Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4487/2020 19.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: XXX qızı Cavabdeh: Cavabdeh İddia tələbi: alimentin artırılması Açar sözlər: alimentin artırılması, uşaqlar üçün yaşayış minimumu, tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-927/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları XXX qızı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) birgə nikahından üç uşaq - xx.xx.2008-ci il tarixdə X4, xx.xx.2011-ci il tarixdə X2 və xx.xx.2011ci il tarixdə X3 anadan olmuşlar. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-809/2013 nömrəli iş üzrə xx.xx.2013-cü il tarixli qətnaməsi ilə cavabdehdən üç uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 60 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1102/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı artırılmış, cavabdehdən üç uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 100 manat olmaqla cə mi 300 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üç uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnamələri ilə təyin olunmuş alimentin miqdarının yenidən artırılması, cavabdehdən hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində olmaqla, cəmi 600 manatın onun xeyrinə alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müəyyən edilmiş məbləğlə böyüməkdə olan uşaqlarını saxlaya, onların təlabatını ödəyə bilmir. Kürdəmir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(041)-1162/2019 nömrəli iş üzə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Bağırov) iddia qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-1102/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılmış, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdehdən üç uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə sabit pul məbləğində 120 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən hesab etmişdir ki, ödənilən alimentlə üç uşağı saxlamaq, maddi cəhətdən təmin etmək, onların təlabatını ödəmək mümkün deyil. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(106)-927/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Əhm ədov (sədrlik edən və məruzəçi), T.Kərimov və F.Soltanov) cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin olunmamışdır. Təyin edilmiş alimentin miqdarının artırılması barədə iddiaçının hazırda ikinci dəfə məhkəməyə müraciət etdiyini nəzərə alan apelyasiya instansiyası məhkəməsi işin hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsini tətbiq etmiş, hesab etmişdir ki, cavabdehdən tərəflərin birgə nikahından doğulmuş üç uşağın saxlanması üçün alimentin artırılmaqla tutulduğu gündən cəmi 9 ay müddət keçdiyindən, bu müddət ərzində cavabdehin maddi vəziyyətində dəyişiklik olmadığından, müəyyən edilən aliment cavabdeh tərəfindən müntəzəm ödənildiyindən və 2018-ci il tarixdə hər uşağa görə 100 manat müəyyən edilm iş alimentin miqdarı tərəflərin maddi və ailə vəziyyətinə uyğun olduğundan birinci instansiya məhkəməsinin hazırda gəldiyi nəticə düzgün olmamışdır, alimentin yenidən artırılması əsassızdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosesual hüquq normalarını pozmuş, “Yaşayış minimumu haqqında” Azərbaycan RespublikasıQanunu ilə 2020-ci ildə uşaqlar üçün yaşayış minimumunun 170 manat müəyyən edildiyini nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma a parmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi qətnaməsinin tam ləğvini xahiş etdiyindən, məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Ailə Məcəlləsi Maddə
112. Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyənolunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə
13. Uşağın Azərbaycan Respublikasının qan unvericiliyi ilə muəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə
19. Valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya də yişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Baxılan iş üzrə iddia tələbi alimentin tutulması ilə deyil, daha əvvəl məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması ilə bağlıdır. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən bu cür iddia ilə məhkəməyə müraciət etmiş şəxs özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu barədə sübutlar təqdim etməlidir. Sadəcə hər növbəti ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artırılması Ailə Məcəlləsinin 112-ci maddəsində sadalanan hallar mövcud olmadan məhkəmə aktı ilə müəyyən olunmuş alimentin birmənalı artırılması üçün əsas deyil. Belə ki, hər il uşaqlar üçün yaşayış minimumu qanunla müəyyən edilsə də, qanunverici lik həmin məbləği alimentin minimum həddi kimi müəyyən etməmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində alimenin məbləği müəyyən edilərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə muəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təsbit edilməklə yanaşı, həmin Qanunun 19-cu maddəsi valideynlərin uşaqlar barəsində bərabər hüquq və vəzifələrinin olduğunu müəyyən edir. Eyni zamanda ailə qanunvericiliyi alimentin məbləği müəyyən edilərkən tərəflərin və uşağın mənafeyi ilə bağlı nəzərə alınmalı olan bir sıra diqqətəlayiq halların siyahısını müəyyən etmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunum unun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəy inə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il № 8-2/2016 saylı Qərarının 8.13-cü bəmdində də qeyd olunur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi öz qənaətini iddiaçının alimentin birinci dəfə artırılması barədə qətnamənin qəbulundan çox qısa müddət ərzində hazırkı iddia ilə məhkəməyə müraciət etməsi, bu dövr ərzində cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmadığı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanla rı nəzərə alaraq iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: X5 XXX qızının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-927/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.