Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4486/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlu ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 2(104)- 1646/2023 nömrəli, 28 iyul 2023-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə 18 dekabr 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 1(100)-08/2019 saylı hökmündən görünür ki, İddiaçı istinad edilən cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama bəraət verilmiş, təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilmiş və onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, CPM-in 356.5-ci maddəsinə əsasən ona qanunsuz tutulması, təq sirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olmasının izah olunmuşdur.
2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 1(100)-08/2019 saylı hökmündən apellyasiya şikayəti və ya protesti verilməmiş, hökm 11 fevral 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı vurulmuş maddi və mənəvi zərər in ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən ona vurulmuş 100000 manat maddi zərərin və 25000 mənəvi zərərin tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-08/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama bəraət verilmiş və Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. Bəraət aldığı gündən dövlət tərəfindən ona hər hansı kompensasiya ödənilməmişdir.
5. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(125)-895/2023 nömrəli iş üzrə 13 aprel 2023-ci il tarixli qətnamə si ilə (hakim Mustafayev Mustafa) iddia qismən təmin edilmiş, bəraət almış İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına mənəvi zərərə görə 11900 (on bir min doqquz yüz) manat məbləğində pul ödənilməsini qət olunmuşdur.
6. Məhkəmə belə hesab etmişdir ki, iddiaçının tələb etdiyi 25000 manat mənəvi zərərə görə kompensasiya tələbi işin hallarına, onun keçirdiyi mənəvi sarsıntı və fiziki iztirabın xarakterinə, həmin iztirab və sarsıntının kəskin mənfi nəticələrə səbəb olmamasına görə kifayət qədər yüksək, açıq–aşkar ədalətsiz pul tələbidir.
7. Cinayət prosesini həyata keçirən orqanın hüquqa zidd hərəkətlərinin təhlükəlilik dərəcəsi iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı zərər vuran şəxsin h əmin hərəkətləri törətməkdə təqsirli olması, habelə iddiaçının əsassız olaraq cinayət təqibinə məruz qalması və həbsdə saxlanılması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi, onun qanunla qorunan hüquqlarının pozulması ilə müşayiət olunsa da, iddiaçı tələb etdiyi həcmdə mənəvi zərərə məruz qalmamışdır.
8. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının hərəkətlərinə hüquqi qiymət verilmiş və onun barəsində bəraət hökmü çıxarılmışdır. Bu hal isə iddiaçının təqsirsiz olmasını, onun qanunsuz olaraq cinayət təqibinə məruz qalmasını göstərir. İddiaçının cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində onu tanıyan şəxslər arasında nüfuzdan düşməsi, sonradan onun barəsində bəraət hökmünün çıxarılması və ona kompensasiya verilməsi yolu ilə pozulmuş hüq uqlarının bərpa olunması mümkündür. İddiaçının 11 ay 29 gün həbsdə saxlanması, mənəvi və fiziki əzab çəkməsi ilə əlaqədar olaraq məruz qaldığı mənəvi zərər isə cavabdehin 11900 manat məbləğində təzminat ödəməsi yolu ilə aradan qaldırıla bilər.
9. Məhkəmə hesab etmişdir ki, iddianın, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə 25000 manat məbləğində kompensasiya ödənilməsinə dair hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməli və iddiaçıya vurulmuş mənəvi zərərə görə 11900 manat məbləğində kompensasiya ödənilməlidir.
10. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı ibtidai istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 100000 manat maddi zərər çəkməsi barədə sübutlar təqdim edə bilməmiş, bu halı süöbuta ye tirə bilməmişdir.
11. Məhkəmə öz mövqeyini “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, 6-cı, 7-ci və 12-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü,1096-cı maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən hər iki maddənin məzmununda qeyd edilən orqan dedikdə, Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli 386 nömrəli Fərmanında da bununla bağlı hər hansı müddəa müəyyən edilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 45.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətləri ni onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddənin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası" dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən sözügedən məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır.İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır.
14. Cavabdeh daha son ra qeyd etmişdir ki, Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmiş və konkret qanunvericiliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyam vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi, həmin qurumun üzərində qalır.
15. Cavabdeh M aliyyə Nazirliyi qeyd etmişdir ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquqmühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliy yə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır.
16. Cavabdeh qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarın 71-ci hissəsində qeyd olunur ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23cü maddəsinin şərh edilməsinə dair" 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli plan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə, təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Lakin, görünüyü kimi məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə 11900 manat kompensasiya müəyyən edilmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin müddəalarından da göründüyü kimi ərazi aidiyyəti qaydaları pozulmaqla ərizə icraata qəbul edilmişdir. Belə ki, iddia ərizəsində Maliyyə Nazirliyinin cavabdeh qismində qoyulması ilə əlaqədar işə Gəncə Şəhər Məhkəməsində deyil, rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalı idi. Belə ki, iddia ərizəsində Maliyyə Nazirliyinin cavabdeh qismində qoyulması ilə əlaqədar işə Nəsimi Rayon Məhkəməsində baxılmalı id i. Buna görə də şikayətin təmin edilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş etmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1646/2023nömrəli mülki iş üzrə 28 iyul 2023ci il tarixli qətnaməsi ilə (X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə) cavabdeh Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(125)-895/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiy a tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsasının olmaması, iş üzrə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqanın cəlb olunmalı olması, analoji məhkəmə təcrübəsinə əsasən inzibati orqanların hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində ziyan vuran qurumun delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyinin həmin qurumun üzərinə qoyulması ilə bağlı şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, hazırkı iddia üzrə tələb iddiaçının cinayət təqibi ilə bağlı fəaliyyət nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın kompensasiyası ilə bağlı olmuşdur ki, Cinayət Prosessual Məcəlləsi əsasında cinayət təqibini həyata keçirən orqanın cinayət təqibi ilə bağlı fəa liyyəti inzibati fəaliyyət kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 3-cü maddəsinə görə Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə, eləcə də inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılması Cinayət Prosessual Məcəllənin 63-cü maddəsində birbaşa təsbit edilmişdir ki, Həmin Məcəllənin 63-cü maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın c inayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. Odur ki, inzibati orqanın inzibati fəaliyyətindən irəli gələn zərərvurmalarla, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanla bağlı işlərə baxılması aidiyyəti və qaydası da fərqlidir.
19. Müəyyən edilmiş zərərin məbləğinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, şəxsin azadlıq hüququ konstitusion hüquq olmaqla, cavabdehin təxminən bir ilə yaxın müddətdə azadlıqdan məhrum edilməsi faktı onun mənəvi sarsıntı keçirməsi və iztirablara məruz qalmasını mübahisəsiz hal kimi təsdiq edir. İddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı nəzərə alınmaqla məbləğin hər ay üçun təxminən 1000 manat məbləğində müəyyən edilməsi ağlabatan və ədalətlidir. Buna görə də məhkəmə mənəvi zərərin həddi ilə bağlı apellyasiya şikayətinin dəlilini də əsassız hesab etmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1,1097.3 və 1101.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh Maliyyə Nazirliyi (Vəkil) kas sasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan mə hkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunvericiliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəm ə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı(orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eynil əşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli v ə iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçının nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, cavabdehin şikayətində maddi hüquq normalarına düzgün istinad edilməmiş, qanunvericiliyin normalarına yanaşmasında yanlışlıqlara yol verilmişdir. Belə ki, əslində kassasiya şikayətində istinad edilən maddi hüquq normaları qanunsuz hərəkətlər nəticəsində fiziki şəxsə vurulmuş mənəvi ziyanın dövlət büdcəsi hesabına ödənilməsini nəzərdə tutur. Cavabdeh isə kassasiya şikayəti verərkən iddiaçının bir il müddətində qanunsuz olaraq həbsdə olmasını nəzərə almamışdır və kassasiya şikayətində göstərilənlər işin mahiyyəti ilə ziddiyət təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 2
4. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
29. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vur duğu zərərin əvəzini ödəməlidir.
30. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüq uq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarı
37. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən m ənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbliəlaqənin olması və zərərvuran şəxsintəqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətinyaranması əsaslarını müəyyən etməklə bərabərzərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədəifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsindəbaş verməsini, zərərvuranşəxsintəqsirini, zərərçəkən şəxsinhansı mənəvisarsıntı vəiztirablar keçirməsini, zərərçəkənin bunlarıhansı məbləğdəvə sair maddi formadaqiymətləndirməsiniaydınlaşdırmağaborcludur. Mənəvi zərərin məbləği, habeləzərərin ödənilməsinin digər formalarıiddia ərizəsindəkonkret göstərilməlidir. Buna əməlolunmaması Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinə əsasəniddia ərizəsiningeri qaytarılması üçün əsasdır Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir. Kassasiya instansiya məhkəməsi bu qiymətləndirmə ilə razılaşır, əlavə dəyərləndirməyə zərurət görmür.
42. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının kassasiya şikayəti təmin edilməsin. Maliyyə Nazirliyi tərəfindən verilmiş Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1646/2023 nömrəli iş üzrə 28 iyul 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.