Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4486/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun olmaması barədə məlumatın verilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığorta lanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın verilməsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2975/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ASC tərəfindən xx.xx.2008-ci il tarixli 054 saylı kredit müqaviləsinə əsasən İddiaçı 104640 manat məbləğində ipoteka krediti verilib. 2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı xx.xx.2008-ci il tarixli, 054 saylı kredit müqaviləsi kredit müqaviləsi üzrə 35.178,64 manat əsas, 21.423,6 4 manat faiz borcu vardır.
3. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən LPO Cavabdeh1 ASC ilə bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2020-ci il tarixə Banka 35178,64 manat məbləğində əsas borcu, 24111,13 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 59289,77 manat məbləğində borcu vardır.
4. Cavabdeh1 ASC-nin X6 Z.B.Quliyevanın imzası və bankın möhürü ilə təsdiq edilmiş 18 fevral 2015-ci il tarixli 11/K61 saylı arayışa əsasən İddiaçı xx.xx.2008-ci il tarixli, 054 saylı kredit müqaviləsi üzrə banka heç bir borcu yoxdur.
5. Mübahisə xx.xx.2008-ci il tarixli, 054 saylı kredit müqaviləsi üzrə iddiaçının banka borcunun olub-olmaması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (sonradan dəqiqləşmə barədə ərizə) ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın verilməsi öhdəliyinin cavabdehlər “Zaminbank» ASC (bundan sonra “Bank”) və “Zaminbank» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra “Fond”) həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra “üçüncü şəxs”) iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulub.
8. İddia ərizəsi onunla əsaslandırılıb ki, iddiaçı ilə Bank arasında xx.xx.2008-ci ildə 054 saylı kredit müqaviləsi bağlanıb və həmin kredi t müqaviləsinə əsasən iddiaçıya 104640 manat məbləğində ipoteka krediti verilmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə bütün öhdəliklərini yerinə yetirib və heç bir borc məbləği qalmayıb.
9. İddiaçının borcu olmadığı üçün də X5 sədri Z.B.Quliyevanın imzası və bankın möhürü ilə təsdiq edilmiş 18 fevral 2015-ci il tarixli 11/K61 saylı arayış verilmişdir. Həmin arayışda iddiaçıya xx.xx.2008-ci il tarixli 054 saylı kredit müqaviləsi üzrə 104640 manat məbləğində ipoteka krediti verildiyi və bu müqavilə üzrə iddiaçının Banka heç bir borcunun olmaması qeyd edilmişdir. Buna baxmayaraq, Azərbaycan Kredit Bürosundan verilən çıxarışda məlum olmuşdur ki, Bankın qeyd etdiyi müqavilə üzrə iddiaçının adında 35178,68 manat əsas və 21.423,64 manat faiz borcu qalıb. Bank tərəfindən borcu olmadığı barədə arayış olduğu halda, iddiaçının adında borc məbləğinin qalması tamamilə qanunsuzdur.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 425.1, 427.2 və 442-ci maddələrinə istinad etmişdir.
11. Fondun nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, iddiaçının hazırda banka borcu vardır.
12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2271/2021 nömrəli, 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, «Mərkəzləşdirilmiş Kredit Reyestrində» xx.xx.2008-ci il tarixli 054 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması məlumatının verilməsinin cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, iddia tələbinin digər cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə münasibətdə təmin edilm əməsi qət edilmişdir. (hakim Ramin Xəlilov)
13. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı ilə Bank arasında xx.xx.2008-ci il tarixdə kredit müqaviləsi bağlanıb və həmin kredit müqaviləsinə əsasən iddiaçıya 104640 manat məbləğində ipoteka krediti verilib. Bank tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışda həmin müqavilə üzrə iddiaçının Banka heç bir borcu olmaması göstərilib. Eyni zamanda Fondunun xx.xx.2020-ci il tarixli arayışında iddiaçının xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 35.178,64 manat əsas, 24.111,13 manat faiz borcu olması qeyd edilib.
14. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə ilkin olaraq onu qeyd edib ki, iddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan şəxsə, yəni ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı yönəldiyindən və onun funksiyaları ləğvedici kimi X1 həvalə olunduğundan həmin hüquqi şəxs hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməz. Buna
15. Birinci instansiya məhkəməsi bankın X3 imzası və Bankın möhürü ilə təsdiq edilmiş arayışa istinadən hesab edib ki, iddiaçı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirib, onun banka heç bir borcu qalmayıb və öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilib.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 528, 739cu, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Fond apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qə tnaməsinin ləğv edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri belə olub: - Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2016-cı il tarixli qərarı ilə Cavabdeh1 ASC-nin bank lisenziyası ləğv edilmişdir; - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli Qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən Cavabdeh1 ASC-nin Ləğvedicisi təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli Qərarına əsasən Cavabdeh1 ASC-nin iflas proseduruna başlanmışdır; - qeyd olunan məsələ ilə bağlı aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə banka 35.178, 64 manat əsas, 26.572,86 manat faiz borcu olmaqla, cəmi 61751,50 manat məbləğində ödənilməmiş borcu mövcuddur; - bundan başqa, iddiaçının banka borcunun olması Azərbaycan Kredit Bürosu MMC tərəfindən xx.xx.2019-cu il tarixə verilmiş çıxarışla da təsdiq edilir. Belə ki, həmin çıxarışa əsasən iddiaçının xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə banka 35178,64 manat əsas, 21423,64 manat faiz borcu olmaqla, cəmi 56602,28 manat məbləğində ödənilməmiş borcu vardır; - birinci instansiya məhkəməsi öz qətnaməsində yalnız verilmiş arayışa istinad edərək iddia tələbini təmin etmişdir. Halbuki qeyd olunan arayışın axtarışı zamanı müəyyən edilmişdir ki, həmin arayış Fonda təhvil verilməmişdir və arxivdə yoxdur.
19. Azərbaycan Respublikası Mərkəzi Bankının (üçüncü şəxsin) apellyasiya instansiyasına ünvanlandığı 31 mart 2021-ci il tarixli, 16-00738-2021 saylı məktubunda qeyd edilib ki, Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Bankmüştəri münasibətlərində kreditor qarşısında icranı təsdiq edən mübahisəsiz sənəd yalnız bank sənədidir. Belə ki, Mərkəzi Bankın “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 2.8-ci bəndinə əsasən bank sənədləri-bank əməliyyatlarının həyata keçirilməsi üçün zəruri və kifayət qədər məlumatları əks etdirən, onun qanuniliyini təsdiq edən və əməliyyatların mühasibat uçotunda əks olunmasına əsas verən sənəddir. Bunlara ödəniş sənədləri və kassa sənədləri daxi ldir. Eyni zamanda həmin qaydaların 12.6-cı bəndinə görə bankların bütün əməliyyatları onların xarakteri barədə məlumatlardan ibarət olan, əməliyyatların qanuniliyini təsdiq edən və onların uçotda əks etdirilməsi üçün əsas olan sənədlərlə rəsmiləşdirilməlidir. X4 “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin indeksasiyasının təşkili” Qaydalarının 6.4.3-cü bəndinə əsasən kredit təşkilatının kassiri nağd pulu qəbul etdikdən sonra “nağd pulun mədaxili üçün elan”ın müvafiq hissələri kassir tərəfindən imzalanır, qəbz hissəsi pulu təhvil verən şəxsə qaytarılır, elan hissəsi isə günün kassa sənədlərinə tikilmək üçün kassirdə qalır, əlavə olaraq order hissəsi də hesabdan çıxarış ilə birlikdə müştəriyə təqdim edilməsi üçün məsul icraçıya veril ir. Qeyd olunanlara əsasən Cavabdeh1 ASC-nin X6 tərəfindən təqdim edilən sənəd bank sənədi hesab olunmadığından Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən öhdəliyin icra olunmasını təsdiq edən sənəd qüvvəsinə malik deyildir.
20. Apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə Banka ödənilməmiş nə qədər borcunun olmasını müəyyən etmək məqsədilə 07 aprel 2021-ci il tarixli qərardadla mühasibatlıq ekspertizasə təyin etmişdir.
21. Məhkəmə Ekspertizası Mərkəzinin 9/2875 saylı, 25 iyun 2021-ci il tarixli rəyinə əsasən iddiaçının xx.xx.2008-ci il tarixli, 054 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 35221,64 manat əsas, 45936,54 manat faiz borcu vardır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2558/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(006)-2271/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmuş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manatın iddiaçıdan alınaraq Dövlət xəzinədarlığı Agentliyinin hesabına keçirilməsi qət edilmişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Emin Mehdiyev)
23. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, xx.xx.2008-ci il tarixdə kredit müqaviləsi bağlanması və həmin kredit müqaviləsinə əsasən iddiaçıya 20 iyun 2023-cü il tarixədək 104640 manat məb ləğində ipoteka krediti verilməsi işin mübahisəsiz halıdır. Mübahisləndirilən hal iddiaçının Banka borcunun olub-olmamasıdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Lakin Bank-müştəri münasibətlərində kreditor qarşısında icranı təsdiq edən mübahisəsiz sənəd yalnız bank sənədidir. Belə ki, Mərkəzi Bankın “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 2.8-ci bəndinə əsasən bank sənədləri-bank əməliyyatlarının həyata keçirilməsi üçün zəruri və kifayət qədər məlumatları əks etdirən, onun qanuniliyini təsdiq edən və əməliyyatların mühasibat uçotunda əks olunmasına əsas verən sənəddir. Bunlara ödəniş sənədləri və kassa sənədləri daxildir. Həmin qaydaların 12.6-cı bəndinə görə bankların bütün əməliyyatları onların xarakteri barədə məlumatlardan ibarət olan, əməliyyatların qanuniliyini təsdiq edən və onların uçotda əks etdirilməsi üçün əsas olan sənədlərlə rəsmiləşdirilməlidir. Eyni zamanda Mərkəzi Bankın “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin indeksasiyasının təşkili” Qaydalarının 6.4.3-cü bəndinə əsasən kredit təşkilatının kassiri nağd pulu qəbul etdikdən sonra “nağd pulun mədaxili üçün elan”ın müvafiq hissələri kassir tərəfindən imzalanır, qəbz hissəsi pulu təhvil verən şəxsə qaytarılır, elan hissəsi isə günün kassa sənədlə rinə tikilmək üçün kassirdə qalır, əlavə olaraq order hissəsi də hesabdan çıxarış ilə birlikdə müştəriyə təqdim edilməsi üçün məsul icraçıya verilir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən belə qənaətə gəlib ki, iddiaçı borcunun olmaması barədə ödəniş və kassa sənədləri ilə bağlı mötəbər sübutlar təqdim etməmiş, iddiaçının təqdim etdiyi Cavabdeh1 ASC-nin X9 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayış isə borcun tam ödənilməsinin mötəbər sübutu kimi qəbul edilə bilməz.
26. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspertizanın rəyinə istinad edərək hesab edib ki, iddiaçının Banka ödənilməyən borcu vardır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
27. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-658/2022 nömrəli, 15 fevral 2022-cu il tarixli, qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2558/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
29. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olub: - tərəflərin bildirdiyi hallar nəzərə alındıqda iddianın qanuni əsası kimi Mülki Məcəllənin 739.1, 528 və 529-cu maddələri nəzərdən keçirilə bilər. Borc müqaviləsinə dair normanın məzmunundan göründüyü kimi borc müqaviləsi üzrə münasibətlərin tərəfləri borc verən və borc alandır. Borc müqaviləsinə görə, borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Sadə yazılı və ya notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə istinad edən kreditor, borc verdiyini sübutetmə yükündən azad olur, buna müvafiq olaraq borcu qismən və ya tam ödədiyini iddia edən borclu, borcunu qaytardığını sübuta yetirmək yükünü daşıyır; - işin müəyyən edilmiş halına görə Cavabdeh1 ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2015-ci il tarixli arayışına əsasən həmin müqavilə üzrə iddiaçının banka heç bir borcu yoxdur. İddiaya etiraz edən cavabdeh tərəf həmin arayışın verilməsinə baxmayaraq iddiaçının ödənilməyən əsas və faiz borcunun olmasını, həmin məbləğin ödənilmədiyini göstərir və bu səbəblə borcun olmamasına dair sənədin verilməsi nin mümkün olmadığını qeyd edir. Cavabdeh tərəf apellyasiya şikayətində yeganə dəlil olaraq sözügedən arayışın ləğvedici Əmanətlərin Sığortalanması Fonduna təhvil verilmədiyini və arxivdə olmadığını göstərir; - Mərkəzi Bankın “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 3.3-cü bəndinə əsasən banklarda mühasibat uçotunun təşkili və aparılmasına, bank əməliyyatlarının aparılması üzrə qanunvericiliyin təmin olunmasına, uçot siyasətinin formalaşdırılmasına, maliyyə hesabatlarının düzgün, tam və vaxtında təqdim olunmasına ilk növbədə bank rəhbərliyi məsuliyyət daşıyır. Həmin qaydaların 12.5-ci bəndinə əsasən sənədlərin vaxtında və keyfiyyətlə tərtib olunmasına, onların mühasibat uçotunda əks etdirmək üçün müəyyən olunmuş müddə tlərdə digər bölmələrə ötürülməsinə və sənədlərdəki məlumatların dürüstlüyünə bu sənədləri tərtib edən və imzalayan şəxslər məsuliyyət daşıyır; - müəyyən olunur ki, cavabdeh həmin arayışın Cavabdeh1 ASC-nin X6 tərəfindən və qanunauyğun olaraq verilmədiyinə istinad etmir, yalnız arayışın ləğvediciyə təhvil verilmədiyini göstərir. İşin digər halları ilə də müəyyən olunur ki, sözügedən arayış xx.xx.2015-ci il tarixdə verilmiş, Cavabdeh1 ASC-nin lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2016-cı il tarixli qərarı ilə ləğv edilmiş və 1 Saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə məcburi ləğv prossesinə başlanılmış, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən ləğvedici təyin olunmuşdur; - qeyd edilməlidir ki, X5 sədri tərəfindən iddi açıya borcunun mövcud olmamasına dair sənəd verilmişdir, belə sənədin mövcudluğu mübahisə halında iddiaçının öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır; - işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi isə X5 sədrinin verdiyi arayışın müqavilədən irəli gələn öhdəliyin icrası barədə sənəd sayılıb-sayılmayacağına istinad olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verməmişdir; - qeyd edilənlər ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış, bu barədə apellyatorun d əlillərinə (dəlillərdə sənədin verilmədiyi, borcun ödənilmədiyi deyil, yalnız sənədin bankın ləğvedicisinin arxivində olmamasına istinad edilir), habelə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış və nəticədə iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2975/2022 nömrəli, 19 aprel 2022-ci il tarxili qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2271/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov, Fuad Talışinski)
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, cavabdeh iddiaçının istinad etdiyi arayışın Cavabdeh1 ASC-nin X6 tərəfindən və qanunauyğun olaraq verilmədiyinə istinad etmir, yalnız arayışın ləğvediciyə təhvil verilmədiyini göstərir. İşin digər halları ilə müəyyən olunur ki, sözügedən arayış xx.xx.2015-ci il tarixdə verilmiş, Cavabdeh1 ASC-nin lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2016-cı il tarixli qərarı ilə ləğv edilmiş və 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə məcburi ləğv prossesinə başlanılmış, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən ləğvedici təyin olunmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, X 5 sədri tərəfindən iddiaçıya borcunun mövcud olmamasına dair sənəd verilmişdir. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır.
33. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 404 və 529cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu (vəkili X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində “Azərbaycan R espublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydalarının 2.8-ci bəndini düzgün tətbiq etməmişdir. Belə ki, Bank-müştəri münasibətlərində kreditor qarşısında icranı təsdiq edən mübahisəsiz sənəd yalnız bank sənədidir. Belə ki, iddiaçının təqdim etdiyi xx.xx.2015-ci il tarixli Cavabdeh1 ASC-nin X6 tərəfindən verilmiş arayış borcun tam ödənilməsini təsdiq edən mötəbər sübut hesab oluna bilməz. İddiaçı tərəfindən təqdim olunmuş Cavabdeh1 ASC-nin X6 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayış ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun arxivində aşkar edilməmişdir. Bu da o deməkdir ki, qeyd olunan arayış Cavabdeh1 ASC-nin sənədləri Əmanətlərin Sığortalanması Fonduna təhvil verilərkən bank sənədi hesab olunmadığına görə təhvil verilməmişdir. Bundan əlavə, ödəniş qəbzlərinin heç birində kredit borcunun tam bağlanması haqqında məlumat qeyd olunmamışdır. Həmçinin borclunun hesabdan çıxarışında əks olunan məlumatlar məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən ekspertizaya göndərilmişdir. Ekspert rəyi ilə iddiaçını borcunun olması təsdiq edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb et mək hüququ vardır. Maddə 404.1 Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2 bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1 Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 529.2 Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əg ər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Maddə 529.5 Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Maddə 529.6 Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Maddə 529.7 İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılard an biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mərkəzi Bankın “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları Bənd. 3.3. Banklarda mühasibat uçotunun təşkili və aparılmasına, bank əməliyyatlarının aparılması üzrə qanunvericiliyin təmin olunmasına, uçot siyasətinin formalaşdırılmasına, maliyyə hesabatlarının düzgün, tam və vaxtında təqdim olunmasına ilk növbədə bank rəhbərliyi məsuliyyət daşıyır. Bənd 12.5. Sənədlərin vaxtında və keyfiyyətlə tərtib olunmasına, onların müha sibat uçotunda əks etdirmək üçün müəyyən olunmuş müddətlərdə digər bölmələrə ötürülməsinə və sənədlərdəki məlumatların dürüstlüyünə bu sənədləri tərtib edən və imzalayan şəxslər məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən b u Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozun tu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
39. Məhkəmə kollegiyası hüquq un inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. İddia tələbi borcun olmaması barədə arayışın verilməsi barədədir, iddiaçı tələbinin əsası kimi X8 sədrinin müvafiq arayışına istna d etmişdir.
42. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də iddiaçının Banka borcunun olmaması barədə X8 Sədrinin imzası və bankın möhürü ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli arayışı vardır.
43. Mülki Məcəllənin 529.1-529.3-cü maddələrinə görə borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək ü çün verdiyi sənəddə göstərməlidir.
44. Göründüyü kimi, qanunvericilik öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsinin qaydasını və bu zaman kreditorun icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməli olmasını müəyyən etmişdir. Nəzərə alınsa ki, işin müəyyən edilən halına görə kreditor olan Bank borcluya, yəni iddiaçıya borcunun olmaması barədə arayış vermişdir, belə olan halda, iddianın təmin edilməməsi barədə gəlinən nəticə düzgün olmuşdur. Çünki iddiaçı borcunun olmamasını qeyd edilən arayışla sübut edə bilmişdir. Üstəlik, Bank da iddiaçının istinad etdiyi arayışı hər hansı əsasla mübahisələndirmir, sadəcə, həmin arayışın ləğvediciyə təqdim edilməməsinə istinad edir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
46. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsasız sayır.
47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavab deh Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2975/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.