansiya məhkəməsi tərəfindən ilk iddia üzrə cavabdeh tərəfindən verilən izahat, arqumentlər və sübutlar nəzərə alınmamışdır, tərəflərin bərabərliyi təmin edilməmi ş və faktlar tam hərtərəfli və obyektiv araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
68. İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh S.Şərifovun (nümayəndə-vəkil Nümayəndə1) cavabdehlərin kassasiya şikayətinə yazılı etiraz vermişdir. Etiraz onunla əsaslandırlmışdır ki, torpaq sahəsinin cavabdehlərə qaytarılması ilə iddiaçının vicdanlı sahib olması barədə məhkəmənin gəldiyi iki nəticə ziddiyyət təşkil etmir, əksinə, vicdanlı sahiblik məhz mülkiyyətçinin vindikasiya iddiası irəli sürdüyü zaman tətbiq edilə bilər. Əşyanın faktiki sahibinin qanunsuz sahibliyi, yəni, sahibliyə hüququnun olmaması onun vicdanlı və ya vicdansız sahib olmasını əsaslandıra bilməz. Yəni, həm vicdanlı, həm də vicdansız sahib hər bir halda sahibliyə hüququ olmayan şəxslərdir. Məhz vindikasiya iddia sı təmin edildiyi zaman əşyanın faktiki sahibinin hüquqlarının təmin edilməsi məsələsi ortaya çıxır. MM-nin 135.4-cü maddəsinə və Superficies solo cedit prinsipinə uyğun olaraq torpaq sahəsi və torpaqla möhkəm bağı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşya və vahid mülkiyyət obyektidir. MM-nin 135.10-cu maddəsinə əsasən dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən əşyadan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Beləliklə, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsində əkilmiş fındıq kolları, yəni, yaxşılaşdırma həmin torpaq sahəsinin tərkib hissəsidir, vahid əşyadır, ondan ayrıla bilməz. Belə olan halda həmin fındıq kollarının dəyəri iddiaçıya ödənilməlidir.
69. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (nümayəndə-vəkil Nümayəndə2) iddiaçının kassasiya şikayətinə yazılı etiraz vermişlər. Etirazın dəlillərinə görə torpaq sahəsinin cavabdehlərə qaytarılması onların əsassız varlanması kimi qiymətləndirilə bilməz, ona görə ki, onların həmin fındıq kollarını əldə etmək niyyətləri yoxdur, həmin fındıq kollarının çıxarılmasını tələb edirlər. Bundan başqa, iddiaçı qeyd etmişdir ki, məhkəmə fındıq kollarının dəyərini müəyyən edərkən çəkilən xərcləri nəzərə aldığı halda, ilk cavabdehlər tərəfindən kollardan götürülən və ya qəsdən götürülməyən bəhərin qiymətini nəzərə almamaqla yanlış nəticəyə gəlmişdir. Bildirirlər ki, artıq verdikləri kassasiya şikayətində məhkəmənin həmin hissədə istinad etdiyi maddi norma və gəldiyi nəticə mübahisələndirilmişdir. Bundan başqa, iddiaçı özü torpaq sahəsini 2015-ci ildə zəbt etməsini etiraf etmiş, istinad edilən yazışmalar isə 202 1-ci ildə olmuşdur. Qeyd edilməlidir ki, tərəflər 1994-cü ilədək qonşu olmuşlar, 1994-cü ildən cavabdehlər Bakı şəhərinə köçmüş və orada yaşamışlar, 2021-ci ilədək bir-birləri ilə hər hansı münasibət saxlamamışlar. Cavabdehlər iddiaçıya torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı hər hansı vəd verməmişlər. İddiaçıların mənəvi ziyanla bağlı tələbi əsassız olmuşdur, iddiaçıların torpağın alqı-satqısı ilə bağlı razılığı başqa şəxslə olmuşdur, 6 il sonra torpaq sahəsinin maya dəyərindən qat-qat aşağı qiymətə onlara satılması üçün müxtəlif cəhdlər göstərmiş, həmin torpaq sahəsini başqa sahibkara üç qat baha qiymətə satmaq məqsədi daşımışlar. İddiaçı tərəf məhkəmələrdə bir-birinə zidd mövqelər və yalan izahatlar təqdim etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödə nilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən ed ilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə v asitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. V icdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasl a əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkə mələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı: Bənd
2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zə rərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Bənd
8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntıl ar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndər ə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
70. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Kassasiya şikayətində iddiaçı qətnaməni ilk iddia tələbinin təmin edilməyən, cavabdeh isə ilk iddianın təmin edilən ağaclara görə 2848 manat pulun tutulması və ağacların çıxarılması barədə qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndiriblər. Buna görə də məhkəmə kollegiyası qətnaməni həmin hissələrdə yoxlayır.
72. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehlərin kassasiya şikayəti ilk iddianın ağaclara görə 2848 manat pulun tutulması hissəsində məbləğ baxımından kassasiya baxışının predmeti olmasa da, həmin hissə şikayətin ağacların çıxarılması barədə qarşılıqlı iddianın təmin edilməyən hissəsi ilə əlaqəlidir.
73. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
74. İlk olaraq cavabdehlərin kassasiya şikayəti üzrə məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin edilməyən hissəsində, yəni ağacların çıxarılması barədə qarşılıqlı iddianın təmin edilməyən hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
75. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini Mülki Məcəllənin 135.4-cü maddəsi baxımından əsaslı hesab edir. Qeyd edilən normaya görə torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
76. İşin müəyyən edilmiş hallarına görə iddiaçı 0,15 ha torpaq sahəsində çoxillik əkmələr olan fındıq ağacları əkmişdir. Nəzərə alınsa ki, Mülki Məcəllənin 135.4-cü maddəsi çoxillik əkmələri də torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyekt kimi daşınmaz əşya hesab edir və işin müəyyən ed ilmiş hallarına görə İddiaçı vicdanlı sahib olmuşdur, belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddianın həmin hissəsi üzrə gəldiyi nəticə əsaslı olmuşdur.
77. Qeyd edilməlidir ki, çoxlu sayda ağacların onlara zərər vurulmadan bir yerdən çıxarılıb başqa yerə əkilməsinin müvafiq torpaq sahəsi və sonrakı yetişdirilmə imkanı baxımından mümkünsüzlüyü, ağacların uzun müddətdən sonra çıxarılaraq yerinin dəyişdirilib əvvəlki məhsuldarlıq əldə edilməsinin qeyri-mümkün olacağı da nəzərə alınmalıdır.
78. İddiaçının vicdanlı sahib olmaması barədə cavabdehlərin kassasiya şikayətinin dəlilləri işin müəyyən edilmiş halları ilə təkzib edilir və bu xüsusata apellyasiya instansiyası məhkəməsi qiymət vermişdir. (bax: 55-58-ci bəndlər)
79. Bu baxımdan, cavabdehlərin kassasiya şikayəti əsaslı deyil və qətnamə qarşılıqlı iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanmalıdır.
79. İddiaçının kassasiya şikayətinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.
80. İşdən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir: cavabdehlərin əsassız varlanması nəticəsində 283074 manat pulun tutulması və 10000 manat mənəvi zərərin əvəzinin ödənilməsi.
81. Əsassız varlanma nəticəsində tələb edilən məbləğin də 43644 manatı torpaq sahəsinin yaxışılaşdırılımasına çəkilən xərc (fındıq bağının salınması, torpağın münbitliyinin və digər xassələrinin qorunması və s.), 239430 manatı isə torpaq sahəsi üzərində investorun nəzarətinin pozulması nəticəsində əldən çıxan fayda (həmin kollardan əldə ediləcək gəlirin yaxşılaşdırma nın və ya əsassız varlanma nəticəsində əldə edilənlərin tərkib hissəsi kimi) kimi göstərilmişdir.
82. Birinci instansiya məhkəməsi torpaq sahəsinin yaxşılaşdırılımasına çəkilən xərci 2848 manat qiymətləndirərkən ekspert rəyinə isitnad etmişdir. Ekspert isə rəyində həmin məbləğin 0.15 ha sahədə mövcud olan 20 kol fındıq topasının əkilməsinə və becərilməsinə 5 il müddətində çəkilən xərc üzrə müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi də mübahisəli 0.15 ha torpaq hissəsində 20 ədəd 6 illik (yaşında) fındıq ağacının becərilməsinə 5 il müddətində çəkilən xərcin 2848 manat olmasını qeyd edərək bununla razılaşmışdır.
83. Məhkəmə kollegiyası bu hissədə gəlinən nəticəni əsaslı hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, analoji iddialarda yaxşılaşdırmanın dəyəri ağacların sayı, növü, o nların əkilməsi və aqrotexniki qaydada qulluluğuna çəkilən xərclə deyil, eyni və ya oxşar sayda və növdə olan meyvə ağacı əkilmiş müvafiq ölçüdə torpaq sahələrinin qiyməti ilə boş torpaq sahəsinin qiyməti arasındakı fərqlə müəyyən edilməli, eyni zamanda iddia tələbi həddindən çıxış edərək yaxşılaşdırmanın dəyərinin əmlakın dəyərindən artıq olmaması da nəzərə alınmalıdır.
84. Lakin məhkəmələr torpaq sahəsinin yaxşılaşdırılımasına çəkilən xərci 20 ədəd fındıq ağacının becərilməsinə 5 il müddətində çəkilən xərcin dəyəri ilə müəyyən etmişlər ki, bu da yuxarıda göstərilənlər baxımından əsaslı sayıla bilməz.
85. Bundan əlavə, nəzərə alınmalıdır ki, hazırki işdə iddiaçının torpaq sahəsindən çıxarılması barədə qarşılıqlı iddia tələbi təmin olunmuşdur. Belə olan halda, torpaq sahəsinin yaxşılaşdırı lımasına çəkilən xərcin əvəzinin ödənilməsi ilə iddiaçının torpaq sahəsindən çıxarılmasının eyni vaxtda icra edilməsinin mümkünlüyünə də məhkəmələr diqqət yetirməyiblər.
86. Əsassız varlanma nəticəsində tələb edilən 239430 manatla (birinci instansya məhkəməsi həmin iddianı 9400 manat hissədə təmin etmişdir) bağlı iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu iddianı qismən təmin edərkən Mülki Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinə istinad etməklə tələbin maddi-hüquqi əsasını düzgün müəyyən etməmişdir, əslində bu tələbinin müstəqil hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsi çıxış edə bilərdi ki, hazırki işdə ilkin iddia üzrə cavabdehlərin təqsiri və ya hər hansı qanunsuz hərəkətləri nəticəsində ilkin iddiaçının maddi ziyan g örməsi müəyyən edilmir.
87. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə də razılaşmır. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsi “Zərərin əvəzinin ödənilməsi” adlanmaqla, zərərin anlayışını, onun ödənilməsi miqdarını və qaydasını müəyyən edir. Bu baxımdan, həmin maddə zərərlə bağlı iddia tələblərinin müstəqil hüquqi əsası kimi çıxış edə bilməz. Mülki Məcllənin 21-ci maddəsi zərərlə bağlı konkret mülkihüquqi münasibətlər üzrə yaranmış zərər iddialarında ümumi norma kimi çıxış edir.
88. Buna görə də apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 21-ci maddəsinə əsasən hazırki işdə ilkin iddia üzrə cavabdehlərin təqsiri və ya hər hansı qanunsuz hərəkətləri nəticəsində ilkin iddiaçının maddi ziyan görməsinin müəyyən edilməməsi əsası ilə həmin i ddianın rədd etməsi qanuni sayıla bilməz.
89. Məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə iddia tələbinə iddiaçının dəlilləri üzrə (torpaq sahəsi üzərində investorun nəzarətinin pozulması nəticəsində əldən çıxan fayda, həmin kollardan əldə ediləcək gəlirin yaxşılaşdırmanın və ya əsassız varlanma nəticəsində əldə edilənlərin tərkib hissəsi kimi) Mülki Məcəllənin 157.7, 1091 və 1092-ci maddələrinin tələbi baxımından qiymət verilməklə, mübahisə həll edilməli idi. İddiaçı özü də həmin tələbinin əsası kimi özünün vicdanlı sahib olmasına və cavabdehin əsassız varlanmasına istinad etmişdir.
90. İlk iddianın 10000 manat mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinin təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı sayıla bilməz.
91. İşdən görünür ki, birinci instansiya məhkəməsi həmin iddianı t əmin etməyərkən iddiaçının bu barədə hər hansı sübut təqdim etməməsinə istinad etmiş, apellyasiya instansiyası məhkəməsi isə cavabehlərin təqsiri və ya hər hansı qanunsuz hərəkətləri nəticəsində ilkin iddiaçının mənəvi ziyan görməsinin müəyyən edilməməsinə istinad etmişdir.
92. Məhkəmə kollegiyası qeyd edir ki, vicdanlı sahib kimi iddiaçının xeyrinə yaxşılaşdırmanın əvəzi tutulursa, belə olan halda, mənəvi zərərlə bağlı iddianın təmin edilməməsində yalnız iddiaçının bu barədə sübut təqdim etməməsinə istinad edilməsi əsaslı sayıla bilməz. Nəzərə alınmalıdır ki, hüquq pozuntusunun törədilməsi özüözlüyündə pozuntuya məruz qalmış şəxsdə mənəvi sarsıntı yarada bilər. Apellyasiya instansiyası məhkəməsi bir tərəfdən iddiaçının vicdanlı sahib kimi yaxşılaşdırmanın əvəzini tələb etmək hüququ olma sını müəyyən edərək, həmin tələbi qismən təmin etmiş, digər tərəfdən də cavabehlərin təqsiri və ya hər hansı qanunsuz hərəkətlərinin olmamasını bildirməklə ziddiyyətli nəticəyə gəlmişdir.
93. Apellyasiya instansiyası məhkəməsini özünün də istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilib ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
94. Hüquq pozuntusuna məruz qalmış şəxsin üzərinə onun mənəvi sar sıntı keçirməsini sübut etmək vəzifəsinin qoyulması bu institutun tətbiqini mümkünsüz edərdi. Qeyd edilməlidir ki, mənəvi zərər törədilmiş hüquq pozuntusunun bilavasitə nəticəsi kimi təzahür edir və bu səbəbdən hüquq pozuntusuna məruz qalmış şəxsin üzərinə əlavə olaraq mənəvi zərərinin olmasını (sarsıntıya, iztiraba məruz qalması və s.) sübut etmək vəzifəsi qoyula bilməz.
95. İşdən görünür ki, məhkəmələr iddiaçının mənəvi zərərlə bağlı tələbini işin halları, pozuntunun xarakteri, bunun iddiaçının mənəvi dünyasına nə kimi təsirini iddiaçının bununla bağlı dəlilləri üzrə qiymətləndirməmiş, qeyd edildiyi kimi iddiaçının həmin tələbini sübuta yetirə bilməməsi əsası ilə təmin etməmişlər.
96. O başqa məsələ ki, pozuntu faktının məhkəmə tərəfindən müəyyən olunması vurulmuş mənəvi zərərin tam və y a qismən kompensasiyası kimi də qiymətləndirilə bilər. Belə ki, “Alexina və digərləri Rusiyaya qarşı” işdə X25 Məhkəməsinin mövqeyinə görə pozuntu faktının tanınması belə mənəvi ziyanın ədalətli əvəzi hesab edilə bilər.
97. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə gəlinən nəticəni əsaslı hesab etmir.
98. İddiaçının cavabdehlərin qarşılıqlı iddia tələbində 0,15 ha torpaq sahəsinin azad edilməsini tələb etsələr də, birinci instansiya məhkəməsinin heç bir əsas olmadan 0,15 ha deyil, 0,6506 ha torpaq sahəsinin azad edilməsi haqda qətnamə qəbul etməklə, iddia tələblərindən kənara çıxması və apellyasiya instansiya məhkəməsinin də birinci instansiya məhkəməsinin yol verdiyi kobud prosessual pozuntuya hüquqi qiymət verməməsi barədə kassasiya dəlillərini məhkəmə kollegiyası, qətnam əni həmin hissədə ləğv edilməsi üçün əsas saymır.
99. Əvvəla, iddiaçı kassasiya şikayətində bu dəlili göstərsə də, şikayətin sonunda apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız öz iddiasının təmin edilməyən hissəsində ləğv və iddiasının təmin edilməsi xahiş etməklə, qismən mübahisələndirmişdir. Halbuki qeyd edilən hissə qarşılıqlı iddianın təmin edilən hissəsi ilə bağlıdır. İddiaçı isə şikayətində qarşılıqlı iddianın təmin edilən hissəsində qətnamənin ləğvini istəməyib.
100. Mülki Prosessual Məcəllənin 416.1-ci maddəsinə görə də kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
101. Bundan başqa, iddiaçının pozuntu kimi qeyd etdiyi xüsusat (baxmayaraq ki, iddiaçı həmin halı kobud prosessual pozuntu kimi göstərib) Mülki Prosessual Məcəllənin 418.4.1-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğvinə əsas verən kobud prosessual pozuntu kimi də nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının qeyd edilən dəlili üzrə qətnamənin həmin hissədə ləğvini Mülki Prosessual Məcəllənin 418.4.1-ci maddəsinin tələbləri baxımından da mümkün saymır.
102. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yeni dən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən hallarla bağlı qiymətləndirmə aparmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, cavabdehlərin kassasiya şikayəti təmin edilməməli, qətnamə qarşılıqlı iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanmalıdır.
103. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-228/2023 saylı, 08 may 2023-cü il tarixli q ətnaməsi ilk iddia hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Cavabdehlərin (qarşılıqlı iddiaçılar) kassasiya şikayəti təmin edilməsin. Qətnamə qarşılıqlı iddianın təmin edilməyən hissəsində dəyişdirimədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.