Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4485/2020 13.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “Nikoyl” İnvestisiya Kommersiya Bankının (hazırda “Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti) vəkili X5, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, Cavabdeh tərəfindən Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(106)114/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin(hakim Rəşad Məmmədov)xx xxxxxx 2019-cu il tarixli 2(049)-139/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh kredit borcu üzrə 7061,8 ABŞ dolları əsas borc, 5842,4 ABŞ dolları faiz borc, 50,53 ABŞ dolları dəbbə borc, cəmi 12954,73 ABŞ dolları məbləğində kredit borcunun (ödəniş gününə Azərbaycan Respublikası manatına olan məzənnə ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun «xxxxxx» İKB-nin xeyrinə tutulması, cavabdehdən «xxxxxx» İKB-nin xeyrinə tutulmalı olan cəmi 12954,73 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu üzrə tutmanın «xxxxxx» İKB-nin qarşısında ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Cavabdeh məxsus DƏDRX 10 saylı Ərazı İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydıyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən (seriya RX № 0521488) ünvan 1 mənzil 6 ünvanında yerləşən 41,6 kvadrat metr yaşayış, 23,5 kvadrat metr yardımçı, 65,1 kvadrat metr ümumi sahədən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, ipoteka predmeti olan mənzilin hərracda ilkin satış qiymətinin 35000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan mənzil açıq hərracda satılması, mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evdə qeydiyyatda olanlar, ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri həmin evdən çıxarılmaları və həmin evin boşaldılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Zeynal Zeynalov sədrlik edən və məruzəçi, İlham Əsədov, Müşfiq Həsənov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh tərəfindənverilmiş apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(049)-139/2019 saylı qətnaməsi cavabdeh tərəfindənverilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxxxx» İnvestisiya Kommersiya Bankının Lənkəran filialı ilə (bundan sonra bank və ya iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 13-G-2-0-1606-14 nömrəli əsas kredit müqaviləsinə əsasən bank illik 25 faiz olmaqla 60 aylıq müddətə ona istehlak məqsədi üçün 12500 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği onun hesabına ödəmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq mülkiyyət hüququ ilə cavabdehə məxsus müqaviləyə əsasən tərəflərin razılığı il ə 25000 manat məbləğində qiymətləndirilmiş, AR DƏDRX 10 saylı Ərazı İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydıyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən (seriya RX № 0521488) ünvan 1 mənzil 6 ünvanında yerləşən 41,6 kvadrat metr yaşayış, 23,5 kvadrat metr yardımçı, 65,1 kvadrat metr ümumi sahədən ibarət 3 otaqlı mənzil (bundan sonra mənzil) xx xxxxxx 2014-cü il tarixli 13-G-2-0-1606-14 nömrəli “İpoteka Müqaviləsi” ilə bank qarşısında ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafıki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddia tələbində kr edit müqaviləsindən irəli gələn 7061,8 ABŞ dolları əsas borc, 5842,4 ABŞ dolları faiz borc, 50,53 ABŞ dolları dəbbə borc, cəmi 12954,73 ABŞ dolları və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğ öhdəliyin təminatı kimi mülkiyyət hüququ əsasında ipoteka qoyan Cavabdeh məxsus müqaviləyə əsasən tərəflərin razılığı ilə 25000 manat məbləğində qiymətləndirilməsi, tələbin mənzilə yönəldilərək açıq hərrac yolu ilə satılması, satıldıqdan sonra qeydiyyatda olanların, ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin bir ay ərzində həmin evdən çıxarılması və evin boşaldılması, satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehdən tutularaq iddiaçının xeyrinə ödə nilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə şifahi vəsatətini əsassız olaraq təmin etməmiş, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfi ndən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kasasiya şikayətinin həddləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətindən görünür ki, qətnaməni cavabdeh yalnız borcun tutulması hissədə mübahisələndirir. İddiaçı isə qətnamədən kassasiya şikayəti verməmişdir. Ona görə də, qətnamə yalnız cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə kassasiya qaydasında yoxlanıldı. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, məhk əmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdehdən faiz borcunun tutulması hissədə dəyişdirilməli, faiz borcununn məbləği 3081,91 ABŞ dolları müəyyən edilməli, faiz borcuna uyğun olaraq tutulacaq ümumi borcun məbləği 10194,24 ABŞ dolları müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki,xx xxxxxx 2014-cü il tarixli 13-G-2-0-1606-14 №-li kredit müqaviləsinə əsasən cavabdehə bank tərəfində n illik 25 faiz dərəcəsi tətbiq edilməklə 60 ay ərzində qaytarmaq şərti ilə 12500 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli 13-G-2-0-1606-14 №-li saylı ipoteka müqaviləsindən görünür ki, mülkiyyət hüququ ilə cavabdehə məxsus, müqaviləyə əsasən tərəflərin razılığı ilə 25000 manat məbləğində qiymətləndirilmiş mənzil bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, cavabdeh xx xxxxxx 2014-cü il tarixli 13-G-2-0-1606-14 saylı kredit müqaviləsi üzrə bankdan 12500 ABŞ dolları məbləğində nəğd pul götürmüşdür. xx xxxxxx 2014-cü il tarixli 13-G-2-0-1606-14 №-li kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 60 ay müddətində hər ay 366,89 ABŞ dolları o lmaqla xx.xx.2015-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2019-cu il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə xx xxxxxx 2014-cü il tarixli 13-G-2-0-1606-14 №-li kredit müqaviləsi üzrə 7061,8 ABŞ dolları əsas, 5842,4 ABŞ dolları faiz, 50,53 cərimə borcu olmaqla, cəmi 12954,73 ABŞ dolları kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş borcu cavabdehə verməklə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Cavabdeh aldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Belə ki, borcalan bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Birinci instansiya məhkəməsi sadalananlara əsasən iddia tələbini yuxarıda gəstərilən qaydada qismən təmin etmişdir. Tələbin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişd ir. Həmçinin tələbin ipoteka predmetinə yönəldilməsi və cərimə borcunun tutulması hissələri də tərəflər mübahisələndirməmişlər. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə görə manatın iki dəfə devalvasiyaya uğramasına baxmayaraq 8584 ABŞ dolları pul ödədiyi halda bank həmin pulları yalnız faizə hesablamış, məhkəmə onları diqqətlə araşdırmadan ekspertiza təyin etmədən ancaq bank tərəfindən yazılmış iddia ərizəsində qeyd olunanların eyni ilə qətnamə qəbul etmişdir. Apelyasiya şikayətinin həmin dəlilləri araşdırılarkən cavabdehin nümayəndəsinin vəsatətinə əsasən apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(106)2340/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirilyi Məhkəmə Ekspertizası Mərk əzinin xx xxxxxx 2019-cu il tarixli 31006 saylı rəyindən görünür ki, hesabdan çıxarışlardan və «xxxxxx» İKB ASC ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli 13-G-2-0-1606-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2018-ci il tarixə, yəni iddia qaldırılan vaxta banka olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 11369,26 ABŞ dolları; faiz borcu üzrə 3081,91 ABŞ dolları; «xxxxxx» İKB ASC ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü tarixli 13-G-2-0-1606-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə bitən müddətə xx.xx.2019-cu il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 11369,26 ABŞ dolları; faiz borcu üzrə 6902,02 ABŞ dolları. Apelyasiya instansiyası məhkəməsi ekspert rəyi ni digər sübutlarla yanaşı qiymətləndirərək müqavilə müddəti bitən tarixə, yəni xx.xx.2019-cu il tarixə banka olan borcun əsas borc üzrə 11369,26 ABŞ dolları, faiz borcu üzrə 6902,02 ABŞ dolları müəyyən edilməsini, xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə 7061,8 ABŞ dolları əsas, 5842,4 ABŞ dolları faiz, 50,53 cərimə borcu olmaqla, cəmi 12954,73 ABŞ dolları kredit borcu olmasını nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən alınması qət edilmiş 5842,4 ABŞ dolları faiz borcunun azaldılması üçün qanuni əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi faiz borcunun məbləğini müəyyən edərkən nəzərə almamışdır ki, iddiaçı bank hazırki tələblə məhkəməyə xx.xx.2018-cu il tarixdə müraciət edər ək 5842,4 ABŞ dolları faiz borcunun tutulmasını tələb etmiş, həmin tarixə ekspert rəyi ilə müəyyən edilmiş faiz borcunun məbləği isə 3081,91 ABŞ dolları müəyyən edilmişdir. Ekspert rəyindən sonra bank iddia tələbində dəqiqləşdirmə və ya iddia tələbinin artırılması barədə ərizə verməmiş, iddiaçı tələbində ekspert rəyinin verildiyi tarixə və ya müqavilə müddətinin bitməsi tarixinə olan borcun tutulmasını tələb etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, faiz borcunun məbləği iddia qaldırılan vaxta ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə, yəni 3081,91 ABŞ dolları müəyyən edilməli, azaldılmış faiz borcuna uyğun olaraq da cavabdehdən tutulmalı ümumi borcun məbləği 10194,24 ABŞ dolları (7061,8 ABŞ dolları əsas borc + 3081,91 ABŞ dolları faiz borcu, 50,53 ABŞ dolları cərimə boru ) müəyyən edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni cavabdehdən 7061,8 ABŞ dolları əsas borcun tutulması hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh kassasiya şikayətində ümumi sözlərlə ekspert rəyinin əsassız olduğunu qeyd etmiş, etirazının əsası kimi istinad etdiyi halı əsaslandırmamış, rəyin əsassızlığının nədən ibarət olmasını göstərməmiş, həmçinin təkrar ekspertizanın keçirilməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.2-ci maddələrinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(106)-114/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdehdən faiz və ümumi borcun tutulması hissədə dəyişdirilsin. Faiz borcunun məbləği 3081,91 ABŞ dolları, faiz borcuna uyğun olaraq tutulacaq ümumi borcun məbləği 10194,24 ABŞ dolları müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qərar qəbul ed ildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4485/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4485/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver